QURANI TƏHRİF EDƏN VƏ DƏYİŞDİRƏN KİMDİR?
Mən bunlardan Təbərsinin bütün şiələrin əsaslandıqları "əl-İhticac" kitabında şiələrin Quranla əlaqədar etiqadlarını və onların mühacirlərdən və ənsarlardan olan, Allahın razı olduğu və Özündən razı saldığı böyük əshabələrə qarşı bəslədikləri kini açıb göstərəcəyəm. Bu şiə mühəddisi deyir: "Əbuzər Qəffarinin söylədiyi rəvayətdə deyilir ki, Rəsulullah səlləllahü əleyhi və alihi öləndən sonra Əli Quranı topladı və mühacirlərin və ənsarların yanına gəlib topladığı Quranı, Rəsulullah səlləllahü əleyhi və alihinin vəsiyyət etdiyi kimi, onlara göstərdi. Əbu Bəkr onu açanda birinci səhifədə özlərinin biabırçılıqlarının yazıldığını gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi: "Əli, onu buradan rədd elə, bizim ona ehtiyacımız yoxdur”. Əli əleyhissəlam onu götürüb getdi. Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər. O, Quran oxuyan bir şəxs idi. Ömər ona dedi: "Əli bir Quran gətirmişdi, orada mühacirlərin və ənsarların pis əməlləri yazılmışdı. Biz belə qərara gəldik ki, özümüz Quran yazıb ondan mühacir-ləri və ənsarları biabır edib hörmətdən salan yerləri çıxaraq. Zeyd yazdığı Quranı onun yanına gətirdi və dedi: "Mən sizin dediklərinizi Qurandan çıxaran-dan sonra o öz yazdığı Quranı mənə göstərsə, sizin bütün etdikləriniz batil olmazmı?". Ömər dedi: "Onda nə edək?". Zeyd dedi: "Tədbir işlətməkdə siz məndən yaxşısınız". Ömər dedi: "Onu öldürüb canımızı qurtarmaqdan başqa çarəmiz qalmır". O, Əlini Xalid ibn Vəlidin əli ilə öldürmək tədbirini tökdü. Xalid isə bunu bacarmadı. Elə ki Ömər xəlifə oldu, onlar Əli əleyhissəlamdan xahiş etdilər ki, o Quranı gətirsin. Məqsədləri də o idi ki, onu öz aralarında təhrif etsinlər. Ömər dedi: "Ya Əbülhəsən! (Imam Əli nəzərdə tutulur — tərc.) Gəlsənə Əbu Bəkrə göstərdiyin Quranı gətirəsən, onun hökmləri əsasında birləşək". Əli dedi: "Artıq buna ehtiyac yoxdur, mən onu Əbu Bəkrə gətirmişdim ki, sizin əleyhinizə sübut olsun və Qiyamət günü deməyəsiniz ki, bizim bundan xəbərimiz ol-mayıb, yaxud deməyəsiniz ki, onu bizə göstərməmisən. Məndəki Quran elə bir Qurandır ki, ona mənim övladımdan olan pak adamlardan və vəliəhdlərdən başqa heç kəs toxunmamalıdır”. Ömər dedi: "Onun zühuru vaxtı məlumdurmu?". Əleyhissəlam dedi: "Bəli, o vaxt ki mənim övladlarımdan bir nəfər müdafiəçi ayağa qalxacaq və onu üzə çıxarıb adamları onunla ayağa qaldıracaq".174-175
Görəsən, insaflı adamlar harada qalıblar? Ədalətli adamlar haradadırlar? Haqqdan, doğruluqdan dəm vuranlar hara gediblər? Əgər Ömər də, şiələrin təsdiq etdikləri kimi, belə bir adam idisə, onda Rəsulullah əleyhissəlamın əshabələrindən kim etibarlı, sədaqətli, Quranı və Sünnəni qoruyan bir adam ola bilərdi?
Görəsən, bu haqda sünni ölkələrində şiələrlə yaxınlaşmağı təbliğ edənlər nə deyirlər?
Görəsən, ümmətin birliyi və ittifaqından danışan alovlu natiqlərin sözü nədir? Məgər birlik Rəsulullahın risalətinin təbliğinə məsul, onun dəvətini yayan, sözünü göylərə qaldıran, Allah yolunda mücahidlik edən və bu yol uğrunda çarpışan Ömərin və digər günahsız əshabələrin təhqir edilməsi hesabına olmalıdır?
Deyin görüm Sünnə əhli arasında Əli (Allah ondan razı olsun!) və onun övladları haqqında, ləkəsiz, əsl müsəlmanlardan ibarət millətimizin başçıları və raşidi xəlifələri Əbu Bəkr, Ömər və Osman (Allah onlardan razı olsun!) və onlara yaxınlıq edib Qiyamət gününədək onların ardınca gedənlər haqqında şiələ-rin düşündükləri kimi düşünən və pis fikirdə olan bir nəfər də olsa varmı? Belə olardısa, onda bu şüarın nə mənası olardı: "Ey müsəlmanlar! Öz aranızda çəkişməyin, məğlub olarsınız və qüvvəniz tükənər".
Olmaya, onların məqsədi budur ki, biz öz əqidələri-mizidən əl çəkək və şiə qardaşlarımızın sələflərimizin namusunu ayaq altına atdıqlarına göz yumaq, onların vurduqları, qəlblərimizi yeyən, rahatlığımızı pozan yaraları bağışlayaq?
Olmaya, bu şiələrlə Sünnə əhli arasında yaxınlığa dəvət onun üçündür ki, biz sizə ehtiram göstərək, siz bizi saymayasınız, biz sizə təzim edək, siz bizi alçal-dasınız; biz sizin haqqınızda susaq, siz bizi söyəsiniz; biz sizin sələflərinizə hörmət edək, siz bizim sələflərimizi təhqir edəsiniz; biz sizin böyüklərinizin qayğısını çəkək, siz bizim böyüklərimizə hərb elan edəsiniz; biz Əli və onun övladları haqqında danışmaqdan çəkinək, siz Əbu Bəkrə, Ömərə, Osmana və onların övladlarına söyüş yağdırasınız. Ey belə fikirləşən, sənin bu ədalətsizliyini Rəbbin bağışlasın!
Təbərsinin "əl-İhticac"da söylədiyi imamlara böhtan atan rəvayət kimi bir rəvayət də onların “Buxarisi” sayılan müəllifin “əl-Kafi”sində var. Orada Əhməd ibn Məhəmməd ibn Əbu Nəsrin dilindən deyilir: "Əbülhəsən əleyhissəlam mənə bir müshəf göstərdi və dedi ki, mən ona bağlıyam. Mən onu açdım və orada oxudum: "Allahı inkar edənlər... Mən orada Qüreyşdən yetmiş adamın öz adlarını və onların atalarının adlarını oxudum. Sonra dedi: "Bunu mənə Allah göndərib. Bacarırsan, mənə buna bənzər bir müshəf gətir".
Kəmaləddin Meysəm Bəhrani "Nəhc əl-bəlağə"nin şərhində şiələrin iki nur sahibi Osman ibn Əffa-na (Allah ondan razı olsun!) vurduqları ləkələri qeyd etmişdir. Guya "o, adamların hamısını, xüsusilə Zeyd ibn Sabitin qiraətinə cəlb edib müshəfləri yandırıb və şübhəsiz ki, nazil olmuş həqiqi Quranı yox edib".176
Seyid Nemətulla Hüseyni "əl-Ənvar" kitabında deyir: "Quranı nazil olduğu kimi Əmirəlmöminindən başqa heç kəsin tərtib etmədiyi barədə xəbərlərin sayı-hesabı yoxdur".177
Məhəmməd ibn Yəqub Küleyninin Cabir Cüfidən rəvayət etdiyi bu məşhur şiə hədisi də bu rəvayəti təsdiq etmək məqsədi güdür. Guya Cabir demişdir: "Mən Əbu Cəfər əleyhissəlamın belə dediyini eşit-mişəm: "Yalnız yalançı bütün Quranı nazil olduğu kimi topladığını iddia edə bilər; onu nazil olduğu kimi Əli ibn Əbu Talib və ondan sonrakı imamlardan başqa heç kəs toplamamış və hifz etməmişdir".178
Dostları ilə paylaş: |