Dini anlayışların və dini mövzuların psixoloji tədqiqat üsu- luna aid problemlərini dini etimad, şadlıq, ümid, məna axtarışı, qa- rışıq ailə münasibətləri ilə eyni səviyyədə tutmazdan əvvəl din çərçivəsində həll etmək lazımdır. Fərdlərin etiqad və dini dav-ra- nışla bağlı nəzəriyyələri daha əvvəl mövcud olmuş dini inanclar- dan fərqlənməlidir. Bu nəzəriyyələrə müsbət reaksiya göstərənlər onların qorunmasına səbəb olurlar. Sözügedən nəzəriyyələr də öz növbələrində onlara müsbət və ya mənfi təsir göstərirlər (Braun, səh.107-108).
Dindarlığı dərk etmək və ona aid ifadə və anlayışları araş- dırmaq üçün onların psixoloji anlayışlarla olan əlaqə formasını müəyyən etməzdən əvvəl dini anlayışlar haqqında aydın və şəffaf təsəvvürə malik olmalıyıq. Bu cür təsəvvür dini mətnlərə müraciət etmədən və dindaxili araşdırma aparmadan mümkün deyil. Bu prinsipə riayət etməsək, səhvə yol vermiş olarıq. Mak Klelland (1961) protestantlıqla kapitalizm arasındakı əlaqəni təlim-tərbiyə, razılığın təxirə salınması, müstəqilliyin öyrədilməsi, təsbit edilmiş hakimiyyət və inkişaf marağının yüksək səviyyələri vasitəsilə for- malaşmış ideyalar, inanclar və dəyərlər əsasında izah edir. Kapita- lizmin cəsarətli addımları bu strategiyaya ehtiyac duyduğu üçün kapitalistlər fərdlə cəmiyyət arasındakı əlaqəni təlim-tərbiyə mər-
81Periferik – mərkəzi olmayan, qeyri-mərkəz.
hələsindən sonra digər dəyərlər vasitəsilə qorumalıdırlar. Reallığın və ya istənilən növ dini və ali dəyərlərin qəbul edilməməsi bu cür reallığa qarşı tempramentli qeyri-obyektivliyin olmasından, Uil- yam Ceymsin təbirincə desək, təbii nizamın sadə və ya mürəkkəb ola biləcəyi reallığını qəbul etməmək üçün hazırlığın və ya təxəy- yülün olmamasından xəbər verir (Braun, səh.108).
Empatiya və öhdəlik hissi
Dindarlığın dərki üçün obyektiv davranmaq olarmı? Yoxsa bunun üçün ən azı subyektiv, empatiya və öhdəlik ünsürünə ehti- yac var? Din psixologiyası ilə bağlı izahlar ümidverici obyektivli- yə malik olmasına baxmayaraq, faəliyyət forması, təhsil metodu, məşğələ və ya problemlərin aradan qaldırılması prinsiplərinə əsas- lanan riyaziyyat və ya idman psixologiyasının səciyyələri kimi de- yil. Din təlimçiləri arasında bir kontekstdə mübahisələr heç zaman səngiməmişdir. O da bundan ibarətdir ki, “Görəsən dini öyrətmək olarmı, xüsusilə, əgər təlimatçı məsuliyyətli xristian və müsəlman olmazsa?” Arqayl və Bit Hallhami (1975) israr edirlər ki, bizi əha- tə edən dünyadan müqəddəslik və ilahilik səciyyələri alınmışdır. İnsanlarda dindarlıq əlamətləri və təsirlərinin azalması buna bir sübutdur. Əlbəttə, ən azı dini inancları qəbul etdiklərini iddia edən bəzi insanlarda nadir hallarda bunun şahidi olmaq olar. Məsələn, sosioloqlar və ya etika alimləri nə üçün qəzetlərdə, televiziya və radiolarda idmana dindən çox yer verildiyinə aydınlıq gətirməli- dirlər. Görəsən məsələnin üzərindən din az sayda insanın diqqət mərkəzindədir deməklə keçmək olarmı? Bir böyük idman fanatı- nın idman haqqında danışdqıları özünü təəssübkeş dindar adlandı- ran fərdin danışıqları ilə eyni deyil. Çünki dini inancların məz- mununun birbaşa izah edilməsinə meyl göstərildiyi halda, idman hadisələri sanki dini mərasimlər keçirilirmiş kimi qeyd edilir. Oyunçuların hörmətli adamlar olması, idmanın insanlarda həyə- cən, sevinc və həvəs yaratması mərasimlərin qanunlar çərçivəsin- də keçirilməsi bunun əsas səbəbi ola bilər (Braun, səh.108-109).
Əlbəttə, sonuncu məsələ daha çox Qərbin sekulyar cəmiy-
yətlərinə aiddir82. Çünki onlarda dini ayinlər irimiqyaslı şəkildə keçirilmir, din kütləvi deyil, əsasən, fərdi səciyyə daşıyır. Belə ki, İslam cəmiyyətlərində və müsəlman ölkələrində dindarlıq müsbət bir etik dəyər kimi qəbul edilir, özünü bütün fərdi və ictimai kon- tekstlərdə göstərir. Buna görə də təkcə azlığın diqqət mərkəzində olmur.
Braun hesab edir ki, yuxarıda qeyd edilən fərqlər idman və riyaziyyat kimi sahələrin dindən fərqləndirilməsində heç bir rol oynaya bilmədiyi, idman mərasimləri dini mərasimlərə bənzədiyi üçün dindarlığın öyrənilməsində din psixologiyasından obyektiv- lik gözləmək düzgün olmaz. Amma empatiya və bir növ öhdəlik vasitəsilə dindarlığı daha yaxşı dərk etmək olar.
Sosial elmlər tarixinin dinə aid “ritual qayda” mövzusunda əsərləri olan və sosial elmlərin nümayəndələri arasında vəhdət və birlik olduğunu göstərməyə çalışan Qrili (1972) din üçün üç sahə müəyyənləşdirmişdir:
Birinci, əlaqələndiricilər və ya dini ictimai əlaqələndirici mənbə kimi qəbul edən funksionlaist Dürkheymin ardıcılları83.
82Sekulyarizm - dinin insanların düşüncə və hərəkətlərində və cəmiyyətdəki insti- tutlar üzərində təsirinin azalması
83Fransa sosiologiya elminin və struktur-funksional analizin banisi, sosiologiyanı müstəqil elm kimi yaradanlardan biri hesab olunan David Emil Dürkheym sosiologi- yanı təhlil edərək, onu müstəqil elm səviyyəsinə qaldırmışdır. Sosiologiya elmi üçün, onun analizi üçün dahi ziyalının yaratdığı əsərlər və məqalələr kifayət qədərdir. On- ların içərisində ən mükəmməl olanları bunlardır: “Sosiologiyanın elementləri” (1889), “ İctimai əmək bölgüsü haqqında” (1893), “Sosioloji metodun qaydaları” (1895), “İntihar” (1897), “Dini həyatın elementar formaları” (1912), “Sosiologiya və fəlsəfə” (1924). E.Dürkheymin fikrincə, sosiologiyanın predmeti sosioloji faktlar, hər bir fərddən kənarda ona normativ təsir gostərən reallıqdır. Bununla belə, E.Dürkheym düşünürdu ki, sosial fakt, obyektiv düşüncə tərzidir.
E.Dürkheym yeni ideya irəli sürmüşdür. O düşünürdü ki, cəmiyyətdə məhdudiyyət olduğu zaman o, demokratiyaya daha çox can atir, eləcə də, cəmiyyətdə mexaniklik olduğu zaman o, daha totalitar olur. Demokratiyanı şərh edərkən E.Dürkheym belə qənaətə gəlir ki, “Demokratiya ictimai inkişafın ən yüksək mərhələsi və cəmiyətin sosial təşkilinin ən çətin formasidir.” Çətinlik ondan irəli gəlir ki, demokratik cəmiy- yətdə müxtəlif əxlaq və digər normativər var ki, onlardan hər hansı birini seçmək çə- tin məsəsləyə çevrilir. E.Dürkheymin elmi nəzəri əsaslarına görə, həmrəyliyə insanın ideya və mənəviyyatı aparir. Cəmiyyətin normal və potoloji vəziyyəti isə həmrəyli- yin dərəcəsindən asılıdır. Bu halı analiz edərkən E.Dürkheym sosiologiya elminə ye- ni termin gətirməli oldu. Bu termin “anomiya” adlanır. Filosof “anomiya” dedikdə,
İkinci, məzmun və şərh tərəfdarları. Hər şeydən əvvəl dinin məna bəxşedicilik xüsusiyyətinə malik olduğunu iddia edən və Karl Marksla əks mövqe tutan Veber ardıcılları. Talkot Parson və tələbələri bu məktəbin ən bariz nümayəndələridir.
Üçüncü, Məhrumiyyətçilər. Ziqmund Freyd kimi. Onlar dinə cəmiyyətin xüsusi qruplara tətbiq etdiyi əziyyətlər və məhru- miyyətlər qarşısında rahatlıq mənbəyi kimi baxır, eləcə də dinin çətinlik və narazılığa qarşı reaksiya, sosial rahatlıq və asayiş mən- bəyi olduğunu bildirirlər. Qrili özü hesab edir ki, bağlılıq və məna, həmçinin rahatlıq və asyişin vəhdəti ABŞ-da dinin dərk edilməsi üçün faydalı vasitə ola bilər (Braun, səh.109).