Din-psixologiyasina-giris-son pdf


Tərəddüdsüz və qətiyyətli dindarlıq parametrlərinin olmaması



Yüklə 353,99 Kb.
səhifə55/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   51   52   53   54   55   56   57   58   ...   68
Din-psixologiyasına-giriş

Tərəddüdsüz və qətiyyətli dindarlıq parametrlərinin olmaması:


Dindarlığın ən qəbul edilən, ən hiss edilən, ən ölçülə bilən yön və ünsürləri namaz, ayinlər, dini məclslərdə iştirak kimi dini davranışlardır. Lakin bu cür davranışlar dindarlığın qəti və aydın göstəricisi deyil. Bu davranışların bəzən sırf göstəri, sosial iştirak, iqtisadi, siyasi və sair maraqlara xidmət etməsi də mümkündür.
Bu problemi iki ayrı yöndən həll etmək olar: 1. Müşahidə- ləri tez-tez və müxtəlif zamanlarda, dolayı və gizli şəkildə apar- maqla problemi həll etmək olar; 2. Haqqında daha sonra məlumat verəcəyimiz anketin bəndlərinə əsasən, insan özü ilə bağlı məlu- mat verdiyi zaman bu problemi həll etmək olar. Əlbəttə, dini dav- ranışların ölçülməsi ilə kifayətlənmək azdırıcı ola bilər. Dərketmə və emosiya yönlərinə əsaslanmaqla və dolayı metodlardan istifadə etməklə anket miqyaslarının çatışmazlığını aradan qaldırmaq olar.


  1. Xam və yetərsiz suallar:


Cavabın sual şəklində verilməsi, seçimlərin məhdud olması, ümumilikdə dini və teoloji anlayışlar üçün psixoloji terminlərin
müəyyənləşdirilməsi də problemlərdəndir. Əslində, bu problem keyfiyyət kateqoriyalarının kəmiyyət kateqoryalarına çevrilmə- sindən və dinin ölçülməsindən qaynaqlanan bir problem olmasa da, dinlə psixologiyanın fərqi onu gücləndirir.
Problemin həllinə müəyyən qədər psixometriyada səy gös- tərilmişdir. Anketin cümlələrinin tərtibinə daha çox diqqət yetiril- məsi, anketin cavablarında Torston, Likert və başqalarının müxtə- lif miqyaslarından istifadə, bəzi bəndlərin əlavə edilməsi və ya açıq cavab qoyulması (qapalı cavab əvəzinə) müəyyən mənada uğurlu alınmış həll yollarından olsa da, yanlışın müəyyən faizi qalmaqdadır. Vulf bununla bağlı diqqət çəkəcək bir məqama to- xunur: “Hətta daha geniş və əhatəli görünən anketlər belə güclü fi- kir və təxəyyülə malik olan sınaq obyektlərinə yetərli seçim imka- nı yarada bilmir.” Hunt (1972) test obyektlərinin inanclarını əks etdirən cümlələr üçün adətən iki seçim variantının qeyd edildiyi qaydaya işarə edərək, mifik seçimlərin də artırılmasını təklif et- mişdir. Məsələn, sınaq obyekti “İsa bakirə Məryəmdən digər insan övladlarından fərqli şəkildə doğulmuşdur” cümləsi qarşısında üç variantdan birini seçsin: a) Təsdq – “Razıyam, Allah İsanı Məryə- min bətninə o, öz əri ilə cnsi əlaqəyə girməzdən əvvəl qoymuş- dur.” b) İnkar – “Razı deyiləm, dinlərin çoxu öz təsisçilərinin ba- kirə br anadan dünyaya gəldiyini iddia etsə də, biz bilirik ki, bu hadisə fiziki cəhətdən qeyri-mümkündür.” c) Mifik cavab – “Ra- zıyam, yəni inkarolunmaz həqiqət haqqında olan danışığın mifik forması ilə, İsada təcəlla olunma ilə.” Hunt bildirir ki, a, b, c (qəti təsdiq, qəti inkar və mifk cavab) miqyasları özü üç hermenevtik117


117 Hermenevtika (aydınlaşdırıram)- məqsədi mətnin obyektiv (sözlərin qrammatik mənaları və tarixən şərtlənmiş variantları) və subyektiv (müəlliflərin niyyəti) əsasla- rına görə mənasını müəyyən etmək olan şərh məharəti nəzəriyyəsi. Ellinizim döv- ründə klassik mətnlərin (məs. Homerin) izahı və tədqiqi ilə əlaqədar meydana gəlmiş və sonradan dini kitabların şərhi çərçivəsi daxilində inkişaf etdirilmişdir. XIX əsrdə mətnin mənasının predmeti, hüdudları ilə məhdudlaşdırılmayan "sərbəst" Hermenev- tikanın inkişafı başlayır. Dilteydə Hermenevtika ictimai elmlərin tarixi xadimlərin subyektiv niyyətlərinə əsaslanaraq, ictimai hadisələrin "başa düşülməsini" təmin edən spesifik metoduna çevrilir. Burada "başa düşülmə" təbiətşünaslıqdakı abstrak- laşdırma ilə və ümuminin, qanunun müəyyən edilməsi ilə bağlı "izaha" əks qoyulur. XX əsrdə Hermenevtika tədricən əvvəlcə ekzistensializm çərçivəsində (Haydegger), sonra isə fəlsəfi Hermenevtikanın özündə fəlsəfənin metedoloji əməliyyatlarından
baxışı göstərir (Vulf, 1991, səh.215).



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin