Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə51/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   47   48   49   50   51   52   53   54   ...   68
Din-psixologiyasına-giriş

3. Birbaşa ölçü metodu


Birbaşa ölçü metodları deyilərkən fərdlərin dindarlığını dini miqyaslar və anketlər vasitəsilə ümumi şəkildə və ya xüsusi yön- lərdən açıq və birbaşa ölçən metodlar nəzərdə tutulur. Piter Hil və Ralf Hud (1999) “Dindarlığın miqyasları” əsərində on yeddi fəsil çərçivəsində dini miqyasların növlərini izah etmişlər: Dini inanc- lar və davranışların miqyasları; dini baxışların miqyasları; dini mövqelərin miqyasları; dini inkişafın miqyasları; dni öhdəlik və müdaxilənin miqyasları; dini təcrübənin miqyasları; dəyərlərin miqyasları və ya dini-etik şəxsi xüsusiyyətlər; dini çoxyönümlülü- yün miqyasları, dini problemin həlli miqyasları; mənəviyyat və mistikanın miqyasları; Allah anlayışının miqyasları; dini funda- mentalizmin miqyasları; ölüm və öldükdən sonrakı həyatla bağlı miqyaslar; dini isnad qarşısında ilahi müdaxilənin miqyasları; ba- ğışlama və əfv etmənin miqyasları; institutlaşdırılmış dini nəzərdə tutan miqyaslar və digər aidiyyəti olan miqyaslar. Hər bir fəsildə o fəslə aid olan miqyas nümunələri izah edilmiş, irəli sürülən suallar cavablandırmaqla yanaşı miqyasın növü, etibarı və stabilliyi şərh edilmişdir.
Bu bölmədə sorğu metodlarını da qeyd edə bilərik. Sorğu metodları yeni kəşf olmasa da, hal-hazırda onlardan xüsusi qrupla- rın spesifik xüsusiyyətlərinin səciyyələndirilməsi üçün çox geniş şəkildə istifadə edilir. Məsələn, Arqayl və Bit Hallhami (1975) qadın və kişilər arasındakı fərqlərdən günah, proeksiya, ictimailəş- mə və ictimai nüfuzun dindəki rolu ilə bağlı irəli sürülən nəzəriy- yələri sınaqdan keçirmək üçün istifadə etmişlər (Brauna istinadən, 1987, səh.52).
Namaz mərasimi ilə bağlı yeni dəyişikliklərin kilsə üzvləri- nə birbaşa təsirini və onun tərbiyə proqramlarının effektivliyini sorğu metodları vasitəsilə göstərmək olar. Ehtimal ki, kilsələr əsa- sən, könüllü təşkilatlar oldquqları üçün üzvlər qeyri-rəsmi qiymət- ləndirmə metodlarına üstünlük verirlər. Qallup müəssisəsinin 1930-cu onillikdən başlayan sorğu fəaliyyəti nəzəri və ictimai də- yişikliklərin sənədləşdirilməsində mühüm rol oynamağa başlamış-
dır. Bu fəaliyyət dinlə bağlı reaksiya və cavabları da əhatə edir (Mol, 1985, Brauna istinadən).
Hər bir sorğu araşdırmasının uğuru sualların keyfiyyətindən və əldə edilmiş nümunədən asılıdır. Bu növ araşdırmaların bəzi məhdudiyyətlərini təkmilləşdirici rəsmi sorğular və daha ətraflı araşdırma üçün testə cəlb edilmiş subyektlərlə dəyirmi masa ətra- fında təkrar-təkrar müsahibə keçilirlməsi üsulları ilə aradan qal- dırmaq olar (Kider, 1981, Brauna istinadən).
Sorğu araşdırmaları üçün daha geniş yayılmış qaydaya əsa- sən, fikir və diqqət əsasında verilən cavabdan qorunmaq üçün si- zin ilk cavabınız diqqət mərkəzində olur, lakin cavablar üçün müəyyən kateqoriyalar təqdim edilir. Bununla belə, dindarların fi- kirləşmə miqdarı da fərqli ola bilər. Onların ilk verdikləri cavabla sonra verdikləri cavab arasında məna axtarışı və yeni məlumatlar- ın əldə eidlməsi qədər fərq ola bilər. Qeyd edilən sorğunun özü haqqındakı baxışdan da asılı ola bilər. Hansı aspektlə olursa olsun, sorğular testə cəlb edilənlərin daha çoxunun cavablarına əsaslanır və bu əsasla ictimai problemin müxtəlif yönləri araşdırılır. Hansı sinfi və mədəni kontekstin açıqlamalara təsir göstərməsi və onları məhdudlaşdırması da burada çox önəm daşıyır.
Qallup müəssisəsinin dini biliyin ölçülməsi ilə bağlı bəzi rəyləri diqqət cəlb edir və Qallup müəssisəsinin statstik nəticələ- rində dini biliyin səthi olduğu məlum olur. ( 1925 Stark və Qlaka istinadən, 1968). Protestantların 76%-i, katoliklərin 86%-i qədim dövrdə ailə qurmamış peyğəmbərin adını deyə bilməmişlər. ABŞ xristianlarının 2/3-dən çoxu Tur dağında kimin vəz oxuduğunu bilməmişdir. Sualların biri belə idi: “Əgər sizdən soruşsalar, on göstərişi əzbərdən deyə bilərsinizmi? Cavab bəndləri belə idi: 1. Bəli, amma eyni sözlərlə yox. 2. Bəli, kəlmə-kəlmə. 3. On dənənin hamısını xatırlayacağıma əmin deyiləm.” (Brauna istinadən, 1987, səh.67).
İranda anket formasında tərtib edilmiş dini miqyasların bə- zilərinə baxaq:

  1. Qolriz (1353) tərəfindən tərtib edilmiş dini baxış anketi. Bu anket Alport testindən götürülmüşdür. Test 25 sualdan ibarət- dir. Anketin etibarlılığı Alport testi ilə korrelyasiya əsasında ölçü-

lür və korrelyasiya 0,80-dır. Həmin vaxtdan günümüzə qədər İran- da dini baxış kontekstində aparılan araşdırmaların çoxunda bu anketdən istifadə edilmişdir (Eslami, 1376, Təhmasebipur və Kə- mangiri, 1375). İxtisar və kopyalama onun mühüm formalarıdır.

  1. Can Bozorgi (1387) tərəfindən yaradılmış dini-ictimai çərçivədə özünütanıma anketi. Anketdə mənbə kimi Quran və Nəhcül-bəlağədən istifadə edilmişdir. Yüz maddədən ibarət olan anket əsasında fərdlər öz davranışlarını İslamın bəlli meyarları əsasında qiymətləndirmişlər (Əlbəttə, anketin 40 maddəsi narahat- lıq və həyəcanı qiymətləndirmək üçündür).

Onun etibarlılıq əmsalı 268 nəfər tələbə, 0,77 Korunbax al- fasının əmsalı vasitəsilə elan edilmişdir. Tərtibatçının məlumatına əsasən, bu miqyas ümumi, aşkar, gizli narahatlıqları, narahatlığın beş şəxsiyyət amilini hesablamaqla yanaşı, dinə ümumi maraq və dinə meyl göstərilməməsi amilini qiymətləndirmişdir. Bu iki amili də statistik əməliyyat vasitəsilə İslam dininə meyl və ümumi sə- viyyə amilinə çevirmək olar (Can Bozorgi, 1378).
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, İslam dini- nin digər mənbələrinə diqqət yetirilməmiş, miqyas isə narahatlıq miqyasına qarışdırılmışdır.

  1. Xudayarifərd və həmkarları (1378) tərəfindən hazırlanmış tələbələrin dini etiqad və baxışlarının ölçü miqyası. Bu miqyas 369 tələbə üzərində sınaqdan keçirilmişdir. Miqyasın 52 sualı beş dərəcəli (tamamilə razıyam, tamamilə əleyhinəyəm) formada tən- zimlənmişdir. Miqyasın etibarlılığı üçün Korunbax alfasının əm- salının 0,96 olduğu bildirilmişdir. İlkin araşdırmalardan sonra an- ketin etibarlılıq əmsalını artırmaq üçün 14 sual ixtisar edilmiş, 6 sual əlavə edilmişdir. Yekunda anket 44 sual əsasında tənzimlən- mişdir. Anket ibadət, etik davranışlar və dəyərlər, dinin insan hə- yatına və davranışına təsiri, sosial mövzular, dünyagörüşü və inanclar, elm və din olmaqla altı kateqoriyada tərtib edilmiş və tə- ləbələrin dini baxışını qiymətləndirməyə xidmət edir (Xudayari- fərd və həmkarları, 1378).

Bu miqyas əsasən, tələbələrin yuxarıda qeyd edilən altı ka- teqoriya ilə bağlı dini baxışını ölçür və birbaşa şəkildə dindarlığı nəzərdə tutmur. Bundan əlavə, ixtisara yol verildiyi üçün bəzi ka-
teqoriyalar və dinin bəzi yönləri diqqətdən kənarda qalmışdır.

  1. Bəhrami (1378) tərəfindən tərtib edilmiş dini mövqe miq- yası 263 nəfər üzərində icra eidlmiş və Qatmenin iki yarım meto- duna əsasən, miqyasın etibarlılığının 0,91 olduğu bildirilmişdir. Yekunda 35 sualdan ibarət olan anket fərdlərin dini mövqeyinin qiymətləndirilməsi üçün istifadə eidlmişdir. Suallar ümumilikdə iki amilə əsaslanır: Birinci amil dini mövqeyi təmin edən yönləri ehtiva edir. Allaha və cəza gününə inam, ehtiyaclılara yardım gös- tərmə inancı və s. bu amilə aiddir; İkinci amil dini mövqeyə mənfi münasibəti ehtiva edir. Bu amil günahla qarşılaşdıqda ondan qo- runmamaq, insanlara xidmət göstərilməsi inanacının olmaması, əməllərin mükafatının gecikmədən, təxirə düşmədən verilməsi is- təyi (dünyəvilik-sekülyarizm)105 və sair mövzuları əhatə edir. Baş- qa sözlə desək, bu testin əsas komponentlərində insanın Allahla, özü ilə, başqaları ilə, dünya və axirətlə olan münasibətləri ilə bağlı xüsusi vəzifələr nəzərdə tutulmuşdur. Anket bir neçə sualı əhatə edir (Bəhrami, 1378).

Bu miqyas da dindarlığı ölçmək üçün lazımi əhatəliliyə ma- lik deyil.

  1. Azərbaycani tərəfindən (1382) İslama əsasən, dini möv- qeyin miqyası hazırlanmışdır. Onun son anketi 70 sualdan ibarət- dir, inanclar, ayinlər və əxlaq olmaqla iki miqyasa malikdir. Dünya dinləri ümumi, İslam dini (Quran ayələri və hədislər) geniş şəkildə araşdırıldıqdan sonra anketin maddələri “iman dindarlığın əsas anlayışıdır və özünü inanclar, etik davranışlar və əməli ayin- lər kontekstlərində göstərir” nəzəriyyəsi əsasında hazırlanmışdır. Miqyasın etibarlılığı Korunbaxın alfasına əsasən, 0,936-dır. Test 378 tələbə üzərində sınaqdan keçirilmişdir. İslam ekspertlərinin rəylərinə əsasən, anketin məzmununun etibarlılığının 0,775 oldu- ğu müəyyən edilmişdir. Bu miqyasın əvvəlki miqyaslardan üstün- lüyü ondadır ki, burada insan və Allah, insan və axirət münasibət- ləri, din öndərləri, insan və din, bədən və bioloji qüvvələr, iqtisadi məsələlər, sosial münasibətlər, ailə, insan və təbiət, sonda indivi-



105 Sekulyarizm - dinin insanların düşüncə və hərəkətlərində və cəmiyyətdəki institutlar üzərində təsirinin azalması.


dual əxlaq kimi dindarlıq komponentlərinə nisbətən əhatəli baxış
var (Azərbaycani, 1382).
Dindarlığın miqyas və anketlərinin universal olmasına bax- mayaraq, onlarda məhdudiyyət və nöqsanların olduğu gözə dəyir. Daytez (1971) qeyd edir ki, dinə aid suallar binalar, pul, kilsə üzv- ləri və kilsəyə bağlılığa aid olarsa, kilsə öhdəliyi yüksək olan şəxs- lərin həyatında dinin mövcudluğunun hansı hissləri yaratması, hə- yatın sonu və dərinlikləri ilə bağlı suallarla müqayisədə daha tez cavablandırılar (Brauna istinadən, 1987, səh.55).
O, həmçinin bildirir ki, bəzi araşdırmalarda kilsənin sifarişi ilə tədqiqatın test obyektləri daha çox kralın hakimiyyəti altında olan orta əsr adamları kimi nəzərdə tutulmuş və öncədən düşünül- müş kateqoriyalar onlara diktə edilmişdir (Brauna istinadən, 1987, səh.55). Anketin sual və bəndlərin qəlibləşdirilməsi, subyektivlik, qeyri-düzgün cavabların verilməsi ehtimalı kimi məhdudiyyətləri və xüsusi problemləri din psixoloqlarını dindarlığın ölçülməsində dolayı metodlardan istifadə etməyə məcbur etmişdir.



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin