Din-psixologiyasina-giris-son pdf


Ümumilikdə test obyektlərinin xüsusiyyətləri ilə bağlı problemlər



Yüklə 353,99 Kb.
səhifə56/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   52   53   54   55   56   57   58   59   ...   68
Din-psixologiyasına-giriş

Ümumilikdə test obyektlərinin xüsusiyyətləri ilə bağlı problemlər:


Hafizə, özünü müşahidə, özünütanıma, uyğun ifadələrdən istifadə, qərarlaşdırılmış və geniş yayılmış ifadələrdən istifadəyə meyl, test obyektinin cavabında ümumi fikirlərin inikası və s. bu bölmənin komponentləridir. Təbii ki, bu cür problemlər yalnız di- ni miqyaslara aid olmur. Baxışların və şəxsiyyətin qiymətləndiril- məsi bu kimi sahələrlə bağlı miqyaslar qeyd olunan problemlərlə qarşılaşır. Bu problemlərin bəzisinin test obyektinin təlimatlan- dırılması, onun özünü münasib mövqedə ifadə etməsinə istiqamət- ləndirilməsi, ağlına gələn ilk cavabı səsləndirməsi təlimatı ilə ara- dan qalxa bilər. Mühüm olan budur ki, bütün miqyaslar maddələ- rin özlərinə və ya qəti dəyərlərin əvəzinə ehtimal edilən dəyərlərə malik saullardan, eləcə də, test obyektlərindən və onların xüsusiy- yətlərindən irəli gələn səhv varyansının miqdarına şamildir. Heç bir sual bütöv bir qrupdan aydın cavablar hasil edə bilməz. Çünki qrup üzvləri arasında individual fərqlər mövcuddur (Braun, 1987, səh.67).


  1. Din kontekstindəki test obyektləri ilə bağlı problemlər:


Cavabların süni olma imkanı, mənfəət və maraqlara xidmət edən seçim, ümumilikdə fərdin dinlə, xüsusilə də dindarlıq vəziy- yətlərinin ölçülməsi kontekstindəki həqiqi görüşü ilə izhar etdiyi görüş arasındakı fərq cəmiyyətdə dəyər mövqeyinə malikdir.


Bu problemlərin bəzisi yalançı ölçü metodlarından istifadə edilməklə (anketin ayrı-ayrı bölmələrində müsbət və mənfi şəkil- lərdə eyni məzmunlara malik sualların verilməsi), test obyektinin anonim olması (testin qrup icrası və test obyektinin adının qeyd edilməməsi), miqyas üçün ümumi adlardan istifadə (özünü tanıma miqyası kimi), sualların sağlamlıq, psixi sağlamlıq və sair kimi

biri kimi formalaşır. Hermenevtika əməliyyatlarından tarix, hüquq elmlərində və şüurlu insan fəaliyyətinin obyektivləşdirilmiş nəticələrinin təhlili ilə əlaqəsi olan digər elmlərdə istifadə oluna bilər.


miqyaslarla qarışdırılması ilə aradan qalxa bilər.
Xülasə, dindarlığın ölçülməsi ilə bağlı onu deyə bilərik ki, orta dindarlıq səviyyələrini adi miqyaslar və anketlər vastəsilə (yuxarıda qeyd etdiyimiz mülahizələrə riayət etmək və yanlışlıq faizini nəzərə almaqla) ölçmək olar, amma daha dərin səvyyələrdə dolayı metodlardan (xüsusilə proyeksiya vasitələrindən və indi- vidual avtobioqrafiyalardan istifadə), keyfiyyət araşdırmalarından (fenomenologiya kimi) faydalanmaq olar. Buna görə də maneələr, problemlər və məhdudiyyətlər ümumilikdə yolu bağlayacaq həddə deyil.

Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin