Ruhi rahatlığın dindarlıqla əlaqəsi çox geniş kateqoriyanı əhatə edir. Bu kateqoriya psixi sağlamlıq (narahatlıq, depressiya və stressin olmaması), həyatdan razılıq və sair nəticələrə şamil ola bilir. Qeyd kateqoriyalarını ayrı-ayrılıqda və geniş şəkildə araşdır-
maq üçün psixi rahatlığı (psixi sağlamlıq mənasında) malik ol- duğunu xüsusi məna aspektindən məhdud, ümumi aspektən isə müstəqil şəkildə araşdırmaq lazımdır. Psixi sağlamlıq özü də geniş məna yükünə malik ola bilər. Yuxarıda qeyd etdiyimiz səbəbdən onun üçün xüsusi bir məna yükü nəzərdə tutub, digər yönlərini müstəqil şəkldə araşdırırıq.
Həyatdan razılıq kateqoriyası fərdlərə birbaşa ünvanlanan sual əsasında ölçülür. Avropanın 14 ölkəsindən olan 163 nəfərin iştirakı ilə aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, kilsəyə həftədə ən azı bir dəfə gedənlərin 85%-i öz həyatından ra- zıdır. Amma kilsəyə heç vaxt getməyənlər arasında bu göstərici 77% təşkil etmişdir (İnglehart, 1990). Bu araşdırma klsəyə getmə- yin insanların həyatlarından razı qalmasına müsbət təsir göstərdi- yindən xəbər verir. Bu korrelyasiya yaşlılar arasında daha yüksək- dir. Minesotada yaşı 65-dən yuxarı olan 1343 nəfərin iştirakı ilə aparılan bir araşdırmada kilsəyə getmənin yaşlı fərdlərin həyatdan razı qalmasına güclü təsir göstərdiyi məlum olmuşdur. Həmin araşdırmaların nəticələrinin bir hissəsi 5.2 saylı cədvəldə öz əksini tapmışdır (Arqayl, 2000, səh.142-143).
Cədvəl 5.2. Kilsəyə üzvlük və uyğunluq indeksini əks etdirən
qiymətlər