Qorsac (1984) hesab edir ki, diqqətlə seçilmiş “Kilsəyə neçə vaxtdan bir gedirsiniz?” məzmunlu bir maddəli suallar uzun-uzadı və hərtərəfli sorğular kimi səmərəlidir. Fişbin və Aczen (1975) göstərdi ki, bir tək maddəli özünü qiymətləndirmə miqyası digər miqyaslarla 0,76 orta korrelyasiya olduğunu göstərir. Bu rəqəm çox uzun miqyasların digər miqyaslarla korrelyasiya qiymətinə oxşardır. Qorsaç hesab edir ki, bunun səbəbi dinin çox geniş bir fenomen olduğu halda dini davranışların xırdalıqlarına və reallıq- larını əhatə etməsi ilə bağlıdır. Kilsəyə və namaza çox gedilməsi, kilsə fəaliyyətlərinə sərf edilən zaman və pul aşkardır. Asanlıqla əldə edilə bilən bu cür məlumatlar dini mövqeyi və ehtiva etdikləri inancların məzmun və məhdudiyyətlərini açıq şəkildə ifadə edə bilmir (Braun, 1987, səh.50).
Cümlə miqyaslarında davranış və fəaliyyətlər haqqında mə- lumat verən müşahidə metodundan fərqli olaraq, fərdlər müsahibə
və anket şəklində bir və ya bir neçə ümumi suala cavab verirlər. Bu metodun nümunələrindən biri Kare Leubaya (1896) aiddir. O, “iman gətirməni tədqiq etmək üçün bir anket” tərtib etmiş və onla- rı dini təcrübəyə malik olduqları güman edilən şəxslərə, ruhanilə- rə, dini rəhbərlərə, onlar vasitəsilə geniş kütləyə paylamışdır. Bu anket vasitəsilə o, xüsusi və diqqət çəkən fərdləri müəyyən-ləşdir- mişdir.
Leuba (1896) anket vasitəsilə çox paritet102 olan müsahibə- lərdən istifadə etmişdir. Consonun nəzəriyyəsi əsasında dəqiq üz- bəüz dialoq məziyyətinə malikdir. Əlbəttə, anket və müsahibə in- sanın özünün yazdığı avtobioqrafiya və xatirələrlə (Uilyam Ceyms ondan mənbə kimi istifadə etmişdir) müqayisədə daha sistemli metodlardır. İnsanın özünün yazdığı xatirələr və avtobioqrafiyalar adətən mifik xarakteristika ilə səciyyələnir. Amma şifahi tarixə güclü maraq sərbəst şəkildə yaza bilməyən və ya məşhur olmayan şəxslərə fikrini ifadə etmək hüququ verir. Hər halda, avtobioqrafi- ya və sair üsullar psixoloji metod olmasa da, hər hansısa baxış və inancdan qaynaqlanan bu cür birbaşa məlumatlar qabaqcıl ölçü miqyasları üçün əsas mənbə ola bilər (Braun, 1987, səh.50).
Leuba 1914 və 1934-cü illərdə çoxlu sayda alimə konkret məzmunlu anket göndərdi. Bu alimlər təsadüfi şəkildə “ABŞ alim- ləri” kitabından, Sosiologiya Mərkəzinin İstiqamətləndirmə İdarə- lərinin və ABŞ Psixologiya Cəmiyyətinin üzvləri arasından seçil- mişdi. Leuba nümunələrində öz sahəsi üzrə həmkarları tərəfindən daha çox tanınan böyük alimləri məşhur şəxsiyyətlər adı altında qruplaşdıraraq, onlara belə bir sual ünvanlamışdı: “Siz şəxsin ca- vab gözləntisi ilə çağırdığı Allaha inanırsınızmı?” “Cavab” deyi- lərkən duanın təbii, daxili və psixoloji təsirindən daha yüksək bir anlayış nəzərdə tutulur. Bəndlər: a) Mən bu şəkildə təqdim edilən Allaha inanmıram; b) Mənim bu sualla bağlı xüsusi bir fikrim yoxdur. Bundan əlavə, əbədiliklə bağlı üç cümlə təqdim edilmişdi (Leuba, 1916, Vulfa istinadən, 1991, səh.205).
4.1 saylı cədvəldən də göründüyü kimi, Leubanın əldə etdiyi nəticələr üç kontekstdə bu cümlələrə inam ehtimalının azaldığını
102Bərabərlik, bərabər nisbət.
göstərir. Həmin kontekstlər bunlardır: 1. Alimlərin “canlı varlıq, cəmiyyət və ruh” haqqındakı bilgilərinin yüksək olması”; 2. Öz həmkarları tərəfindən qeyri-adi şəkildə məşhur hesab edilmələri;
Leubanın anketinin cavablandırma formasının yeni olması.
Leuba (1950) hesab edirdi ki, kilsəni mənəvi-təbii qüvvələri rəsmən tanıyan, mənəvi sağlamlıq mədəniyyətini inkişaf etdirən azad dini düşncə mərkəzlərinə çevirəcək təfəkkür inqilabının baş verəcəyi ilə bağlı faktlar və bunun üçün hazırlıq var (Leuba, 1916, Vulfa istinadən, 1991, səh.205).
Cədvəl № 4.1. 1914 və 1933-cü illərdə Allaha etiqadı olan və əbədiyyətin olduğunu təsdiq edən ABŞ alimlərinin faiz göstəricisi
a) Dua edənə cavab verəcək Allaha etiqad
Bilik səvyyəsi aşağı
olanlar
Biliyi daha yüksək olanlar
Fiziklər Bioloqlar Sosioloqlar Psixoloqlar
1914
1933
1914
1933
50
39
29
32
43
31
30
13
34
17
19
13
17
12
13
12
b) Öldükdən sonra insanın qalacağına etiqad
Fiziklər Bioloqlar Sosioloqlar Psixoloqlar
Bilik səvyyəsi aşağı
olanlar
Biliyi daha yüksək olanlar
1914
1933
1914
1933
57
45
52
27
46
32
31
12
40
25
27
9
20
15
10
2
Leuba, 1934, Vulfa istinadən, 1991, səh.205.
Qeyd etməliyik ki, tərtib etdiyi sualların məzmunu Leubanın testlərini çox məhdudlaşdırmışdır. Testlərini göndərdiyi alimlər adətən testlərin kənarında və ya ayrıca bir məktubda öz əlavələrini yazmış, başqa bəndlər əlavə etmişlər. Nümunə üçün onlardan biri- nə baxaq. Alimlərdən biri belə yazır: “Mən Allaha inanıram, dua- ya da inanıram. Amma siz təsvir etdiyinz formada yox.” (Leuba, 1916, Vulfa istinadən).
Leubanın araşdırmasında diqqət çəkən ixtisar zəruri imtiyaz deyil. Anket çox konkret olarsa, sınaqda iştirak edənlərdə ca-vab- ların onların fikirlərini tam ifadə etməsi ilə bağlı şübhə yarana bi- lər. Bərabər şəraitdə psixoloji testin maddələri nə qədər çox olarsa, əsaslılıq da bir o qədər çox olar. Psixometrik cəhətdən daha uzun
anket daha səmərəlidir. Əlbəttə, həddən artıq uzun test sınaqda iş- tirak edənin bir daha əməkdaşlıq etməməsinə də səbəb ola bilər. Sualların müxtəlifliyi testdə iştirak edənin daha əhatəli şəkildə qiymətləndirilməsinə səbəb olur. Bu anketlər müxtəsər anketlərlə müqayisədə daha geniş sahəni əhatə etdiyi üçün əldə edilən rə- qəmlər cavab verənlərin daha dəqiq şəkildə fərqləndirilməsinə im- kan yaradır. Nəticədə, daha geniş əhatəyə malik olan qiymətlər di- gər meyarlarla əhəmiyyətli korrelyasiyanın əldə edilməsi ehtimalı- nı artırır. Uzun anket faktor analiz üsuluna əsaslanan qiymətlən- dirmə də tələb edir. Faktor analiz özü mürəkkəb bir metod olsa da, sadələşdirmə vasitəsi kimi istifadə edilir. Bu metod çoxlu sayda dəyişən kəmiyyətlər arasında mövcud olan korrelyasiya meyarını izah edən rəqəmsal amilləri əldə etmək üçündür. Bu cür xüsusi hallarda dəyişən kəmiyyətlər anketin ayrıca maddələri hesab edilir (Leuba, 1916, Vulfa istinadən).
Dini araşdırma metodları ilə bağlı dispersiya103 və diferensi- ya104 davam etdikcə (Batson, 1976) anketlər, testlər və nəticələrin təhlili, analizinə nail olmaq üçün ümumi prinsiplər olacaqdır (Lo- mon, 1973). Rəsmi miqyasların anket və müsahibədən daha çox ümidverici olduğu təəssüratı yaransa da, istiqamətləndirilmiş mü- sahibə metodları da etibarsız deyil. Necə ki, mövcud vəziyyətin test edilməsi psixoterapiya müayinəsi üçün faydalıdır və hər bir tədqiqatda bu məlumatlar bir baza səviyyəsində zəruridir (Vinq,
103 Dispersiya - yayılma, səpələnmə, genişlənmə. Dispersiya analizi – nəticələri müx- təlif keyfiyyət faktorlarının təsirindən asılı olan sınaqların statistik analizi metodu- dur. Bu metodun köməyilə nəticə əlamətinə təsir edən faktorlardan mühüm olanları seçilir və hər bir faktorun təsir dərəcəsi qiymətləndirilir. Dispersiya analizi metodu- nun mahiyyəti ondan ibarətdir ki, nəticə əlamətinin dispersiyası asılı olmayan təsa- düfü toplananların cəmi şəklində göstərilir. Bu toplananlardan hər biri bu və ya digər faktorun təsirini, onların birgə təsirini və təsadüfü faktorların təsirini xarakterizə edir. Təsadüfü toplananların dispersiyalarının müqayisəsi bu və ya digər keyfiyyət fakto- runun nəticə əlamətinə təsir edib-etməməsini müəyyən etməyə imkan verir.
104Diferensiya - bərabər olmayan, fərqli, müxtəlif dərəcələrə ayrılmış. Diferensial psixologiya – psixologiya elminin insanların fərdi - psixoloji və davranış fərqlərini öyrənən, şərh və izah edən sahəsidir. «Diferensial psixologiya» termini ilk dəfə 1900-cü ildə V.Ştern tərəfindən irəli sürülmüşdür. Diferensial psixologiyanın əsas metodu testlər olmuşdur. İlk dövrlər bu testlər fərdi testlər olmuş, sonra qrup testləri meydana gəlmiş daha sonra isə proyektiv testlər yaranmış və onlardan istifadə olun- muşdur.
1984, Brauna istinadən, səh.51).