Allaha yaxınlıq. İctimai dəstək dindarlığın yüksək həyat məmnunluğuna səbəb olmasının yeganə amili deyil. Məlum olub ki, kilsədə iştirak nəzərə alınmadan Allaha yaxınlaşma ilə həyat- dan razı qalmaq arasında korrelyasiya əlaqəsi var (Pollner, 1989). Dini təcrübə və ibadət razılığa səbəb olur və fərddə Allahla ictimai əlaqə hissinin yaranmasına səbəb olur. Bu əlaqə bəzi cəhətlərdən insanlarla əlaqəyə bənzəyir (Kerk Patrik, 1992).
Ekzistensial yəqinlik.Kilsədə iştirak və xüsusi ibadətlər nəzərə alınmadan möhkəm və qətiyyətli inanclarla həyatdan razı- lıq arasında, xüsusilə yaşlılar və təhsil səviyyəsi aşağı olan fərd- lərdə korrelyasiya var (Ellison, 1991). Adətən ənənəvi və funda- mentalist hesab edilən baptist kilsələrin üzvlərinin orta hesabla həyatdan razılıq səviyyəsinin liberal kilsələrin üzvlərinin həyatdan razılıq səviyyələrindən yüksək olduğunu göstərən faktlar var (Elli-
son Qay və həmkarları, 1989).
İnancların da məzmunu mühüm əhəmiyyət daşıyır. Ölüm- dən sonrakı dünyaya etiqad yaşlılar üçün ən güclü həyat məmnun- luğu və həyat sevgisi vəd edən amildir (Steinitz, 1980). Mehriban və himayəçi Allaha etiqad da belə bir xüsusiyyətə malikdir. Hər iki inanc nikbinlik və nəzarət hissinin artmasına səbəb olur.
Ölümün nikbin izahı
Çoxları ölümdən qorxur. Onların narahatlıqlarının səbəbləri aşağıdakılarla izah edilir: ölüm həyatdakı yaxşı şeylərin itirilməsi- dir, öldükdən sonra baş verənlərə inamsızlıq. Halbuki, din ölümü nikbin və pozitiv prizmadan izah edir, onu yox olmaq, məhv ol- maq deyil, müvəqqəti həyatdan əbədi həyata köçmək kimi təqdim edir.
İngiltərədə əhalinin 55%-i, ABŞ-da isə 70%-i ölümdən son- rakı həyatın olduğuna inanır. Bu inanca sahib olanların 93%-i hə- min həyatın rahat, firavan və məmnunluq yaradan bir həyat oldu- ğunu düşünür. İngiltərə əhalisnin 28%-i, ABŞ əhalisinin 71%-i Cəhənnəmə inanır (bəlkə də bu, iki xalq arasında olan ən böyük dini fərqdir).
Ölüm qorxusunu ölçmək üçün bir neçə metoddan istifadə edilmişdir. Onlardan birbaşa suallar, ölümlə bağlı sözlərə fizioloji reaksiyalar kimi qeyri-şüuri yoxlamalara işarə etmək olar. Bəzi araşdırmalar göstərir ki, insanların çoxunun ölümdən şüurlu şəkil- də qorxma səviyyəsi aşağıdır. Lakin bu qorxu qeyri-şüuri səviyyə- də daha çox olur. Bu növ qorxu digər cümlələrlə müqayisədə ölümlə bağlı sözlərin semantik assosiasiyalarında təxirə yol veril- məsi vasitəsilə göstərilir (Fifel, 1974). Müəyyən edilmşdir ki, “məzarlıq” sözü çox həyəcanvericidir, qəm-qüssə yarada bilir (Qostavson, 1972).
Buradan ortaya belə bir sual çıxır: ölüm qorxusu dindarlarda azdırmı? 36 araşdırmanın meta-analizində 24 əlaqə konteksti mü- şahidə edilmşdir (Spilka, Hud və həmkarları, 1985). Əgər dindar- lığın müxtəlif növlərinə diqqət yetirsək, intrinsik dindarlıqda qiy- mətləri yüksək olan fərdlər ölmüdən az qorxurlar (4-5% korrel- yasiya ilə), amma ekstrinsik dindarlar üçün bu qorxu daha çoxdur
(Vulf, 1998, Arqayla istinadən, 2000, səh.145).
Din psixologiyasında praktiki sınaq nadir hallarda baş versə də, ölüm qorxusunun dini inanclara təsirləri ilə bağlı sınaqlar keçi- rilmişdir. Osarçuk və Teyt (1973) aşağıdakı işləri görməklə öz sı- naq subyektlərində şiddətli ölüm qorxusu yaratmışlar: ölülərin cə- nazələri və ölümlə bağlı səhnələrdən ibarət 42 slayd göstərmək; mərasim mahnıları səsləndirmək, təsadüfi və ya xəstəlik vasitəsilə baş verən ölüm hallarının təhlükələri haqqında danışmaq. “Öncə- dən başqa dünyaya etiqadı olan sınaq subyektləri üçün bu sınaq ölümdən sonrakı həyata inamı diqqət çəkəcək dərəcədə artırdı, nəticədə, ölüm qorxusu azaldı, test obyektlərində axirət dünyasına qarşı müsbət fikir yarandı. Əlbəttə, bu o halda baş verdi ki, onların ölümdən sonrakı dünyaya əvvəlcədən inamları var idi.” (Bit Hall- hami və Arqayl, 1997, səh.195).
İnsanı ölümlə qarşılaşdıran bəzi həyat reallıqları: A) Çarəsiz xəstəliklər; A) Döyüş səhnəsi; A) Yaşlılıq və yaş həddinin artma- sı. Feyfel (1974) bildirir ki, sağalmaz xəstəliyə tutulmuş dindarlar sağlam adamlarla müqayisədə ölümdən az qorxurlar (70%-lə mü- qayisədə 81%), halbuki, adi xəstələrlə sağlam insanlar arasında elə də fərq yoxdur. Başqa bir araşdırmada məlum olmuşdur ki, sağal- maz xəstələr ölümü daha çox inkar edir, ondan qaçırlar və onun haqqında fikirləşə bilmirlər.