36. Ekonometrika anlayışı və tərkib hissələri Ekonometrika elmi iqtisadiyyatın öyrənilməsinə müxtəlif profilli yanaşmaların sonunda yaranmışdır. Bu elm həm də bir çox elmi istiqamərlərin – iqtisadi nəzəriyyə, riyazi iqtisadiyyat və stasistika, iqtisadi kibernetika, ehtimal nəzəriyyəsi və təsadüfi proseslər, eləcə də hesablama texnikasının qarşılıqlı əlaqələrinin nəticəsi kimi meydana çıxmışdır. Ekonometrika ötən əsrin 70-ci illərinə qədər nəzəriyyədə emprik müşahidələr yolu ilə hazırlanan kəmiyyət münasibətlərinin təsdiqi üçün vasitə rolunu oynayırdı. Mükəmməl bazar iqtisadiyyatı isə təsərrüfat və istehsal-maliyyə fəaliyyətinin nəticələrini xarakterizə edən statistik və iqtisadi məlumatların mütəmadi təkmilləşdirilməsini tələb edir. Malyyə nəticələrini formalaşdıran müxtəlif faktorların təsirini nəzərə almadan informasiya bazası yaratmaq qeyrimümkündür. Ekonometrik hesablamalar təsərrüfat proseslərini və hadisələrini keyfiyyətli dərk etməyə imkan yaradır ki, bu da öz növbəsində nəticələri düzgün formalaşdırmağa və proqnozlar verməyə kömək edir.
“Ekonometrika” (Ekonometrika iki sözdən ibarətdir: ekono (yun. oikonomio-təsərrüfatı idarəetmə) və metriya (yun. metreo-ölçürəm) yəni, iqtisadiyyatda ölçmə deməkdir) terminini elm aləminə ilk dəfə
1926-cı ildə Norveç iqtisadçısı və statistiki Raqnar Friş gətirib. 1933- cü ildə R. Friş tərəfindən ilk dəfə “Ekonometrika” adlı jurnal yaradılmış və onun səhifələrində “Ekonometrika” elminə belə bir izah verilmişdir: “Bu, iqtisadi statistika deyil. Bu nəzəriyyənin əhəmiyyətli bir hissəsi kəmiyyət xarakteri daşısa da, bizim iqtisadi nəzəriyyə adlandırdığımış elm də deyil. Ekonometrika riyaziyyatın iqtisadiyyata əlavələrinini sinonimi də deyil. Təcrübə göstərir ki, müasir iqtisadi həyatın üç təməl dayağının – statistika, iqtisadi nəzəriyyə və riyaziyyatın hər biri bu sahədə vacib olsa da, kəmiyyət münasibətlərinin dərk olunması üçün kifayət etmir. Ona görə də bu hər üç təməlin birliyidir. Və bu birlik ekonometrikanı təşkil edir”. Beləliklə, ekonometrika iqtisadi hadisə və proseslərin qarşılıqlı əlaqələrinin kəmiyyətlə ifadələrini verən elmdir. Başqa sözlə, Ekonometrika – mürəkkəb, dinamik, stoxastik iqtisadi-kibernetik sistemlərin optimal davranışı və inkişafı strategiyalarının qurulması ilə məşğul olur.
Ekonometrikanın obyekti mürəkkəb, dinamik təbiətli iqtisadi obyektlər və proseslərdir. Ekonometrikanın predmeti iqtisadi sistemlər və bu sistemləri formalaşdıran elementlər arasında obyektiv olaraq mövcud olan kəmiyyət asılılıqlarıdır.
Ekonometrikanın məqsədi təsadüfi proseslərin reallaşmasında iqtisadi sistemin obyektlər toplusunun nöqtəvi və interval məlumatların qiymətləndirilməsidir iqtisadi sistemlərin fəaliyyətinin nöqtəvi və interval proqnozlarını əldə etməkdir.
Ekonometrika iqtisadi nəzəriyyədə təyin olunmuş qanunauyğunluqları və asılılıqları statistik materiallar əsasında konkretləşdirir. Ekonometrika 3 tərkib hissədən ibarətdir və hər biri eyni hüquqludur (ekonometrika –riyaziyyat, iqtisadiyyat və statistika elmlərinin sintezidir. Buraya iqtisadi proseslərin modelləşdirilməsi, istehsal fuksiyalarının qurulması, sahələrarası balanslar, iqtisadi artım və milli hesablaşmalar nəzəriyyəsi, korrelyasiya –reqressiya modelləri və s. sahələr aiddir).
Hal-hazırda ekonometrik tədqiqatlar iqtisadi həyatın geniş bir hissəsini əhatə edir və statistik məlumatların təhlili əsasında iqtisadiyyatda kəmiyyət qanunauyğunluqları metodudur. Bu metod ekonometrika elminin əsas tərkib hissəsini təşkil edir. Həmçinin ekonometrika ehtimal nəzəriyyəsi və riyazi statistikanın metodlarından müəyyən məsələrin həllində istifadə edir. İqtisadiyyatda qanunauyğunluqlar özünü iqtisadi göstəricilərin qarşılıqlı əlaqə və asılılıqlar modeli şəklində əks etdirir. Tərtib edilmiş modellərin adekvatlığı (real prosesləri əks etdirməsi) statistik məlumatlar əsasında yoxlanılır. Əgər sosial iqtisadi göstəricilərdə dəyişikliklər olarsa, onda model dəqiqləşdirilməli və inkişaf etdirilməlidir. Əgər tərtib edilmiş model model adekvatdırsa, onda həmin modelin köməyi ilə verilən proqnozlar real olur. Ekonometrik modellər makroiqtisadi nəzəriyyə əsaslanır və eyni zamanda ixtiyari yeni nəzəriyyə ekonometrik tədiqatlar əsasında praktikaya yol tapır.