4.
Siyasət tövsiyəsi
Aşağıdakı praqraflarda yalnız bu məqalədə apardığımız təhlillər və qiymətləndirmələr
zamanı qarşılaşdığımız problemlər və onlarla bağlı görüləcək işlər sadalanmır. Biz statistik
məlumatların keyfiyyəti ilə bağlı məsələləri bir bütöv olaraq görürür və bu prizmadan mövzuya
yanaşmaq istəyirik. Belə ki, bu fəsildə əvvəlki bölmələrdə qeyd olunan problemlərdən və
gündəlik təcrübəmizdən yola çıxaraq bu məsələni daha geniş kontekstə qoymaq və müzakirə
etmək məqsədi güdürük.
İlk öncə, biznes fəaliyyəti ilə məşğul olan subyektlərin hesabatlılıq məsələlərinə və bu zaman
ortaya çıxan problemlərə nəzər yetirək. Bazar fəaliyyəti ilə məşğul olan iqtisadi və biznes
subyektləri bir sıra hesabatlar hazırlamağa və təqdim etməyə qanunla borcludurlar. Onlar
Vergilər Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna, əgər
subyekt kommersiya bankdırsa əlavə olaraq Mərkəzi Banka, və s. müxtəlif hesabatlar hazırlamalı
və təqdim etməlidir. Hesabatların sayının çoxluğu həm subyektlər üçün əlavə məsrəf və xərc,
həm də vaxt itkisidir. Bu həm də hesabatlar arasında eyni göstəricilərlə bağlı ziddiyətlərin ortaya
çıxmasına da qapı açan praktikadır. Qeyd etmək yerinə düşərdi ki, əksər hallarda hesabatların
təftiş olunması və yoxlanılması yalnız Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Təcrübə
göstərir ki, hesabatlar üzrə təftiş imkanının olması subyektləri göstərilən məlumatları düzgün və
səhih təqdim etməyə məcbur edən əsas faktordur. Əgər nəzərə alsaq ki, təftiş rıçaqı nə Dövlət
Statistika Komitəsinin, nə də digər qurumların əlində mövcuddur (VN istisna olmaqla), bu
zaman həmin qurumlara təqdim olunan məlumatların kefiyyətində problemlər olması təbiidir.
Həm tədqim olunan hesabatların sayının azaldılması, həm də onların təftiş imkanının (VN
tərəfindən) əldə əsas vasitə kimi saxlanılması üçün iqtisadi subyektlərin vahid hesabat forması
yaradıla bilər. Bu zaman iqtisadi subyektlər vahid hesabat formasını hazırlayar və dövlət
portalından həmin məlumatları sistemə yükləyə bilərlər. Belə olduqda müvafiq qurumlar həmin
portaldan zəruri məlumatları qəbul edə, onları icmallaşdıra və emal edə bilərlər. Qeyd etmək
lazımdır ki, belə praktikadan beynəlxalq təcrübədə geniş istifadə olunur.
Digər bir məsələ iqtisadi və maliyyə fəaliyyətinin uçota alınması ilə bağlıdır. Büdcənin
kapital xərcləri də daxil olmaqla bir sıra göstəricilərin dinamikasının təhlili göstərdi ki, onların il
ərzində volatilliyi yüksəkdir. Məqalədə rüblük göstəricilərdən istifadə etsək də, bu göstəricilərə
xas olan yüksək volatilliyi azaltmaq xeyli çətindir. Bunu yalnız ölkə iqtisadiyyatının gənc və
nisbətən doymamış iqtisadiyyat olmasına bağlamaq xeyli nikbin səslənir. Hesab edirik ki, bu
problem daha çox biznes subyektləri tərəfindən həyata keçirilən iqtisadi və maliyyə fəaliyyətinin
uçota alınması ilə bağlıdır. Məsələn, bununla bağlı bir faktı qeyd etmək kifayətdir - müvafiq
göstəricilərin aylıq dinamikasında daha kəskin volatillik müşahidə olunur və elə təkcə bu fakt
fəaliyyətin uçota alınmasında problemlər olduğunu nümayiş etdirir. Çox vaxt aylıq hesabat
təqdim edən subyektlər biznes fəaliyyətinin rübün sonuncu ayında, rüblük hesabat verənlər isə
ilin sonuncu rübündə baş verdiyini göstərirlər. Bu əksər hallarda onunla bağlı olur ki, biznes
subyektləri arasında pul və maliyyə hesablaşmaları həmin dövrlərə təsadüf edir. Lakin qeyd
etmək lazımdır ki, satılan mal və xidmətlərin uçota alınma dövrü pul və maliyyə
hesablaşmalarının baş verdiyi tarixlər kimi yox, onların təqdim edildiyi tarixlər kimi
göstərilməlidir. Bütövlükdə, bu problem yalnız biznes fəaliyyəti ilə məşğul olan subyektlər üçün
xarakterik deyil, eyni problemi hətta büdcə təşkilatlarının hesabatlarından da görmək
mümkündür (məsələn, büdcə xərcləri).
Qeyd etmək yerində düşərdi ki, əksər hallarda iqtisadi subyektlər öz biznes fəaliyyəti ilə
bağlı statistik məlumatların əhəmiyyətini tam qavramırlar. Ümumiyyətlə, sorğulardan da məlum
olur ki, ölkədə tanınmış şirkətlər nadir hallarda öz iqtisadi fəaliyyətini əhatə edən əsas
göstəricilər üzrə zaman sıraları formalaşdırır və onlar üzrə dinamik yenilənən və müntəzəm
istifadə olunan statistik məlumat bazası yaradırlar. Hesab edirik ki, bu həm də biznes fəaliyyəti
ilə məşğul olan şirkətlərin ictimai hesabatlılıq məsələsi ilə də əlaqəlidir. Qanunvericiliklə, birjada
iştirak edən şirkətlər, səhmdar cəmiyyətlər, kommerisya bankları və dövlət təşkilatları, və s.
müntəzəm hesabat verməklə mükəlləfdir. Lakin düşünürük ki, qanunvericiliklə bütün hüquqi
şəxslərə rüblük hesabat vermək mükəlləfiyyəti müəyyən olunması həm onların fəaliyyəti ilə
bağlı şəffaflığı artıracaq, həm də onların “qara qutu” olmaqdan çıxmasına və
rəqabətqabiliyyətliliyini yaxşılaşıdırmasına təkan verəcəkdir. Digər tərəfdən bu addım həm də
onların biznes hesabatı hazırlamaq, göstəricilər üzrə zaman sıraları qurmaq, biznes faəliyyətini
standard hesabat formasına salmaq, o cümlədən, göstəriciləri dövr ərzində analiz etmək
vərdişlərini püxtələşdirəcəkdir.
Yuxarıdakı paraqraflarda statistik məlumlatlarla bağlı keyfiyyət məsələsi daha geniş
perspektivdən təqdim olunur. Bununla birlikdə, biz bu məqalədə apardığımız təhlillər və
qiymətləndirmələr zamanı qarşılaşdığımız məsələlərdən də söhbət açmaq, problemləri bir az
spesifikləşdirmək istəyirik. Lakin bizim bu addımımız yuxarıda sadalanan məsələlərin
əhəmiyyətini azaltmaq və ya onlara xələl gətirmək məqsədi güdmür. Aydındır ki, biz burada
bütün statistik göstəriciləri təhlil edə, onlarla bağlı problemləri araşdıra bilmərik. Hesab edirik ki,
bizim bir sıra spesifik nümunələrlə üstündə duracağımız məsələləri digər göstəricilərə də şamil
etmək mümkündür.
Əvvəlki fəsillərdə də bəhs olunduğu kimi bir sıra göstəricilərin dinamikasına nəzər saldıqda
onların təməl iqtisadi proseslərlə bağlılığının zəif olduğu ortaya çıxır. Belə ki, bəzi göstəricilərin
dinamikasından dövr ərzində baş verən iqtisadi prosesləri oxumaq xeyli müşkül məsələyə
çevrilir. Qeyd edək ki, müxtəlif göstəricilər üzrə zaman sıralarının qurulması həmin göstəricinin
dinamikasında mövcud olan anomaliyaları və ekstrim qiymətləri aşkarlamağa xeyli yardım
göstərir. Belə zaman sıralarının qurulması vasitəsi ilə bir sıra göstəricilərin, məsələn, sənaye
istehsalı və ÜDM-in aylıq həcmlərində, həmçinin büdcə xərclərinin rüblük və aylıq həcmlərində,
və s. mövcud olan anomaliyaları görmək mümkündür. Yuxarıda da qeyd olunduğu kimi
göstəricilərin dinamikasındakı belə anomaliyalar çox vaxt şirkətlərin uçota alma təcrübəsi və
biznes fəaliyyətinin baş vermə dövrünün rəsmiləşdirməsi ilə birbaşa bağlılıq göstərir. Məsələn,
sənaye istehsalının həcminin hesabatlılığı elektron formada portal üzərindən həyata keçirilir.
Şirkətlər aylıq hesabatlarını portal üzərindən təqdim etsə də, əvvəlki aylarda verdiyi hesabatlara
düzəliş etmək imkanları yoxdur. Lakin düşünürük ki, şirkətlərin düzəliş və ya reviziya imkanının
olması həmin göstəricilərin aylıq volatilliyini azaltmağa kömək edərdi.
Ümumiyyətlə, öncəki illərin təcrübəsi göstərir ki, DSK-nın düzəliş və reviziya praktikası
nadir hallarda müşahidə olunur. Məsələn, ÜMD-in artım tempi ilə bağlı açıqlanan məlumatlara
çox az düzəliş olunur. Belə praktika, ola bilər ki, ictimaiyyətdə müvafiq düzəlişlərə tolerantlığın
aşağı olması ilə bağlıdır və ya ictimai çaşqınlığın qarşısını almaq məqsədi güdür. Lakin
beynəlxalq təcrübədə statistik göstəricilərə reviziya praktikası çox normal hal hesab olunur.
Məsələn, ABŞ təcrübəsinə görə, əsas statistik göstəricilərdən biri olan ÜDM rüblük əsasda
açıqlanır. Belə ki, əvvəlki rübün ÜDM-i üzrə ilkin göstərici həmin rübdən sonrakı birinci ayın
sonunda, birinci dəqiqləşdirmə ikinci ayın sonunda, ikinci dəqiqləşdirmə isə üçüncü ayın
sonunda həyata keçirilir. Bundan başqa altı ay sonra bu göstərici bir daha reviziya olunur və bu
proses bir də beş ildən sonra təkrarlanır.
Statistik məlumatların hazırlanması zamanı heç də az əhəmiyyətli məsələ olmayan
metodologiya məsələsini də qeyd etmək zəruridir. Həmin məlumatları hazırlayarkən DSK əksər
hallarda beynəlxalq praktikanı meyar kimi qəbul edir və göstəriciləri müvafiq metodologiyalar
əsasında hesablayır. Statistika komitələrinin istifadə etdikləri metodologiyaların belə
harmonizasiyası ölkələr arasında qarşılıqlı müqayisələrin və təhlilərin aparılmasına xidmət edir.
BVF, Dünya Bankı, İİƏT və digər beynəlxalq təşkilatlar metodologiyaların belə harmonizasiyanı
təşviq edir və dəstəkləyirlər, həmçinin onlara təqdim olunacaq hesabatların həmin
metodologiyalar əsasında hazırlanmasını tələb edirlər. Məsələn, DSK bir sıra göstəricilərin
(ÜDM, sənaye istehsalı, və s.) real artım tempini hesablayarkən beynəlxalq praktikada az təsadüf
edilən metodologiyaya müraciət edir. DSK göstəricinin “dövrün dövrə” artım tempini göstərir və
bu zaman baza dövrü bəzən sürüşərək aylara görə dəyişir, bəzən də illərə görə fərqlilik nümayiş
etdirir. Lakin DSK BVF-yə hesabat təqdim edərkən onun tələbi əsasında ÜDM-i, sənaye
istehsalını, və s. sabit qiymətlərlə (məsələn, 2005-ci ilin orta qiymətləri ilə) hesablayır.
9
Qeyd
etmək lazımdır ki, “dövrün dövrə” statistikası və müvafiq metodologiya bu göstəricilər üzrə
kumulyativ sıraların qurulmasına imkan vermir. Belə olan hallarda həmin göstəriciləri
ekonometrik modellərə daxil etmək və ya beynəlxalq müqayisələr üçün istifadə etmək xeyli
çətinləşir.
Hesab edirik ki, DSK-nın beynəlxalq təcrübəyə əsaslanaraq sabit qiymətlərlə və ya sabit
çəkilərlə indeks hesablamaq praktikasına tədricən keçid etməsi təqdirəlayiq haldır. Aydındır ki,
köhnə praktika beynəlxalq təşkilatlar, həmçinin model qurucular, empirik tədqiqatlarçı və
təhlilçilər üçün çətinliklər törədir. Məsələn, İQİ göstəricisinin hesablanması Laspeyres indeksi
9
BVF-nin ölkə üzrə 2014-cü il oktyabr hesabatında milli hesablar sisteminin harmonizasiyası ilə bağlı hələ
görüləcək bir sıra işlərin mövcud olduğu qeyd olunur: “Statistik məlumatların beynəlxalq standardlara uyğun olaraq
toplanması siyasət qurucuları və investorların daha informativ qərarlar verməsinə imkan verəcəkdir. BVF-nin
texniki yardımına söykənən müştərək səylər statistik məlumatların generasiyasını, xüsusilə milli hesablar, fiskal
statistika və beynəlxalq investisiya vəziyyəti ilə bağlı məlumatların hazırlanmasını yaxşılaşdırmağa yardım
edəcəkdir.”
əsasında həyata keçirilir. Lakin istehlak səbətinə daxil olan mal və xidmətlərin çəkiləri
müntəzəm olaraq (ən azı illik əsasda) dəyişir. Belə olan halda İQİ-də baş verən dəyişmələr təkcə
qiymət dəyişmələrini deyil, həm də çəki dəyişmələrini də əks etdirir. DSK çəki dəyişmələrini ev
təsərrüfatları sorğuları əsasında müəyyənləşdirdiyini qeyd etsə də, hesab edirik ki, belə çəki
dəyişmələrinə müntəzəm müraciət olunması praktikası yenidən nəzərədən keçirilməlidir.
Problemlər yalnız aqqreqatlaşımış göstəriciləri təhlil etdikdə ortaya çıxmır. Tam tərsinə,
həmin göstəricilərin alt komponentlərinin təhlili digər problemləri də işıqlandırmağa xidmət edir.
Məsələn, ÜDM-in xərc metodu əsasında hesablanması BVF-nin tələbi əsasında həyata keçirilir.
Bu zaman onun alt komponentlərinin cari qiymətlərlə müvafiq həcmi göstərilir. Həmçinin, ev
təsərrüfatlarının istehlakı da müvafiq metodologiya əsasında qiymətləndirilir. Dünya Bankı ev
təsərrüfatları sorğusu metodologiyasında bir sıra problemlərin mövcud olduğunu qeyd edir.
Məsələn, müvafiq hesabata görə ev təsərrüfatlarının istehlak üzrə Cini əmsalı “... ölkələr üzrə
müşahidə olunan ən kiçik Cini əmsallarından biridir”. Hesabatda ev təsərrüfatları sorğusunda
mövcud olan problemlər daha çox istifadə olunan metodologiyalara bağlanır. Qeyd etmək yerinə
düşərdi ki, DSK ev təsərrüfatları ilə bağlı sorğuları təfsilatı ilə ictimaiyyətə açıqlamır. Belə ki,
çox nadir hallarda tədqiqatçılar hər bir ev təsərrüfatı səviyyəsində məlumat bazasına çıxış imkanı
əldə edirlər.
10
Qeyd etmək lazımdır ki, BVF-nin tələbi əsasında hesablanan göstəricilər müntəzəm qaydada
təqdim olunmur. Düzdür, DSK daha çox köhnə metodologiya ilə məlumatları müntəzəm
qaydada təqdim edir və daha çox buna məsuldur. Lakin nəzərə alsaq ki, beynəlxalq qurumlar,
tədqiqatçılar və model qurucuları bu göstəricilərdən müntəzəm istifadə edir, bu zaman həmin
göstəricilərin nəşr qrafiki xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, siyasət qurucularına
əvəzolunmaz material təqdim edən proqnozlaşdırma işi məlumatların müntəzəm yenilənməsi və
nəşr olunmasından əhəmiyyətli asılıdır.
Ümumiyyətlə, bu məqalədə apardığımız müxətlif qiymətləndirmələr göstərdi ki, statistik
göstərcilər arasında qarşılıqlı asılılıqlar zəifdir. Həmçinin, qeyd olunduğu kimi, istifadə olunan
göstəricilərin volatilliyinin böyük olması proqnoz intervallarının da əhəmiyyətli genişləməsinə
gətirib çıxarır. Təhlillər göstərir ki, xüsusilə son dövrlərdə bir sıra əsas göstəricilərin
proqnozlaşdırılabilmə qabiliyyəti xeyli pisləşmişdir (məsələn, q/n ÜDM, inflyasiya, və s.).
Bütün bunlar statistik məlumatlarla bağlı keyfiyyət problemlərinə işarə edir və göstərir ki, belə
əhəmiyyətli sahədə ciddi irəliləyişlərin əldə olunması üçün xeyli iş görülməlidir.
Burada xüsusilə büdcəni gəlir və xərc göstəricilərini vurğulamaq yerinə düşərdi.
Gözləntilərin əksinə, qiymətləndirmələr göstərir ki, bu göstəricilərin iqtisadi fəaliyyətlə əlaqəsi
10
İlk əvvəllər DSK və Dünya Bankı ev təsərrüfatları sorğusunu birgə keçirirdi. Bu zaman həmin sorğuları ev
təsərrüfatları səviyyəsində və təfsilatlı əldə etmək imkanı mövcud idi. Son dövrlərdə DSK həmin sorğuları artıq özü
təşkil edir və ev təsərrüfatları səviyyəsində məlumatları ictimaiyyətə açıqlamır. Hesab edirik ki, bu məlumatlar
konfidensial hesab oluna bilməz. Belə ki, həmin sorğuda iştirak edən hər bir ev təsərrüfatı kodlaşdırılır və bu zaman
istifadəçilərin hər hansı şəxsi məlumatı əldə etmək imkanı yoxdur.
zəifdir. Buna misal olaraq yuxarıda da qeyd olunduğu kimi q/n ÜDM-i ilə büdcənin kapital
xərcləri arasında qarşılıqlı asılılıqların olmamasını göstərmək olar. Çox təəccüblüdür ki,
büdcənin kapital xərclərinin q/n sektorunun əsas lokomativi olmasını güman etməyimizə
baxmayaraq belə nəzəri asılılıqlar müvafiq statistik göstəricilər arasındakı əlaqələrdə öz əksini
tapmır. Digər tərəfdən büdcə xərclərinin q/n ÜDM-dən asılılığı da zəifdir. Belə ki, büdcə
xərclərinin əsas gəlir mənbələrindən biri olan büdcənin vergi gəlirləri q/n ÜDM-dən zəif asılılıq
nümayiş etdirir. Halbuki büdcə gəlirlərinin vergi bazası elə məhz q/n iqtisadi fəaliyyət sahəsini
əhatə edən q/n ÜDM-dir.
Hesab edirik ki, statistik məlumatların əhəmiyyətinin ictimaiyyət tərəfindən anlaşılmasında,
həmçinin müvafiq qurumlar tərəfindən onların əhəmiyyətinin anlatılmasında da problemlər
mövcuddur. Bu nöqsanların aradan qaldırılması üçün hazırlanan tədbirlər paketi subyektlərə
statistik məlumat bazası ilə işləmək, hesabat hazırlamaq, müxtəlif göstəricilər üzrə zaman sıraları
qurmaq, və s. kimi vərdişlərin öyrədilməsi və onların bu sahədə savadlılığının artırılmasını
qarşısına məqsəd qoymalıdır. Ümumiyyətlə, cəmiyyətdə hesabatlılıq vərdişlərinin yaradılması,
statistik məlumatların əhəmiyyətinin və şəffaflığın təbliğ olunması statistika qurumlarının
qarşısında duran mühim vəzifələrdən biri hesab oluna bilər.
Qeyd etmək istərdik ki, yuxarıda bəhs olunan məsələlər müvafiq qurumlar üçün göstəricilərin
keyfiyyətinin yaxşılaşdırılması və mövcud metodologiyatların təkmilləşdirilməsi istiqamətində
atılacaq addımlar və görüləcək işlər üçün ilkin çərçivə rolunu oynaya bilər. Lakin sonralar ölkə
üzrə statistik məlumatların keyfiyyətinin yaxşılaşdırılması üçün geniş platformada, statistik
hesabat təqdim edən subyektlərin və qəbul edən qurumların iştirakı ilə təfsilatlı yol xəritəsi
hazırlana bilər.
Dostları ilə paylaş: |