Əgər dindarlığın fiziki sağlamlığa səbəb olduğunu göstərə bilsək, onun həyatdan razılıq və məmnunluqla müqayisədə daha parlaq təsirə malik olduğunun şahidi olarıq. Çünki dindarlar həyat- dan daha çox razı olduqlarını bu, belə də olmalıdır kimi qəbul edə bilərlər. Amma fiziki sağlamlıq daha konkretdir. Fiziki sağlamlıq- la kilsəyə getmək arasındakı əlaqə ilə bağlı aparılmış ən qədim araşdırmaların biri Kamstok Partric (1972) tərəfindən böyük bir nümunədə ölüm əmsalından istifadə əsasında həyata keçirilmişdir. Həmin araşdırmanın nəticələri 5.4 saylı cədvəldə verilmişdir.
Başqa br araşdırmada məlum olmuşdur ki, kilsəyə getməklə tənəffüs, həzm, bəzi xərçəng növləri və demək olar ki, bütün əsas xəstəliklər nəticəsində baş verən ölüm hallarının azalması arasında
əlaqə var (Levn, 1994, Arqayla istinadən).
Cədvəl 5.4 Müntəzəm şəkildə kilsəyə gedənlərlə getməyənlərin ölüm əmsalı (hər min nəfərdə)
Həftə ərzində bir dəfədən az
Həftədə bir dəfə və ya çox
Ürək xəstəliyi (5 il)
89
37
Emfizema-Xəfənək121 (3il)
52
18
Serroz122 (3 il)
25
5
Bağırsaq xərçəngi (5 il)
17
13
İntihar (6 il)
29
11
Arqayl, 2000, səh.156.
Dindarlığın sağlamlığa təsirlərini göstərmək üçün bəzi izah- lar verilmişdir:
Bu təsirlərin ən ehtimal edilən səbəbi dindarların sağlam davranışları və gigiyenik qaydalara riayət etməsidir. 5.4 saylı cəd- vəldə qeyd edilən xəstəliklərə nəzər saldıqda onların hər birinin qeyri-sağlam davranışlardan yarandığı diqqətimizi cəlb edir. Mə- sələn, qara ciyərin serrozu adətən spirtli içkidən, xəfənək tütün məmulatlarının istifadəsindən, ürək xəstəlikləri tütün məmulatları- nın istifadəsi və qeyri-münasb qida rejimindən yaranır. Bunlara əsasən, seksual komplekssizlikdən yaranan cinsiyyət orqanının xərçəngini əlavə etmək olar. Dndarların çoxu bu cür davranışlar- dan uzaq durur, bu şəkildə öz sağlamlıqlarını qorumuş olurlar.
Nəhcül-bəlağənin bəzi şərhçiləri İmam Əlinin (ə) “Pərhiz ... fiziki xəstəliyinizin dərmanıdır”123 məzmunlu kəlamını izah edər- kən qeyd edirlər ki, təqva ilə fiziki sağlamlıq arasında çox böyük əlaqə var. Çünki xəstəliyin əsas səbəbi çox yemək və qarınqulu-
121 Emfizema – ağ ciyərlərin proqressivləşən xəstəliyi olmaqla tənəffüsün qısalması və fiziki aktivlik zamanı ağ ciyər ehtiyatlarının tükənməsi ilə müşayiət olunan xəstəlikdir. Emfizemaya səbəb ağ ciyərlərin kiçik hava kisələrinin və kiçik hava yollarının zədələnməsidir.
122Serroz - qara ciyərin xroniki və proqressivləşən xroniki xəstəliyidir. Bu zaman normal qara ciyər hüceyrələri birləşdirici toxuma ilə əvəz olunur. Təbii olaraq bunun nəticəsində qara ciyər öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir. Qara ciyər serrozunun əsas əlamətləri: zəiflik, bədən çəkisinin azalması, sarılıq, dəridə olan qaşınma, qarının həcminin (ölçüsünün) artması və sairə.
123İmam Əli (ə), Nəhcülbəlağə, 1373, 198-ci xütbə.
luqdur.
Deyilənə görə, bir gün xristian bir həkim İmam Sadiqdən (ə) soruşur: “Quranda və ya peyğəmbərinizin sünnəsində təbabət haq- qında bir şey varmı?” İmam Sadiq (ə) Quranın bu ayəsini oxuyur: “Yeyin, için, ancaq israfa yol verməyin!”124 Sonra Həzrət Pey- ğəmbərin (s) bir hədsini buyurur: “Çox yemək bütün xəstəliklərin səbəbi, çox yeməmək bütün əlacların əsasıdır.” (Xoyi, XII cld, səh.275-276). Əlbəttə, bu kəlamın izahına daha sonra qayıdacağıq.
Bu, dindarlığın sağlamlığa təsirinin yeganə dəlili ola bil- məz. Çünki müasir kilsələr öz havadarlarından bu sağlam davra- nışlara bağlı olmağı az tələb edirlər. Buna görə də sözügedən əla- qənin izahı üçün başqa səbəbləri də axtarmaq lazımdır. Səbəblər- dən biri ictimai dəstəkdir. Dindarlıqla həyatdan razılığın korrelya- siyası mövzusunda bu məqama açıqlama gətrmişdik. İctimai dəs- tək əməli və real dəstək forması ala bilər, bir qrupun üzvləri bir- birlərinə konkret və hiss olunacaq şəkildə yardım göstərə bilər. Bundan əlavə, ictimai dəstək fiziki təhlükəsizlik ssteminin aktiv- ləşməsi ilə nətcələnə bilər və fərdi bəzi xəstəliklərə yoluxmaqdan qoruyar.
Əgər dindarlıqla sağlamlığın əlaqəsi üçün yuxarıda qeyd edilən iki səbəbi nəzərdə saxlasaq, dindarlıq üçün başqa bir təsir tapmaq olar. İdler və Kasl (1992) hesab edirlər ki, kilsənin dini mərasimlərində iştirak kollektiv və çox dərin dini həyat təcrübəsi vasitəsilə təsir göstərir. Onlar müəyyən etmişlər ki, xrstianlarda Pasxa bayramından otuz gün əvvəlki müddət ərzində baş verən ölüm halları, yəhudilərdə əsas bayramlardan əvvəlki eyni müddət ərzində kişilərin ölüm halları digər vaxtlarla müqayisədə azdır. Onlar hesab edirlər ki, bu, onların kollektiv mərasimlərdə iştrakı- nın artması ilə bağlıdır. Əgər fərdin Allahla əlaqəsi onun öz ailəsi və dostları ilə olduğu kimi yaxın olarsa, ondan belə bir təsir də gözləmək olar. Hər halda, müsbət həyəcanlar və əldə edilən rahat- lıq bioloji-kimyəvi təsir göstərə bilər. Test zamanı müəyyən edil- mişdir ki, Tereza ana haqqında olan filmə baxmaq təhlükəsiz qlo- bulin ifrazını əsaslı şəkildə artırır, halbuki, Hitler haqqında olan
124Əraf surəs/31.
flm belə br təsirə malik deyil (Mak Klelland, 1987, Arqayla isti- nadən, 2000, səh. 157-158).
Bu mövzuda qeyd edilə biləcək və əvvəlki izahlarla da əlaqəsi olan başqa bir səbəb ondan ibarətdir ki, cismlə ruh bir-birlə ilə qarşılıqlı əlaqəyə malkdir. Nəticədə, onların hər hansısa birində yaranan narahatlıq digərinə təsir edir. Bu əlaqəni təsdiq edən nü- munələrdən biri psixosomatik xəstəliklərdir. Məsələn, əsəbi gər- ginlik, psixi narahatlıq mədə yarasına və ya digər fiziki xəstəlik- lərə səbəb ola bilər. Dindar insan Allaha və Onun ədalətinə, həm- çinin ölümdən sonrakı dünyaya inandığı üçün əldə etdiklərinə qa- ne olur, daha çox maddi gəlir əldə etmək, başqalarının haqqını ye- mək fikrində olmur. Nəticədə, əsəbləri və ruhu sakit olur. Bu da onun narahatlıq və stressdən yaranan bir çox xəstəliklərdən qorun- masına səbəb olur.
Bu izah İmam Əlinin (ə) təqva və sağlamlığın əlaqəsi ilə bağlı kəlamının məzmununa uyğundur. Əslində, İmam Əlinin (ə) bu kəlamından belə başa düşülür ki, təqvalı insan həsəd, kin, pa- xıllıq, tamah və digər çirkin xasiyyətlərdən uzaq durarsa və onları özündən uzaq tutarsa, bir çox fiziki xəstəliklərdən qorunar. Şəhid Mütəhhəri (r) Həzrət Əlinin (ə) kəlamı üçün bu izahı uyğun görmüşdür (1367, səh.37, 1357, səh.194-195).