Din-psixologiyasina-giris-son pdf


IV Fəsil Dindarlığın ölçülməsi



Yüklə 353,99 Kb.
səhifə45/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   41   42   43   44   45   46   47   48   ...   68
Din-psixologiyasına-giriş

IV Fəsil Dindarlığın ölçülməsi


Renesans dövründə meydana gəlmiş yeni elmi cərəyan (XVI əsrdən Qaliley, Nyüton, Bikon və başqalarının əsərlərinin tədqiqi ilə), xüsusilə elmi psixologiyanın formalaşması ilə (XIX əsrin sonları) bütün elmlərə, o cümlədən psixologiyaya kəmiyyət və praktiki çərçivəni diktə etməyə başladı. Psixologiyanın müxtə- lif sahə və bölmələrində sorğu və testlərə gündən günə artan diq- qət psixologiyada həmin cərəyanın elmi və metodik qəbulundan xəbər verir. Din psixologiyası psixologiyanın bir qolu kimi bu qaydadan kənarda qalmamışdır. Din psixologiyasında da praktiki və kəmiyyət cərəyanları, dini inancların ölçülməsi dinin psixoloji təhlilində əsaslı addım və mühüm bir vasitə hesab edilir. Bu fəsil- də dindarlıq və dini miqyasların qiymətləndirilməsi çərçivəsində dindarlığın tarixini, nəzəri əsaslarını, ölçülmə imkanını və prob- lemlərini, ölçü metodlarını, miqyasların növlərini və anket məhdu- diyyətlərini araşdıracağıq. Qeyd etmək lazımdır ki, bu fəsildə din- darlığın ölçülməsindən söhbət açacağıq. Dinin ölçülməsi və ya qiymətləndirilməsi isə əsasən, sxolastika və din fəlsəfəsinin möv- zusudur.


Dindarlığın ölçülməsinin tarixi


Qədim kitablara nəzər saldıqda onlarda müqayisə vasitəsilə xüsusi istedadı olanları seçmək və malik olduqları xüsusiyyətlərə görə, fərdlərin qruplaşdırılması meyllərinə çox rast gəlmək olar. Dini mətnlərdə də bəzən bu mövzu ilə rastaşırıq. Tövratda Yahva Jedeona döyüşçülərin seçilməsi haqqında belə deyir: “Düşmənləri məğlub etmək üçün dizlərini bükmədən bulaqdan su içə bilən əsgərlər seç.” Quranda Bəni-İsrail ordusunun komandirlərindən biri olan Talut haqqındakı oxşar dastanda belə deyilir: “Talut qo- şunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir.



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin