Din-psixologiyasina-giris-son pdf


Dindarlığın mənfi təsirləri



Yüklə 353,99 Kb.
səhifə65/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   60   61   62   63   64   65   66   67   68
Din-psixologiyasına-giriş

Dindarlığın mənfi təsirləri


  1. Fərdi səviyyə

Keçən bəhslərimizdə dindarlığın faydalarından danışdıq. İndi belə bir sual yaranır ki, fərdi və sosial səviyyədə dindarlığın mənfi təsirləri varmı? Başqa sözlə desək, fərd və cəmiyyət dindar- lıq nətcəsində mənfi təsirə məruz qalır və bu vasitə ilə ziyana dü- şürlərmi? Bəzi din psixoloqları (Batson və həmkarları, 1993) he- sab edirlər ki, dindarlığın fərd üçün xeyirləri olsa da, onu ölüm qorxusundan, həyatdakı bir çox digər qorxulardan, malik olmadı- ğına görə narahatlıqlardan xilas etsə də, bəzi məsələlərdə onun azadlığını əlindən alır, məsələn, spirtli işkilər içməsinə, qumar oy- namasına, tütün məmulatlarından istifadəsinə, seksual azadlığına, abort etməsinə, hamiləliyin qarşısının alınmasına və ya boşanma- sına icazə vermir. Bunlardan başqa, dindarlıq fərdi inanclar siste- minin özü ilə bağlı fikir və tərəddüd azadlığından məhrum edir. Müəyyən edilmişdir ki, intrinsik dindarlıqda və ya dindarlığın digər sahələrində yüksək qiymətlərə malk fərdlər əsarət miqyasına görə də yüksək qiymətlərə malikdirlər. Bu miqyası Batson və həmkarları kəşf etmişlər. Miqyasın maddələrindən biri belədir: “Nəyinsə mənim hal-hazırkı dini inancımı dəyişəcəyini düşünmü- rəm”. Dindarlar doqmatizmdə də başqaları ilə müqayisədə yüksək qiymətlərə malkdirlər, necə deyərlər, onların qapalı təfəkkürləri
var (Arqayl, 2000, səh.153).
Əlbəttə, bu cəhətlər bəzi dinlərdə özünü digər dinlərlə mü- qayisədə daha çox doğrudlur. Məsələn, bəzi xristian firqələrində boşanmaya və hamiləliyin qarşısının alınmasına əsla icazə veril- mir, halbuki, İslam dinində boşanma Allahın xoşlamadığı ən mən- fur əməl hesab edilsə də, dalanlar və çıxılmazlıqlardan xilas olmaq üçün icazə verildiyi məqamlar var. Hamiləliyin qarşısının alınması haram yollarla olmasa, qadağan hesab edilmir. Hər-halda, bəzi mövzularda müxtəlif dinlər arasında fikir ayrılıqları olsa da, bəzi davranışlarla bağlı məhdudyyətlərin tətbiq edilməsi adətən dinin spesifik xüsusyyətlərindən hesab edilir. Başqa sözlə desək, dindar olub heç bir məhdudiyyəti qəbul etməmək, heç bir qadağaya bo- yun əyməmək mümkün deyil. Burada qarşıya belə bir sual çıxır: Bu məhdudyyətləri dindarlığın faydalarından, yoxsa mənfi təsir və ziyanlarından hesab etməliyik? Bizim inancımıza görə, Allah və ilahi elçilər tərəfindən bizə çatdırılmış dini məhdudiyyətlərin ger- çək xeyirləri var və yekunda fərdin xeyrinə tamamlanır. Buna görə də qeyd olunan cəhətlər zahirən məhdudiyyət kimi görünsə də, reallıqda fərdin xeyrinə tamamlanan faydadır. Dindar insan spirtli içki, seksual özbaşnalıq və sairədən qorunmaqla öz sağlamlığına yardım etmiş olacaq, hətta cəmiyyətə də xeyir verəcək. Bundan əlavə, bəzi davranışların məhdudlaşdırılması zamanı fərd heç bir məhdudiyyət hiss etməyə də bilər. Başqa sözlə dəsək, kənardan məhrumiyyət kimi görünən konkret hadisə narahatedici olmaya bilər. Narahatlıq fərdin daxilən hiss etdiyidir. Dindar şəxs kənar- dan məhrumyyət kimi görünən konret hadisənin dünyadakı və axi- rətdəki ziyanlarından xəbərdar olduğu üçün ona qarşı məhrumiy- yət hissi keçirmir, bu davranışlara təhrik də olunmur.
Doqmatizmə və dindar şəxsin inanclarında şübhə və tərəd- düdə yol verməməsinə gəldikdə isə deməliyik ki, bəzi dindarlıq tipləri ilə doqmatizm arasındakı korrelyasiya dindarlığın zəif nöq- təsi hesab edilməməlidir. Ümumiyyətlə, bu söz deyilərkən nə nə- zərdə tutulduğunu müəyyən etmək lazımdır. Əgər doqmatizm de- yilərkən dindarın öz inancları ilə bağlı yetərli dəlillərin olmama- sına baxmayaraq, həmin inancları israrla müdafiə etməsi, hətta reallıqla üst-üstə düşsə belə, heç bir əks dəlil qəbul etməməsi nə-
zərdə tutulursa, bu doqmatzm mənfi və yersizdir. İslam dinində bu cür doqmatizm qəbuledilməzdir. Quranda başqalarının sözlərini dinləməyə və daha yaxşısını qəbul etməyə çağırış141, dində məc- buriyyətin olmaması ilə bağlı ayələr var142. Ayələrdə sırf ata və babalarının yolunu getmək üçün haqdan üz döndərən insanlar mə- zəmmət edilir143. Əlbəttə, fərd dəqiq və aydın dəlillər əsasında müəyyən inanclara sahib olduqdan sonra onlar haqqında tərəddüd və şübhəyə yer qalmır, fərd onlara qəti şəkildə təslim olmalıdır. Əgər doqmatizm deyilərkən bu məna nəzərdə tutulursa, mənfi olmamaqla yanaşı qətiyyət və əminlik göstəricisi hesab edilməli- dir. Quranda “möhkəm bir sözlə sabitqədəm edər” (İbrahim su- rəsi/27) ifadəsi altında bu xüsusiyyət təriflənmiş və möminlərə bu barədə vəd verilmişdir.
Bu cəhət xüsusilə ABŞ-da ciddi kilsələrin daha çox cəlbe- dici olmasına və daha çox inkişaf etməsinə gətirən səbəblərdəndir. Bu növ kilsələr fərdə bəlli bir həyat üslubu təqdim edir və bu va- sitə ilə onda əminlik yaradır. Sözügedən kilsələrə görə, inanclarda pluralizm qəbuledilməzdir. Baxmayaraq ki, hər bir inanc haqq ola bilər.



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin