İnsan hüquqları üzrə müasir beynəlxalq sistemin yaranması 60 ildən çox çəkmişdir. Hüquq
müdafiə mexanizmləri inkişaf etmiş, diskriminasiya və insan haqlarının pozulmasının yalnız
qadınlar, immiqrantlar, uşaqlar və sağlamlıq imkanları məhdud insanlar kimi BMT tərəfindən
bura aid edilən müəyyən qruplara daha çox təsir etməsi fikrindən uzaqlaşılmışdır.
BMT çərçivəsində mövcud beynəlxalq insan haqları qorunması sistemi ilə birlikdə dünyaın bəzi
hissələrində həyata keçirilən regional hüquq müdafiə sistemləri, dövlətə insanların, o cümlədən
psixi pozuntusu olan şəxslərin hüquqlarına hörmət etmək və qorumaq məsuliyyətini həvalə edir.
Bu insan hüquqlarının qorunması sistemi insanların psixi pozuntusu olan şəxslərlə
münasibətlərin təşviqinə və müxtəlif ölkələrdə psixi sağlamlıq sferasında milli qanunvericiliyin,
siyasətin, strategiyaların və xidmətlər sisteminin hazırlanmasında rəhbərlik rolunu oynayır.
İnsan hüquqlara insanlara dünyaya gələndən təbiətdən xasdır və müvafiq olaraq psixi pozuntusu
olan insanlar öz hüquqlarını digər insanlar kimi həyata keçirmək imkanlarına sahib olmalıdırlar.
İnsan hüquqları sahəsində beynəlxalq hüquq hökumətin üzərinə növbəti vəzifələri qoyur:
a) insan hüquqlarına hörmət etmək, yəni insan hüquqlarının pozulmasına yol verməmək
b) insan hüquqlarını qorumaq, yəni dövlət üçüncü şəxslər tərəfindən insan hüquqlarının
pozulmasının qarşısını almaq üçün tədbirlər görməldir
c) insan hüquqlarını həyata keçirmək, yəni dövlət insan hüquqlarını təmin etmək üçün müvafiq
qanunvericilik, administrativ-büdcə, məhkəmə və digər mexanizmləri işləyib hazırlamalıdır.
Hüquqi vacib BMT sənədləri
İnsan hüquqları üzrə açar beynəlxalq müqavilələr - İqtisadi, Sosial və Mədəni (kultural) Hüquqlar
üzrə Beynəlxalq Pakt və Vətəndaş və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, İnsan Hüquqları üzrə
Beynəlxalq Deklarasiya (İnsan Hüquqları üzrə Beynəlxalq Deklarasiya, 1948) tərəfindən təyin
olunmuş hüquqların daha ətraflı izahını təqdim etməklə yanaşı, həm də bu müqavilələri
imzalamış hökumətlərin üzərinə hüquqi vəzifələr qoyur. Bu üç sənəd bir yerdə insan hüquqları
haqda Beynəlxalq qanun lahiyəsi adlandırılır.
Bu sənədlərə əsaslanaraq, irqi azlıqlar, qadınlar və uşaqlar kimi əhalinin konkret qrup və ya
kateqoriyasına aid insanların hüquqlarının qorunmasına və ya işgəncələr kimi insan hüquqlarının
qorunması sferasına aid ayrı-ayrı problemlərin həllinə yönəlmiş insan hüquqları üzrə digər
beynəlxalq müqavilələr işlənib hazırlanmışdır. Hal-hazırda BMT insan hüquqları sistemi doqquz
əsas hüquqi məcburi müqavilədən ibarətdir:
ICERD/ İDLBK
İrqi diskriminasiyanın bütün formalarının ləğvi haqda
Beynəlxalq konvensiya
21 dekabr 1965
ICCPR/İSMHBP
İqtisadi, sosial və mədəni Hüquqlar üzrə Beynəlxalq pakt
16 dekabr 1966
ICESCR/VSHBP
Vətəndaş və siyasi hüquqlar üzrə Beynəlxalq pakt
16 dekabr 1966
11
CEDAW/QDLK
Qadınlara münasibətdə diskriminasiyanın bütün
formalarının ləğvi haqda Konvensiya
18 dekabr 1979
CAT/İQK
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqət
alçaldıcı rəftar və cəzalara qarşı Konvensiya
10 dekabr 1984
CRC/UHK Uşaq hüquqları üzrə Konvensiya
20 dekabr 1989
ICRMW/ƏMBK
Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin
hüquqları haqda Beynəlxalq konvensiya
18 dekabr 1990
CPED/ZİMBK
Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə
Beynəlxalq konvensiya
20 dekabr 2006
CRPD/ƏHK
Əlilliyi olan insanların hüquqları üzrə Konvensiya
13 dekabr 2006
1948-ci ildə Ümumdünya insan hüquqları deklarasiyasının qəbulundan sonra, BMT-nin üzv-
ölkələri insan hüquqları üzrə əsas beynəlxalq müqavilələrin heç olmasa birini, onlardan 80%-si
isə 4 və daha çox müqaviləni ratifikasiya etmişlər (OHCHR, tarixsiz). Dövlət onun insan hüquqları
üzrə müqavilələrin iştirakçısı olub-olmamaq barədə sərbəst qərar vermək hüququna malikdir.
Lakin, əgər bu qərar qəbul olunacaqsa, o dövlətin üzərinə müqavilənin şərtlərinə əsasən
fəaliyyət göstərmək vəzifəsini qoyur. İnsan hüquqları üzrə beynəlxalq müqaviləni ratifikasiya
etməklə, dövlət həmin müqavilədə göstərilən vəzifə və öhdəlikləri milli səviyyədə işləyib
hazırlamağı və həyata keçirməyi öz üzərinə götürür. İnsan hüquqlarının pozulması problemlərini
ölkədaxili qanunlar çərçivəsində həll etmək mümkün olmadığı hallarda, insan haqları sahəsində
beynəlxalq normalara riayət olunması və onların həyata keçirilməsi məqsədilə yaradılmış
beynəlxalq və regional səviyyədə fərdi şikayət və məlumatların verilməsi mexanizm və
prosedurları işə düşür.
Əlilliyi olan insanlar üzrə BMT konvensiyası (ƏHK) – BMT-nin ən yeni hüquqi məcbur
sənədlərindən biridir. Əlilliyi olan insanlarin hüquqları barədə Konvensiyanın qəbul olunması
(2006), dünyada əlillikdən əziyyət çəkən 650 milyon insanın hüquq və azalıqların davamlı
pozuntu obyekti olmasının nəticəsidir. Tədqiqatlar göstərmişdir ki, əvvəlki konvensiyalar
sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının real müdafiəsini təmin etmir və onlar
faktiki olaraq ikinci növ vətəndaş kimi qalır. Müvafiq olaraq, yeni konvensiya birmənalı olaraq və
birbaşa şəkildə əlilliyi olan insanlara aid insan hüquqlarını qəbul etməli idi. Konvensiyanın qəbul
olunması müxtəlif ölkələrdən əlilliyi olan insanların, onların səsinin eşidilməsi və ümumi
problemlərinin (o cümlədən əksər əlilliyi olan insanların məruz qaldığı gündəlik məişət
diskriminasiyası) beynəlxalq ictimaiyyətin gündəminə çıxarılması məqsədilə birlikdə apardığı
hərəkatın uğurunun göstəricisidir. Diskriminasiya təcrübəsi əlilliyi olan insanları onlara aid insan
hüquqları uğrunda mübarizədə birləşdirdi.
BMT-nin əlilliyi olan insanların hüquqları üzrə konvensiyası – insan hüquqları haqda ХХI əsrin ilk
müqaviləsi - əlilliyi olan insanların həyatının bütün aspektlərini əhatə edən geniş spektr hüquq
və azadlıqlara zəmanət verir. Baxmayaraq ki, bu sənəd yeni hüquqlar yaratmaq yox, artıq əvvəlki
müqavilələrdə mövcud hüquqları yenidən və daha aydın şəkildə bəyan etmək məqsədilə
yaradılmışdır, ƏHK-də bəyan olunan qeyri-diskriminasiya, müstəqillik və cəmiyyətin həyatına
inteqrasiya (включенности) prinsipləri əlilliyi olan insanlara qarşı mövcud paradiqmanın
beynəlxalq hüquq kontekstində dəyişilməsini elan edir. ƏHK konvensiyanı ratifikasiya etmiş
cavabdeh bütün institut və dövlət sektorlarına milli siyasət və qanunvericiliyin konvensiyanın
12
müddəalarına uyğunluğunun təmin olunması vəzifəsini qoyaraq, əlilliyi olan insanlara
münasibətdə insan hüquqlarının müdafiəsini həyata keçirir. ƏHK-nin qəbul olunması əhalinin
zəif hissəsinin hüquqlarının müdafiəsi üçün göstərilən iradənin əhəmiyyətli siyasi və ictimai
tanınma aktıdır. Bu o deməkdir ki, əlilliyi olan insanlar haqda Konvensiya siyasət və
qanunvericiliyin dəyişikliyi üçün şərait yaradaraq, milli və qlobal gündəmə yeni suallar çıxarır.
Beləliklə, ƏHK-nin təsiri ilk növbədə hökumət, parlament, milli və yerli institutlara şamil olunur.
Konvensiya milli bə beynəlxalq səviyyədə dəyişikliklərə gətirib-çıxara bilən həqiqətən güclü
vasitədir. O əlilliyi olan insanların imkanlarını əhalinin digər seqmentləri ilə
bərabərləşdirilməsinə və bununla da sağlamlıq imkanları məhdud olan insanların və onların
ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən ədalətli iş şəraitinin yaradılmasına
kömək edə bilər. O həm də əlilliyi olan insanların harda yaşamağından asılı olmayaraq cəmiyyətə
inteqrasiyasını stimulyasiya edə, onların icmaların həyat və fəaliyyətinə cəlb edilməsinə şərait
yarada bilər (Scuola Aifo Follereau, 2007).
ƏHK həmçinin psixi sağlamlığın qorunmasına aid gələcək beynəlxalq və milli qanunların
hazırlanması üçün də son dərəcə böyük əhəmiyyət daşıyır. Buna görə də, psixi pozuntusu olan
insanların hüquqlarına aid modulun bu bölümü (bax: aşağı), əlilliyi olan insanlar haqda
Konvensiyada müəyyən edilmiş müddəalara əsaslanır.
İnsan hüquqları sahəsində BMT-nin qeyri-məcburi hüquqi standartları
Yuxarıda göstərilən pakt və BMT konvensiyalarının onları imzalayan dövlətlər üçün hüquqi
qüvvəsi var. Bu müqavilələrdən başqa, birbaşa əlillik və psixi pozuntular sferasını əhatə edən,
hüquqi məcburi olmasa belə beynəlxalq ictimaiyyət üçün konsensus əhəmiyyəti daşıyan və
beynəlxalq müqavilələrin şərhi üçün orientir rolunu oynaya bilən bir sıra beynəlxalq sənədlər də
var.
BMT psixi xəstələrin müdafiə prinsipləri (MI Principles / PX Prinsipləri, 1991) psixi pozuntusu
olan insanlara tətbiq olunan insan hüquqlarına riayət olunması haqda ətraflı beynəlxalq sazişdir.
PX Prinsipləri tibbi yardım və müalicə standartlarına aid geniş qrup öhdəliklərdən ibarətdir. Bu
prinsiplər diqqəti pasientlərin psixiatiya müəssisələrində üzləşdikləri problemlər üzərində
toplayaraq, yaşanılan yer üzrə və səhiyyənin ilkin yardım zəncirində psixiatrik müalicəyə proritet
verir. Daha sonralar PX Prinsipləri müəyyən tənqidlərə məruz qaldı, məsələn, 2003-cü ildə BMT
baş katibi öz hesabatında qeyd etdi ki, PX Prinsipləri „bir sıra hallarda mövud insan hüquqları
haqda müqavilələrə görə daha aşağı dərəcədə müdafiə təmin edir, məsələn, pasientin mütləq
əvvəldən müalicəyə məlumatlı razılıq halında“ (BMT Baş Assambleyasında baş katibin hesabatı/
Secretary-General to the United Nations General Assembly, 2003).
Qeyd etmək lazımdır ki, PX Prinsipləri hal-hazırda öz əhəmiyyətini itirmişdir və daha sonralar
qəbul olunmuş, PX Prinsiplərini əvəz edən və hüquqi məcburi ƏHK müddəaları ilə təzad təşkil
etdiyi və üst-üstə düşmədiyi sahələrdə artıq tətbiq olunmur.
Əlillərə bərabər şəraitin yaradılmasının standart qaydaları, 1993-cü ildə qəbul olunmuş, əlilliyi
olan insanlara bütün sahələrdə bərabər imkanların yaradılmasını təmin edən geniş siyahınıdan
ibarətdir. 22 qanun tibb xidməti, reabilitasiya, yardımçı xidmətlər, maarifləndirilmə səviyyəsinin
artırılması, təhsil, əmək fəaliyyəti, ailə həyatı, siyasət və qanunvericiliyə münasibətdə olan
tələbləri müəyyənləşdirir (Standart qanunlar / Standart Rules, 1993). Standart qanunlar hüquqi
qeyri-məcburi sənəd kimi, əlillərin hüquqları haqda Konvensiyanı əvəz etdi.
İnsan hüquqları üzrə orqanlar
13
İnsan hüquqları üzrə müqavilələrin icrasına müqavilə (nəzarət) orqanları, yəni BMT çərçivəsində
yaradılmış və çalışan müstəqil ekspertlərdən ibarət komitə, nəzarət edir.
BMT-də insan hüquqlarına riayət edilməsinin, qanuni və müqavilə orqanlarından ibarət, ikili
monitorinq sistemi yaradılmışdır. Qanuni orqanlara BMT sisteminin qərar və sərəncamlarını
yerinə yetirilməsi məqsədilə təsis edilmiş, insan hüquqları üzrə Şura, Xüsusi məruzəçi və b.
(aşağı baxın) aiddir. Müqavilə orqanları insan hüquqları üzrə müxtəlif beynəlxalq müqavilələrə
əsasən təsis olunur.
Müqavilə (nəzarət) orqanları
BMT Konvensiyaları, bir qayda olaraq, tərkibində olan normaların həyata keçirilməsinə nəzarət
və monitorinq sistemini təmin edir. Bu sistemin əsasını müxtəlif konvensiyaların yerinə
yetirilməsinə nəzarət edən müstəqil komitələrin ekspertlərindən ibarət müqavilə orqanları təşkil
edir.
İnsan hüquqları sahəsində beynəlxalq müqavilələrə riayət olunmasına nəzarət edən 9 müqavilə
orqanı və işgəncələrə qarşı Komitə (İQK) mövcuddur:
BMT insan hüquqları üzrə sənədlər
Müqavilələrə riayət edilməsinin monitorinq
orqanları
Vətəndaş və siyasi hüquqlar üzrə Beynəlxalq
pakt (VSHBP / ICCPR)
İnsan hüquqları üzrə Komitə (İHK / HRC)
İqtisadi, sosial və mədəni Hüquqlar üzrə
Beynəlxalq pakt (İSMHBP / ICESCR)
İqtisadi, sosial və mədəni hüquqlar üzrə
Komitə (İSMHK / CESCR)
İrqi diskriminasiyanın bütün formalarının
ləğvi haqda Beynəlxalq konvensiya (İDLBK /
ICERD)
İrqi diskriminasiyanın bütün formalarının
ləğvi üzrə Komitə (İDLK / CERD)
Qadınlara münasibətdə diskriminasiyanın
bütün formalarının ləğvi haqda Konvensiya
(QDLK / CEDAW)
Qadınlara münasibətdə diskriminasiyanın
bütün formalarının ləğvi üzrə Komitə (QDLK /
CEDAW)
İşgəncə və digər qəddar, qeyri-insani və ya
ləyaqət alçaldıcı rəftar və cəzalara qarşı
Konvensiya
(İQK / CAT)
İşgəncələrə qarşı Komitə (İQK / CAT)
Uşaq hüquqları üzrə Konvensiya (UHK / CRC)
Uşaq hüquqları üzrə Komitə (UHK / CRC)
Bütün əməkçi miqrantlar və onların ailə
üzvlərinin hüquqları üzrə Beynəlxalq
konvensiya (ƏMBK / ICRMW)
Bütün əməkçi miqrantlar və onların ailə
üzvlərinin hüquqları üzrə Komitə (КТМ /
CMW)
Əlilliyi olan insanların hüquqları üzrə
Konvensiya
(ƏHK / CRPD)
Əlilliyi olan insanların hüquqları üzrə Komitə
(ƏHK / CRPD)
14
Bütün şəxslərin zorakı itkin düşmələrdən
müdafiəsi üzrə Beynəlxalq konvensiya (ZİMBK
/ CPED)
Zorakı itkin düşmələr üzrə Komitə (ZİK / CED)
İşgəncə və digər qeyri-insani və ya ləyaqət alçaldıcı münasibət və cəzalara qarşı Komitə BMT
insan hüquqları sistemində yeni növ müqavilə orqanlarına aiddir. Onun səlahiyyətlərinə işgəncə
və digər layiq olmayan münasibətlərin qarşısının alınmasına yönəlmiş innovasion, davamlı və
önləyici yanaşma çərçivəsində yalnız preventiv fəaliyyətdir. Komitə işgəncələrə qarşı
Konvesiyanın Fakultativ protokolunun (İQKFP / OPCAT) (OHCHR, tarixsiz) müddəalarına uyğun
olaraq yaradılmış və öz işinə 2007ci ilin fevralında başlamışdır. İQK psixi pozuntuları olan
insanların hüquqlarının qorunmasında vacib rol oynayır, belə ki, dövlət psixiatriya
müəssisələrində insan hüquqlarına riayət olunmasının monitorinqini həyata keçirir.
Müqavilə orqanları nəzarət etməli olduqları müqavilənin müddəaları əsasında təsis olunur.
Müqavilə orqanlarının üzvləri mütəmadi olaraq iştirakçı ölkələrin hesabatlarının baxılması və
hökumətlərlə insan hüquqları üzrə götürülən öhdəliklərin yerinə yetirilməsi tədbir və metodları
barədə konstruktiv dialoq aparılması üçün bir araya gəlirlər. İştirakçı hökumətlər müqavilə
orqanlarına insan hüquqlarının qorunması üzrə aparılan işlərin gedişi barədə hesabatları
müqavilə orqanlarına təqdim etməli, həmçinin cəmiyyətin bu hesabatlardan sərbəst istifadəsinə
şərait yaratmalıdırlar. Bu şəkildə, hesabatlar insan hüquqları məsələləri barədə milli müstəvidə
diskussiyaların yaranması, vətəndaş cəmiyyətinin proseslərə cəlb olunmasına və iştirakının
stimulyasiyası və bütövlükdə dövlət siyasətinə ictimai nəzarət prosesində katalizator rolunu
oynaya bilər. Sessiyanın sonunda müqavilə orqanı, iştirakçı dövlətlərin hakimiyyətləri üçün,
insan hüquqları sferasında vəziyyətin yaxşılaşdırılması haqda tövsiyyələri özündə birləşdirən
"yekun qeydlər" formalaşdırır.
ƏHK Komitəsi əlilliyi olan insanların hüquqları haqda Konvensiyaya riayət edilməsinin
monitorinqi aləti kimi çox vacib əhəmiyyət daşıyır. O iştirakçı-dövlətlər tərəfindən Konvensiyaya
riayət edilməsinə nəzarət edən 18 müstəqil ekspertdən ibarətdir. Bütün dövlətlər əlilliyi olan
insanlara münasibətdə insan hüquqlarının qorunması və riayət olunması haqda Komitəyə
mütəmadi olaraq hüsabatlar təqdim etməlidirlər.
Dövlətlər Konvensiyanın ratifikasından keçən iki il ərzində birinci hesabatı təqdim etməli və
sonralar hər dörd ildən bir Komitə qarşısında hesabat verməlidirlər. Komitə hər hesabata baxır,
məqsədəuyğun təkliflər və ümumi tövsiyyələr əlavə edərək onu müvafiq iştirakçı-dövlətə
yönəldir. Bu tövsiyyələrin məcburi xarakter daşımamasına baxmayaraq onlar əlilliyi olan
insanların hüquqları qorunması ilə məşğul olan hərəkatlara ölkə və ya regional müstəvidə
situasiyanı izləmək və konkret yaxşılaşmaların monitorinqi üçün əlverişli vasitə təqdim edir.
İnsan hüquqlarına riayət olunmasının monitorinqində iştirak edən digər BMT orqanları
BMT strukturunda insan hüquqlarının müdafiəsi və təşviqi üzrə işdə iştirak edən digər təşkilatlar
da mövcuddur. BMT-nin insan hüquqlarının qorunması üzrə əsas bölmələrindən biri Ali
komissarın insan hüquqları üzrə İdarəsidir (AKİHİ/OHCHR). Bu bölmə Birləşmiş Millətlər Təşkilatı
Katibliyinin, bütün insanlar üçün BMT Qanunlarında və insan hüquqları haqda beynəlxalq
müqavilə və qanunlarda təsbit olunmuş müddəaları təmin etməklə səlahiyyətləndirilmişdir.
Onun vəzifələrinə insan hüquqlarının pozulmasının qarşısını almaq, bütün insan hüquqlarının
təmin edilməsi, insan hüquqlarının qorunması üçün millətlərarası münasibətlərin
möhkəmləndirilməsi və BMT-nin bütün orqanlarına müvafiq tədbirlərin koordinasiyası,
həmçinin BMT çərçivəsində bütöv insan hüquqları müdafiəsi sisteminin inkişafı və
15
təkmilləşdirilməsi daxildir. Bununla yanaşı, AKİHİ BMT orqanları işinin bütün istiqamətlərində
insan hüquqlarının möhəmləndirilməsinə yönəldilmiş yanaşmanın inteqrasiyası üçün səylər
göstərir.
AKİHİ işi həm müqavilə orqanlarına (bax:yuxarı), həm də insan hüquqları üzrə Şura da daxil
olmaqla qanuni orqanlara insan hüquqları sahəsində konsultasiyalar verilməsi və müxtəlif
monitorinq mexanizmlərinə dəstək göstərilməsindən ibarətdir (Open Society Foundation, 2012).
Qanuni orqanlar
•
İnsan hüquqları üzrə Şura
•
İnsan hüquqları üzrə Şuranın xüsusi prosedurları (xüsusi məruzəçilər)
•
İnsan hüquqları üzrə Şurada şikayətlərin qəbulu və baxılması proseduru
Qanuni orqanlar
İnsan hüquqları üzrə Şura - BMT-də ümumi islahatlar çərçivəsində 2006-cı ildə təsis olunmuş,
BMT sistemində daha bir hüquq-mühafizə orqanıdır. İHŞ müəyyən ölkələrdə insan hüquqları
sahəsində situasiya və bütün dünya üzrə əhəmiyyətli insan hüquq pozuntuları barədə ictimai
hesabatları təhlili, monitorinqi və təqdim edilməsinin əsas mexanizmi olan BMT-nin insan
hüquqları üzrə əvvəllər fəaliyyət göstərən Komissiyasını əvəz edir.
İHŞ BMT-ni Baş Asambleyası tərəfindən seçilir və bütün üzv-dövlətlərdə insan hüquqları
sahəsində vəziyyət haqda periodik rəylər verir. Şuranın üzvləri ildə 10 həftə ərzində birgə
işləyirlər, hansı ki, öz sələfinin - insan hüquqları üzrə Komissiyanın - görüşlərindən təxminən iki
dəfə çoxdur. İHŞ-ə daha çox regional və yerli nümayəndə daxildir ki, bu da ölkələr üzrə
vəziyyətini daha dəqiq monitorinq və daimi sistemiatik rəyləri təmin edir. İHŞ potensialı xüsusi
mexanizmlərin - müəyyən ölkələrdə insan hüquqları sahəsində yaxud bütün ölkələr üzrə
müəyyən problemlər üzrə Xüsusi prosedurlar - təsis edilməsi ilə əhəmiyyətli dərəcədə artmışdır.
Xüsusi prosedurlar Xüsusi məruzəçi və ya müstəqil ekspert tərəfindən həm individual, həm də
işçi qrup formasında reallaşdırılır. Onların hər biri şəxsi keyfiyyət və könüllü əsaslarla işləyir və
İHŞ tərəfindən etibarlı müstəqil ekspertlər içərisindən təyin edilir. Xüsusi prosedurların
mandatları konkret ölkələr yaxud konkret ərazilərdə insan hüquqları sahəsində vəziyyət barədə
ictimai hesabatların təhlili, monitorinqi, konsultasiyası və təqdim olunmasını tələb edən ölkə
mandatlarına və bütün dünya üzrə əhəmiyyətli insan hüquq pozuntularınına aid tematik
mandatlara bölünür. Hal-hazırda 30 tematik və 8 ölkə mandatı fəaliyyət göstərir. Bütün
səlahiyyət sahibləri insan hüquqları üzrə Şuraya öz nəticələri və tövsiyyələri haqda hesabatlar
təqdim etməyə borcludurlar. Bəzi hallarda Xüsusi prosedurlar insan hüquqları sahəsində
müəyyən problem haqda beynəlxalq ictimaiyyəti xəbərdar etməyə qadir yeganə mexanizm olur.
Psixi pozuntusu olan insanların hüquqlarına riayət edilməsi kontekstində sağlamlıq, əlillik və
işgəncə məsələləri üzrə üç Xüsusi məruzəçini qeyd etmək lazımdır.
Sağlamlıq məsələləri üzrə Xüsusi məruzəçi 2002-ci ildə hələ İHŞ-nin sələfi, BMT-nin insan
hüquqları üzrə Komissiyası tərəfindən təyin edilmişdir.Xüsusi məruzəçi hər bir insanın ən yüksək
mümkün sağlamlıq, o cümlədən psixi sağlamlıq dərəcəsi hüququ ilə məşğul olur. Mərizəçinin
vəzifələrinə dövlətlərlə, hökumətlərarası təşkilatlar və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq;
bütün dünyada sağlamlıq hüququnun vəziyyəti haqda hesabatların təqdim edilməsi; sağlamlıq
hüququnun qorunması və təbliğ edilməsi haqda tövsiyyələrin verilməsi və müvafiq tədbirlərin
təklif olunması aiddir (UN Special Rapporteur on health report, 2005).
16
Əlillik məsələləri üzrə Xüsusi məruzəçi əlilliyi olan insanlar üçün bərabər imkanların
yaradılmasının Standart qanunların tətbiqinə nəzarəti həyata keçirir (ƏHK-dan əvvəl əlilliyi olan
insanların hüquqlarının qorunmasının əsas standartlarını təsdiq edən hüquqi qeyri-məcburi
beynəlxalq sənəd). Məruzəçi hər il sosial inkişaf üzrə BMT Komissiyası, BMT-nin sosial və iqtisadi
şurasının funksional komissiyası qarşısında hesabat verir. Hesabatlar Standart qanunların
tətbiqinə nəzarət və təbliği haqda nəticələri və gələcək inkişaf üzrə tövsiyyələri özündə
birləşdirir. Beləliklə, Standart qanunlar ƏHK-nin müddəaları ilə hissəvi üst-üstə düşdüyündən,
Məruzəçinin işi əlilliyi olan insanların hüquqları haqda Konvensiyanın həyata keçirilməsi üçün
birbaşa əhəmiyyət daşıyır (UN Enable, tarixsiz).
İşgəncələr, qeyri-insani və ləyaqətin alçaldıcı münasibət və cəzalar məsələsi üzrə Xüsusi
məruzəçi işgəncələrlə bağlı məsələlərin araşdırılması məqsədilə təyin olunmuşdur. Mandat
2008-ci ilin iyununda 8/8 rezolyusiyasında insan hüquqları üzrə Şura tərəfindən 3 il uzadılmışdır
(UN Special Raporteur on Torture Report, 2008). Bu Xüsusi məruzəçinin mandatı dövlətin
işgəncələr və digər qəddar, qeyri-insani və ləyaqət alçaldıcı münasibətə qarşı Konvensiyanı
ratifikasiya edib-etməməsindən asılı olmayaraq bütün ölkələri əhatə edir. Mandat özündə üç
əsas fəaliyyət istiqamətini birləşdirir:
•
dövlətləri hər hansı insana münasibətdə işgəncə tətbiq olunması riski haqda məlumat
halında təxirəsalınmaz fəaliyyətə, həmçinin artıq baş vermiş işgəncə halları haqda məlumatın
verilməsinə çağırır
•
faktiki məlumat toplamaq məqsədilə ölkələrə səfərlərin keçirilməsi
•
BMT Baş Asambleyasına və insan hüquqları üzrə Şuraya işin gedişi, mandat və fəaliyyət
metodları haqda illik hesabatların təqdim olunması (AKİHİ / OHCHR, tarixsiz).
Dostları ilə paylaş: |