Din-psixologiyasina-giris-son pdf


Dini davranışın müşahidəsi



Yüklə 353,99 Kb.
səhifə49/68
tarix01.10.2023
ölçüsü353,99 Kb.
#151376
1   ...   45   46   47   48   49   50   51   52   ...   68
Din-psixologiyasına-giriş

Dini davranışın müşahidəsi


Fərdlərin dindarlığının ölçülməsi üçün istifadə edilən ilk metod onların dini davranışlarının vasitəsiz müşahidəsidir. Kilsə- yə və ya dini mərkəzlərə gedən fərdlərin sayı, dini mərasimlərə xərclədikləri pul və ianələrin miqdarı, dini mərkəzlərdə olma müd- dəti və iştirak sayı, namazda və evxaristiyada iştirak sayı, xaç su- yuna çəkilmiş uşaqların və böyüklərin sayı və sairə bu metoda da- xildir.
Daqlas (1963) məlumatların toplanma metodundan qeyri- tənqidi istifadəni 1925-ci ildən sonra din psixologiyasının inkişaf etməmə səbəblərindən biri hesab edir. O, bu açıqlamaya pozitivist dünya görüşlərinə olan maraqların dəyişməsini, humanist düşüncə və dərkə meyl göstərilməməsini, din psixologiyasını əhatə edə biləcək geniş psixoloji nəzəriyyənin olmamasını əlavə etmişdir. Bu problemlər dinin qeyri-obyektiv olması və dini etiqadların məzmun və strukturuna etinasızlıq olması ilə bağlıdır. Bəzilərinə görə, insanların hissləri ilə bağlı danışdıqlarının etdikləri ilə müqa- yisədə az əhəmiyyət daşımasına baxmayaraq, dini davranışın mü- şahidəsi dinin psixoloji mənasını yaxşı izah edə bilməz. Aşkar dini davranışlar dua və ibadətlərdə nizam-intizamlı olmaq tövsiyəsinə tabe olduğu üçün bu kontekstlərdən kənarda dini davranış tapmaq çox çətindir. Hətta belə olan surətdə də dini davranışın (nəzir şam-
larının yandırılması kimi) məqsədli olması qeyri-müəyyən ola bi- lər. Əslində, Freydə niyyətləri nəzərə almadan dini nevroz və yo- luxucu vəsvəsə adlandırmaq cürəti verən də məhz dini davranışın bu təkrarçılığı olmuşdur (Braun, 1987, səh.43-44).
Formal adət şəklini ala biləcəyini əsas gətirərək, bəzən dini davranışın məqsədyönlü olmasını irad tutmaq olar. Amma ikinci fəsildə geniş şəkildə izah etdiyimiz kimi, Freydin yanaşmasını heç bir şəkildə qəbul etmək olmaz.
Hər bir əməlin arxasında yer alan davranış baxışlarını və niyyətlərini tapmaq və ya evxaristiya mərasiminin bir növ vəsvə- sənin, yoxsa pərəstişin dərin və simvolik (və ya hər ikisi) olduğu- nu müəyyən etmək üçün onun keşiş və təriqət davamçıları üçün kəsb etdiyi mənanı öyrənməliyik. Bu baxışları qeyd olunan davra- nışda ortaq olan şəxsləri üzərində birbaşa araşdırma aparmaqla əl- də etmək olar. Dini davranış və etiqadla bağlı mühakimənin əməli, siyasi və etik nəticələri olur. Amma təqlid və iqtibas imkanından xaric olsa belə, dini davranışın mənası ilə bağlı inamsızlığı daxili vəziyyətləri nəzərdə tutan psixoloji dəlillər vasitəsilə aradan qal- dırmaq mümkündür (Braun, 1987, səh.44-45).



  1. Yüklə 353,99 Kb.

    Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin