Dövlət imtahanı Sənayenin təşkili və idarə olunması


Pul tədavülü və pul sistemi



Yüklə 185,94 Kb.
səhifə22/35
tarix18.06.2023
ölçüsü185,94 Kb.
#132224
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
Dövlət imtahanı

33. Pul tədavülü və pul sistemi.
Pul sistemi hər bir ölkədə tarixən formalaşmış və dövlət tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş pul tədavülünün təşkili formasıdır.
Pul və pul tədavülü olmadan bazar mümkün deyil. Sonuncu əmtəə və xidmətlər dövriyyəsini əhatələyən pul hərəkətidir. Pul tədavülü əmtəə və xidmətlərin alqı-satqısına, həmçinin maliyyə bazarının hərəkətinə xidmət edir.
Pul sisteminin ən mühüm elementləri cədvəldə verilmişdir.

Milli pul vahidi

Ölkədə vahid kimi qəbul olunmuş və əmtəə və xidmətlərin qiymətinin ifadə edildiyi pul ölçüsü (rubl, dollar, frank və b.)

Qiymətlərin miqyası

Ölkədə pul vahidi qismində qəbul olunmuş pul me-talının və həmin vahidin hissələrinin çəki ilə miq-darı

Pullarm emissiya sistemi

Pul və qiymətli kağızlar buraxan qurum; pulların tədavülə qanunla təsbit olunmuş buraxılması qaydası

Pulun formaları

Əmtəə tədavülünün sabitliyini təmin etməyə qabil olan və nağd dövriyyədə qanuni tədiyə vasitəsi olan ümumi ekvivalentin müəyyən tipində əşyalasdırılmış mübadilə dəvəri

Valyuta pariteti

Digər valyutalarla nisbəti

Pul sistemi institutları

Pul tədavülünü tənzimləyən dövlət və qeyri-dövlət müəssisələri

Tədavüldəki pul kütləsinin strukturu

Nağd və nağdsız pullar, müxtəlif dəyərli kupyurların həcmi arasında nisbət; hesablaşmaların rahatlığı bundan asılıdır

Kassa intizamı qaydası

Kassa vasitəsilə həyata keçirilən pul hesablaşmalarının ümumi həyata keçirilmə qaydaları və onlar üzərində nəzarətin təmin edilməsi prinsipləri (ilkin nəzarət banklara həvalə olunur)

Tədavüldə olan pulların növündən asılı olaraq üç pul tədavülü sistemi fərqləndirilir:


əmtəə pul sistemləri, əmtəə pullarından - alıcılıq qabiliyyətləri onların əmtəə dəyərlərinə əsaslanan real əmtəələrdən istifadə edirlər. Əmtəə pullarının fərqli xüsusiyyəti onların pul kimi qiymətinin əmtəə kimi qiyməti ilə eyni olmasındadır. Özü də bu pullar daxili qiymətliliyə, yəni mühüm istehlak xüsusiyyətlərinə malikdirlər. Yüksək inflyasiya şəraitində bu hətta araq, siqaret və s. də ola bilər;
metal pulların tədavül sistemi, bu zaman tam dəyərli qızıl və gümüş pullar tədavüldə olur, kredit pulları isə pul metalma (külçə və ya sikkə) sərbəst dəyişdirilir;
kredit və kağız pullarm tədavül sistemi, bu zaman qızıl tədavüldən sıxışdırılmış olur və buna görə də kredit və kağız pullar qızıla dəyişdirilə bilmirlər. Fidutsiar (etibara əsaslanan) pul tədavülü sistemi tətbiq olunmağa başlayıb.



Yüklə 185,94 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin