Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə62/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   58   59   60   61   62   63   64   65   ...   68
Din-psixologiyasına-giriş

Sosial səviyyə


Bura qədər dindarlığın yalnız dindar fərdin özünə göstərdyi bəzi təsirlər haqqında açıqlama verdik. Hesab edirik ki, dindarlı- ğın fərdin həyatına göstərdiyi ən mühüm təsir dinin insana bəxş etdiyi rahatlıq və əmin-amanlıq hissidir və bu hiss onu müxtəlif narahatlıqlardan xilas edir. Fərd bu zaman özünü güvənə biləcəyi ata və anasının ixtyarına vermş uşaq kmidir, çox arxayın yaşayır və heç nədən qorxmur. Bu arxayınlıq insanın ölümdən qorxmama- sına, sağlam cismə və ruha malik olmasına, bu dünya həyatından razı qalmasına səbəb olur. Çünki din insanı bütün narahatlıqların mənşəyi olan dünyəvi işlərə bağlılıqdan xilas edir, ona rahatlıq və arxayınlıq bəxş edir.
Görəsən fərdi səviyyədə müşahidə etdiymiz bu təsirlər ictimai sferaya necə yansıyır? Ehtimal ki, haqqında söhbət açdığı-
mız ruhi sakitlik, dünya həyatına bağlı olmamaq fərdin başqaları- na qarşı mehriban olmasına, müxtəlif mövqelərdə onların yardımı- na tələsməsinə, həmçinin cinayət, yanlış yollar və başqlarına ziyan verən davranışlardan qorunmasına səbəb olacaq. Cinayət və zərər- li davranışların azalması, həmçinin, humanist davranışların artma- sı fərdin dindarlığının cəmiyyət üçün olan ən mühüm iki faydası- dır. Dindarlığın bunlardan əlavə, fərdi etika və humanizm çərçivə- sinə sığmayacaq başqa ictimai faydası da var. O da ictmai həmrəy- likdir. Bu bölmədə dindarlığın ictmai səviyyədəki sözügedən üç təsirini araşdıracağıq.


  1. İctimai həmrəylik


Dini qruplar digər qruplarla müqayisədə daha həmrəydirlər. Kaldor (1994) Avstraliyada bazar günləri kilsəyə gedən 310 nəfər arasında sorğu aparmışdır. Sorğu nəticəsində məlum olmuşdur ki, bu insanların 24%-i ən yaxın dostlarını kilsə ilə əlaqəsi olan insan- lar hesab edir, digər 46%-in həmin kilsədə səmimi dostu var. Hər hansı bir kilsə ilə əlaqə ictimai dəstək, dost və həyat yoldaşı se- çimi, həmçinin qida, geyim kimi maddi yardımlar, xəstələndikdə yardım göstərilməsi ilə nəticələnir.
Bu kontekstdə həmrəyliyin yüksək olma səbəbi dəqiq aydın deyil. İdler (1987) araşdırmaları zamanı belə nəticəyə gəlmişdir ki, dini mərasmlərdə kütləvi iştirak açar dəyişiklikdir. Rokiç (1960) hesab edir ki, ortaq inanclar dost seçiminə əhəmiyyətli dərəcədə təsir göstərir.
Kilsə cəmiyyət tərəfindən təcrid edildklərini hiss edən in- sanların da həmrəyliyinə yardım göstərə bilər. Azlıq təşkil edən qruplar və ya ictimai mövqeyi daha aşağı olan insanlar dini qrupa qəbul edilir, yenidən ictmailəşir və cəmiyyətin normal və daha yaxşı üzvünə çevrilirlər (Braun Grey, 1991, Arqayla istnadən, 2000, səh.152).
Əlbəttə, bəzən qrupdaxili bu müsbət hisslərlə yanaşı qrup- dan kənar insanlara, azlıq təşkil edən qruplara və ya digər kilsələrə üzv olan, ya da heç bir kilsəyə üzv olmayanlara qarşı mənfi müna- sibət də müşahidə edilir. Roykeçin (1960) analizi göstərir ki, eti- qad ixtilafları nə qədər çoxdursa, təəssübkeşlik də bir o qədər yük-
səkdir. Fundamentalist kilsələrin digər dini qrupların üzvlərini in- kar etməsi çox ehtimalediləndir. Tarixi cəhətdən də protestantlar və katoliklər arasında ciddi ziddiyyətlərin olması müşahidə edil- mişdir. Amma son üç yüz il ərzində bu ziddiyyətlər demək olar ki, aradan qalxmışdır. Yəhudlər də özlərini başqalarından ayırmışlar, ən azı yemək qaydaları və mərasimləri hələ də yəhudi dindarları başqalarından fərqləndirir. Bəzi müharbələrdə din münaqişələrin mahiyyətinin bir hissəsini təşkil etmşdir. Bəziləri hesab edirlər ki, din bu ziddyyətləri aradan qaldıran bir vasitə deyil, onları daha da dərinləşdirən, pisləşdirən, mürəkkəbləşdirən bir faktordur. Onlar bu mövzuda Fələstin və İsrail, Şimali İrlandiya münaqişəsinə isti- nad edirlər (Braun Grey, 1991, Arqayla istnadən, 2000, səh.153).
Burada din təlimləri ilə bəzi dindarların sərgilədiyi davra- nışlar arasında fərq olduğunu xüsusilə qeyd etmək lazımdır. Dni təlimlər başqalarına, hətta dindar olmayanlara yaxşılıq etməyin qarşısını almamaqla yanaşı, üstəlik, onlarla insaf və ədalətlə dav- ranmağa stimul verir. Cihad və mübarzə çağırışları isə yalnız dini məhv etməyə çalışanlara, ölkənin qarət və soyğunlara məruz qo- yanlara qarşıdır. Quranda bu barədə belə buyurulur: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq si- zinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxart- mağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”125
Quranın başqa bir ayəsində ədalətə mane olan amillərdən biri haqqında belə buyurulur: “Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır.”126 Ümumiyyətlə, haqq-ədalətdən sapma nəfsani istəklərə meyllilikdən qaynaqlanır və bəzən ifrat sevgi fərdləri eqoistləşdirir, bəzən səbəbsiz kin-küdurətə, düşmənçiliyə səbəb olur. Quranda hər iki cəhətə diqqət yetirilməsi göstəriş verilir, din- darlara onlardan qorunmaq və ədalətlə davranmaq əmri verilir. Al-




125 Mumtəhinə surəsi/8-9.
126 Maidə surəsi/8.
lah möminlərə hətta özlərinin, ata-analarının və yaxınlarının ziya- nına olsa belə, ədalətli olmağa, Allah üçün şahidlik etməyə dəvət edir, haqq-ədalətdən sapmamağı, nəfsani istəklərə uymamağı əmr edir127. Ayələrin birində möminlərə Allah qarşısında sabitqədəm olmaq, haqq-ədalətlə şahidlik etmək, onları ədalət və insafdan sap- dıran kin-küdurət və düşmənçilkdən uzaq durmaq əmr edilir128. Oxşar göstəriş Allah evinin ziyarəti mövzusunda da yer almışdır: “Sizi Məscidülhərama daxil olmağa qoymayan camaata qarşı bəslədiyiniz kin sizi təcavüzə sövq etməsin”129
Malik Əştəri vali təyin etdiyi Misir vilayətinə göndərərkən İmam Əli (ə) verdiyi fərmanda ona əhaliyə qarşı mehriban olmağı, sevgi və lütfkarlıq göstərməyi, əziyyət verməkdən çəkindirməyi sifariş etdikdən sonra buyurur: “İnsanlar iki dəstəyə bölünürlər: Ya sənin din qardaşlarındırlar, ya da yaranışda səninlə eynidir- lər. Sən səhvə yol verdiyin kimi, onlar da səhvsiz ola bilməzlər. Onlara Allahın sənə baxmasını istədiyin kimi bax. Allahdan özünə rəva bildiyin güzəşt mehribanlığı onlara rəva bil.”130
Diqqət tələb edən məqam ondan ibarətdr ki, bəzi Qərb müəlliflərinin iddialarının tam əksinə olaraq, Fələstin və İsrail ara- sındakı müharibə müsəlmanlarla yəhudlər arasında dini müharibə deyil, bu müharibə məzlum və hüquqları əllərindən alınmış xalqla işğalçı rejim arasında gedən müharibədir. Dünyanın müxtəlif re- gionlarında müsəlmanlarla digər dinlərin mənsubları sülh şəraitin- də yaşayırlar, hətta bu azlıqların nümayəndələri İran İslam Res- publikası kimi bir dövlətin qanunverci məclisində təmsil olunur, başqaları ilə bərabər hüquqdan faydalanırlar. Sözügedən azlıqlar konstitusiyada rəsmən tanınırlar. Buna görə də məlumatsızlıq üzündən və mənfur təbliğat niyyəti ilə Fələstin problemini dini münaqişə hesab etmək düzgün deyildir. Çünki Fələstinin işğal


127 “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır.” Nisa surəsi/13.
128 “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin” Maidə surəsi/8.
129 Maidə surəsi/2.
130 İmam Əli (ə) ,1373, 53-cü məktub.
edilmiş ərazilərinin sionist yəhudiləri də bütün dünya yəhudiləri tərəfndən dəstəklənmirlər. Bir çox yəhudilər də İsrailin və sionist- lərin irqçi və vəhşi inanclarına, davranışlarına qarşıdırlar, onları dini bir qrup kimi qəbul etmirlər.
İslam təlimlərində digər dini qruplarla bağlı təəssübkeş və qərəzli münasibət təkcə qəbul edilmir, həm də rədd edilir, hətta digər din və məzhəblərin mənsublarını ortaq inanclar ətrafında bir- liyə vəhdətə dəvət edir. Quranda bu barədə belə buyurulur: “Söy- lə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi ol- mayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!”131



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin