Din-psixologiyasina-giris-son pdf


Cinayət və sapmanın azalması



Yüklə 353,99 Kb.
səhifə63/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   60   61   62   63   64   65   66   67   68
Din-psixologiyasına-giriş

Cinayət və sapmanın azalması


Qeyri-dindarlarla müqayisədə dindarların daha az cinayət törədəcəyi gözləntisi var. Bu gözləntinn səbəbi din təlimlərinin qətlin, döymək, yaralamaq, narkotk maddələr və spirtl içkilərdən istifadənin, iffətə zidd hərəkətlərin və bu kimi davranışların çir- kinlyi ilə bağlı söylədikləridir. Kimsə “Hər kəs bir kimsəni öldür- məmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur...”132 və ya “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir...”133 və bu kimi məzmunlarla tanış olarsa, onları yerinə yetirməkdən çəkinər. Bu gözləntinin başqa bir dəlili də ondan ibarətdir ki, fərd dindar olduğu, rahatlıq və əminlik əldə etmək istədiyi, dünyəvi işlərə bağlanmadığı üçün bir çox yanlış davranışların mənşəyi olan ehtiras və qəzəbini boğur, özünü bu kimi çərçivələrdən xilas edir. Buna görə də sap- malara yol vermir. Başqa sözlə desək, sapmaların çoxu cilovlan- mamış instinkt və meyllərədən qaynaqlanlanır. İman bu meylləri cilovladığı üçün möminin cinayət törətməyə heç bir əsası qalmır. Məsələn, qətl törətmiş şəxsi bu cinayətə iki amil sövq edə bilər:


131 Ali-İmran surəsi/64.
132 Maidə surəsi/32.
133 Maidə surəsi/90.
“İntiqam (qəzəbi boğmaq üçün), qətlə yetirilmiş adamın sərvətinə sahib olmaq, maddi tamah” Həqiqi dindar özündə belə bir hiss ya- şamır, nəticədə də qeyd olunan cinayəti törətmir. Buna görədir ki, din ictimai nəzarət sisteminin br hissəsi hesab edilir.
Bəlkə də iddia etmək olar ki, din olmadan cinayət və sapma- lardan qorunmaq mümkün deyil. Çünki bu cinayətlər adətən etik problemlərlə bağlıdır. Din olmadan etikanın heç bir etibar və söy- kənəcəyi yoxdur. Qeyd olunan nüansın izahı ilə bağlı onu deməl- yik ki, etik və tərbiyəvi sistemlərn çoxu “mən”lə mübarizəni öz- lərinin fəlsəfi əsası təyin etmişlər. Məsələn, qətl törətməmək, oğurluq etməmək, başqalarının hüquqlarını pozmamaq, ədalətli və günahsız olmaq tövsiyyə edildiyi zaman bir növ şəxsi maraqların üzərinə ayaq basılması dqqət mərkəzində olur. Nə qədər ki, fərd xudbinlik çərçivəsindən kənara çıxmayıb, onun etik tövsiyələrə riayət etməsini və sapmalardan qorunmasını gözləmək olmaz. İn- sanın özü ilə mübarizəsinin, başqalarının xeyrnə fərdi maraqlara göz yummasının bir dəstəyə ehtiyacı var. Fərd nə üçün başqalarına görə öz maraqlarından imtina etməlidir? Bu fədakarlığın dəstəyi Allaha inam və həqiqi dindarlıqdan başqa br şey ola bilməz.
Allaha inama və dindarlığa əsaslanmayan etik normalar qa- bığı olub ləpəsi olmayan, içi boş qoz və badam kimidir. Bu badam və qozla yalnız uşağı və ya nadan adamı aldatmaq olar, ancaq ağıllı və yetkin insanları onlarla əsla aldatmaq olmaz. Dindarlığa əsaslanmayan etik davranışlar da tanıma və müəyyənləşdirmə qüvvəsi zəif olan fərdləri yalançı hisslər və puç şüarın təsiri al- tında etik davranışlara və sapmalardan qorunmağa sövq edə bilər. Amma fərdlərin elmi və ağlı artdıqca bu sütunsuz bina çökməyə başlayacaq. Əgər insana öyrədilmiş etik davranışlar Allaha inam prinsipi ilə müşayiət olunmazsa, yaş və məlumatlılıq artıqca insa- nın onlara bağlılığı da azalacaq, nəhayət, həqiqi Günəş şüaları al- tında olan buz kimi əriyəcək. Allaha və mükafat gününə etiqadı olmayan şəxs öz şəxsi mənfəətlərindən nə üçün keçməli və cinayət törətməkdən çəkinməldir? Bu üzdən də yalnız din vasitəsilə əsaslı və köklü şəkildə etik davranışlara bağlı olmaq, cinayət və sapma- dan çəkinmək olar. Quranda imanı olmayan fərdlərin əxlaq prin- sipləri kökü yerdən çıxarılmış, heç bir dayağı olmayan ağaca bən-
zədilmşdir. Halbuki, imanlı və dindar şəxslər yerə kök atmış, bu- daqları göylərə ucalmış pak ağaca bənzədilmişlər. Bu cür ağac bü- tün fəsillər boyu məhsul və bar verir. Ayələrin davamında Allah- taala inanc və danışıqlarında sabitqədəm olduqları üçün həqiqi möminlərə dünyada və axirətdə haqq yolunda sabitqədəmlik vədə- si verir134.
Praktiki araşdırmalarda da bu əlaqə müəyyən mənada təsdi- qini tapmışdır. 3268 məktəbli üzərində klassik araşdırma aparan Erikson və Censon (1979) 18 cinayət növü ilə dörd dindarlıq in- deksi arasında zəif mənfi korrelyasiya olduğunu müəyyən etmiş- lər. Bu araşdırmada test obyektlərinin ictimai təbəqəsi sabit götü- rülmüşdür. Kilsə mərasimlərində iştrak cinayət və sapmaların qarşısını ala bilən ən güclü amil olmuşdur. Bu amilin spirtli içki və marixuana istifadəsinin qarşısının alınmasında daha çox rol oynadığı müəyyən eidlmişdir (korrelyasiya 0,25). Araşdırmada dindarlığın digər cinayətlərlə müqaysədə oğurluq və düşmənçi- liyin qarşısının alınmasına ən az təsir göstərdiyi məlum olmuşdur (Bit Hallhami və Arqayl, 1997, səh.212).
Bu kontekstdə araşdırılan mövzulardan biri də intihar möv- zusudur. Daha öncə işarə etdiyimiz bir araşdırmada (5.4 saylı cədvəl) həftədə ən azı bir dəfə kilsəyə gedən insanlar arasında özünə qəsd edənlərin sayının mində bir olduğunun şahidi olmuş- duq. Amma bu əmsal həftədə bir dəfədən az gedənlərdə 29 nəfər- dir. Həmçinin ABŞ-ın 75 şəhərində özünə qəsd edənlərin statistik göstəricilərini araşdıran Binbric (1998) intiharla kilsə üzvlüyü arasında mənfi korrelyasiya (-0,40) olduğunu müəyyən etmişdir (Arqayl, 2000, səh.164).
Dindarlığın qarşısının alınmasında təsir göstərdyi sapmalar-


134 Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi, mö’minin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə - Allah dərgahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi- şəhadətlə) sabitqədəm edər... İbrahm surəsi/24-27.
dan biri seksual sapmadır. Kinsey və həmkarları (1948 və 1953) apardıqları araşadırmalar əsasında belə bir nəticəyə gəlmişlər ki, başqaları ilə müqayisədə dindarlar ailədən kənar, ailə qurmazdan əvvəl, hətta ailə çərçivəsində seksual sapmalara az yol verirlər (qey- ri-dindarlarların təxminən 2/3-si qədər). Dindarlar arasında qeyri- aktiv seksual fəaliyyətli fərdlər daha çoxdur (daha çox dindar olan- lar arasında 25%, qeyri-dindar fərdlərdə 16%). Kinezin araşdırma- ları dindarlar arasında qanuni aktiv seksual fəaliyyətin aşağı oldu- ğunu göstərsə də, digər araşdırmalar seksual fəaliyyətlərinə görə dindarların evlilik kontekstində daha yüksək aktivliyə malik ol- duqlarını və bundan daha çox məmnun qaldıqlarını göstərir. Bunu belə analiz edirlər ki, dindarlıq fərdin cinsi münasibətdən gözlədi- yi zövq və emosiya ehtiyacını təmin edir, nəticədə, bu fəaliyyət seksual təminatın alternativinə çevrilir (Arqayl, 2000, səh.191). Deyə bilərik ki, dua və ibadət vasitəsilə Allahla ünsiyyət yarada- raq, daha ali ehtiyaclarını təmin etmiş fərdin cinsi ehtiyac kimi aşağı səviyyəli tələbatları təmin etməyə ehtiyacı olmur. Əgər insan üçün ali ehtiyaclar heç bir anlam kəsb etməsəydi, məcbur olub daha aşağı ehtiyacları təmin etməyə daha çox vaxt ayıracaqdı.
Bu mövzunu belə də izah etmək olar ki, dindar adam hara- ma baxmaqla, fəsad məclislərində iştirak etməklə, digər ehtiras- landırıcı vasitələrdən uzaq durmaqla süni ehtiyaclarını təmin et- mək, daha çox cinsi əlaqədə olmaq məcburiyyətində qalmır, yalnız real ehtiyaclarını qanuni yolla təmin etməklə kifayətlənir. Başqa sözlə desək, bütün cinsi münasibətlər təbii ehtiyaclardan qaynaqlan- mır, ehtiraslı baxış və eşitmə təhrikedicləri onlara təsir göstərir. Nəticədə, bu qadağan edilmiş təhrikedicilərdən qorunmayan qeyri- dindar fərdlərin daha çox cinsi münasibətdə olma hissi güclənir.
Bu mövzu ilə bağlı qeyd edə biləcəyimiz məsələlərdən biri bəzi dinlərin təlimlərinin cinsi ehtiyacları hətta evlənmək də daxil təbii yolla təmin edilməsindən uzaq dayanılmasına stimul vermə- sidir. Məsələn, xristianlıq və yəhudilikdə cinsi əlaqənin yalnız övlad dünyaya gətrmək üçün lazım olduğu vurğulanır, evliliyin tərk edil- məsinə çağırışlar edilir, ruhanilərin evlənməsinə icazə verilmir.
Bəzilərinin öz əsərlərində qeyd etdiklərinin əksinə olaraq,
İslam təlimlərində evlənməyə təkcə icazə verilməsi ilə kifayətlə-
nilməmiş, hətta evlilik çox mühüm məsələlərdən hesab edilmişdir. İslam təlimlərində evlilik Peyğəmbərin (s) ənənə və sünnəsi hesab edilir, bu əməldən üz döndərən Onun (s) ardıcılı sayılmır135. Din öndərlərinin bu mövzu ilə bağlı hədisləri çoxdur. Biz burada on- lardan ikisinə işarə etməklə kifayətlənəcəyik. Hədislərinin birində Allah rəsulu (s) buyurmuşdur: “Evlənən adam dninin yarısını qo- rumuş olur, digər yarısında təqvalı olmalıdır.”136 İmam Rzaya (ə) istinad edilən bir hədisdə belə br hadisəyə toxunulur:
“Bir qadın İmam Baqirə deyir:

  • Mən heç bir halda evlənmək fikrində deyiləm.

İmam (ə) səbəbini soruşduqda qadın deyr:

  • Bununla məqsədim fəzilət və üstünlük qazanmaqdır.

Həzrət Rza (ə) ona bu fikrindən daşınmasını tövsiyyə edərək
buyurur:

  • Əgər evliliyi tərk etmək fəzilət və üstünlük olsaydı, Həzrət Fatimeyi Zəhra (ə) buna daha layiq idi. Çünki fəzilət və üstün- lükdə Onu (ə) qabaqlayan olmamışdır.”137

Cədvəl 5.5 ABŞ-da dindarlıq və seksual problemlər (rəqəmlər faizlə ifadə edilmişdir)




Çox dindar

Dindar

Nisbətən
dindar

Qeyri- dindar

Ailədənkənar seksual münasibət- də olmuşam (ən azı bir dəfə)

31 %

26 %

36 %

44 %

Ailə qurmazdan əvvəl seksual təcrübəm olub

71 %

85 %

98 %

93 %

Cinsi aktivliyim orta səviyyədən aşağıdır və ya heç aktiv deyiləm

25 %

22 %

16 %

16 %

Arqayl, 2000, səh.189.
Əslində, İslam dini bir tərəfdən evliliyə həvəsləndirməklə bu ehtiyacın təbii yolla təmin edilməsinə yol açır, digər tərəfdən özbaşnalığın, anarxiyanın qarşısını alır, qaydaları pozanlara ciddi cəzalar müəyyənləşdirir.
Kinezin dindarlar arasında qanuni cinsi fəalyyətin az olması


135 Allah rəsulu (s) buyurub: “Nigah mənim sünnəmdir, sünnəmdən üz çevirən məndən deyil.” Məclisi, 1303, 103-cü cild, səh.220.
136 Məclisi, 1303, 103-cü cild, səh.219.
137 Məclisi, 1303, 103-cü cild, səh.219.
ilə bağlı gəldiyi nəticənin reallıqla üst-üstə düşüb-düşməməsindən asılı olmayaraq, bizim əsas məqsədimizə təsir göstərmir. Çünki məqsəd dindarlığın qeyri-qanuni cinsi münasbətləri azaltmasını sü- buta yetirməkdir. Görəsən Kinezin 50-60-cı illərdə apardığı araş- dırmalar bu gün də özünü doğruldurmu? 2765 amerikalı ilə mü- sahibə və onların dörd dindarlıq səviyyəsinə bölünməsi dindarlarla qeyri-dindarlar arasında nisbətən az fərq olduğunu göstərmişdir. Bu araşdırmanın bəzi nəticələrini 5.5 saylı cədvəldə qeyd etmişik.



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin