Bu metodda test obyektlərinin bəzi dindarlıq yönləri dolayı
və gizli şəkildə ölçülür.
Kok və Selltiz (1964) baxışları və ümumi şəkildə inancları ölçmək üçün aşağıdakı parametrləri müəyyənləşdirmişlər. Bu pa- rametrlər arasında yer almış dolayı parametrlər haqqında izahat verəcəyik:
Fərdin öz inancları, hissləri və davranışları ilə bağlı məlu- matları. Nisbətən sistemli mövzulara və onların izahına göstərilən reaksiyalar.
Bəzi əşyalara münasibəti ehtiva edən cüzi struktura qarşı
reaksiyalar və izahlar.
Aşkar davranışların müşahidəsi.
Obyektiv vəzifələrin icrası. Fərdin icra səmərəliliyi onun bu vəzfələri təhlilindən asılıdır.
Bir mövzuya qarşı fizioloji reaksiya.
Dekansi (1980), Braun və Pallant (1962) göstərmişlər ki,
ortodoks dini cümlələrlə bağlı baxışlar və açıqlamalar təlimatlar
və tədqiqat kontekstindən, tədqiqatçının bir ruhani kimi tanınma- sından və ya ruhani libasında olmasından asılı olaraq dəyişə bilər (Pallon, 1964). Bu mövzu bizim müəyyən edilmiş inanclara qarşı reaksiyamıza və onları təsdiq edən ictimai proseslərdəki konver- gensiyamıza106 əsaslanır. Bu səbəbdəndir ki, dini cavablar adətən harmoniya təşkil edir. Dindarlar oxşar davranışlar sərgiləyirlər (Braun, 1987, səh.69). Əlbəttə, problemi (dini cavablarda konver- gensiya) həll etmək üçün aşkar həll yolu mövcuddur. Vahid dinin dəyişən kəmiyyətinin homogen107 uyğunsuzluğunu aradan qaldır- maq üçün məlumatları homogen dini qruplardan toplayırıq.
Gözlənilən cavablar arasında fərqliliyə nail olmaq üçün tət- biq edilən başqa bir vasitə fərdlərin baxışlarla və inanclarla bağlı cavablarını toplamaq üçün dolayı və dəyişkən metodlardan istifa- dədir. Sınağa cəlb edilən subyekt dini və qeyri-dini inanclarla bağ- lı nə zaman sükut edəcəyini bilsə də, mövzu ilə bağlı ümumi və şəxsi cavabların tərkibi qaydalarından xəbəri olmur. Dolayı me- todların istifadəsi üçün olan təhrikedicini psixoanaliz nəzəriyyə- sində, xüsusilə Rorşaxın (1921) əsərinə əsasən, proeksiya testləri- ni inkişaf etdirməklə tapmaq olar. Proeksiya nəzəriyyəsi Freydin izahına görə, dinin köklərinə və mahiyyətinə əsaslandığı üçün bu testlərdə qeyri-müəyyən təhrikedicilər şəxsi və gizli maraqlar, ar- zular, qorxular, meyllər və gözləntilər kimi dərk edilir və ya gələ- cəkdə onlar vasitəsilə əsaslanma aparılır (Braun, 1987, səh.69).
Proeksiya metodları heç cür strukturu olmayan təhrikedici- lərə əsaslanır. Qodin və Kops (1957) dini səhnələrin təsvirindən istifadə etməklə test obyektlərindən onlar haqqında dastanlar qoş- malarını istədilər. Digər dolayı miqyaslar təlimatın aşkar hissəsin- də qərarlaşmayan ikinci dərəcəli vəzifələrdir. Məsələn, təcrübəçi sadə şəkildə assosiasiyaların108 dini cümlələrlə təqdim edilməsinə ehtiyac duyulan reaksiya zamanını ölçmək üçün (Strank, 1966) ya ürək döyüntülərini qeydə alır (Kinq və Funkenşteyn, 1957), ya da dinlə bağlı hər hansı vəzifəni yerinə yetirərkən GSR109 - dərinin
106Konvergensiya- bənzəmə, uyğunlaşma, birləşmə, eyniləşmə.
107Homogen– eynicinsli, bircinsli.
108Assosiasiya- şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə.
109GalvanicSkinResponse – Dərinin elektrik cavabı.
qalvanik cavabını (Braun, 1987) ölçür (Braun, 1987, səh.69).
Triandis fizioloji miqyasları baxışların parametrləri kimi müəyyənləşdirsə də, etibarlılıqları aşağı olduğu üçün onlara qarşı çıxmışdır. Bu miqyaslar mühafizəçisiz ifşaçıları aşkarlamağa isti- qamətlənmişdir. Meditasiyanın110 mənəvi bir texnologiya kimi nə- zərdə tutulmasını buna misal göstərmək olar (Valans və Bensun, 1972). Bu dolayı miqyaslar şüur və idrak proseslərinə aid edildik- ləri üçün din psixologiyasının istifadə çəvçivəsindən kənarda qal- mışdır (Braun ,1987, səh.69).
“Dinin elmi araşdırmaları” dərgisində çap etdirdiyi məqalə- də Allahla bağlı təsvir və düşüncələrin araşdırılmasında Yunqun azad assosiasiya metoduna əsaslanan Embri dolayı miqyasların so- nuncu nümunəsindən istifadə etmişdir (Dekansi, 1967, Verqot və Tamayo, 1980). Dini araşdırmalarda Rorşaxın cövhər ləkələri kimi tanınan kartlardan da istifadə edilmişdir (Eyzenmən və həm-kar- ları, 1966, Larsen və Nap, 1964). Morrinin (1938) Qordin və Ko- pez (1957) tərəfindən islah edilmiş “Appersepsiya”111 testindən dini proyeksiya təsvirləri testi kimi istifadə edilmişdir. Qoldmənin (1964) İncil dastanlarını izah etmək üçün istifadə etdiyi açıq cavab anketi dini dərkin qabaqcıl testi kimi bu dolayı miqyaslar qrupuna daxildir (Braun, 1987, səh.70).
“Çox metod - çox səciyyə” yanaşmasında standart anketlər- dən proeksiya üsulları kimi isifadə edilmişdir. Kembil və Fiskin (1959) müdafiələrinə baxmayaraq, o dövrdə bu metodlar qeyri- standart görünürdü. Varrenin dini inancları əhatə edən frazanın112 dərki metodu da səmərəli potensiala malikdir. “Mən kiməm?” və “İyirmi suallıq” metodlar buna misaldır. Bu nümunələr sosioloqla- rın dini etiketin bəzi fərdlərə təsir göstərə biləcək struktursuz miq- yaslar kimi özünütəsvirləri ölçmələri üçün inkişaf etdirilmişdir (Kuhn və Mak Partlənd, 1954). Ayzer və Omsanın (1987) təhlilin- də dilin semantik formalarından özünütəqdim indeksi kimi istifadə edilmişdir. Bu təhlil müəyyən qədər Kuhnun (1900) dini təcrübə- lərdəki essensial amilləri tapmaq üçün 1100 dini nəğmə və çağırış
110Meditasiya – dərin düşüncə.
111Appersepsiya – ilkin təsəvvürlərə və ya təcrübəyə əsaslanan qavrayış.
112Fraza - fraza, ibarə, ifadə, sərrast ifadə etmə, dəqiq ifadə etmə.
üzərində apardığı təhlilə, Şnayder və Dornbuşun dini nəğmələr və ilhamverici kitablar üzərində apardığı təhlilə oxşayır. Bütün bun- lar dindarları əhatə edən ümumi inanclara, ideologiya və şəraitə əsaslanmış, struktursuz miqyaslardan istifadə edilmişdir.
Klinik vəziyyətin araşdırılması metodları həyat tarixçəsini ölçmək və bərpa etmək təşəbbüsünə malikdir, psixi patologiya meyarları əsasında eqonun etiraz reaksiyalarına aydınlıq gətirmək üçün istifadə edilir. Bu metodlardan müəyyən həddə ümumiləşə biləcək şəxsi təsirləri öyrənmək üçün yüksək dini vəzifəyə və statusa malik ruhanilərin (Bavers, 1968) və ya anormal insanların öyrənilməsində istifadə edilir. Əlbəttə, digər metodlardan fərqli olaraq, burada subyektivliklə müşayiət edilən nüanslar var. Bir şəxsin həyatının spesifikliyi113 səciyyələndirilən sxemdə diqqətdən kənarda saxlanılır və həmçinin şəxsin həyatını təşkil edən, ona məna verən ənənə məhv edilir (Maloni, 1978). Stüartın “Yeniyet- mələrin dini” (1967) adlı araşdırmasında ölçü anketlərinin mə- lumatlarını təkmilləşdirən bir çox dolayı müsahibələr haqqında məlumat verilir. Qodinin dini təsvirlər testi və sualların təsnifat məlumatları dini cavabların dəyişkənliyinə əsaslanır. Çap edilmiş məqalələrin meta-analizi də dolayı metodlardan hesab edilir. Batson və həmkarları (1985) bu üsuldan altruizmi daxilə meylli və dini mövqelərdən asılı olan mühüm bir miqyas kimi göstərmək üçün istifadə etmişlər. Bergin (1983) bu metoddan dinin arzuolu- nan psixi sağlamlıqla möhkəm bağlılığa malik olduğunu göstər- mək üçün istifadə etmişdir (Braun, 1987, səh.71).
Çap edilmiş dini məqalələrin meta-analizi metodu tədqiqat- çıların maraq göstərdiyi ən yeni metoddur. Meta-analiz keçmiş araşdırmaları birləşdirmək üçün statistik metodlardan istifadə edən bir üsuldur. Gelas (1977) meta-analizi belə izah edir: “Meta-analiz adı altında tədqiqatların assimlyasiyasını diqqət mərkəzində saxla- yan mövqe fərdlərin təcrübələri ilə bağlı məlumatları kəmiyyət şəklində konkretləşdirən məlumatları təhlil etmək üçün bir üsul- dur. Meta-analizin əsas və praktiki prinsipi müxtəlif nəticələri bir- ləşdirərək yeni nəticələr hasil etmək, yekun nəticələrdə subyektiv-
113Özünəməxsusluq
liyin səbəbini ixtisar etməkdir (Dilavər, 1374). Başqa sözlə desək, meta-analiz ortaq yanaşmaları və nəticələri hasil etmək üçün oxşar tədqiqatlar kompleksinə təkrar və analitik baxışdır.”
İranda dolayı metodla hazırlanıb icra edilmiş testlərdən biri Əhmədi Əlunabadinin dini baxışın ölçülməsi anketidir (1352). Bu anket proyeksiya əsasında hazırlanmışdır. Anket iyirmi tam prak- tiki və beş hekayət formalı suala malikdir. Tədqiqatçılar bu anket- dən məktəblilərin dini baxışlarını ölçmək üçün istifadə etmişlər. Testin etibarlılığı və stabilliyi ilə bağlı məlumat verilməmişdir.
Dini ölçmək üçün dolayı metodlardan istifadə edən üsulları konkret olaraq belə sıralaya bilərik: “Proeksiya miqyasları (Rorşax testi, appersepsiya və praktiki tam cümlələr)”; fizioloji miqyaslar (GSR - dərinin elektrik cavabı və ya sözlərin assosiasiyasına reak- siya zamanı); məzmunun təhlili metodu; struktursuz metodlardan istifadə; klinik vəziyyətin araşdırılması (şəxsi həyat tarixçəsinin dolayı şəkildə əldə edilməsi); meta-analiz metodu.” Bu metodlar etibarlılıq və yayılma baxımından bərabər əhəmiyyətə malik deyil- lər. Proyeksiya metodlarını daha dərin (daha çətin, təqribən qeyri- sistematik izahla), fizioloji miqyasları isə daha dəqiq (daha məh- dud istifadəyə və nəticəyə malik) hesab etmək olar.
Müxtəlif ölçü metodları arasında birbaşa ölçü metodu daha geniş yayılmışdır. Asan və nisbətən dəqiq olduğu üçün araşdırma- larda daha çox ondan istifadə edilir. Klasnerin (1964) hesablama- larına əsasən, 1950-ci ildən 1960-cı ilə qədər psixoloji və sosioloji araşdırmalarda məlumatların toplanması metodları arasında 44 %-lə özü idarə edilən anket, 26 %-lə individual müsahibə ən geniş yayıl- mış metodlar olmuş, növbəti yerlərdə 19 %-lə statistik məlumatlar, 10 %-lə məzmun təhlili, 9 %-lə meydan müşahidələri metodları qə- rarlaşmışdır. Dinlə bağlı həyata keçirilmiş laboratuar praktiki me- todlar bu araşdırmaların 2 %-də istifadə edilmişdir. Bütün bu tədqi- qat məqalələri arasında şəxsiyyət göstəriciləri ən geniş yayılmış ası- lı dəyişən kəmiyyət olmuşdur (47%). Din psixologiyasında labora- tuvar metodların da sabitləşməsinə baxmayaraq, münasibət ölçən və ya qapalı cavablı anket miqyasları kimi seçilmiş metodlardandır (Braun, 1987, səh.48).
Bu bölmənin sonunda araşdırılması zəruri olan mövzulardan
biri də cavab anketinin bəndlərinə əsaslanan dini anketlərdə he- sablanmanın növləri və dərəcələndirilməsidir. Torston və Çavenin (1929) bildirdiyinə görə, Ketl psixofizik114 metodları digər sadə hissi miqdarların əvəzində inkişaf etdirmiş və ondan alimlərin la- yiqlilik dərəcəsini müəyyən etmək üçün istifadə etmiş bəlkə də ilk ºəxsdir. Bu iki tədqiqatçı müqayisəli mühakimə qanunundan və eyni görünən fasilələr metodundan istifadə etməklə fərdlərin kilsə- yə baxışını ölçmək üçün birmənalı bir miqyas hazırlamış və həmin miqyas vasitəsilə müəyyən etmişlər ki, baxışlar ölçülə biləndir və dəyərləri ölçmək olar. Onların metodu geniş səviyyədə qəbul edil- məklə yanaşı, dini miqyasları psixologiyanın əsas mahiyyəti ilə eynixətli etdi. Çave 1939-cu ildə dinə müxtəlif yönlərdən yanaşan 52 ayrı-ayrı miqyası əhatə edən istiqamətverici bir kitab çap etdir- mişdir. Torston da ilkin ictimai baxışların öyrənilməsinin mümkün olduğu bir faktoloji təhlil metodu yaratmıdır (Braun, 1987, səh.54). Bu metodda tədqiqat mövzusu ilə bağlı məlumatları və rəyləri onlarla cümlə formasında fərqli-fərqli mütəxəssislərə (50- 100 arası) veririk və hər birindən ayrı-ayrılıqda istəyirik ki, aidiy- yəti olan baxışla bağlı qiymətlənrimələrini 11 fasiləli (+5-dən -5-ə qədər) bir miqyasda qruplaşdırsınlar. Qeyd olunan təsnifatda mü- təxəssis rəyinə görə, qiymətləndirmələrin hansında tədqiq edilən mövzu ilə bağlı baxışın yer alması əsas götürülür. Sonda mütəxəs- sislər tərəfindən əsasən oxşar şəkildə təsnifatlandırılmış qiymət- ləndirmələr seçilir, hər bir qiymətləndirmənin cədvəldəki məkanı ona aid təsnifatların orta qiyməti əsasında əldə edilir. Bu mərhə- lədən sonra seçilmiş qiymətləndirmələri test obyektlərinə təqdim edir və onlardan qiymətləndirmələrlə razı olub-olmadıqlarını de- mələrini istəyirik. Sual ünvanladığımız subyektin razılaşdığı qiy- mətləndirmələr qrupunun cədvəl dərəcələrinin orta qiyməti test obyektinin qiymətləndirilən mövzu ilə bağlı mövqeyini ifadə edir. Miqyas onun bir başından digər başına qədər uzanan və davamlı- lıq yaradan qiymətləndirmələrdən təşkil olunur (Atteslənder, 1371, səh.290, Miller, 1370, Brauna istinadən, 208).
114 Psixofizika duyğuların xarici qıcıqlandırıcılardan asılılığını və bu asılılığın xarak- terinin öyrənilməsi məsələsini ön plana çəkir. Elə bu asılılığın hansı əsas qanunauy- ğunluqlara tabe olması da psixofizikanın mərkəzi məsələsi hesab olunur.
Hal-hazırda Torstonun qiymətləndirmə metodu sadə miq- yaslarla müqayisədə daha sadədir, Likert tipindən daha birbaşadır, geniş səviyyədə diqqətdən kənarda qalmışdır. Likert tipi miqya- sında baxış yönlərinin davranış və şifahi etiqad vasitəsilə məlum olan potensial dəyişən kəmiyyətlər olduğu fərz edilir. Torstonun qiymətləndirmə metodu üçün çox vaxt və mövzu ilə bağlı daha çox qiymətləndirmənin toplanması lazımdır. Torston metodunun miqyaslarının qiymətləri Likert tipinin daha sadə miqyaslarından əldə edilən rəqəmlərlə çox yüksək korrelyasiyaya malikdir. Onlar digər miqyasları təqribən tam şəkildə əvəz ediblər (Likert, 1932, Brauna istinadən, 1987, səh.55).
Eduard və Kenni (1946) qiymətləri Torston və Çavenin kil- səyə baxışla bağlı miqyaslarına əsasən, Likert miqyas ölçüsü me- todu ilə müqayisə etmişlər. Onlar Likertin 25 maddədən ibarət miqyasının nisbətən yüksək davamlılığa malik olduğunu (0,88-lə müqayisədə 0,94) müəyyən etmişlər. Likertin miqyas qiymətləri- nin Torston miqyasının iki paralel forması ilə korrelyasiyası 0,74 və 0,92-dir. Hər halda Likertin baxış miqyası metodunda (1932) test obyektləri ən güclü razılaşmama həddindən (-3) neytrala (0) və ən güclü razılaşma həddinə qədər olan beş və ya yeddi dərəcəli spektrdə qərarlaşan bəndlərin bir neçəsinə onların razılaşma və razılaşmama gücünə nə qədər dəlalət etdiyini nəzərə alaraq cavab verirlər. Fərz edilir ki, hər bir maddə bir xətti funksiya və ya ən azı həmin xüsusiyyətlə eynidir. Belə ki, hər bir maddənin ortaq xüsu- siyyətlə əlaqəsi korrelyasiya metodları vasitəsilə sübuta yetir (Skott, 1968, Brauna istinadən, səh.56).
Maddələrin faktor analizi və bir-birləri ilə əlaqəsi olan mad- dələrin öyrənilməsi üçün xüsusi kompüter proqramları hazırlan- mışdır. Ölçülmüş qiymətlər faktorların və ya bir faktorun maddə- ləri ilə bağlı ədədin ölçüsü ilə müəyyən edilir. Likertin qiymətlən- dirməsinin bir məziyyəti ondan ibarətdir ki, müxtəlifyönlü maddə- lər faktor analizlə öyrənilən potensial dəyişən kəmiyyətlərdən isti- fadə edilməklə tez bir zamanda əvvəlki miqyasda toplana bilər. Bu metodla düzələn miqyaslar tədbirliliyə daha çox ehtiyac duyur. Bununla belə, Likertin miqyasının güclü cəhəti onun parktiki bilgi ilə paralel olaraq baxış və inancların ölçülməsi üçün münasib ol-
masında, ikincisi, dəyişən kəmiyyətləri, məqsədləri və mövzuları əhatə etmək məqsədilə yazılmış maddələrin asanlıqla ayrılmasın- dadır. Bu miqyas tipi Basset və həmkarları (1981) tərəfindən ge- nişləndirilmiş və 93 mənbənin mündəricatı gətirilmişdir. Bu mən- bələr Likertin dini inanc, daranış, asılılıq, dini dəyər, dindarlıq (di- nin şəxsi həyatdakı əhəmiyyəti nəzərdə tutulur), baxışlar, mövqe- lər və dini təcrübə ilə bağlı miqyasları ilə əlaqələndirilmişdir (Braun, səh.57).
Bəzi anketlərin maddələrinin müqəddəs kitab əsasında ha- zırlandığı açıq-aşkardır. Basset və həmkarları (1981) xrustianlarla qeyri-xristianlar arasında fərqləndirmə aparmaq üçün bir miqyas tərtib edildiyi haqqında məlumat vermişlər. Bu miqyasın tərtibat- çıları hesab edirlər ki, müqəddəs kitab, xüsusilə yeni dövr baxış və inanc maddələrinin mənbəyi kimi diqqətdən kənarda qaldığı üçün ondan istifadə etmək lazımdır. Onlar bu miqyası “Çoban miqyası” adlandırmışlar. Çünki onlara görə, bu miqyas qoyunları (xristian) keçilərdən (qeyri-xristian) ayırır. Sözügedən miqyasın maddələri- nin hər biri müqəddəs kitabın mətninə əsaslanır və “Mən inanıram ki, Allahı şəxsən həyatımda hiss edə bilərəm” (Yühənna, 14-cü surə, 16-cı ayə), “Həzrət Məsihə qarşı şəxsən vəfadar olduğum üçün əbədi həyata malikəm” (Yühənna, 3-cü surə, 13-15-ci və 31- 35-ci ayələr, Rumluların məktubu 5-ci surə, 17-21-ci ayələr), “Mən xristianlarla vaxt keçirməkdən zövq alıram” (Elçilərin dav- ranışları kitabı, 2-ci surə, 24-27-ci ayələr, Yühənna, 1-ci surə, 7-ci ayə), “Davranış və danışıqlarımın Həzrət İsa Məsihin təlimlərinə əsaslanmasını istəyirəm” (Mattanın İncili, 5-ci surə, 13-14-cü ayə- lər, yeni dövr Kolusyanın kitabı, 4 və 6) inancları ilə bağlıdır. Bu miqyasın etibarlılığı 0,82, ikiləşdirmə metodu ilə etibarlılığı 0,90, alfa əmsalı metodu ilə 0,86-dır (Braun, səh.58).
Anketin maddələri ilə razılıq dərəcəsini öyrənmək üçün ha- zırlanmış yeni metod individual xarakter meyarlarını müəyyənləş- dirən “sualların təsnifatı metodları”ndan (Stefenson, 1953) istifa- dəyə əsaslanır. Monaqan (1967) bu metoddan kilsənin mühafizə- kar üzvlərinin baxışlarını araşdırmaq üçün istifadə etmişdir. Onun araşdırma zamanı atdığı ilk addım 54 maddədən ibarət uzun-uzadı müsahibələrdən təşkil olunmuşdur. Onların kilsə ilə bağlı hissləri
necə səciyyələndirilir məzmununa uyğun maddələr on bir dərəcəli bir miqyasda tərtib edilmişdir. Bu maddələrin hər birinin rütbə və dərəcəsi qarşılıqlı korrelyasiyaya malikdir və faktor analiz vasitə- silə qüdrət, asayiş və ictimai ortaqlıq istəyən adlar altında fərz edi- lən şəxsin profilinin bir 3/3 matrisi müəyyən edilmişdir. Qorlov və Şroder (1968) də dini fəaliyyətlərdə iştirak səbəblərini təhlil etmək üçün sualları qruplaşdırmışlar. Onun 87 maddəsi kilsənin 125 ak- tiv üzvü tərəfindən hisslər, davranışlar, təcrübələr və sairə ilə bağlı anketlərə verilən cavab olmuşdur (Braun, səh.62).