17
V. İnsan hüquqları üzrə regional konvensiyalar,
standartlar və sənədlər
(ITHACA Toolkit, 2008)
Regional müstəvidə (qitələr səviyyəsində) dünyada insan hüquqlarına riayət olunmasına
cavabdeh olan başqa orqanlar da fəaliyyət göstərir. İnsanlar onların fikirlərinə görə regional
konvensiyaları pozan hökumətlərin fəaliyyətindən şikayət verə bilər və bu konvensiyalara riayət
olunmasına nəzarət məqsədilə yaradılmış regional komissiya və məhkəmələr belə şikayətlərə
baxır və müvafiq qərarlar çıxarır.
Afrika
Afrika (Banjul) xalq və insan hüquqları xartiyası (1981-ci il) riayət olunmasına Afrika xalq və insan
hüquqları komissiyası tərəfindən nəzarət olunan, məcburi hüquqi qüvvəyə sahib sənəddir.
Xartiya qanun qarşısında bərabərlik hüququ, hər növ ekspluatasiya və alçaldılmadan insan
ləyaqət və azadlığına hörmət, məhkəmə fəaliyyətindən şikayət vermə və vəkil seçmə hüququ da
daxil olmaqla məhkəmə müdafiəsi hüququnu özündə birləşdirən hər bir insana (bəziləri psixi
pozuntusu olan insanlar üçün xüsusi əhəmiyyət daşıyır) aid hüquq və azadlıqların geniş siyahısını
təsbit edir. Bundan əlavə, xartiya hər bir insanın ən yüksək mümkün fiziki və psixi sağlamlıq
hüququnu təsdiq edir və dövləti əhalinin sağlamlığının qorunması üçün vacib tədbirlərin
görülməsi və xəstələnmə halında vacib tibbi yardımla təmin edilməsi ilə vəzifələndirir. 2004-cü
ildə Afrika xalq və insan hüquqları üzrə məhkəmənin təsis olunması haqda protokol qüvvəyə
mindi, 2006-cı ildə isə hakimlər təyin olundu.
Amerika
Şimali və Cənubi Amerikada insan hüquqlarının, o cümlədən psixi pozuntuları olan insanların,
hüquqlarının qorunması və təbliğini təmin edən bir sıra müqavilə və konvensiyalar mövcuddur.
Məsələn, Amerika insan vəzifələri və hüquqları deklarasiyası (1948), Amerika insan hüquqları
konvensiyası (1978), iqtisadi, sosial və mədəni hüquqlar sferasında Amerika insan hüquqları
konvensiyasına Əlavə protokol (1986) və əlilliyi olan insanlara münasibətdə hər növ
diskriminasiyanın ləğv edilməsi haqda Amerikadaxili konvensiya (2001) bütün insanlara, o
cümlədən psixi pozuntuları olan insanların hüquqlarının qorunmasını təmin edir. 1999-cu ildə
qəbul olunmuş əlilliyi olan insanlara münasibətdə hər növ diskriminasiyanın ləğv edilməsi
haqda Amerikadaxili konvensiya birbaşa psixi pozuntusu olan insanların hüquqlarının
qorunmasına həsr olunmuş ilk beynəlxalq konvensiyadır. İnsan hüquqları üzrə Amerikadaxili
konvensiyanın tətbiq olunmasına nəzarəti insan hüquqları üzrə Amerikadaxili komissiya (İHAK /
IACHR) və insan hüquqları üzrə Amerikadaxili məhkəmə həyata keçirir.
Avropa
1950-ci ildə əsas insan hüquq və azadlıqlarının qorunması üzrə Konvensiya qəbul olundu.
Adətən bu sənəd "Avropa insan haqları konvensiyası" adlandırılır. Strasburqda (Fransa) yerləşən
Avropa insan hüquqları məhkəməsi, Avropa Şurasının 47 üzv-dövlət nümayəndələri tərəfindən
verilə bilən individual şikayətlər barədə çıxarılan qərarlarda Avropa konvensiyasının
müddəalarının tətbiqi ilə məşğul olur. Avropa insan hüquqları məhkəməsi psixi pozuntularla
əlaqədar məsələlərdə qərarların çıxarılmasında zəngin təcrübəyə malikdir (Mental Disability
Advocacy Center, 2007; Bartlett P., Lewis O. and Thorold O. 2006).
18
İşgəncə və qeyri-insani və ya ləyaqət alçaldıcı münasibət və cəzalara qarşı Avropa konveniyası
(1987-ci il). Bu konvensiyanın məqsədi hüquqların bəyannaməsi deyil, işgəncə və qeyri-insani və
ya ləyaqət alçaldıcı münasibət və cəzalara qarşı Avropa komitəsinin təsis olunmasıdır (İQAK /
CPT). İQAK Avropa Şurasının bütün üzv-dövlətlərində psixiatriya və sosial müəssisələr də daxil
olmaqla, həbsxanaları ziyarət edir. İnspeksiyanın nəticələrinə əsasən tərtib olunmuş hesabatlar,
dövlət onun nəşrinə icazə verdikdən sonra ictimaiyyətə təqdim olunur (Committee for the
prevention of torture, tarixsiz).
Yenidən baxılmış Avropa sosial xartiyası (1996-cı il) hüquq və azadlıqları təsbit edir və üzv-
dövlətlər tərəfindən bu hüquq və azadlıqlara riayət olunmasına zəmanətin təmin edilməsinə
nəzarət mexanizmini - sosial hüquqlar üzrə Avropa komitəsini - təsis edir. Komitə üzv-dövlətdəki
vəziyyətin Xartiyaya uyğun olub-olmamasını hüquqi nöqteyi-nəzərdən müəyyən edir. Bəzi
təşkilatlar Xartiyanın pozulması məsələləri haqda Komitəyə kollektiv şikayətlərlə müraciət etmək
hüququna malikdirlər (Council of Europe, tarixsiz).
Avropa Birliyi Xartiyası yalnız AB hüququnu tətbiq etdikləri halda Avropa Birliyinin üzv-
dövlətlərinə şamil olunur və AB məhkəmələrində hüquqi qüvvəyə malikdir.
Yaxın Şərqdə 2008-ci ilin martında qüvvəyə minən Ərəb insan hüquqları xartiyası fəaliyyət
göstərir. Bu alət ərəb dövlətləri Liqası Şurasının nəzarətindədir.
Asiyada hal-hazırda insan hüquqlarının qorunması üzrə subregional struktur və mexanizmlərin
işlənib hazırlanması imkanlarını nəzərdən keçirən Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası
(ASEAN) mövcuddur.
Azərbaycanın psixi pozuntusu olan insanların hüquqlarının qorunması üzrə Beynəlxalq
öhdəlikləri
Azərbaycan insan hüquqları haqda əksər beynəlxalq və regional (avropa) müqavilələri
ratifikasiya etmiş və bununla da üzərinə bu müqavilələrlə təyin olunan sağlamlıq imkanları
məhdud olan insanlar da daxil olmaqlar bütün insanlara münasibətdə hüquqlarının qorunması
üzrə öhdəlikləri götürmüşdür. Həm ayrı-ayrı məsələlər, həm də bütünlükdə bu öhdəliklərə
riayət edilməsinin monitorinqi ilə məşğul olan mütəlif beynəlxalq orqanların nümayəndələri,
aşağıdakı məsələlərin inspeksiyasını keçirmək məqsədilə daim Azərbaycan Respublikasına
(OHCHR, tarixsiz) səfərlər edir: uşaq hüquqları (əlil uşaqlar daxil olmaqla), UHK/CRC-nin yekun
qeydlərində analiz olunur (OHCHR, tarixsiz); işgəncə və digər qəddar, qeyri-insani və ləyaqət
alçaldıcı münasibət və cəzalar, İQK/CAT (Committee against torture, 2009) və İQAK/CPT
(European Committee on the prevention of torture Report to Azerbaijani Government, 2009)
hesabatlarında analiz olunur (daha ətraflı bu modulda aşağıda, psixi pozuntusu olan insanlara
münasibətdə insan hüquqlarının monitorinqinə həsr olunmuş bölmədə müzakirə olunur). Qeyd
etmək lazımdır ki, 2008-ci il oktyabrın 2-də Azərbaycan Respublikasında əlilliyi olan insanların
hüquqlarının qorunması, diskriminasiya ilə mübarizə, qanun qarşısında bərabərlik,
reabilitasiyanın həyata keçirilməsi, imkanların genişləndirilməsi və onların potensialının
gücləndirilməsi, sosial müdafiə və cəmiyyətə inteqrasiyasını məqsəd qoyan əlilliyi olan insanların
hüquqlarının qorunmasına yönəlmiş "Əlilliyi olan insanların hüquqları üzrə BMT Konvensiyası və
əlilliyi olan insanların hüquqları üzrə BMT Konvensiyasının Fakultativ protokolunun ratifikasiyası
haqda" qanun qəbul olunmuşdur. 2009-cu il 28 yanvarda Azərbaycanda əlilliyi olan insanlar
haqda BMT Konvensiyası və əlilliyi olan insanlar haqda BMT Konvensiyasının Fakultativ
protokolu rəsmi qüvvəyə minmişdir. 2011-ci ildə Azərbaycan Respublikası Hökuməti əlilliyi olan
insanların hüquqları üzrə BMT Komitəsinə BMT Konvensiyasının reallaşdırılması haqda ilk
hesabatı təqdim etmişdir. Hal-hazırda bu hesabat və ölkə əlilliyi olan insanların hüquqları üzrə
19
Komitə tərəfindən onun növbəti sessiyasında baxılması üçün dəqiq vaxtın təyinini gözləyir
(OHCHR,tarixsiz).
20
VI. Psixi pozuntusu olan insanların əsas hüquqları və bu
hüquqların qorunması üçün beynəlxalq tədbirlər
Psixi pozuntusu olan insanların bütün hüquqlarına riayət olunmasının vacibliyinə baxmayaraq,
onlardan bəziləri bu insanlar üçün xüsusi əhəmiyyət daşıyır.
Bu bölmədə psixi pozuntusu və əlilliyi olan insanlar üçün daha böyük əhəmiyyəti olan insan
hüquqlarına xüsusi diqqət verilir:
•
Ən yüksək mümkün fiziki və psixi sağlamlıq hüququ
•
Sərbəst həyat tərzi və cəmiyyətə qoşululuq hüququ
•
Qanun qarşısında bərabərlik hüququ
•
Azadlıq və şəxsi toxunulmazlıq hüququ
•
İşgəncə və ya qəddar, qeyri-insani yaxud ləyaqət alçaldıcı münasibət və cəzalardan azadlıq
•
Diskriminasiyadan azadlıq
Bu hüquqlar psixi pozuntusu olan insanların tez-tez rastlaşdığı bir sıra problemlərlə birbaşa
bağlıdır. Lakin, artıq deyildiyi kimi, psixi pozuntusu olan insanlar üçün insan hüquqlarının
əhəmiyyəti yalnız bu problemlərlə məhdudlaşmır.
•
Ən yüksək mümkün fiziki və psixi sağlamlıq hüququ
Əlilliyi olan insanların sağlamlıq hüququ digər hüquqlardan ayrı reallaşdırıla bilməz. O
diskriminasiya ilə mübarizə və digər prinsiplər, o cümlədən sərbəstlik və müstəqillik, cəmiyyətin
həyatında iştirak və sosial qoşululuq, müxtəlif mənsubiyyətlərə hörmət, imkanların bərabərliyi
və əlçatanlığı, uşaqların inkişaf edən xüsusiyyətlərinə hörmətlə sıx bağlıdır. Sağlamlıq hüququ
"sağlam olmaq hüququ" demək deyil.
•
Bu o deməkdir ki, hökumət hər kəsin mümkün olduğu qədər sağlam olması üçün şərait
yaratmalıdır.
•
Bundan başqa, bu təkcə dövlətin geniş spektr səhiyyə xidmətlərini əlçatan etməli olduğu
demək deyil, həm də insanları ən yüksək sağlamlıq dərəcəsinə çatmaq üçün vacib olan bir
çox digər şeylərlə də təmin etməli olduğu deməkdir. Ən yüksək sağlamlıq dərəcəsinə çatmaq
imkanını şərtləndirən faktorlara əmək məşğulluğu və digər növ fəaliyyətlərin əlçatanlığı,
təhlükəsiz və sağlam əmək şərtləri, layiqli mənzil və tam dəyərli qidalanma, təhsil və
sağlamlıq haqda informasiya imkanları və s. aiddir.
Ən yüksək mümkün sağlamlıq dərəcəsi (həm də "sağlam olma hüququ" adlandırılan) hüququ
ÜST-nin qanunlarında ilk dəfə əks olunmuşdur (1946),
•
hansı ki, sağlamlığı "xəstəlik və fiziki defektlərin olmamadı ilə məhdudlaşmayan, fiziki, əqli və
sosial rifah halı" kimi müəyyənləşdirir,
•
həmçinin bəyan edir ki, "ən yüksək mümkün sağlamlıq dərəcəsi irqi, dini mənsubiyyəti, siyasi
baxışları, iqtisadi və sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın əsas hüquqlarından
biridir".
21
Sonralar sağlam olma hüququ insan hüquqları üzrə beynəlxalq və regional müqavilələrin geniş
dairəsinə daxil edildi. Sağlam olma hüququnun daha etibarlı izahı 1966-cı ildə iqtisadi, sosial və
mədəni hüquqlar haqda Beynəlxalq paktda (1966) verilmişdir; burada sağlamlıq hüququ hüquqi
məcbur qanun kimi 12-ci maddədə təsbit edilmişdir "Hər kəsin ən yüksək mümkün fiziki və psixi
sağlamlıq hüququ". Bu fakt xüsusi əhəmiyyət daşıyır, belə ki, sağlam olma hüququ ilk dəfə
olaraq üzv-ölkələr üçün məcburi hüquqi qüvvə qazandı.
Əlilliyi olan insanların hüquqları haqda Konvensiyanın 25-ci maddəsi sağlamlıq hüququ anlayışını
genişləndirir: "əlilliyi olan insanlar əlillik əlamətinə görə diskriminasiya olunmadan ən yüksək
mümkün sağlamlıq dərəcəsi hüququna malikdirlər". Sağlamlıq hüququ dövlətlər üçün
sağlamlığın qorunması və möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin görülməsi tələbi
deməkdir (OHCHR, tarixsiz).
İSMHBP-nin 12-ci maddəsinə uyğun olaraq sağlamlıq hüququ psixi pozuntusu olan insanların: a)
mövcud olan, b) rahat/əlçatan, c) qəbul olunan, d) uyğun elmi səviyyə və keyfiyyətdə olan
xidmətlərdən istifadə hüququnu yaradır.
Sağlamlıq hüququnun həyata keçirilməsi üçün vacib olan bir-biri ilə qarşılıqlı əlaqəli bir sıra
elementlər qeyd olunur:
•
mövcudluq: tibb müəssisələri və xidmətlər labüd miqdarda təşkil olunmalıdır;
•
əlçatanlıq:
-tibb müəssisələri və xidmətlər hamıya istənilən növ diskriminasiya olunmadan təqdim
olunmalıdır,
-tibb müəssisələri və xidmətlərin fiziki əlçatanlığı təmin olunmalıdır, xüsusilə əhalinin qeyri-
qənaətbəxş vəziyyətdə və zəif qrupu üçün,
-tibb müəssisələri və xidmətlər iqtisadi baxımdan əlçatan olmalıdır, yəni xidmətlər qarşılığında
məbləğ ədalət prinsiplərinə uyğun olmalı və hər kəs üçün əlçatan olmalıdır,
-informasiya əlçatanlığı təmin olunmalıdır, yəni sağlamlıq məsələlərinə aid məlumat və ideyaları
axtarmaq, almaq və yaymaq hüququna əməl olunmalıdır.
•
qəbul olunan: tibb müəssisələri və xidmətlər tibbi etikaya riayət etməli və mədəni qəbul
oluna bilən olmalıdır;
•
keyfiyyət: tibb müəssisələri beynəlxalq standartlara cavab verməli və yüksək keyfiyyətli
xidmət təqdim etməlidir.
Ən yüksək mümkün sağlamlıq dərəcəsi hüququ, insan hüquqları üzrə beynəlxalq qanuvericilikdə,
sosial razılıqlar toplusuna - bu hüququn reallaşmasını təmin edən normalara, qanunlara,
təşkilatlara və əlverişli şərtlərə olan tələbdir. 14-də müəyyən edilir ki, sağlamlıq hüququ
qidalanma, mənzil, məşğulluq, təhsil, cəmiyyətin həyatında iştirak, elmi proqressin
nəticələrindən istifadə və onların praktiki tətbiqi, yaşama hüququ, diskriminasiyadan müdafiə,
bərabərlik, işgəncələrdən azadlıq, şəxsi həyatın toxunulmazlığı, informasiya əldə etmək hüququ
və assosiasiya, toplaşma və hərəkət azadlığı kimi digər insan hüquqlarının həyata keçirilməsi ilə
sıx bağlıdır və onlardan asılıdır (CESCR, 2000). 14-də həmçinin səhiyyə xidmətinin və psixi
sağlamlığın qorunmasının təşkilinin yaşama yerinə görə aparılması xüsusi vurğulanır. Bu
xidmətlərin təmin edilməsi, mövcudluğu və əlçatanlığı haqda tələblər o deməkdir ki, xidmətlər
yaşama yerinə yaxınlıqda təqdim olunmalıdır.
ƏHK həmçinin üzv-dövlətlərdən əlilliyi olan insanlara digər insanlara olunan sağlamlığın
qorunması, o cümlədən cinsi və reproduktiv sferada olan, eyni miqdarda, keyfiyyətdə və
səviyyədə pulsuz və ucuz xidmət və proqramlarının təmin edilməsini tələb edir (25-ci maddı, a).
22
Bu tədbirlər əlilliyi olan insanlara onların əlilliyi səbəbindən vacib olan, o cümlədən erkən
diaqnostika və əlilliyin sonrakı inkişafının qarşısını alan və minimuma endirən, həmçinin onlara
sərbəst olmağa imkan yaradan, xəstəliyin sonrakı kəskinləşmələrinin qarşısını alan və onların
sosial inteqrasiyasına kömək edən ortopedik və reabilitasion xidmətlər də daxil olmaqla səhiyyə
və sosial xidmət sferasında bir sıra xidmətləri özündə birləşdirir (WHO, 2002). Bu müddəanın
daxil edilməsi çox vacibdir, belə ki, dövləti psixi sağlamlığın qorunmasında göstərilən xidmətləri
yaratmağı tələb edərək, pozitiv fəaliyyətə stimulə edir. Qeyd etmək lazımdır ki, dövlət tibb
işçilərindən əlilliyi olan insanlara, müalicəyə könüllü məlumatlı razılıq da daxil olmaqla,
başqalarına göstərilən yardımın göstərilməsini tələb etməyə borcludur. Bu məqsədlə dövlətlər
tibb işçiləri üçün müvafiq təhsil təşkil etməli və özəl və dövlət səhiyyə xidməti üçün etik
standartlar işləyib hazırlamalıdır.
•
Müstəqil həyat tərzi və yerli cəmiyyətə qoşululuq (ƏHK, 19-cu maddə)
ƏHK insan hüquqları üzrə yeganə beynəlxalq sənəddir ki, onda birmənalı və aydın şəkildə
cəmiyyətdə müstəqil həyat tərzi hüququ təsbit olunur. 19-cu maddə dövlətdən əlilliyi olan
insanların adi yaşayış yerlərində cəmiyyətdə yaşamaq hüququnu təmin etməsini tələb edir və
göstərir ki, dövlətlər onların cəmiyyətin həyatına tam daxil olması və qoşulmasına şərait
yaratmaq üçün effektiv və labüd tədbirlər görməlidir. Daha sonra maddədə deyilir ki, əlilliyi olan
insanlar harada və kimlə yaşayacaqlarını seçmək imkanına sahib olmalıdırlar və onları hansısa
müəyyən mənzil şərtlərində yaşamağa məcbur etmək olmaz. Bu da vacibdir ki, ƏHK-nin 19-cu
maddəsinə əsasən, insanlara yerli cəmiyyət əsasında yerli cəmiyyətdə həyata dəstək olmaq və
ona qoşulmaq, o cümlədən təcrid olunmanın və yerli cəmiyyətdən seqreqasiyanın qarşısını
almaq üçün labüd şəxsi kömək də daxil olmaqla evdə, yaşayış yerində və digər köməkçi
xidmətləri əlçatan etmək vacibdir. 19-cu maddədə müəyyən olunan daxil olma və qoşulma
konsepsiyası o cümlədən təhsil, əmək və məşğulluq, siyasi, ictimai və mədəni həyatda iştirak,
həmçinin asudə vaxtının keçirilməsi, istirahət və idman hüququna aid Konvensiyanın digər
maddələrində də işıqlandırılır (WHO QualityRights tool kit, 2012). 19-cu maddədə təsbit olunan
müstəqil həyat tərzi və cəmiyyətə qoşulma hüququ ƏHK-da müəyyənləşdirilən əlilliyi olan
insanlara münasibət paradiqmasının dəyişilməsinin əsas göstəricilərindən biridir. ƏHK-nın
müddəalarından belə nəticəyə gəlmək olur ki, cəmiyyətdə yaşamaq müstəqil yaşamaq üçün
əlavə "xüsusiyyət", "səlahiyyət" və "bacarıq" sübutu tələb etməyən ayrılmaz hüquqdur. Bir sıra
hallarda köməkçi xidmətlər lazım ola bilər və beləliklə, əsas məqsəd əlilliyi olan insanlara sərbəst
yaşamaqda və yerli cəmiyyətə qoşulmaqda köməyin təşkil edilməsi olur. Bu hüququn qəbul
olunması bir çox ölkələrdə siyasətin yaşayış yerinə görə sağlamlığın qorunması xidmətinin
yaradılması (Open Society Foundation Report, 2011) və hər kəs üçün "digər insanlarla bərabər
şəkildə öz yaşayış yerini, harada və kimlə yaşamağını, hansısa müəyyən mənzil şəraitində
yaşamaq məcburiyyəti olmadan seçmək imkanının" təmin olunması istiqamətində inkişafını
stimulə edir (CRPD, maddə 19 a). Bundan başqa, "ümumi əhali üçün nəzərdə tutulmuş kollektiv
istifadə xidmət və obyektləri, əlilliyi olan insanlar üçün bərabər çəkildə əlçatan olmalı və onların
ehtiyaclarına cavab verməlidir" müddəası, əlilliyi olan insanlara, psixi sağlamlıq və əqli inkişaf
problemləri olan şəxslər üçün əlçatan gündəlik xidmətlərin (mənzil, gündüz mərkəzləri, evsizlər
üçün sığınacaq, nəqliyyat və b.) təqdim olunmasını tələb edir (ITHACA Toolkit, 2008).
•
Qanun qarşısında bərabərlik (ƏHK, maddə 12)
Əvvəl xatırladıldığı kimi, ƏHK-da əlilliyi olan insanlara proqressiv münasibət və yanaşmanı əks
etdirən paradiqmanın dəyişməsi təsbit olunmuşdur. Paradiqma dəyişikliyinin ən əhəmiyyətli
əlamətlərindən biri əlilliyi olan insanlara qanun imkanlarının möhkəmləndirilməsindən ibarətdir.
23
ƏHK əlilliyi olan insanlara münasibətdə məhdudiyyətlərə son qoyur və bəyan edir ki, əlilliyi olan
insanlar digərləri ilə bərabər qanun imkanlarına malikdirlər və üzv-dövlətlər əlilliyi olan insanlara
qərar qəbul etmək hüququnun reallaşdırılmasında lazım ola biləcək dəstəyi əlçatan etmək üçün
müvafiq tədbirlər görməlidir. Hüquq səlahiyyəti əlilliyi olan insanların hüquqları haqda
Konvensiyanın 12-ci maddəsində baxılır. Bu məsələ geniş diskussiyaların predmeti olmuşdur. O
həm də əlilliyi olan insanlar, hüquqşünaslar, qeyri-hökumət təşkilatları, insan hüquqları üzrə Ali
komissarın böyük qayğısını oyadır və reallaşdırılması zamanı xüsusi diqqət tələb edir
(International Disability Alliance, 2008).
ƏHK 12-ci maddədə deyilir ki, əlilliyi olan insanlar hər yerdə hüquq subyektləri kimi qəbul
olunmaq hüququna malikdirlər. Onda həmçinin bir daha təsdiq olunur ki, əlilliyi olan insanlar
həyatın bütün aspektlərində digər insanlarla bərabər hüquqa malik olma səlahiyyətinə
sahibdirlər. Burdan belə nəticə çıxır ki, əlilliyi olan insanların onların maraqlarına, o cümlədən
müalicələrinə, yaşayış yerinin seçilməsi, şəxsi və iqtisadi məsələlərə aid maraqlarına, aid
qərarların qəbul olunmasında əsas rol oynamalıdırlar.
12-ci maddə həm də təyin edir ki, lazım olan halda, şəxsə hüquqa malik olma səlahiyyətinin
reallaşdırılmasında dəstək təqdim olunmalıdır. Beləliklə, ƏHK-da qərarların qəbul olunmasına
dəstək anlayışı daxil edilir. Qərarların qəbul olunmasında dəstək, qərarların qəbul olunmasına
psixi pozuntusu olan insanın onun problemlərinə birbaşa aid qərarları müzakirə və konsultasiya
etmək üçün qəyyum və ya qəyyumlar qrupunu seçməsini də daxil edir. Qəyyum psixi pozuntunu
anlamağa kömək edə və onun müalicəsinə aid mövcud variantlar arasından seçim edə (məsələn,
müalicə almaq lazımdırmı, harada müalicə almaq olar, hansı növ müalicəni seçmək lazımdır və
s.), və ya edilən seçim barədə zəruri hallarda üçüncü tərəfə məlumat ötürə bilər. Onlar digər
insanlara bunları başa düşməyə kömək edə bilərlər ki, sağlamlıq imkanları məhdud olan insanlar
da şəxsi tarixə, maraqlara və həyat məqsədlərinə sahibdirlər və öz hüquqa malik olma
səlajiyyətlərini istifadə etməyə qadirdirlər. Dəstəkli qərar qəbul etmədə hər zaman həmin
qərarın birbaşa onun həyatına təsir edən əlilliyi olan insanın xeyrinə prezumpsiya diqqətə alınır
(UN, 2007).
•
Azadlıq və şəxsi toxunulmazlıq hüququ (ƏHK, maddə 14)
Bu hüquq VSHBP-nin 9-cu maddəsində, həmçinin ƏHK-nın 14-cü maddəsində müəyyən edilir.
ƏHK-nın 14-cü maddəsi müəyyən edir ki, "əlilliyin olması qəti surətdə azadlıqdan məhrum
edilmə üçün əsas ola bilməz". Bu müddəa psixi pozuntusu olan insanların bir neçə ay, bəzən isə
illər ərzində sistematik olaraq psixiatriya müəssisələrində saxlanılması hallarına cavabdır. Bu
müddəa məcburi hosptalizasiya problemi və ya qapalı tipli sosial müəssisələrə yerləşdirmə
kontekstində son dərəcə əhəmiyyətlidir.
Bəzi təşkilatlar, məsələn, əlillik məsələləri üzrə Beynəlxalq alliansa görə (IDA, tarixsiz) (əlillik
problemləri ilə işləyən təşkilatları birləşdirən birlik, ƏHK-nın hazırlanmasında mərkəzi rol
oynamışdır) bu maddə o deməkdir ki, istər əlilliyi olan insanın öz təşəbbüsü ilə, istərsə də özünə
yaxud başqalarına zərər yetirmə və ya cinayət törətmə kimi digər kriterilərə görə əlillik heç bir
halda azadlıqdan məhrum edilmə üçün əsas ola bilməz. Onların mövqeyi bu sitatda ifadə
olunmuşdur: "Azadlıq hər hansı diskriminasiya olmadan qəbul olunmalı və həyata keçirilməli
əsas hüquqdur. Ayrı-ayrı standart və prosedurlar (məsələn, qapalı tipli müəssisəyə məcburi
yerləşdirilmə və ya hospitalizasiya) əlilliyi olan insanları azadlıqdan məhrum etmək üçün istifadə
edilməsi halları insan hüquqlarının pozulmasına bərabərdir. Bu problemə ƏHK-nın 3, 14, 19 və
25-ci maddələri aiddir. ƏHK-nın 14-cü maddəsi üzv-dövlətlərə "əlilliyin olmasının heç bir halda
azadlıqdan məhrum olmaya əsas olmamasına" zəmanət vermə öhdəliyini qoyur, ƏHK-nın 19-cu
24
maddəsi isə əlilliyi olan insanlara cəmiyyətdə yaşamaq, digər insanlarla bərabər şəkildə harada
və kimlə yaşamağı seçmək hüququna zəmanət verir (IDA, tarixsiz)."
Başqa mövqe bu cümləni başqa cür izah edir: əlillik özü özlüyündə heç bir halda azadlığın
məhdudlaşdırılması üçün əsas ola bilməz, lakin, özü və ətrafdakı insanlar üçün təhlükə kimi
başqa kriterilərlə birlikdə qeyri-könüllü hospitalizasiya üçün əsas ola bilər. Buna görə də hər bir
ölkəyə azadlığın məhdudlaşdırılmasının əlavə kriterilərini müəyyənləşdirici qanunvericilik
lazımdır. Bir çox hallarda özü və və ətrafdakı insanlar üçün zərər riskinin qiymətləndirilməsinə
ehtiyac duyulur. Həbs olunma məhkəmə və müstəqil ekspertizanın keçirilməsi kimi
qanunvericilik və prosessual zəmanətə uyğun olduqda həyata keçirilməlidir.
Gözlənilir ki, insan hüquqları üzrə Komitə bu mübahisəli məsələ üzrə buraxacaq. Necə
olmağından asılı olmayaraq, aydındır ki, məcburi hospitalizasiya və qeyri-könüllü müalicə azadlıq
və öz müqəddəratı təyin etmə hüququ ilə toqquşur. Bununla əlaqədar olaraq, əsassız məcburi
müalicə və psixiatriya stasionarına yerləşdirilmədən müdafiə olunmaq üçün müstəqil məhkəmə
mexanizmləri yaradılması və şikayətlərə baxılma və apellyasiya prosedurları hazırlanılması
vacibdir.
Məcburi müalicə problemi daha ətraflı psixi pozuntusu olan şəxslərin qeyri-insani və ləyaqət
alçaldıcı münasibətdən azad olma hüququnun baxıldığı olunduğu bölmədə müzakirə olunacaq.
•
Dostları ilə paylaş: |