Din-psixologiyasina-giris-son pdf



Yüklə 353,99 Kb.
səhifə66/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   60   61   62   63   64   65   66   67   68
Din-psixologiyasına-giriş

İctimai səviyyə


İctimai səviyyədə təəssübkeşlik dindarlığın mənfi nəticəsi kimi qiymətlənirilən ən mühüm məqamlardandır. Dinlər adətən öz ardıcıllarına başqaları ilə, hətta düşmənlərlə də mülayim davran-


141 Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver! O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! Zumər surəsi/17-18.
142 Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Bəzərə surəsi/256.
143 Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”, - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?! (yenə də onların yollarını davam etdi- rəcəkdilər?) Maidə surəsi/104. Oxşar məzmunlar Loğman surəsinin 20, Şüəra surə- sinin 74, Ənbiya surəsinin 53, Yunus surəsinin 78, Əraf surəsinin 28, Zuxruf surəsi- nin 22-24 ayələrində yer almışdır. Zuxruf surəsinin 23-cü ayəsində bütün peyğəmbər göndərilmiş xalq və millətlərin bu zəif dəlillərə əl atdığı ümumi şəkildə qeyd edilir.
mağı tövsiyə edirlər. Araşdırmalar göstərir ki, kilsə üzvləri adətən daha çox yəhudilərə və qaradərililərə qarşı qərəzli olurlar. Batson və həmkarları (1993) ABŞ-da aparılmış 47 araşdırmanı təhlil edə- rək müəyyən etmişlər ki, araşdırmaların 37-si kilsədə iştirak və di- gər dindarlıq miqyasları ilə irqi təəssübkeşlik arasında korrelyasi- ya olduğunu göstərir, araşdırmaların 8-ində korrelyasyanın olması naməlumdur, 2-sində isə əks korrelyasiya var. Bu korrelyasiya güclü olmasa da (təxminən -0,30), gözlədiyimizin əksidir. Əlbəttə, bu zəif korrelyasiya araşdırmaların hamısında müşahidə edilmir. Məsələn, Yakobson (1998) ABŞ-ın bir çox ştatlarının sosioloq tə- ləbələri üzərində apardığı araşdırmalar zamanı müəyyən etmişdir ki, qrupların çoxunda təəssübkeşliklə dindarlıq arasında korrelya- siya yoxdur, hətta mirmonlarda144 da dindarlıq təəssübkeşliyin azalmasına ciddi şəkildə təsir göstərir. Yəni fərd nə qədər güclü dindar olarsa, təəssübkeşliyi və qərəzi bir o qədər azalar. Bəzi araşdırmalarda dindarlıqla təəssübkeşlik arasındakı korrelyasiya- nın qeyri-xətti olması müəyyən edilmşdir. Belə ki, təqribən qeyri- dindar və çox dindar şəxslər aşağı həddə təəssübkeş olurlar (Ar- qayl, 2000, səh.192). Struninqin müəyyən etdiyi modeli belə izah edə bilərik ki, daha az dindar fərdlər arasında təəssübkeşliyə və qərəzə yoluxma onların imanlarının səthi olduğunu sübut edir. Bu fərdlər dini imanın dərinliyinə varmadıqları üçün sırf zahiri din- darlığın onların digərlərindən fərqlənməsinə səbəb olacağını gü- man edirlər, ancaq imanları dərinləşdikdən və yalnız iman işığında hərəkət etdikdən sonra səhv etdiklərini anlayır və özlərini başqala- rından üstün saymırlar. Sözügedən cəhət təkcə dindarlığa aid deyi- lir. İstənilən sahə üzrə təhsil almağa başlayan tələbə ilk başlanğıc- da bir neçə termin öyrənməklə özünü əllamə təsəvvür edə bilər, lakin müəyyən mərhələləri keçdikcə, məlumatlarının başqalarının bildikləri ilə müqaysədə çox az olduğunun, biliynin başlarının biliyinə nisbətdə damcının okeana nisbəti qədər olduğunun fərqinə vardıqda təvazökar olmağa, əvvəlki mövqeyindən geri çəkilməyə başlayır. Buna görə də zahiri və ibtidai dindarlıq təəssübkeşliklə




144 Mormonlar – əsası 1830-cu ildə Jozef Smit tərəfndən ABŞ-da qoyulmuş xristian təriqətidir.
korrelyasiya əlaqəsində ola bilər, amma onun daha dərin mərhələ- lərinin təəssübkeşlik və qərəzlə korrelyasiya təşkil etdiyini düşün- mək olmaz. Araşdırmalar zamanı məlum olmuşdur ki, ekstrinsik dindarlıq qiymətləri yüksək olan dindarlar entrinsik dindarlarla müqayisədə daha çox (daha doğrusu yalnız onlar) təəssübkeşdir- lər. Araşdırmalara görə, ABŞ-da cənub baptistləri və digər funda- mental ənənəvi kilsələr başqa kilsələrin üzvlərinə qarşı daha çox təəssübkeşdirlər (Rokiç,1960). Təəssübkeşliklə fundamentalist miqyaslar arasında korrelyasiya yüksəkdir (bəzən 0,70). Bu, təkcə xristanlara aid deyil, yəhudilər, müsəlmanlar və hindular arasında da belədir (Hud, 1996, Arqayla istinadən, 2000, səh.193).
Ümumyyətlə, təəssübkeşliyin mənasını daha düzgün və da- ha aydın şəkildə izah etmək lazımdır ki, onunla dindarlıq arasında- kı əlaqə haqqında doğru mühakimə yürüdək. Təəssübkeşlik və ya etnosentrizm145 fərdin aid olduğu qrupu hər şeyin əsası hesab et- məsi, bütün başqa istiqamətləri bu meyar əsasında qiymətləndir- məsidir (Levin və Kembell, 1972, Bit Hallhami və Arqayla istina- dən, 1997, səh.218). Təəssübkeşlik fərdin öz inanclarını və etiqad- larını başqalarının etqad və inanclarından üstün tutmasıdırsa, bunu izah etmək olar. Çünki o, bu inancları yetərli dəlillər əsasında qə- bul etdiyi üçün başqalarının inanclarının doğruluğunu qəbul edə bilmir, amma bu ona sırf əks qütblərdə olduqlarını əsas gətirərək başqalarının cəhənnəmlik, özünün isə xoşbəxt həyata layiq oldu- ğunu güman etmək haqqı vermir. Əməl düzgün inanclara və etik davranışlara əsaslanır. Buna görə də müxtəlif səbəblərdən din və peyğəmbər haqqında məlumat ala bilməyən fərdlər fitrətlərindən qaynaqlanan etik davranışlarına əsasən, xoşbəxtliyə nail olacaqları təqdirdə, düzgün inanclara sahib olub onlara uyğun şəkildə əməl etməyən şəxs həqiqi xoşbəxtlikdən məhrum olur. Bundan əlavə, bir dinə inanmaq müxaliflərlə müharibə aparıb onlara fiziki güc tətbiq etmək anlamına gəlməməlidir. Başqalarını dəvət etmək üçün fəlsəfə, gözəl nəsihət, gözəl mübahisə üsullarından faydalan-




145 Etnosentrizm (Yunanca ethnos tayfa, qrup, xalq; lat. centrum mərkəz, cəmləşmə)
- insanın onu əhatə edən gerçəkliyi, özünün də aid olduğu və etalon kimi götürdüyü
etnik birliyin mövqeyindən qiymətləndirməsi və qavraması meylidir.
maq lazımdır146. İman br fikrə cəlb olunub, onu qəbul etmək oldu- ğu üçün məcburiyyət öz anlamını itirir. Buna görə də din nə elmi, nə də emosional cəhətdən zor və məcburiyyətlə uyğunluq təşkl et- mir. Xəstəliyin qarşısını almaq üçün adama peyvənd vurmaq la- zımdır, amma onu zorla inanc və etiqadları qəbul etməyə məcbur etmək olmaz. İslam peyğəmbərinin (s) öz müxalifləri ilə apardığı müharibələrin çoxu müdafiə xarakteri daşımışdır. İbtidai cihada gəldikdə isə, bu inanc və etiqadı məcburi qəbul etdirmək üçün deyil, insanları əsarətdən xilas etmək, onlara azadlıq vermək, onla- rın azad şəkildə haqq dini qarşısında təslim olması və öz xoşbəxt- liklərini təmin etməsi üçün olmuşdur (daha çox izah üçün bax: Mütəhhəri, 1367).
Təəssübkeşlik deyilərkən dindar fərdlərin öz məsləkdaşları ilə daha çox əlaqədə olması, həyat yoldaşı, dost və sairəni seçər- kən onlara üz tutması nəzərdə tutulursa, bu təbii və normaldır. Çünki insan öz dindaşlarına qarşı daha çox yaxınlıq və oxşarlıq hiss edir və bu əlaqələrin möhkəmlənməsinin ona əbədi xoşbəxtlk yolunda daha çox yardım göstərəcəyini düşünür. Bu düşüncə və davranış tərzinin isə təəssübkeş və zülmkar davranışla heç bir əla- qəsi yoxdur.
Təəssübkeşliklə bağlı qeyd etdiymz izahlar dini təəssübkeşlik və qərəzin yalnız müəyyən cəhətlərinə şamil ola bilər. İrqi təəssüb- keşliyə gəldikdə isə, onu əsla əsaslandırmaq olmur, onunla dindar- lıq arasında korrelyasiya olduğunu iddia etmək yanlışlıqdır. Çünki dinə görə, başqalarını sırf rəng, irq və sair cəhətlərə görə, rədd et- mək qəbuledilməzdir. Bu mövzu ilə bağlı bəzi problemlərə ictimai münasibətlər mövzusu ilə bağlı araşdırmamızda toxunmuşuq.
146 İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehriban- lıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Nəhl surəsi/125.

Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin