Din-psixologiyasina-giris-son pdf


Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o



Yüklə 353,99 Kb.
səhifə46/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   42   43   44   45   46   47   48   49   ...   68
Din-psixologiyasına-giriş

Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o, məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan mö-min- lər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qo- şunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inananlar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlə- dir!”99 Bu dastanda öz əsgərlərinin dözümlülüyünü müəyyən et- mək üçün Talutun tətbiq etdiyi bir sınaqdan söhbət açılır.
Aralarında məna fərqinin olmasına baxmayaraq, Qurandakı “ibtila”, “imtahan”, “fitnə” və “təmhis” sözləri bir növ yoxlama, sınaq və sınaqdan keçirmə mənalarını ifadə edir. Bəzən Quranda yenicə iman gətirmiş müsəlman qadınları ilə bağlı açıq şəkildə əməli sınaq xəbərdarlığı verilir: “Ey iman gətirənlər! Mömin qa- dınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imta- hana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxla- yıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qay- tarmayın.”100
Təfsirçilərin bir qrupu bu ayələrin nazil olduğu tarixi şərait haqqında belə yazır: “Allah rəsulu (s) Hüdeybiyyədə Məkkə müş- rikləri ilə bir müqavilə imzaladı. Müqavilənin maddələrindən biri- nə əsasən, məkkəlilərdən müsəlmanlara kim qoşulsaydı, geri qay- tarılacaqdı. Amma müsəlmanlardan kimsə İslamı tərk edib Mək- kəyə qayıtsaydı, geri qaytarılmaya bilərdi. Elə həmin vaxt Səbiə adlı bir xanım İslamı qəbul etdi və elə Hüdeybiyyədə də müsəl- manlara qoşuldu... Bu ayə nazil oldu və mühacir qadınların yoxla- nılması göstərişi verildi... Mömin adlandırılmalarına baxmayaraq, sınanmaları əmr edildi. Bu göstərişin səbəbi isə onların kəlmeyi- şəhadəti dildə deyib möminlər sırasında yer almaq istəmələri ilə bağlı idi. Amma möminlər bu zahirin batinlə uyğunluq təşkil etdi-




99 Bəqərə surəsi/249.
100 Mumtəhinə surəsi/10.
yini müəyyən etməli idilər. Sınaq isə bundan ibarət idi ki, onlar yalnız İslamı qəbul etmək üçün mühacirət etdiklərini Allaha and içməklə təsdiq etməli idilər. And içməli idilər ki, həyat yoldaşı ilə düşmənçilik etdikləri və ya başqa bir kişiyə meylləri olduğu üçün Mədinə və sair şəhərlərə mühacirət etməyiblər. Belə bir ehtimal da var ki, həmin surənin on ikinci ayəsi mühacir qadınların imtahan formasını izah edir. Onlar şirk yolunu tutmamaq, oğurluq etmə- mək, qadın iffətinə zidd hərəkət etməmək, övladlarını öl-dür-mə- mək və bu kimi davranışlara yol verməmək, başdan ayağa qədər Allah rəsulunun (s) əmrlərinə təslim olacaqları ilə bağlı söz ver- məli idilər.”
Əlbəttə, andiçmə və itaət göstərməklə bağlı söz vermə real- lıqla üst-üstə düşməyə də bilər. Amma o dövrdə hətta müşriklər belə Allaha and içdikdə və tabeçiliyi qəbul etdikdə adətən öz söz- lərinin üstündə durduqları üçün bu davranış az sayda adamın yalan danışması ilə nəticələnirdi. Qeyd olunan imtahan forması həmin adamların həqiqətən iman gətirməsinə tutarlı dəlil olmasa da, real- lığı ifadə etməyə yetirdi (Məkarim Şirazi, 1371, 24-cü cild, səh.35-37; Təbatəbai, əl-Mizan, 19-cu cild, səh.240).
İmtahan, bəla və sınaq məzmunlarını ehtiva edən bu və di- gər oxşar ayələrdən aşağıdakı nüansları əldə etmək olar:

  1. Fərdlərin iman və dindarlığını ümumi şəkildə ölçmək mümkün və icazəlidir;

  2. Bu ayədə imtahanın növü müəyyən edilmişdir. Yəni fər- din imanını ifadə edən xüsusi sözlərlə and içmək. Əlbəttə, sınaq forması o dövrün mədəniyyətinə uyğundur.

  3. Bu ayədəki sınaq fərdlərin daxili hallarını və həqiqi din- darlıqlarını müəyyənləşdirmək məqsədi daşıyır.

  4. Digər ayələrdə imtahan və bəla adətən fərdin varlıq cöv- hərinin aşkara çıxarılması üçün çətinliklərə və narahatlıqlara mə- ruz qalması məzmunu daşıyır. Buna görə də ilahi imtahanlar adi sınaqlardan açıq şəkildə fərqlənsə də (sınaqlarda məqsəd fərdin hal və xüsusiyyətlərindən xəbərdar olmaqdır, amma imtahan və bəlada daha çox fərdin batini hallarının, hətta bir növ daxili vəziy- yətinin və dəyişikliyinin aşkara çıxarılması nəzərdə tutulur), hər ikisinin bir növ ölçü səciyyəsi daşıması inkaredilməzdir. Özünü

tanıması üçün insanın özünün özünü yoxlaması, başqalarını tanı- maq üçün onları yoxlaması və həmçinin başqalarının onu yox-la- ması məzmunlarının hamısı yoxlamaya xidmət edir. Birinci fəsil- də din psixologiyasının yeni tarixindən söhbət açdığımız, növbəti bölmədə bəzi metodlara işarə edəcəyimiz üçün burada təkrarçılıq etmirik.



Yüklə 353,99 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin