Din-psixologiyasina-giris-son pdf


V Fəsil Dindarlığın təsirləri



Yüklə 353,99 Kb.
səhifə57/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   53   54   55   56   57   58   59   60   ...   68
Din-psixologiyasına-giriş

V Fəsil Dindarlığın təsirləri


Dindarlıq həyatdan daha çox razı qalmaqla nəticələnir? Din- darlıq cəmyyətdə cinayətlərin azalmasına səbəb olur? Bu kimi onlarla sual mövcuddur. Dindarlığın fərdi və ictimai səviyyədəki təsirləri din psixologiyasının ən mühüm mövzularındandır. Sözü- gedən istiqamətdə aparılan tədqiqatların çoxu bu təsirlərin hansı- nın mövcud olması ilə bağlıdır. Bu fəsildə dinin fərdi və ictimai səviyyədə göstərdyi bəzi təsirləri araşdıracağıq. Öncə dinin fayda- ları, fəslin sonunda isə dindarlığın mənfi təsirləri ilə bağlı araşdır- ma aparacağıq.


Dindarlığın faydaları





    1. Fərdi səviyyə

Dindarlığın fərdi səviyyədəki faydaları kateqoriyasına ruhi sakitlik, həyatdan, yaşamaqdan məmnunluq, ölümün nikbin izahı və fiziki sağlamlıq mövzuları daxildir.


  1. Ruhun rahatlığı


Bəlkə də deyə bilərik ki, insanın, xüsusilə də müasir insanın ən böyük problemi depressiya, narahatlıqdır, ümumi şəkildə de- sək, ruhi rahatlığın olmamasıdır. Bu səbədən də bəzi alimlər müa- sir dövrü narahatlıqlar dövrü adlandırmışlar. Ruhi rahatlıq insanın itiyidir və o, bütün varlığı ilə onun axtarışındadır. Bəzən fərd nü- munə seçimində səhvə yol verir, şirin su əvəzinə ilğım arxasınca qaçır. Din prizmasından bu ehtiyacı təmin edə biləcək yeganə əməl Allahın xatırlanmasıdır. Quranda ruhi rahatlığın yalnız Alla- ha diqqət sayəsində mümkün olduğu israrla vurğulanır: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar!”118
Əllamə Təbatəbai (r) qeyd olunan ayədəki məhdudlaşdırıl- manı belə izah edir: “İnsanın bütün dərdi, arzu və istəyi xoş-


118 Rəd surəsi/28.
bəxtliyə nail olmaq, bədbəxtlikdən yaxa qurtarmaqdır. O, bu yolda bütün mümkün vasitələrə əl atır. Ancaq bu yolda Allah istisna olmaqla, bütün vasitələr acizdir. Aciz omayan mütləq güc sahibi yalnız Allahdır.” (Təbatəbai, XI cild, səh.355).
Bu məzmun başqa bir ayədə fərqli şəkildə ifadə edilmişdir: “Hər kəs Mənim zikrimdən (Qurandan) üz döndərsə, güzəranı daralar.”119 Məlumdur ki, burada “güzəranın daralması” deyilər- kən maddi yoxsulluq və kasıblıq nəzərdə tutulmamışdır. Çünki hə- min adamlar çox varlı ola bilərlər, amma bütün maddi imkanlara malik olmalarına baxmayaraq, ruhi rahatlıq hissindən məhrum olar, hər zaman narahatlıq keçirərlər. Deməli, “darlıq” və “sıxıntı” deyilərkən rahatlıq olmaması, hər zaman narahatlıq olması nəzərə tutulur. Bu, çox aşkardır. Əllamə Təbatəbainin dili ilə desək, Alla- hı unudanın maddi dünyaya sarılmaqdan, ondan daha çox istifadə etməkdən başqa çarəsi yoxdur. Digər tərəfdən, az və ya çoxluğun- dan asılı olmayaraq, maddi fayda insanı qane və məmnun etməyə yetmir. Çünki insan əldə etdiyinə qane olmur, daha çoxunu əldə etməyə çalışır, özünü xüsusi bir hədlə məhdudlaşdırmır. Nəticədə, fərd hər zaman narahatlıq, depressiya içində, ölüm, xəstəlik, baş- qalarının paxıllığı və əzizlərindən ayrı düşmək qorxusu ilə yaşayır. Halbuki, Allahı unutmasayadı və Allah yanında başqa bir həyata qovuşacağına əmin olsaydı, tamamilə məhv olmayacağını, bu dün- ya həyatının ötəri olduğunu dərk etsəydi, bu dünyada ona verilən- lərə qənaət etsəydi, psixi və ruhi cəhətdən sıxıntı keçirməz, həyatı darlaşmazdı (Təbatəbai, XI cild, səh.225).
Dindarlığın ruhi rahatlığa təsiri, başqa sözlə desək, bu ikisi arasındakı korrelyasiya o qədər aydındır ki, hətta heç bir praktiki sübut göstərilmədən də belə bir iddia ilə çıxış edə bilərik. Hətta daha da irəli gedərək bu korrelyasiya və əlaqənin əksini göstərən faktın və praktikanın olduğu deyilərsə, həmin fakt və təcrübəyə şübhə ilə yanaşarıq. Çünki həmin tədqiqatda dindarlıq düzgün və ya doğru meyarlarla ölçülməyə, yaxud onda bu kimi səhvlərə yol verilə bilər. Digər tərəfdən, biz dindarlıqla ruhi və mənəvi rahatlıq arasında ancaq qarşılıqlı əlaqə olduğunu iddia etmirik, birinci qeyd


119 Taha surəsi/124.
etdiyimiz ayəyə əsasən, psixi, ruhi və mənəvi rahatlığa nail olmaq üçün yeganə yolun Allahı xatırlamaqdan ibarət olduğuna və mənəvi rahatlığın yalnız bu vasitə ilə əldə edilə biləcəyinə inanırıq.
Bu nüansı qeyd etməkdə məqsəd sözügedən kontesktdə praktiki araşdırmaların aparılmadığını və ya tədqiqatların dindar- lıqla mənəvi rahatlıq arasında korrelyasiyanın olmadığını göstərdi- yini demək deyil. Məqsədimiz diqqəti dindarlıqla daxili rahatlıq və psixi sağlamlıq arasındakı əlaqənin çox güclü olduğuna cəlb etməkdir. Aşağıda bu kontekstdə aparılmış bəzi praktiki araşdır- malara işarə edirik. Batson və həmkarları (1993) dindarlıqla psixi sağlamlıq arasında qarşılıqlı əlaqə olması ilə bağlı aparılmış 115 araşdırmanın nəticələrini təhlil və analiz edərək belə bir nəticəyə gəlmişlər ki, araşdırmaların 37-si bu ikisi arasında müsbət, 47-si isə mənfi korrelyasiyanın olduğunu göstərir. Araşdırmaların 31-i isə onlar arasında heç bir korrelyasiyanın olmadığını göstərir. Son- ra bu tədqiqatçılar həmin araşdırmaların nəticələrini ayrı-ayrılıqda intrinsik və ekstrinsik120 dindarlıq üzrə təhlil etmişlər (Bit Hall- hami və Arqayl, 1997, səh.189). Burada analizin nəticələrinə işarə etməzdən əvvəl Alportun ixtiralarından olan bu iki dindarlıq tipinə qısa şəkildə açıqlama veririk.
Alport (1950) hesab edirdi ki, dində intrinsik və ekstrinsik olmaqla iki baxış forması var. Buna görə də “dini orentasiya miq- yası” adlı bir miqyas yaratmışdır. Həmin miqyasın cümlələri 5.1 saylı cədvəldə göstərilmişdir. Ümumiyyətlə, intrinsik dindarlar dindarlığın özünü hədəf seçir, dinə həqiqətən inanır və onu cid- diyə alırlar. Ekstrinsik dindarlar isə dini başqa məqsədlərə nail olmaq üçün vasitə seçirlər. Məsələn, bəziləri üçün dini mərasimdə iştirak yeni dostlar tapmaq üçün əlverişli vasitədir.
Bu iki dini baxış növünün müxtəsər izahından sonra əvvəlki araşdırmaya qayıdırıq. Dindarlıqla psixi sağlamlıq arasında qarşı- lıqlı əlaqə olması ilə bağlı aparılmış 115 araşdırmanın nəticələri- nin ayrı-ayrılıqda intrinsik və ekstrinsik dindarlıq mövqeləri əsa- sında təhlil və analizinin nəticələri 5.2 saylı cədvəldə verilmişdir.




120 Batin və zahiri
Cədvəl 5.1 İntrinsik və ekstrinsik baxış bucağına aid
cümlələrdən nümunələr

Vulf ,1991, səh.230.
Cədvəl 5.2. İntrinsik və ekstrinsik dindarlıqla ruhi sağlamlığın
korrelyasiyası

Miqyaslar

Qeyri-müəyyən

Mənfi

Müsbət

İntrinsik

30

14

49

Ekstrinsik

31

49

1

Cədvəldən də göründüyü kimi, araşdırmaların çoxu intrinsik dindarlıqla ruhi sağlamlıq arasında müsbət korrelyasiya olduğunu, ekstrinsik dindarlığın isə ruhi sağlamlıqla mənfi korrelyasiyaya malik olduğunu göstərir.


Geniyanın (1996) sonrakı araşdırmaları da bunu təsdiq edir. O, öz araşdırmalarında belə bir nəticəyə gəlmişdir ki, intrinsik din- darlıq depressiya ilə mənfi korrelyasiya, mənəvi sağlamlıq, özünə hörmət və heysiyyətlə müsbət korrelyasiyaya malikdir. İntrinsik dindarlıq fərdi depressiya və narahatlıq yarada bilən qarşısıalın- maz hadisələr nəticəsində meydana gələn stressdən qoruyur. Ma- kintoş və həmkarları (1993) övladları qəfildən ölmüş 124 valideyn üzərində araşdırma aparmışlar. Araşdırmalar göstərmişdir ki, müntəzəm şəkildə kilsəyə gedən adamlar ictimaiyyət tərəfindən daha çox dəstəkləndiklərini hiss edir və övladlarının itirilməsinə bir məna və bir izah tapırlar. Dindarlığa ciddi yanaşan və ona mü-
hüm əhəmiyyət verən adamlar da bu itkiyə bir izah tapır, eyni za- manda bu müsibət haqqında başqaları ilə söhbət etməklə və dərd- ləşməklə qarşılaşdıqları imtahandan üzüağ çıxmağa çalışırlar (Ar- qayl, 2000, səh.159).
Parqament və həmkarları (1997) dini adaptasiyanın müxtəlif növlərinin müsbət təsirlərinin olduğu qənaətinə gəlmişlər. “Dini uyğunlaşma” deyilərkən fərdlərin stress və stressdən qaynaqlanan mənfi emosiyalardan qorunmasına, ən azı onun təsirlərini azalda bilməsinə yardım göstərən davranış və təfəkkür tərzi nəzərdə tu- tulur.
Parqament bu proseslə bağlı aparılmış çoxlu sayda tədqiqat işini araşdırmış və belə bir nəticəyə gəlmişdir ki, dindarlar, yaşlı- lar, qadınlar, yoxsullar, təhsilsizlər, səyyahlar və dullar ağır itkilər və şiddətli xəstəliklər kimi problemlərlə qarşılaşdıqda bu cür adaptasiyadan istifadə edirlər. Səbəb isə həmin insanların bəlkə də daha az alternativ mənbəyə malik olması ilə bağlıdır.
Dini adaptasiyanın psixoloji sağlamlığa təsiri ilə bağlı çoxlu sayda araşdırma aparılmışdır, nəticələr isə müəyyən mənada mü- rəkkəbdir. Həyata keçirilmiş 130 araşdırmanın 34%-i dindarlığın depressiya, narahatlıq və digər mənfi vəziyyətlərə müsbət, 4%-i mənfi təsir göstərdiyindən xəbər verir. Yerdə qalan araşdırmalar bu istqamətdə mühüm bir təsirin olmadığından xəbər verir.
Dini ataptasiya növlərinin bəziləri də digərləri ilə müqayi- sədə daha çox uğurludur. Məsələn, Allah tərəfindən istiqamətlən- dirilmə və yardım göstərilməsi hissi, “ortaq müqavimət” (Allah qərarların qəbul edilməsində və problemlərlə mübarizədə insanla bir yerdədir), “yenidən xeyirxah çərçivə qurmaq” (fərd hadisənin ilahi iradədən qaynaqlandığını nəzərə alıb neqativ görünən hadisə- lərə pozitv yanaşır), kilsə və ruhani cəmiyyətindən dəstək istəmək adaptasiyanın uğurlu vasitələrindəndir (Arqayl, 2000, səh.160).



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin