Əhval-ruhyyənin vəziyyəti (fərdin öz qiymətləndirməsi ilə)
Əla
|
17
|
14
|
12
|
Yaxşı
|
15
|
14
|
11
|
Orta
|
17
|
6
|
8
|
Moberg və Taves, 1965, Arqayla istinadən, 2000, səh.143
Araşdırmaya diqqətlə nəzər saldıqda başa düşülür ki, kilsədə iştirakın subaylar, çox yaşlı, təqaüdçü, qeyri-münasib əhval-ruhiy- yəyə malik insanlara faydası digərlərindən daha çoxdur.
Kanadada yaşayan iranlılar üzərində aparılan araşdırmanın statistik nəticələri dindarlıqla psixi sağlamlıq komponentləri (məmnunluq, razılıq və depressiyanın olmaması) arasında korrel- yasiya olduğunu göstərmişdir. Statistka qrupundan 201 nəfərin an- ketə tam cavab verdiyi bu araşdırmada psixi sağlamlığın kompo- nentləri olan razılıq və məmnunluqla dindarlıq arasında müsbət və əhəmiyyətli korrelyasiya olduğu müəyyən edilmişdir. Qadın və kişi fərqi, evlilik və subaylıq elə də mühüm əhəmiyyət daşımamış- dır (Aryən ,1380, səh.1).
Burada daha çox diqqət çəkən məqam sözügedən əlaqənin izahıdır. Dindarlığın hansı amili xüsusilə yaşlı adamlarda həyat məmnunluğuna səbəb ola bilir?
Burada üç amilə işarə etmək olar:
İctimai dəstək. Dini qruplar, xüsusilə yaşlı adamlar üçün sosial dəstəyin əsas mənbələrindən hesab edilir. Dindarların dini və ictimai fəaliyyətlərdə aktiv iştirakı problem və narahatlıqlar za- manı fərdləri qeyri-rəsmi şəkildə himayə edən, dərdlərini azaldan etibarlı bir şəbəkə formalaşdırır.
Dostları ilə paylaş: |