Dinin bir, yoxsa çoxyönlü olması
İnsanın mürəkkəb anlayışları konkretləşdirməyə və mürək- kəb kateqoriyaların bir neçə sözlə ifadə etməyə meylliliyi onun real dərkinin düşmənidir. Sözlər bir çox məzmunları bir ad altında qərarlaşdıran simvollardır. Din sözü bu kontekstin ən kamil nümu- nəsidir. İlk dəfə bu kontekstdə araşdırmalar aparan psixoloqlar dindarlıq üçün konkret miqyaslar müəyyənləşdirmişlər. Amma da-
84 Modulyasiya – çevrilmə, funksional çevrilmə.
ha iti təfəkkür sahibləri insanların bir cəhətdən fərqləndiklərini (yəni bir tərəfdən antidin inanaclarına malikdirlər), digər tərəfdən isə düzgün dindar olmaları fikrini bir kənara qoydular. Yəni din- darlıq fərqlərinə sadə yanaşmanı məqbul saymadılar. Bu inanclar qənaətbəxş deyildi və yeni ideyalar tədricən ədəbiyyatda və tədqi- qat əsərlərində yer almağa başladı. Müasir dövrümüzdə dini indi- vidualizm, dini institulaşma, rituallaşdırma, idealizm, mistika, əx- laq, ixlas, səmimiyyət, eşq, əfv və sair kimi yeni dini terminlərlə qarşılaşırıq. Təqdim edilmiş layihələrin çoxunu araşdırdıqdan son- ra bəzilərinin iman hədəfinə yönəldiyi halda, digərlərinin dinin in- dividual və sosial mənşəyinə əsaslandığının şahidi oluruq. Bəziləri psixologiya ilə dini qarışdırsalar da, bəziləri öz ipuclarını yalnız psixologiyada axtarır, motivasiya və ya idrakı əsas götürürlər. Amma bu yanaşma ilə problemi bir neçə dəfə də artırmış olurlar. Yaxşı və pis din səciyyələrini ehtiva edən, həmçinin anlayış və nə- zəri şəffaflığın olmaması ilə müşayiət edilən gizli dəyər aspekti mövcuddur. Müxtəlif təkliflər arasında bir-birlərini dəstəkləyən fi- kirlər çoxdur. Əsasən, vahid bir ideya fərqli sözlərlə ifadə edilir. Bu da sosioloqlar arasında eyni termin və ifadələrin olduğunu gös- tərir (Hill və Hud, 1999, səh.8).
Əsas sual ondan ibarətdir ki, dindarlıq psixoloji bir fenomen kimi vahid geniş, yoxsa çoxyönlü bir fenomendir? Motivasiya, ba- xış, görüş, zəka və sair kimi psixoloji mövzular haqqında da eyni sualı vermək olar. Məsələn, bəziləri baxışı bəsit bir struktur hesab edirlər. Yəni nəsihətlər, ikrah, sevmək, sevməmək, mövqelər, əş- yalar, şəxslər, qruplar və mühitin hər bir müəyyən aspekti abstrakt düşüncələr və sosial siyasətlərdəndir. Buna görə də onu etiqadların idrak, baxışların emosiya, əməllərin davarnış kateqoriyasına daxil edildiyi bir sistemin üç tərkib hissəsindən biri hesab edirlər (At- kinson və başqaları, 1378, II cild, səh.344). Halbuki, bəziləri mü- nasibəti mürəkkəb və üç kiçik komponentə malik bir fenomen he- sab edirlər: “Baxış təfəkkürdəki nisbətən sabit bir metoddan, fərd- lər, qruplar və ictimai mövzularla, bir qədər geniş anlamda ətraf- dakı hər növ hadisə ilə bağlı hiss və davranışdan ibarətdir. Baxışın komponentlərini fikirlər, etiqadlar, hisslər, emosiyalar, fərdi meyl- lər təşkil edir. Tədqiqatçılar baxışın komponentləri möv-zusunda
yekdil rəyə malikdirlər və onun üçün koqnitiv, emosional və dav- ranış yönləri nəzərdə tuturlar (Lambert, 1964, Sirz və baş-qaları, 1991, Azərbaycani və həmkarlarına istinadən, 1382, səh.136-137). Burada əsas məqsəd fikir ayrılıqları haqqında araşdırma aparmaq deyil, baxışın bəsit, yoxsa mürəkkəb olması ilə bağlı fərqli görüşlərin olduğunu qeyd etməkdir. Psixologiyanın zəka və şəxsiyyət kimi daha müərəkkəb mövzuları ilə də bağlı ixtilafların olduğunu qeyd edə bilərik. Əlbəttə, hələ ki, müzakirə mövzusu dindarıq, dindarlığın baxış, şəxsiyyət və psixologiyanın digər strukturlarına bərabər olmamasıdır. Burada ən mühüm məsələ əs- lində, dindarlığın vahid yoxsa çoxyönlü olduğunu müəyyən et- məkdir. Bu suala cavab vermək üçün dinin yönlərini və ya struktu-
runu müəyyən edən bir giriş qeyd edirik.
Psixoloqların çoxu dinin inanc, praktika və davranış kon- tekstində təzahür etdiyini hesab edir. Təqribən hamının eyni fikir- də olduğu yeganə məqam ondan ibarətdir ki, əgər din yalnız və yalnız bir söz olmuş olsa da, dindar olmaq üçün yüzlərlə yol möv- cud ola bilər. Buna görə də Con Vilson yazır: “Məlumdur ki, din- darlıq uyğun ümumilik deyil. Bir tərəfdən dindar olan fərdlər di- gər tərəfdən dindar olmaya bilərlər... Yəni dindarlıq bir neçə cə- hətli və çoxtərəfli bir mövzudur.” (Hill və Huda istinadən, 1999, səh.8). Qeyd olunan suala cavab vermək üçün iki vasitədən istifa- də edilir: nəzəriyyə və məlumatların obyektiv təhlili. Anlayış və ideyalara əsaslanan nəzəriyyə induksiya85 vasitəsilə əldə edilir. Belə ki, insanlar dinlə bağlı çox müşahidələr aparır, fikirləşir və təkrar müşahidələr vasitəsilə dinin çoxcəhətlili mahiyyətini təklif edirlər. Əslində, növbəti addımda tədqiqatlar vasitəsilə bu ide-ya- ların təsdiq edilə biləcəyi və ya qəbul edilməyəcəyinə səy gös-tə- rilməlidir. Başqa sözlə desək, dinin xüsusi növlərini təklif edən bir
85 İnduksiya (latınca - yönəltmə mənası verən «induksio» sözündəndir) - fikrin ayrı- ayrı hadisələrdən ümumi nəticələrə doğru hərəkəti prosesidir. Biz artıq bilirik ki, qa- nun hadisələrdə təkrarlanan ümumi cəhətdir. Lakin ümumi cəhət yalnız ayrıcadan başqa bir hal deyildir. Ayrıca haqqındakı bilikdən ümumi bilik əldə etmək vasitəsi olan induksiya qanunauyğunluqları, səbəbiyyət əlaqələrini aşkara çıxarmaq üçün mühüm vasitədir. İnduksiya yeni bilik əldə etmək imkanı verir, çünki əvvəllər əldə edilmiş bilik induksiya vasitəsilə yeni predmetlərə, hələ öyrənilməmiş predmetlərə şamil edilir.
nəzəriyyənin nəticələri təsdiq edilməlidir, yoxsa yox? Hər bir nə- zəriyyənin obyektiv qiymətləndirməyə malik ehtimalları olmalı- dır. Bu ehtimalların rədd edilməsi nəzəriyyədə dəyişiklik yaran- masına səbəb ola bilər. Bəzən nəzəriyyəni tamamilə rədd etmək istəsək də, bu məqsədə çox nadir hallarda nail ola bilərik. Bütöv- lükdə sınaqdan keçirilməsi mümkün olmayan böyük nəzəriyyələr (psixoanaliz nəzəriyyəsi) adətən qiymətləndirilə bilən daha kiçik görüşlərə malik olur.
Bunun qarşılığında kəmiyyət məlumatları ilə başlayan sta- tistik yanaşmalar var. Adətən bəzi fərdlər dinlə bağlı suallara ob- yektiv cavablar verirlər. Bu informasiyaların əldə edilməsində sta- tistik fənlərdən, o cümlədən korrelyasiyadan, faktor analizdən is- tifadə edilir və test üçün praktiki ehtimallar icra edilir. Mürəkkəb təhlillər aparılır və bu təsvirə azacıq subyektivlik daxil edilir, nəti- cədə, belə məlum olur ki, bəzi bəlli qruplarda dindarlığın həddən artıq yönləri var. Amma bəzi iddialarda din ümumilikdə bir neçə yöndən qiymətləndirilir. Bəlkə də bizə lazım olan davamlı test edilə bilən və yenilənə bilən informasiyaların təhlil və nə-zə-riy- yənin sintezi lazımdır.
Statistik mürəkkəb metodlar kompleksinə dəlalət edən fak- tor-ifadə təhlili metodu Turston və başqalarının səylərinin nəticə- sidir. Bu metoddan dinin bir və ya çox cəhətləri olduğunu təyin et- mək üçün istifadə edilir. Faktor analizi özü mürəkkəb bir metod olsa da, ondan sadələşdirici bir vasitə kimi istifadə edilir. Bu me- toddan dəyişən kəmiyyətlər arasındakı korrelyasiyanın86 izah me-
86 Korrelyasiya - iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təs- vir edir. Bu dəyişənlərdən birinin və ya bir neçəsinin dəyişməsi digərlərinin sistema- tik dəyişməsinə gətirib çıxarır. İki dəyişən arasındakı korrelyasiya riyazi olaraq əm- sallarla ifadə olunur. Əmsallar qarşılıqlı əlaqənin xarakterindən asılı olaraq mənfi və ya müsbət olur. Mənfi korrelyasiya zamanı bir dəyişənin artması digərlərinin azal- masına və əksinə təsir edir.
Korrelyasiya əmsalı ehtimal nəzəriyyəsində iki təsadüfi dəyişənin qarşılıqlı təsiri üçün göstərici kimi qəbul edilir. Korellyasiya əmsalı R hərfi ilə işarə olunur və -1 və
+ 1 arasında qiymətlər alır. Əgər əmsalın qiyməti 1-ə yaxın olarsa, onda dəyişənlər arasında əlaqənin güclü olması ehtimal olunur. Əmsal 0-a yaxınlaşdıqca əksinə ola- raq əlaqə zəifləyir. Əmsal 1-ə bərabər olduqda dəyişənlər arasında funksional asılılıq mövcud olur, yəni iki parametrin dəyişməsini xətti funksiya ilə təsvir etmək olar. Korrelyasiya əmsallarını öyrənmək üçün →korrelyasiya analizi aparılır. Analiz za-
yarı olan amillərin əldə edilməsi üçün istifadə edilir. Faktor analizi anketinin maddələri arasındakı əlaqə əmsalını göstərən korrelyasi- ya əmsalları cədvəli ilə başlayır. Korrelyasiya əmsalları iki dəyi- şən kəmiyyət arasındakı əlaqənin tamamilə müsbət olduğunu gös- tərən 1+ dən, tamamilə mənfi (ya əks) əlaqəni göstərən -1-ə qədər olan bütün əlaqələri əhatə edir. Korrelyasiya əmsalı sıfıra nə qədər yaxın olarsa, iki dəyişən kəmiyyət bir-birindən o qədər müstəqil olar. Kompüter faktor analizi prosesində korrelyasiya əmsalları cədvəlini diqqətlə araşdırır, fasiləsiz olaraq maddələr arasındakı əlaqələri izah edən amillərdən bir neçəsini hasil edir. Kompüter vasitəsilə başqa bir cədvəldə anketin maddələrinin hər birinin əldə edilmiş faktorlarla olan korrelasiyası göstərilir. Tədqiqatçı maddə- lərdən hansının hansı faktorla daha çox korrelyasiyaya malik oldu- ğunu qeyd edir və anketin maddələrinin məzmunlarını araşdıraraq faktorları deduksiya87 edir. Əlbəttə, faktorların müəyyən edilməsi elə də asan iş deyil.
Din psixoloqları və sosiloqları digər tədqiqatçılar kimi öz tədqiqat mövzularının mürəkkəbliyi məsələsində həmfikir de-yil- lər. Bəziləri dindarlığın bir yönlü olduğunu və istənilən qədər pa- rametrlə yaxşıca araşdırıla biləcəyini bildirirlər. Faktor analizi va- sitəsilə əldə edilmiş faktlar bu mövqeyi təsdiq edir (Vulf, 1991, səh.208). Faktor analizi metodu həyata keçirilmiş ilk tədqiqat Turstona aiddir. O, yüzlərlə tələbə üzərində on bir baxış miqyasını sınaqdan keçirmiş, kilsə, Allah, bazar mərasimi miqyaslarının mü- hafizəkarlıq və ya din kimi müəyyən edilə bilən faktor çərçivəsin-
manı bir və ya bir neçə cüt arasında statistik asılılq işləmək üçün korrelyasiya əmsal- ları müqayisə olunur . Statistik verilənlərin bu üsulla emal olunması iqtisadiyyatda, sosial elmlərlə bərabər maşınqayırmada keyfiyyətə nəzarət, metallşünaslıqda və di- gər sahələrdə istifadə olunur. Üsulun populyar olması korrelyasiya əmsallarının he- sablanmasının asan olması, onların tətbiqi üçün heç bir riyazi hazırlama işlərinin aparılmasına ehtiyac olmaması ilə bağlıdır.
87 Deduksiya (latınca hasiletmə mənası verən «deduksiya» sözündəndir) - fikrin ümumidən təkcəyə doğru hərəkəti prosesidir. Deduksiyadan elmi nəzəriyyə qurma üsulu kimi istifadə edilir. Müasir elmdə, məsələn, aksiom metodu geniş yayılmışdır, bu zaman elmi nəzəriyyə sübutsuz qəbul edilən müddəalardan ibarət olan aksiom- ların məcmusundan müəyyən qaydalar və qanunlar əsasında hasil edilir. Təhlil və sintez kimi induksiya və deduksiya da bir– biri ilə əlaqədardır. Əslində ümumi haq- qında bilik əldə etmək üçün təkcə haqqında bilik lazımdır və əksinə.
də toplaşdığını müəyyən etmişdir (Turston, 1934). Müxtəlifnövlü mövzulardan istifadə edən çoxlu sayda tədqiqatlar bu ilkin nəticə- ləri təsdiq edir. Eduard Sprangerin (1914) irəli sürdüyü şəxsiyyə- tin altı sinfinin müəyyən edilməsi prinsipini təqdim etmək üçün faktor analizi üsulu ilə tərtib edilmiş testin maddələrinin üçqat qiy- mətləndirməsinin hər biri dinə aid olan yalnız bir faktoru göstər- mişdir (Brogden, 1952, Qordon ,1972, Luri, 1937, Vulfa istinaən, 210). Adolf Holl və Qerhard Fişer (1963) tərəfindən Avstriya əs- gərlərinin bir qrupu üzərində sınaqdan keçirilmiş kilsəyə baxışın daha uzun, daha eynicinsli miqyası da yalnız bir dindarlıq faktoru- nu hasil etmişdir. Digər iki faktor, yəni kilsədən uzaqlıq və ictimai əlaqə kilsədə olmaqla korrelyasiyada olsalar da, qeyri-din faktoru kimi izah edilmişlər. Dinin bir faktorlu olması Braunun (1962, 1966) araşdırmalarında da təsdiqini tapmışdır. Bu fərdlər həmişə istifadə etdikləri meyarların birləşməsini nəzərə almadan yalnız bir faktor əldə etmişlər (Vulf, 1991, səh.210). Buna görə də bu sta- tistik tədqiqatlar və faktor analizi metodunun nəticəsinə əsasən, din bir faktorludur. Bu yanaşmaya görə, kilsəyə üzvlük xris-tian- lıqda əsas faktor kimi qeyd edilmişdir. İslamda faktor analizi və əsas faktorun əldə edilməsi kontekstində istinad ediləcək statistik araşdırmalar aparılmamışdır. Amma təqribən namazı əsas faktor kimi qeyd etmək olar. Təbii ki, meydan araşdırmaları və statistik tədqiqata ehtiyac var.
Din filosoflarından bir qrupu “dinin cövhəri” ifadəsi ilə dini zahirdə plüral, daxildə isə tək faktorlu hesab edirlər. Kant bildirir ki, dinin cövhəri əxlaqdır, Rudolf Otto isə bildirir ki, dinin cövhərini dini praktika təşkil edir, etiqadlar və etika isə ikinci dərəcəli rola malikdir. O, bildirir ki, əgər din Allahın sifətlərinin rasional idrakı prinsipi ilə əsaslandırılarsa, Allaha etiqad və Allahın substansiyası ilə bağlı cümlələrin təsdiqi dinin cövhəri hesab edilərsə, səhvə yol vermiş olarıq (Şirvani, 1381, səh.270-271). Əlbəttə, din filosofları praktiki və statistik metodlara deyil, əqli və diskursiv metodlara əsaslanırlar88. Uilyam Ceyms üç dəlilə istinad edərək dini prakti- kanı dinin əsas yönlərindən hesab etmişdir (bu əsərin II fəsli).
88 Diskursiv - formal məntiqi nəticələrə əsaslanan.
Dinin tək faktorlu hesab edilməsi ilə bağlı bir neçə nüansın qeyd edilməsi zəruridir:
Fəlsəfi aspektdən dinin cövhəri ilə bağlı irəli sürülən fikir- də bir növ məhdudlaşdırma var. Dinin bütün yönlərinin əxlaq və ya dini praktika kimi xüsusi bir çərçivədə məhdudlaşdığını demək üçün yetərli qədər fakta malik deyilik. Dini inanclar və Allahı ta- nımanın əxlaq və dini təcrübəyə nail olmaq üçün olduğunu deyə bilərikmi? Bəzi din təlimlərində tanıma daha mühüm və daha üs- tün hesab edilir89. Otto XIX əsrdə geniş vüsət almış dinin istənilən formada (həm Kant forması, həm də dinin emosiya və hissdən qeyd-şərtsiz asılı olduğunu iddia edən Şlayermaxer forması) məh- dudlaşdırılmasına ciddi şəkildə etiraz etmişdir (Şirvani, 1381, səh.76-77). Halbuki, o özü də dini bir növ dini təcrübə ilə məh- dudlaşdırmışdır. Buna görə də “dinin cövhəri” deyilərkən dinin həqiqəti və əsas cəhəti nəzərdə tutulursa, o zaman dinin tək faktor- lu olduğunu qəbul etmək olmaz, Əgər “din cövhəri” deyilərkən di- nin hədəfi, qayəsi və məqsədi nəzərdə tutulursa, o zaman bu ya- naşmanı bəlkə də müəyyən mənada qəbul etmək olar. Amma hə- min məqsədin Allaha yaxınlaşma, Allahı tanıma, müşahidə, görüş, yoxsa fanilik olması məsələsi hədisçilər, filosoflar və ariflər ara- sında fikir ayrılığına səbəb olan mövzulardandır. Əlbəttə, bu mə- nalar arasında yaxınlaşma aparmaq, onları bir araya gətirmək olar.
Əgər dinin tək faktorlu olduğunu din və ya dindarlıqla izah etməyə çalışarıqsa, o zaman ifadə ixtilafına zəmin yaratmış olarıq və hər kəs ürəyi istədiyi tərif əsasında həmin faktoru daha üstün tutacaq. Əgər dinin peyğəmbərlərin (Allahın salamı olsun onların hamısına) gətirdiyi xəbərin və ilahi vəhyin məzmunundan ibarət olduğunu hesab edəriksə (dindarlığın dərk edilməsi prinsip- lərinə əsasən, dindaxili araşdırma daha öndə gəlir), o zaman açıq- aşkar şəkildə dini təcrübə və ya əxlaqın dinin cövhəri olmadığını qeyd etməliyik. Yəni dinin mahiyyəti təkcə dini praktika və ya əx- laqdan ibarət deyil, din inam tələb edən rasional fikirlər (etiqad- lar), əməl və davranış tələb edən qanun və ayinlər (hökmlər), nail
89 Təbatəbai, əl-Mizan, XVIII cild, səh.386. Məhəmmədi Reyşəhri, Mizanul-hikmə, VI cild, səh.153-160.
olacağımız hallar və sifətlər kompleksidir. Buna görə də daxili hallar mənasında nəzərdə tutulan dini təcrübə möminin varlığı çərçivəsində baş verən, din və dindarlığın bir hissəsini ifadə edən bir fenomendir (Şirvaniyə istinadən, 1381, səh.273-274).
Faktor analizi və statistika metodunda iki dəyişən kə- miyyət arasındakı korrelyasiya əmsalının çox yüksək olacağı təq- dirdə (məsələn, +0,90) bu iki dəyişən kəmiyyətlərdən birinə razı olan şəxsin digərinə də razı olacağı bildirlir. Yəni dəyişmə zamanı bu iki dəyişən kəmiyyətin bir-birindən müstəqil olması inkar edi- lir. Əslində, bu nüans sözügedən iki dəyişən kəmiyyətin bir faktor altında cəmləşməsi kimi qəbul edilməməlidir. Məsələn, zəka dəyi- şən kəmiyyəti ilə varislik dəyişən kəmiyyəti arasında yüksək kor- relyasiya əmsalının olması bu ikisinin eyni mənanı ehtiva etdiyini deməyə əsas vermir. Buna görə də belə bir nəticə almaq olar ki, dinin tək yönlü və tək faktorlu olması qəbul edilə bilməz.
Dostları ilə paylaş: |