Dindarlığın ölçü metodları
Yeni dövrdə elmi psixologiyanın başlanması ilə dindarlığın ölçülməsi, müxtəlif sınaq vasitələrinin tərtibi kontekstində çoxlu işlər görülmüşdur: “Tədqiqat bəzi baxış bucaqlarının təqdimatı və ya təsviri ilə başlanır. Bunun üçün anlayışlara, tədqiq edilən möv- zunun nəzəri modelinə və ölçü texnikalarına ehtiyac var. Dinin psixoloji izahı ilə bağlı məlumatların dini davranışların birbaşa və müstəqil müşahidəsi və ya tamamilə şəxsi faktlar vasitəsilə əldə edildiyi məqamlar istisna edilməklə, məlumatların əldə edilməsi üçün xüsusi texnikalara ehtiyac var (Braun, 1987, səh.37).
Din psixologiyası ilə bağlı hər növ məlumatların toplanıl- masında istifadə edilən əsas metodlar aidiyyəti olan davranışların müşahidəsindən, özünü qiymətləndirmədəki dini cavablardan, təq- ribən təsnifatlı struktura və miqyaslara malik olan təhrikedicilərin izahından ibarətdir. Ən qədim yanaşmalarda yalnız kilsəyə gedən qrupların və fərdlərin sayı, onların kilsəyə gəliş-gediş sayları, kil- səyə qəbul olduqları tarix və ya orada gördükləri işlər qeydiyyata alınırdı (Alport, 1934, Brauna istinadən, 1987, səh.47). Bu cür məlumatlar dindarlığın bəzi cəhətlərini izah edə və ya yerli adət- ənənələri əks etdirə bilər. Bu müşahidə metodları fərdlərin öz dav- ranış maraqları, inancları, baxışları, hissləri və təcrübələri ilə bağlı məlumatlarla əks mövqedə dayanır (Hay 1982, Brauna istinadən, 1987, səh.47).
Bu yanaşmaların hər birinin uzun tarixi var. Xüsusilə sta-tis- tik məlumatlardan dinin bu və ya digər cəhətinin təsdiqinin qiy-
mətləndirilməsi üçün istifadə edilir. Arqayl və Bit Hallhami (1975) Britaniyada dini fəaliyyətin azalmasını kilsələrə üzvlük səviyyəsinin aşağı düşməsi, dini məktəblərə qəbulun və müqəddəs kitabın oxunuşunun azalması ilə əsaslandırmışdır. İman və etiqad iddiası, ibadət və duanın ölçüsü, hədiyyə edilən iaənələrin miq-da- rı, məzmunu dinlə uyğunluq təşkil edən məqalələrin sayı dini fəaliyyət indeksinə daxildir. Davranış və baxışların müşahidəsi və bu haqda olan məlumatlar asanlıqla qarışdıqda psixoloqlar hər bir miqyasın etibarlılığı üçün mühüm meyar olan korrelyasiyadan is- tifadə edirlər.
Növbəti bölmədə dinin ölçülmə metodlarının tarixinə və analizinə toxunacaq, sonrakı bölmələrdə isə problemləri və onların həlli yollarını araşdıracağıq.
Dostları ilə paylaş: |