Din-psixologiyasina-giris-son pdf


Altruizm və başqalarına yardım



Yüklə 353,99 Kb.
səhifə64/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   60   61   62   63   64   65   66   67   68
Din-psixologiyasına-giriş

Altruizm və başqalarına yardım


Müxtəlif dinlər arasında Allahın həqiqəti və ya digər dini ayinlər kimi mövzularda fərq ola bilər, lakin etik mövzularda on- lar bir-birləri ilə tam bir uyğunluq təşkil edir. Həqiqətdə, müxtəlif dinlərin əxlaq məsələlərində bir-birləri ilə uyğunluq təşkil etməsi çox maraqlıdır. Məsələn, dünyanın əsas dinlərində “Başqaları ilə səninlə davranılmasını istədiyin kimi davran” təlimi həmin dinin ardıcıllarına tövsiyyə edilir. Zəiflər, yoxsullar, ehtiyaclıların əlin- dən tutulması məsələsində də bu cür vəhdətin olması diqqət çəkir. Dini təlimlərdə başqalarına yardım, onlarla dərdləşmənin ən yük- sək həddi hesab edilən fədakarlığa daha çox çağırışlar var, bu dav- ranış daha çox təriflənr. Hakim və ya digər vəzifələrdə təmsil olunmasından asılı olmayaraq, din rəhbərləri özləri də cəmiyyətin aşağı təbəqəsinə yardım göstərmiş, bunu başqalarına da tövsiyyə etmişlər. Bu mövzunun ən parlaq nümunəsi “Dəhr” surəsində Pey- ğəmbərin Əhli-beyti (Allahın salamı olsun onlara) haqqında qeyd edilmşdir. Onlar oruc olmalarına baxmayaraq, öz iftar paylarını ardıcıl olaraq ehtiyaclılara verib özləri su ilə iftar etmşlər. Adıçə- kilən surə (İnsan 5-22) həmin fədakarlıq haqqında nazil edilmiş və bu davranış təriflənmşdir. Ayələrin bəzi hissələrində qeyd olunan davranışa işarə edilərək bildirilmişdir ki, onlar özləri yemək istə- dikləri və ona ehtiyac duyduqları halda onu yetimə, miskinə və əsirə verdilər. Biz bu işi yalnız Allaha görə edirik, sizdən təşəkkür və mükafat gözləmirik138.


138 “Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirt- dikləri kimsələrə belə deyərlər:) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz
Məsum öndərlərin gecələr yoxsulların evlərinin qapılarına azuqə daşıması ilə bağlı çox məlumatlar verilmişdir. Məsələn, İmam Əli (ə), İmam Zəynəlabidin (ə) və İmam Sadiqin (ə) bu dav- ranışları, İmam Həsənin (ə) səxavəti və əliaçıqlığı çox məşhurdur. Səxavət və fədakarlıq təkcə din öndərlərinə deyil, həm də mömin- lərə xas olan xüsusyyətlərdən hesab edilmişdir. Quranda Mədinə ənsarları haqqında belə buyurulur: “Onlar yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürək- lərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!”139
Dini təsisatlar və dindarlar zəif insanların sosial rifahını yaxşılaşdırmaq üçün onlara yardımlar göstərirlər. Keçmişdə məs- cidlər, təkyələr140 kimi ibadət ocaqlarında qoyulmuş sədəqə qu- tuları həmin ərazidəki ehtiyaclıların ehtiyaclarının ödənilməsinə xidmət etmişdir. Bu qədim ənənə imdad komitəsi, yardım fondları şəklində bu gün də davam etməkdədir. Məhərrəm və ramazan ayları kimi ilin xüsusi günlərində ehtiyaclılara yemək verilməsi daha geniş səviyyədə həyata keçirilir. Digər dinlərin dindarları arasında da bu cür ayin və mərasimlər mövcuddur.
Görəsən praktiki araşdırmalar bu əlaqəni nə dərəcədə təsdiq edir? Bu mövzuda aparılmış ilk araşdırma anketlər və fərdlərin özlərinin verdikləri məlumatlar əsasında həyata keçirilmişdir. Hə- min araşdırmalardan birinə əsasən, (Çave, Conson və başqaları, 1990) başqalarına yardım intrinsik dindarlıqla 42% korrelyasiyaya malikdir (Arqayl, 2000, səh.194). Bəzi psixoloqlar bu cür araşdır- malara şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, bu nəticələr fərdlərin əməli və real yardımlarını əks etdirməyə bilər, bu davra- nışlar onların “bu məhz belə də olmalıdır” fkrindən də irəli gələ bilər. Başqa sözlə desək, araşdırmaların nəticələri dindarların əmə- li yardımını deyil, onların zehni baxışlarını əks etdirə bilər. Bun-

sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.” İnsan surəsi/8-9.


139 Həşr surəsi/9.
140 İbadət evlər
dan əlavə, araşdırmaların çoxunda başqa amillər nəzərə alınma- mışdır. Məsələn, yardım üçün kilsəyə gedənlərin yalnız kilsə üzv- lərindən ibarət olduğu, yoxsa kilsədən kənarda da yardım göstər- məyə hazır olan insanlar olduqları müəyyən edilməmişdir.
Bu problemlərə əsasən, psixoloqlar altruizm qiymətləndir- məsi və başqlarına yardım göstərilməsində davranış miqyaslarına üstünlük verirlər. Dindarlıq və başqalarına yardım arasındakı kor- relyasiya ilə bağlı aparılmış ilk araşdırmada bu ikisi arasında əlaqə olduğu müəyyən edilməmişdir və ilahiyyat fakültəsinin tələbələ- rinin yardımları qeyri-dindarlardan çox olmamışdır. Lakin sonrakı davranış araşdırması müsbət nəticə vermişdir. Araşdırmalarda kitab oxumaqla kor qıza yardım göstərmək, tənha bir qıza yardım və sair kimi vastələrlə qiymətləndirmə aparılmışdır. İntrinsik din- darlığa malik test obyektləri daha çox yardımlar göstərmişlər, am- ma exstrinsik dindarlığı olan test obyektləri bu cür olmamışlar (Arqayl, 2000, səh.195).
Ən ciddi yardım forması könüllü xeyriyyə işləridir. İngil- tərədə həyata keçirilmiş bir proyeksiya araşdırmasında könüllü xeyriyyə işləri görənlərdən gördükləri işlərin faydası və xeyri haqqında soruşulduqda onların 44%-i belə cavab vermişldir: “Yar- dım göstərmək dinin bir parçası və ya mənim həyat fəlsəfəmdir.” (Lin Smit, 1991). ABŞ-da da Qalop müəssisəsi tərəfindən həyata keçirilmiş bir araşdırmada məlum olmuşdur ki, əksər dindar fərd- lərin 46%-i bu cür könüllü işləri yoxsullar, zəif, imkansız və yaşlı- lar üçün edirlər. Qeyd olunan göstərici qeyri-dindarlar arasında 22%-lə ifadə edilmişdir (Mayrez, 1992).
Praktiki araşdırmalardan biri xeyriyyə işlərinə göstərilən malyyə yardımları ilə bağlı olmuşdur. Dindarlıqla maliyyə yardı- mı göstərilməsi arasında korrelyasiya varmı? Statistika göstərir ki, İngiltərədə əhali gəlirinin orta hesabla ¼ %-ni kilsə və digər yerlə- rə hədiyyə edir.1993-cü ildə dindarlığa çox böyük əhəmiyyət ve- rənlər hər ay 23,75 funt hədiyyə etmişlər ki, bu məbləğin də yarısı kilsəyə ayrılmışdır. Dindarlığa çox da böyük əhəmyyət verməyən- lər isə 7,94 funt yardım göstərmişlər. ABŞ proyeksiya araşdırma- sında da kilsəyə gedənlərin gəlirlərinin 3,8 %-ini hədiyyə etdikləri müəyyən edilmişdir. Kilsəyə arada bir dəfə və ya təsadüfən gedən-
lər və kilsəyə getməyənlər gəlirlərinin 0,7 %-i qədərində yardım göstərmişlər (Mayerz, 1992). Kilsəyə pul verməklə kilsədə daha çox iştirak, dua və ibadət arasında güclü korrelyasiya (0,40%) var (Arqayl, 2000, səh.185).
Əlbəttə, kilsəyə edilən yardımların hamısının xeyriyyə işlə- rinə aid olduğunu demək olmaz. Çünki bu pulların çox hissəsini kilsəyə dəstək və müxtəlif xidmətlər həyata keçirdiyi üçün ona yardım kimi klub zəhmət haqqısı hesab etmək daha yaxşı olar. Kilsəyə hədiyyə edilənlərin 70 %-inin bu səciyyəyə malik olduğu təxmin edilir. Bu cəhət kilsəyə hədiyyə ilə oradakı fəaliyyətlərdə iştirak arasındakı korrelyasiya ilə çox uyğunluq təşkil edir (Haq və Yanq, 1994). Əgər 70%-lik təxmini ABŞ və İngiltərədəki xeyriy- yə hədiyyələrinə aid etsək belə, kilsə üzvləri tərəfindən hədiyyə edilən əsl xeyriyyə məbləği bu iki ölkənin digər fərdlərinin verdik- lərndən iki dəfə çoxdur (Haq və Yanq, 1994).
Bəzi almlər dindarlığın bir çox başqa faydalarını da qeyd etmişlər. Onlardan bəzilərinə bu tədqiqat işində toxunduq, bəziləri ilə bağlı psixoloji və praktiki araşdırma aparılmadığı üçün onlara toxunmuruq. Sadəcə mövzunu tamamlamaq üçün onların adlarını çəkirik.
Şəhid Mütəhhəriyə görə, imanın nəticələri və faydaları (1369, səh.39-50):

  1. Təravət, sevinc və şadlıq: Dünyaya nikbin baxış, ayıqlıq, ümdvarlıq, rahatlıq və mənəvi ləzzət;

  2. İctmai münasibətlərin yaxşılaşması: İman və təqva işığında başqaları ilə münasibətdə ədalət və etikaya riayət;

  3. Narahatlıqların azalması: Həyatın xoşagəlməzlikləri qarşısında müqavimət gücünün artırılması;

Soruşa görə, dinin xidmətləri və gözəllikləri (1376, səh.227-
277):

  1. Həyatı ümumilkdə mümkün və xoş edir, yaşamağa sti-

mul, bağışlamağa cürət verir;

  1. Həyata məna bəxş edir;

  2. İnsanın dünya ilə bağlı son suallarına cavab verir;

  3. Mənəvi kəşflər: Din təcrübəyə zəmin yaradır, insanları dini təcrübəyə stimullaşdırır (kainatın sirlərinə heyranlıq, dünya-

nın batinini görmək, hiss pərdələrini parçalamaq, ilahi aləmi, Haq- qın əzəmət və sevgi adlarını müşahidə etmək);

  1. Dini təcrübələrin və mənəvi kəşflərin düzgün izahı (Musa və çobanın dastanı);

  2. Əxlaq və etikanı himayə: Çəkdikləri zəhmətlərin əvəzsiz qalmayacağına ümumi əminlk, çirkin davranışların anası kimi eqoistlikdən uzaq olmaq, ölümü və Allahı xatırlamaqla əxlaqlı yaşamaq zəmanəti hasil etmək;

  3. Allah, qiyamət və sair kimi xoşbəxtlik bəxş edən ka- teqoriyaları əldə edilə bilən, sadə və cazibədar etmək;

  4. Ölümdən sonrakı həyat kimi başa düşə bilmədkləri, başa düşməkdə çətinlik çəkdikləri mövzularda insanlara yardım göstər- mək.




Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin