E. M. Hacizadə


I FƏSİL  SOSİAL-İQTİSADİ FİKİR TARİXİKONSEPSİYALARI



Yüklə 5,12 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix05.05.2017
ölçüsü5,12 Kb.
#16787
1   2   3   4   5   6   7   8   9   ...   25

I FƏSİL 
SOSİAL-İQTİSADİ FİKİR TARİXİKONSEPSİYALARI 
 
1.1. İlkin təsərrüfatçiliq kompozisiyasi 
 
Sosiallaşan iqtisadiyyat quruculuğunun motivasiyası təsərrüfatçılıq ukladlarının təşəkkül və 
bəşəri iqtisadi fikir tarixinə ekskursu şərtləndirir. Praqmatik orbitin sakinləri aydın dərk edirlər 
ki, hər bir yeni yaranışın empirik rişələri vardır. Bu baxımdan təsadüfü olmayaraq sosiallaşan 
iqtisadiyyat paradiqması da direktiv və proqnoz sintezini ehtiva edən təyin olunmuş  məqsədli 
quruluş  və genetik elmi əsaslandırma diapazonunda pərvəriş tapır, perspektiv təyinatlı olaraq 
retrospektiv köklərdən qaynaqlanır. 
Ən  əski zamanlara köklənərək insanların təsərrüfat həyatının tarixi, bəşəri ibtidai iqtisadi 
baxışlar çevrəsinin yaranışı  cəmiyyət inkişafının müxtəlif mərhələlərində formalaşan obyektiv 
şərtlər, tələb və maraqlar təməlində ərsəyə yetmişdir. 
İqtisadi düşüncənin formal kökləri ibtidai insan həyatının  ən dərin guşələrinə nüfuz edir. 
Elmə  məlumdur ki, ibtidai insanlar belə primitiv iqtisadi biliklərə, təsərrüfat münasibətləri 
haqqında müəyyən praktik vərdişlərə və təəssüratlara malik olmuş, həyatı istehlak nemətlərinin 
istehsalını, bölgüsünü və mübadiləsini reallaşdırmağı  əxz etmişlər. Lakin bu yaranışlar sərbəst 
bilik sahəsinə ayrılmayaraq ictimai şüurun tərkib hissəsi çərçivəsində, dini dünyagörüşün 
həlqələrində cərəyan etmişdir. 
Ümumi götürdükdə bütün bəşəri sivilizasiya boyu iqtisadi fikrin yaranış və təşəkkül tarixi 
aşağıdakı üç mühüm mərhələdən keçmişdir: 
I.Qədim dünya iqtisadi fikri; 
II.Qədim Şərq sivilizasiyasının iqtisadi fikri; 
III.Antik dünyanın iqtisadi fikri. 
Qədim dünyanın  Şərq qütbündəki ilk sinfi icmaların yaranışı, sonradan padşah-məbəd 
təsərrüfatının meydana gəlməsi təşkilati problemlərin həlli və dövlətin idarə olunmasında iqtisadi 
düşüncənin daha konkret zəmində formalaşmasını labüd etmişdir. Elə bu həlqədən də iqtisadi 
elmin təşəkkül özəklərini  əski dünyanın ilkin sivilizasiya məkanı  Qədim  Şərqin mütəfəkkir 
baxışlarında, ayrı-ayrı hökmdarların idarəetmə sistemini ehtiva edən kitabələrdə axtarmaq 
gərəkli hesab olunur. 
Müqayisəli aspektdən çıxış edərək qeyd olunmalıdır ki, paralel zamanlarda Avropa qitəsi 
ayrı-ayrı ovçu məntəqələri istisna olmaqla büsbütün bəşəri mədəniyyətdən kənarda qalmışdır. 
Buna görə də həmən çoğrafi məkanın müqabil illərdə iqtisadi fikir tarixində rolu istisna edilir. 
Bizim eradan əvvəl IV minillikdə  Qədim  Şərqdə artıq quldarlıq quruluşu intişar 
mərhələsinə qədəm qoymuşdu. Bu cəmiyyət formasının yaranışı isə öz 
növbəsində natural təsərrüfatçılıqdan  əmtəə-pul münasibətlərinə 
keçidə  rəvac vermiş, icma, dövlət və  şəxsi mülkiyyətin qarşılıqlı 
ünsiyyətini yeni inkişaf mərhələsinə yüksəltmişdi. 
Qədim  Şərqin quldarlıq cəmiyyəti antik quldarlıqdan köklü 
fərqlənirdi. Bu fərq üstün səciyyədə qulun cəmiyyətdə  əsas istehsal 
gücünə malikliyi ilə daha qabarıq təzahürlü olmuşdur. Belə ki, 
müvafiq sistem çərçivəsində kənd təsərrüfatı və əkinçilik formal olsa 
da azad insanlara məxsus idi. Digər nisbət isə torpağın dövlətin və ya 
dövləti icmanın  əlində qalması  fərqində seçilirdi. Qədim  Şərqdə dövlətin təsərrüfat həyatında 
xüsusən də  əkinçilikdə irriqasiyanın tənzimlənməsində  iştirakı klassik və spesifik istehsal 
üsulunun yaranışını təyinatlı etmişdir. Bu istehsal nümunəsi iqtisad elmi tarixinə «Asiya istehsal 
üsulu» kimi pərçimlənmişdir. 
«Asiya istehsal üsulu»nun ilk elmi  şərhi K.Marks və F.Engelsin yazışmalarında 
verilmişdir. Onun ayrı-ayrı cəhətlərinin təhlili isə K.Marksın «Kapital» əsərində əksini tapmışdır. 
XIX-XX  əsrlərdə marksist ədəbiyyatlarda «Asiya istehsal üsulu»nun tədqiq prosesi, xüsusən 
 
11

 
 
Q.V.Plexanovun, V.İ.Leninin əsərlərində inkişaf etdirilmişdir [22-25, 127]. 
Toplanmış  tədqiqat materiallarına görə «Asiya istehsal üsulu»nun mahiyyətcə  əsas 
əlamətlərini təsərrüfat həyatının nizamlanmasında dövlətin aparıcı rolu, şəxsi  əmlakın 
toxunulmamazlığı, ticarət məhdudluğu, xüsusi istismar üsulunun mövcudluğu kimi 
komponentlər təşkil edir. Lakin bununla belə qeyd olunmalıdır ki, «Asiya istehsal üsulu»nun 
mahiyyəti fundomental kontekstdə tam açılmamış qalmaqdadır. 
Qədim dünyanın iqtisadi baxışlar sisteminin başlanğıcını  əsasən  əski Misir 
təsərrüfatçılığına görüntü verən «Heraklepol padşahının oğlu Merikaranın nəsihətləri» /b.e.ə. 
XXII/ və «İpuserin ifadələri» /b.e.ə. XVIII/ abidələrinin yaranışından hesab etmək olar. Birinci 
abidədə dövlətin funksiyaları, təsərrüfatın idarəetmə metodları ön plana çəkilsə  də, ikinci də 
sosial çevriliş, idarəetmənin mərkəzi sisteminin dağılması  və onun nəticələrinin təssürat və 
təsəvvürləri əksini tapmışdır [60, 127]. 
Çarlığı bizim eradan əvvəl 1792-1750-ci illərə  təsadüf olunan Babilistan tiranı 
Hammurapinin qədim Mesopatamiyada sosial-iqtisadi münasibətlərin 
prinsiplərini  şərtləndirən, daş kitabələrə köçürülmüş 282 maddəni  əhatə 
edən qanunlar məcəlləsi də iqtisadi baxışlar sisteminin yaranışının ön 
sıralarında qərar tutur. Miladdan 1760 il öncə yazılaraq Hammurapi 
qanunları kimi tarixi yaddaşa köçürülmüş müvafiq idarəetmə «rituallarında» 
quldarın qul üzərindəki hakimiyyəti təqdis olunur, məmur maraqları önə 
çəkilərək  şəxsi  əmlak müdafiə edilirdi. Bu isə öz növbəsində  qədim 
Babilistanda ticari-pul münasibətlərinin  əhəmiyyətli ölçüdə inkişafından 
xəbər verir [60, 95]. 
   Siyasi  iqtisad  kontekstində menecmentlə bağlı traktatların yazılması 
proseslərinin erkən təşəkkül tapdıqları regionlar sırasında Çinin məxsusi yeri 
vardır. Qədim Çin filosofları 24 əsr öncə Si padşahlığının Siziya 
akademiyasında dövlətin idarə edilməsini ilk mükəmməl kodeksini 
hazırlamağa müvəffəq olmuşlar. Uzun hazırlıqlardan üç yüz il sonrası - b.e.ə. 
26-cı ildə ölkənin sosial-iqtisadi həyatını nizamlayan müvafiq qanunlar 
toplusu son variantda Lyu Syan tərəfindən tam külliyat halına salınmışdır. Bu 
mühüm traktat Si padşahının /b.e.ə. ? - 645/ baş vəziri olmuş, özünün siyasi
sosial-iqtisadi islahatları ilə  məhşurlaşmış, görkəmli
 
filosof Quan-Tszının 
şərəfinə adlandırılaraq ilk dəfə XIII əsrdə  nəşr edilmişdir.. Padşahlıq 
mütləqiyyətini qətiyyətli tərənnüm edən baxışları, sosial-iqtisadi rasional praktiki əməlləri ilə 
tanınan Quan-Tszının nüfuz yüksəlişi o zamanlarda qədim Çində məlum olan fəlsəfi məktəblərin 
prioritetlərinin məhz onun simasında unifikasiyasını təmin etmişdir. 
«Quan-Tszı» traktatı öncə daosizm əsasında ixtisaslaşsa da, sonradan daha sosial əsaslı 
leqizm cərəyanında intişar tapmışdır. Traktatın müəllifləri dövlətin varlı, xalqın isə barış içində 
olması ideyasını ali məqsəd kimi qarşıya qoymuşlar. 
«Quan-Tszı» təlimində sərvət anlamında qızıl və mirvarinin üstünlüyü zəminində bazarda 
əmətəə dəyəri mübahisə doğurmayan bütün material nemətlər əsas götrülürdü. Qızıl isə burada 
valyuta formasında mübadilə qalığının ödənişi funksiyanı yerinə yetirirdi. Traktata diqqətli nəzər 
yetirdikdə, onun zamanlı analoqlarından bazar mexanizminin qavrayışlılıq aspektinə maliklilik 
fərqini sezməmək mümkün deyildir. Müvafiq bazar funksionallığının dərki və  qəbulunda isə 
tənzimləmə aparmaqla tələb və təklif tarazlığı yaratmaq və bu istiqamətdə dövlət tədarükü, pul 
buraxılışı mexanizmlərindən istifadə etmək kimi fəaliyyətlər dayanır [89, 110, 127]. 
Erkən iqtisadi düşüncə tarixində qədim Çin filosofu Konfutsinin - Kun-tszı /b.e.ə. 551-479-
cu illər/ təlimlərinin də  əhəmiyyətli yüksəkdir. Dövlət patriarxal-paternalist konsepsiyasını 
inkişaf etdirən alim özünün məhşur «Lun-yun» /Söhbətlər və deylimlər/əsərində dövləti böyük 
ailə adlandıraraq hesab edirdi ki, əmək sabit cəmiyyət quruculuğunu tənzimləyərək sərvətləri 
artırır, ailə münasibətlərini möhkəmləndirir. Onun fikrincə hakimiyyət sərvətlərinin bərabər 
bölgüsü, kənd təsərrüfatı işlərinin nizamının, vergilərin məhdudlaşdırılması və insanların mənəvi 
təkmilliyinin qaygısını çəkməlidir. Konfutsinin bu iqtisadi-etik normaları nə qədər bəşəri-tarixi 
 
12

 
 
əhəmiyyətli olsa da, vətən patriarxal ailə icmasının və Çin dövlətinin ictimai quruluşunun 
möhkəmlənməsinə xidmət edirdi. 
Qanunlar və  cəza  əsasında deyil, adi insani haqlar çərçivəsində idarəetməni rəhbər tutan, 
ağır vergiləri təcrid edən «Konfutsianlıq» adlanan bu əxlaqi-siyasi 
dünyagörüş Çinin ictimai-siyasi həyatında dərin iz buraxaraq iki min 
ildən artıq bir dövrdə, b.e.ə 136-cı ildən 1911-ci ilədək - Sinxay 
burcua inqilabına qədər rəsmi hakim doktrina kimi qalmışdır. «On min 
nəslin müəllimi adını daşıyan Konfutsinin təlimi ayrı-ayrı fraqmentlər 
kontekstində indinin özündə  də milli mentalitetin, şüurun, icma 
fəaliyyət tərzinin ayrılmaz hissəsinə çevrilmişdir [106, 110]. 
İqtisadi fikir tarixinin ilk çağları ilə bağlı hadisələr məkanı 
sırasında qədim Hindistanın da məxsusi yeri vardır
ın erkən çağlarında təsərrüfat həyatına düzüm 
verənlərin ön çərgələrində yer almışlar. Davranış  və gündəlik həyat tərzini 
etik obrazda tənzimləmədə «dxarmaşastrak» külliyyatları  və bu sırada 
qabarıq mövqedə dayanan «Manu qanunları» daha geniş arealı əhatə edirdi. 
Qədim hind dilində «Manu» insan deməkdir. S
. Qədim hindlilər 
dövlətçilik sivilizasiyasın
askrit dialektində 
yazıla
 və 
şəxsi
t
 
n «Manu qanunları» 12 bölmədə olmaqla 2650 misranı birləşdirir. 
«Manu qanunları»na görə ölkədə başlıca mülkiyyt padşah, icma
 fondlara ayrılan torpaqdır. Öhdəliklərin sarsılmazlılığı, varisliyi 
qətidir. Mülkiyyət müqafilələr  əsasında alqı-satqıya məruz qalır. Pis 
kefiyyətli və çəkisi azaldılmış əm əənin satışı qanunla sanksiyalaşdırılır [37, 
60]. 
Qədim Hindistanda «Manu qanunlarıı» ilə yanaşı b.e.ə. IV-III əsrlərdə paralel müstəvidə 
çar Çandraquptın müşaviri olmuş Kautilyanın təsərrüfat həyatının və iqtisadi düşüncənin bir sıra 
məqamları dolğun əks etdirən, məzmunca siyasi-iqtisadi, fəlsəfi-hüquqi motivliliyi ilə fərqlənən 
«Artxaşastra» külliyyatı da işlək olmuşdur /atrxa - təlim, şastra - gəlir/ Maddi material marağa: 
torpağın alınmasına, vergilərə, ticari mənfəətə, faizlərə  və bu kimi iqtisadi seqmentlərə  həsr 
olunan traktatda quldarlıq cəmiyyəti sərvətlərin yığımının təbii mənbəyi kimi qiymətləndirilir. 
Burada göstərilir ki, dövlətin əsas iqtisadi siyasətini vergilərlə xəzinənin doldurulması, düzgün 
idarəetmənin məqsədini isə əhalinin əməyi nəticəsində sərvətlərin artımı təşkil etməlidir. Bu və 
ya digər analitik mahiyyətlər təzahürlü olaraq qədim Hindistanda iqtisadi münasibətlərin 
inkişafına və iqtisadi düşüncənin sistemləşdiyinə bir daha aşkarlıq gətirir [3, 89]. 
Qədim dünyanın təsərrüfat və sosial həyatının prinsip və normaları sonrakı mərhələdə antik 
filosofların iqtisadi baxışlarında məzmunlu ifadəsini tapır. Antik dünya təsərrüfatçılığının 
təhlilinə vararkən bir daha vurğulanmalıdır ki, antik iqtisadiyyat ilə Asiya istehsal üsulu 
mahiyyətcə fərqli səciyyə daşıyırlar. Quldarlıq quruluşunu təşviq və təqdir etməsinə baxmayaraq 
antik iqtisadiyyat «despotlu» Asiya cəmiyyətindən demokratik hesab edilir. 
Antik iqtisadi fikir tarixi klassik mərhələdə, bizim eradan əvvəl V-IV əslərdə  məhşur 
filosof Sokratın tələbəsi olmuş Ksenofontun /b.e.ə. 430-354-cü illər/, Platon /b.e.ə. 424-347-ci 
illər/ və Aristotelin /b.e.ə. 384-322-ci illər/  əsərlərində geniş  təcəssüm olunaraq yüksəliş 
tapmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
13

 
 
 
 
 
 
 
 
Ksenofont    
 
 
 
Platon 
    
 
 
 
 
Aristotel 
 
Natural təsərrüfat quruculuğunun prinsipial tərəfdarı kimi tanınan Ksenofont özünün 
«Ekonomikas» traktatında ticarətin səmərəli aparılması, cəmiyyətdə  əmək bölgüsünün 
problemlərinin elmi izahını vermişdir. O əsərlərində quldarlıq cəmiyyətinin hüquqiliyini 
dəstəkləyərək istismarının stimullaşdırıcı metodları üzrə müvafiq məsləhət və tövsiyyəli 
təkliflərlə çıxış etmişdir. Ev təsərrüfatçılığının təhlili şərhini verərək Ksenofont bununla, həm də 
ilk dəfə dünya elminə «Ekonomika» terminini bəxş etmişdir [34, 131]. 
Antik dünyanın məhşur filosofu Platon isə ideal dövlət modelinin nəzəri yaradıcılarından 
hesab olunur. Platon özünün «Dövlət» və «Qanunlar» dialoqunda siniflərin və mülkiyyət 
bərabərsizliyinin aradan qaldırılması üsulunu vətəndaşların ictimai funksiyalarının dəqiq 
bölgüsünü reallaşdırmaqda görürdü. Onun fikrincə filosoflar və  hərbiçilər idarəetmə aparatını 
yaradırlar, torpaq sahibləri sənətkarlar və tacirlər təsərrüfatla məşğuldurlar, ağır işləri isə qullar 
görməlidirlər [127]. 
Platon fəlsəfəsində şəxsi mülkiyyət ittiham olunaraq hər şeyin dövlətə məxsusluğu təqdir 
edilirdi. Təyin edilmiş minimumdan artıq mülkiyyət dövlətə verilməli, insanların azadlığı 
məhdud, qanunlar sərt, ailə dövlətin nəzarəti altında olmalıdır. 
İlk utopiyalardan olan Platonun dövlət modeli total və demokratik kasad idi. Əslində bu 
utopizm mahiyyətcə primitiv kommunizm təsərrüfatı verirdi. 
Antik dünyanın nəhəng mütəfəkkiri Aristotel «Politika» və digər  əsərlərində iqtisadi 
qanunları təqqiq etməyə cəht etmişdir. Dövlətin mahiyyətini ümumi rifaha nailolma təşkil edilir. 
O sinfi qarşıdurmanı təcrid etməli, «orta» - sahibkar vətəndaşa istinad verməlidir. Qulu danışan 
silah hesab edən Aristotel natural quldarlıq təsərrüfat maraqlarını müdafiə edərək quldarlığı təbii 
sanmışdır. Mübadilə qanunlarını anlamağa cəht edən filosof əmtəənin ikili: istehlak və mübadilə 
dəyər malikliyinə təyinat vermişdir [8, 35]. 
Quldarlıq təsərrüfatının idarə olunmasının və  təşkilati problemlərinin həlli istiqamətində 
qədim romalılar müəyyən nailiyyətlər  əldə etmişlər. Daha yüksək və geniş motivasiyada bu 
problemlər Roma aqronomu porsilər nəslinin görkəmli nümayəndəçsi Mark Porsi Katonun /b.e.ə. 
234-149/ «Torpaqçılıq haqqında» əsərində şərh olunmuşdur. O, bu əsərində Roma imperiyasında 
hakim quldarlıq quruluşunda torpaqların, ümumilikdə  kənd təsərrüfatının idarə olunmasının 
təşkilati problemlərinin həllini açmağa səy göstərmişdir [34, 39]. 
Qədim Romanın mütəfəkkirləri Mark Terensi Varron /b.e.ə. 116-27/ 
«Kənd təsərrüfatı», Lyusi Yuni Moderat Kolumelli  /b.e.ə. I əsr/ «Kənd 
təsərrüfatı haqqında»  əsərlərində  və Qay Pliniyın /b.e.ə.24-79/ ensiklopedik 
yazılarında da quldarlıq təsərrüfatının idarə olunmasının və  təşkilati 
problemlərinin həlli istiqamətləri  şərhini tapmışdır.  Şəxsi mülkiyyət 
problemlərinin dərin təhlili Roma hüquqşünasları Georginin, Qayanın, 
Germogenin və digərlərinin  əsərlərində  əks olunmuşdur. Bununla belə qeyd 
olunmalıdır ki, antik iqtisadi fikrin işləmə verdiyi əsas istiqamət quldarlıq 
problemi olmuşdur [39, 127]. 
İlkin təsərrüfatçılıq dövrü daha çox şəxsi maraqlarda və dövləti obrazda çıxış etsə də onun 
təşəkkül və inkişaf proseslərinin sosial görüntüsünü inkar etmək olmaz. Əslində insanın 
təsərrüfat həyatı onun sosial qayğılarına xidmətdə bulunur. Təsərrüfat həyatının ilkin formalaşma 
məqamlarında da bu xətt kortəbii, dərin bərabərsizlik  şərtli olsa da yaşanmış  və sonrakı 
sivilizasiya paradiqmalarında təkmilləşərək nisbi təsisatlı xarakter almışdır. Primitiv sosial 
təyinatlar «Asiya istehsal üsulu»nu sınayanlar cərgəsində  və antik cəmiyyət sferasında da 
məhdud quruluşda təzahür etmişdir. Qədim dünyanın bütün dövlətlərində və yarımdövlətlərində 
 
14

 
 
ilkin konstitusiyan şərtlər, hüquqi aktlar gerçəkdən bəşər övladının iqtisadi və sosial həyatının 
normallaşdırılmasına yönəlmişdir. 
 
 
1.2. Konfessial iqtisadi sistemlər 
 
Təsərrüfat həyatının öyrənilməsində, sosial qayğının hesablanmasında başlıca mənbə 
olaraq dini kanonlara əsaslanan konfessial iqtisadi sistemlərin rolu da  mühüm  əhəmiyyətli 
olmuşdur. Məhz dini aspekt bu və digər miqyasda ayrı-ayrı dövlətlərin, 
regional coğrafi  ərazilərin və xalqların təsərrüfat həyatının, iqtisadi 
strukturunun formalaşmasında, sosial dirçəlişin inkişafında mühüm rol 
oynamışdır. Ümumilikdə konfessiyalar, dini yaranışlar bütün məkanlarda və 
zamanlarda sivilizasiyanın inkişafının 
ən fundomental qaynaq 
elementlərindən biri və  qətiyyətli olaraq birincisi olmuşlar. Din və dövlət 
vəhdəti vahidləşən sintezdə iqtisadi modelin nümunəsinə çevrilmişdir. 
Din dünyagörüşlər vəziyyətinin məcmui və bu çevrədən çıxış edən praktiki hərəkətlər 
sistemidir. Dini dünyagörüşdə ehtiva olunan mənəvi-əxlaqi dəyərlər təsərrüfat ukladının 
paradiqmasını  ərsəyə yetirmiş, sosial təkamülü irəliləyişlərə  səfərbər edərək, onun sonrakı 
inkişafında da öz strateci xəttini qoruyub saxlamışdır. 
Tarixi spektrdən yanaşdıqda yəqinliklə görünür ki, elə əski dövrlərdən xalqların təsərrüfat 
həyatlarında dini aspekt aparıcı təsirliliyi ilə dominantlıq təşkil etmişdir. Bu təsirliliyi müxtəlif 
konfessiyaların ali dini kitablarından aydınlıqla sezmək mümkündür. 
Qədim fələstin torpaqlarında yaşayan xalqların formalaşan iqtisadi 
münasibətlər sisteminin motivlərinin «İncil»də,
 
iudaizmə sitayişdə bulunan
 
qədim yəhudilərin sosial həyatında insan haqlarını  tərənnüm edən təsərrüfat 
etikasının prinsiplərinin «Tövrat»da geniş səpkidə əksi faktı belə fikirlərə daha 
dərin əsaslılıq verir. Bu kanonlardan qaynaqlanaraq qədim yəhudilərin sosial və 
iqtisadi həyat tərzi və  məxsusi təsərrüfat etikası  ənənəsini formalaşdırmış, 
ticarət sferasında pullardan faizlər alınması  əməliyyatlarının aparılması  fərqli 
iudey faiz kapitalının yaranışını təmin etmişdir. 
İncil»də
 
göstərilir ki, geyim, mənzil, əmək, istirahət və yaşayış haqları ədaləti ehtiva edir. 
Bütün sərvətlər tanrıya məxsusdur. İnsan öz torpağının, malqarasının və əmlakının sahibi deyil, 
onu idarə edəndir. Bununla belə bu təsərrüfat sistemində prinsipial olaraq borcların dövrü 
bağışlanması, qulların azad edilməsi, girov qoyulmuş torpaqların qaytarılması tələbli idi. Bu və 
ya digər müvafiq tələblərə riayət edərək təbii yolla varlanmış insanın sərvətləri  ədalətli hesab 
olunurdu [20]. 
Avropa xalqlarının da iqtisadi dövlət modeli xristianlıq  və onun 
təriqətləri zəminində nəzəri və empirik xarakter almışdır. Məhz xristianlıq 
dininin çevik çevrədə dövlətin siyasətə qatılması yeni iqtisadi bazisi 
formalaşdırmışdır. 
Erkən xristian ədəbiyyatlarında sosial qeyri-bərabərlik, 
təsərrüfatsızlıq mənəvi mühakimə olunur, ədalətli cəmiyyət yaranışının 
qaçılmazlığı göstərilirdi. Bu baxımdan qeyd olunmalıdır ki, xristianlıqın 
ilkin çağlarının radikal anlarını utopizm baxışlı meyarlar əks etdirirdi. 
Bərabərlik hüquqi ideyası ümumi əmək öhdəliyinin təsdiqliyi ilə bağlanır, 
əmək insanların həyati yaşayışının  əsasında dayanırdı. Elə bu gerçək bilinən yanaşmadan da 
bölgü əmək müqabilində aparılmalı prinsipi formalaşmışdı [89, 130]. 
Katolik, provaslav, protestant kimi baş  təriqətlərə bölünən böyük xristianlıq dini hər bir 
müvafiq cərəyana müqabil lokal və regional iqtisadi sistemin əsas komponentinə çevrilərək yeni 
tipaclı iqtisadi münasibətləri yaratmışdır.  İqtisadi spektrdə lakonik interpretasiyada xristianlıq 
özünün industrial təsərrüfatçılıq obrazı ilə seçilərək fərqlənmişdir. 
Qədim dünya xalqlarının daha çox məskun olduqları Asiya qitəsində  əkinçiliyin 
 
15

 
 
vüsətləndiyi zamanlarda ayrı-ayrı dini dünyagörüşlər, konfessial cərəyanləar dövlətin təsərrüfat 
həyatının davaranış normalarının ayrılmaz hissəsini təşkil etmişdir. Mərkəzi Asiyada geniş 
yayılan atəşpərəstlik - zərdüşlik dini burada mövcud dövlətlərin siyasi-iqtisadi və sosial 
sisteminin beşiyində dayanmışdır. Atəşpərəstliyin baş kitabı «Avesta»da iqtisadi etikanı 
tərənnümü geniş əksini tapmışdır [89]. 
Qədim  Şərq mədəniyyəti ictimai hökmranlıqla yanaşı, həm də  təbiət hakimiyyətindən, 
həyatın özünün sərt qanunlarından qurtulmaq istiqamətində daha radikal təlimlərin yaranışına 
zəmin olmuşdur. Təsadüfü deyil ki, bu təlimlər  əksərən qədim hind torpağında təşəkkül 
tapmışdır. Bu prinsipiallığa ümumi vəhdətdə hind təbiəti və onun sosial quruluşunun 
xüsusiyyətləri səbəb olmuşdur. 
Qədim Hindistanda iqtisadi-ictimai münasibətləri reqlamentasiya edən nəzəri hüqüqlar 
sisteminin mənbəyi dini etik normalardan qaynaqlanmışdır. Flora və fauna 
zənginliyi ilə yanaşı bol isti, fəsli dəyişən tropik leysanlar, cunqliya 
yırtıcılarının, zəhərli ilanların izafiliyi insanları təbiət qüdrətinin möhtəşəmliyi 
qarşısında sıxıntı  və  məyusluqlara düçar etmişdi. Belə reallıq təbiət 
qüvvələrinin tanrısal obrazlarının insan təxəyyülündə bütləşmiş yaranışının 
təcəssümünə gətirmişdir. Nəticəli olmaq etibarı ilə bu məkanda brahmanizm, 
buddizm, caynizm, induizm  fəlsəfəsi və dünyagörüşü dini çərçivədə  pərvəriş 
tapmışdır. Bu dünyagörüşün elastizmi və universallığı isə onun tez bir 
zamanda bütün dünyada yayılmasına rəvac vermişdir. Brahmanizim-induizm bütün Cənubi 
Asiyada reqionyaradıcı faktora çevrilərək bir çox etnosların birləşməsini təmin edərək yeni 
iqtisadi reallıqları  ərsəyə  gətirmişdir. Bu dinidünyagörüş Hindistinda buddizmi sıxışdıraraq 
hakim konfessiyaya çevrilmişdir. Hazırda o xalis formada yalnız Şri-Lankada qalmaqdadır 
Buddizm  Şərq fəlsəfəsi, mədəniyyəti və  hərb sənətində oyandığı rolu ilə birlikdə burada 
məskun xalqların təsərrüfat həyatında da mühüm izlər qoymuşdur. Lakin bununla belə xüsusi 
olaraq vurğulanmalıdır ki, Qədim Şərqdə buddizmə sitayiş edən xalqların təsərrüfat həyatı bu və 
ya digər nisbətdə «Asiya istehsal üsulu»na mütənasiblik təşkil etmişdir [3, 89]. 
Böyük Çin vadisində də xalqların iqtisadi həyatında dini dünyagörüşün rolu və əhəmiyyəti 
yüksək olmuşdur. Tarixən bir sıra ideoloji sistemlərin dəyişməsinə baxmayaraq Çində erkən 
formalaşan dini cərəyanlar və  təriqətlər daim möhtəşəm dövlətin iqtisadi siyasətinin 
prioritetlərini müəyyən etmişdir. Bir-biri ilə balanslaşaraq Çində 
müxtəlif dini-fəlsəfi cərəyanlar daosizmkonfutsianlıqmoizm, leqizm 
irearxial paternalizmin ideoloji, fəlsəfi və  nəhayət iqtisadi təməlinə 
çevrilmişdir. Qədim Çin təsərrüfatçılığının sürəkli kodeksi olmuş 
«Quan-tszı» traktatının da başlıca ideya xəttini müvafiq dini 
dünyagörüşlərin motivləri təcəssüm etdirir. Belə ki, traktatın 
fundomental bəndlərini - tanrının seçdiyi zəngin təbəqə olmadan ölkə 
 
16

 
 
heç bir gəlir  əldə edə bilməz imperativi rövnəqləndirir. Bununla belə müxtəlif dini fəlsəfi 
cərayanların hakim kəsildiyi Qədim Çində iki - legizm və konfutsiyanlıq dövləti idarəetmədə və 
xalqın təsərrüfat həyatında daha dərin iz buraxmışdır. B.e.ə. IV əsrdə leqizmin «konstitusiyası» 
sayılan «Şan vilayətinin hakiminin kitabı» traktatında Çin dövlətçiliyin siyasi-iqtisadi 
prinsiplərinin sosial tərənnümü əksini tapmışdır [89, 110]. 
Çin təsərrüfatçılığının iqtsadi formasının düzümündə buddizm yetərli iştirakı da 
danılmazdır. Dini çoxsaylılığı ümumi iqtisadi, sosial və siyasi həyatda bərabərləşdirmək üçün 
qədim Tan imperiyası üç təlim padişahlığı elan olunmuşdur. Bu proses isə öz növbəsində onların 
böyük bir makroregionda - Koreya və Yaponiyada da yayılmasını şərtəldirmişdir. 
Müsəlman  dünyasnın da təsərrüfat sisteminin özəkləri adekvat olaraq İslam dininin 
təməlləri üzərində qurulmuşdur. Belə adekvatlıq bu və ya digər çalarda, buddizm, iudaizm və 
başqa irili-xırdalı dinlərin areal zonasında da mövcud olsa da İslamda öz sosial, iqtisadi və 
hüquqi tutumluğu ilə köklü fərqlənmişdir. Bu ilk növbədə  İslamın iqtisadi etikasının 
bəşəriliyindən irəli gəlmişdir. Müsəlman xalqların təsərrüfat həyatının və sosial mədəniyyətinin 
formalaşmasında İslami etik dünyagörüşü bütün çevrələrdə hakim olmuşdur. 
Daha gənc din olan İslamın təsərrüfatçılıq prinsiplərinin 
mahiyyəti müqəddəs «Qurani Kərimdə» aydın və geniş  şərhini 
tapmışdır.  İslamın iqtisadiyyatının praktiki müstəvidə gerçəkləşən 
mahiyyətini isə empirik materiallarda axtarmaq gərəklidir. 
Müqəddəs kitabda ikram olunan qaydalar şəriət toplumunda şərh 
olunaraq aydınlığını artırmışdır.  Şəriət müsəlmanın hüquqlarının, 
sosial-iqtisadi həyatının normallaşması mexanizmi kimi İslam 
dövlətlərinin konstitusiya dayaqlarını təşkil etmişdir [1]. 
Dinin iqtisadi və sosioloji aspektdən tədqiqi sahəsində tam bir 
araşdırma sistemi formalaşmışdır. Lakin burada sosioloqlar iqtisadçılardan daha məhsuldar 
olmuş, konfessial sistemlərinin sosial mahiyyətinin açılışında davamlı səylər göstərmişlər. 
Dinlərin sosioloji aspektdən tədqiqi sahəsində geniş  fəaliyyəti ilə alman sosioloqu Maks 
Veber /1864-1920/ fərqlənmişdir. M.Veber ötən yüzilliklərin qovşağında fəaliyyət göstərmiş 
nəhəng sosioloqlardan hesab olunur. Onun tədqiqat şəbəkəsi yalnız sosiologiyanı deyil, həm də 
fəlsəfəni, siyasi iqtisadı, hüquq və tarixi əhatə edir. Neokantçılığa, 
neopozitivizmə yaxın olaraq marksizmin əlehinə  çıxış edən M.Veberin 
sosialogiyanı  təmsil edən  əsərləri sırasında dini sosiumla bağlı  tədqiqatları 
daha çox diqqəti cəlb edəndir. Bu toplumda «Dünya dinlərinin təsərrüfat 
etikası», «Siyasət peşə qabiliyyətidir» və «Elm sənət və peşədir» kimi əsərlər 
alimə daha çox məhşurluq gətirmişdir. Onun metodologiyası burcua 
sosiologiyası  və  fəlsəfəsinin inkişafına böyük təsir göstərmiş, təftişçiliyin 
ideya-nəzəri mənbələrindən olmuşdur [60, 127]. 
Dini dünyagörüşün sosial interpretasiyasında M.Veberlə eyni 
zamanlarda yaradıcılıq edərək eyni sırada dayanmış digər nəhəng düha fransız 
mütəfəkkiri Emil Dyürkqeyminin də /1858-1917/ müvafiq xidmətləri  əzəmətli olmuşdur. 
Alimlərn dininin sosioloji prizmadan şərhində  fərqli baxış nümayiş etdirmələrinə baxmayaraq 
onlar müqabil olan eyni məqsədləri izləmişlər. E.Dyürkqeym cəmiyyətin əsasını əmək bölgüsü 
təşkil edən qənaəti ilə dini cərəyanların sosial-iqtisadi həyatdakı rolunu dəyərləndirən baxışları 
ilə daha üstün olmuşdur. Onun «İctimai  əməyin bölgüsü», «Dini həyatın elementar formaları» 
əsərləri bu sferada ona uğurlar gətirmişdir [89]. 
Konfessial sistemlərin sosial sferada və  təsərrüfat həyatında rolu yalnız Avropa 
sentiristlərinin əsərləri ilə məhdudlaşmır. Hər bir dini dünyagörüş özünün etik, sosial, iqtisadi və 
başlıca olaraq bütün bü keyfiyyətləri ümumiləşdirən hüquqi normalarını birləşdirən din şərhçiləri 
və alimlər yetirmişlər. Bu baxımdan dinin sosial və iqtisadi aspektinin 
ilkin yaradıcı  dəyər mənbələrini də  həmən dinlərin bütün qanun və 
rituallarına  əməl edərək sitayişində bulunan almilərin tədqiqatlarında 
axtarmaq daha səmərəli və məhsuldardır. 
 
17

 
 
Tədqiqat araşdırması bir daha analitik yəqinliklərlə  əlavə edir ki, konfessiyalar xalqların 
iqtisadi həyatında, rifahın təminatında ukladlarının formalaşmasında mühüm izlər qoymuşdur. 
Bu izlər çağdaş zamanda da hakim olan iqtisadi model və mexanizmlərdə aydınlıqla sezilir. 
Onların təməl motivləri isə orta əsrlər intibahının iqtisadi təfəkküründən ətalətlənmişdir. 
Müasir dünya iqtisadiyyatına nəzər yetirdikdə görərik ki, istənilən iqtisadi modelin genetik 
kökləri və prinsipləri konfessial faktorlardan azad deyildir. Aparıcı iqisadi inkişaf etmiş ölkələrə 
hakim kəsilən və qloballaşma kontekstində planetar məzmun alan postindustrial cəmiyyətin 
formalaşmaqda olan iqtisadi paradiqması da dini etika üzərində  təkamül etməkdədir. Artıq bu 
cəmiyyətə total transformasiyada iqtisadi etik prinsip və standartlar alternativləri sırasında 
İslamın əsaslı yer tutacağı görünməkdədir. 
 
 
1.3.Orta əsrlər iqtisadi təfəkkürü və utopizm fəlsəfəsi 
 
Quldarlıq cəmiyyətlərinin çökməsi ictimai həyatın yeni şərtləri zəminində feodal 
epoxasının iqtisadi dönüşünü formalaşdırdı. Feodal iqtisadiyyatının bazisini kəndli və 
sənətkarların xırda istehsalı, feodalların torpaq mülkiyyəti və xarici iqtisadi əlaqələr zərurəti 
təşkil edirdi. Bununla belə natural təsərrüfatın hökm sürdüyü feodal iqtisadiyyatı  məxsusi 
xarakterli olaraq ruhanilərin yaranış verdikləri dini-ideoloji çərçivədə formalaşmışdı. Dini aspekt 
dünyanın müxtəlif guşələrində feodal cəmiyyətlərinin sosial, iqtisadi və hüquqi normalarını 
müəyyən edərək eyniyyətlər qədər də fərqlilikləri yaratdı. Bu oxşar və fərqlilik qlobal quldarlıq 
quruluşlarının feodal həyat tərzi ilə  əvəz olunan çağlarında bir-birindən xəbərsiz iki: Roma və 
Çin imperiyalarında və onların təsir sferasından kənarda da müvafiq təyinatlı idi. 
Erkən orta əsrlər fikir tarixinin təfərrüatları ilkin olaraq xristian teoloqu Avreli Avqustinin 
/354-430/  əsərlərində  əks olunmuşdur. «Dini inam olmadan bilik də, həqiqət də yoxdur» 
prinsiplərinə  əsaslan A.Avqustinin baxışları sxolastik mənbəli idi. O, əsərlərində, xüsusən də 
«Tanrı  şəhəri haqqında» traktatında dünya tarixi barədə xristian konsepsiyasının inkişafına bir 
daha yeni səylər göstərmiş, dini dünyagörüşün motivasiyasını  təbliq edən iqtisadi fikirlər irəli 
sürmüşdür A.Avqustinin iqtisadi baxışlar aşağıdakı istiqamətlərdə toplum olunur: 
 
əqli və fiziki əmək növləri eyni qiymətli olduğundan insanın cəmiyyətdəki 
vəziyyətinə təsir etməməlidir; 
 
zəhmətsiz qızıl-gümüş yığımı, faiz və ticari mənfəət qəbahətlidir; 
 
«ədalətli qiymət» əmtəənin istehsal xərclərinə müqabil qiymətidir. 
A.Avqustinin bu düşüncələri  əslində heç bir məxsusi iqtisadi effektivlik təşkil etməyərək 
zamanın xristian təyinatlı feodal baxışlarına mütənasib idi [60, 89]. 
Orta  əsrlər Avropasının nüfuzlu ideoloji avtoriteti, filosof-ilahiyyatçı, sxolastikanın 
sistemləşdiricisi və  tomizmin banisi kimi tanınan Foma Akvinat - Akvinski /1225-1274/ 
əsərlərində katolikizmi təbliq edərək iqtisadi və sosial təyinatlı baxışları ilə fərqlənmişdir. Ona 
daha çox iqtisadi məzmunluğu ilə  də seçilən «Teologiyanın məbləği» adlı 
traktatı geniş  şöhrət gətirmişdi [114]. Bu əsərdə F.Akvinat iqtisadi 
kateqoriyanın  əxlaqi etik xarakteristikası, dini və  təbii qiymətləri verilmiş, 
istehlak ödənişinin zəruri ilkin kateqoriyası kimi əməyin prioritetliyi önə 
çıxarılmışdı. Onun fikrincə cəmiyyət əmək bölgüsünə məruz qalaraq mübadilə 
tələb edir. Bu mübadilə isə öz növbəsində şəxsi istehlak və mənfəətin alınması 
formasında təzahür olunur. Birincisi təbii, ikincisi isə insanı  mənəvi  əxlaqi 
təmin etmədiyinə görə qeyri-təbiidir. F.Akvinat pullara dəyər və  tədavül 
vasitəsi kimi baxır və İslamda olduğu kimi ondan müamilə alınmasını tənqid 
edirdi. Bu baxış sələfi M.Avqustinidə də müvafiq nümayişini tapmışdı. Lakin bu İslami təməli 
prinsip Avropa iqtisadi həyatında real tətbiqli əksin tapmamışdır. 
Kapitalın ilkin yığımı, ictimai şüurun çevrilişi XV-XVII-ci əsrlərdə Avropada dərin 
təbəllüdatları genişləndirdi. Belə yaranış kapitalizmin tarix müqəddiməsinə çevrildi. Feodalizmin 
tənqidi ilk növbədə katolik kilsəsini hədəf seçdi. Bu məqamda islahat nəzəriyyəçiləri lüteranlıq 
 
18

 
 
təriqətinin banisi Martin Lüter /1483-1546/ və protestanlıq məzhəblərindən biri kalvinizm 
yaradıcısı Can Kalvin /1509-1564/ burcua sahibkarlığını  əsaslandırmaq üçün ilkin xristianlıq 
ideyalarından istifadə etdilər. Onlar katolik etikasından fərqli olaraq yeni təsərrüfat  əxlaqı 
formalaşdırdılar. Yeni təsərrüfat etikasının ideya xəttini insanların iqtisadi davranış normalarında 
düzgünlük, mötədillik, ehtiyatlılıq, qənaətçilik prioriteti, yaxşı  işləmə hesabına varlanmaq, 
xərclər heç zaman gəlirləri aşmamalı, pullar daim dövriyyədə olmalı, şübhəli sazişlər və özünü 
doğruldmayan risklərdən çəkinmək, aylıq hesablamalarla iş qurmaq kimi prinsipial tələblər təşkil 
edirdi. Bu isə o demək idi ki, aktiv partnyorlar seçimində ehtiyatlı, ağıllı riskə hazır olan yeni 
işgüzar insan tipi formalaşır [60]. 
İqtisadi fikir tarixinə bəşəri yaşayışın ədalətli sistemi haqqında arzuları ifadə edən utopik 
düşüncə  də hakim kəsilmişdir. Fərqli olaraq utopik düşüncə dünyanı dolğun dərk etmədən 
praktikanın dəyişməsinə səfərbərdir.  
«Utopiya» miqyaslı anlayışdır. Hərfi işarə «u» yunanca qeyri, «topos» isə torpaq deməkdir. 
Söz birləşməsində isə bu anlam heç yerdə olmayan torpaq mənasını verir. 
İqtisadi və utopik düşüncəni biri-birindən ayırmaq zərurəti vardır.  İqtisadi fikir təsərrüfat 
həyatının nəticələrinin praktiki tətbiqinə yönəlmiş  məqsəd anlamını daşıyır. Utopik sistem isə 
iqtisadi nəticələri nəzərə almayan humanist baxışları ifadə edən bəşəri yaşayışın 
rövnəqləndirilməsi arzularıdır. 
Utopiyanın iki formasını  fərqləndirirlər. Birinciyə görə  ədalətli cəmiyyətin uzun tarixi 
proses - xiliastik  tipi formasında qurulmalı, ikincidə isə müvafiq quruculuq 
qısa müddətdə dövlət hakiminin və ya partiyanın köməyi ilə - siyasi  tipdə 
qərarlaşmalıdır. 
Utopik ideyalar əslində daha dərin keçmişdə, «qızıl  əsr» soraqlı 
arzularda təşəkkül tapmışdır.  Şərq  şairlərinin  İslam intibahı epoxasında 
yaratdıqları poetik-fəlsəfi əsərlərində utopik cəmiyyət quruculuğunun bir sıra 
bədii mod  elləri tərənnüm olunmuşdur. 
Dahi Azərbaycan  şairi və filosofu Nizami Gəncəvi /1141-1209/ 
əsərlərində «sosial utopiya»nın  ən nümunəvi obrazlarından birini yaratmışdır.  Şair qəhrəmanı 
İskəndər fatehi azad cəmiyyət münasibətlərin hökm sürdüyü səadət ölkəsinə gətirərək göstərir ki, 
bəşəri dirçəliş  ədalətli  şah konsepsiyası ilə deyil, maddi və  mənəvi ideyaların tərənnümü ilə 
bağlıdır [27]. 
Utopik cəmiyyət quruluşu dolğun kompazisiyada orta əsrlər Avropasında Tomas Morun 
/1478-1535/ «Utopiya» və Tommazo Kampanellanın /1568-1639/ «Günəş  şəhəri»  əsərlərində 
geniş əksini tapmış və XIX-cu əsrdə Sen-Simon /1760-1825/, Şarl Furye /1772-1837/ və Robert 
Ouenin /1771-1858/ tədqiqatlarında yüksəliş zirvəsinə yetmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
Yüklə 5,12 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin