Ədalət Muradov: “Fəaliyyətimizi əmək bazarının tələblərinə uyğun qurmağa çalışırıq” Fərid Əhmədov



Yüklə 11,79 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix14.01.2017
ölçüsü11,79 Mb.
#5434
1   2   3   4   5   6   7   8   9   10

EcoVision

Robin Şarma 

Mümin Sekman 

Uğur qazanmaq üçün 200 

məsləhət 

Her Şey Beyinde Başlar 

Həqiqətən oxumağa dəyər. Vərdiş etdiyiniz həyat tərzi sizi 

bezdiribsə, onu dəyişmək üçün bunu mütləq oxuyun! Uğurlu 

insan olmaq üçün riayət etməli olduğunuz əsas həyat prin-

sipləri kitabda qısa məsləhətlər şəklində verilib. Onlar sizə 

yalnız o halda kömək edəcək ki, təkcə oxumaqla kifayətlən-

məyib, istifadə etməyi də sınayacaqsınız. Sadəcə oxuyun, özü-

nüz üçün mütləq nə isə tapacaqsınız.

Her şey beyinde başlar.

Başarı, mutluluk, huzur beyinden gelir.

İnsanın karakteri, kararları, kaderi kafasında şekillenir. 

Bazıları baştan kazanırken, bazıları ‘kafadan’ kaybeder!

Beyin vücudun % 2’si olsa da, geri kalan % 98’i yönetiyor.

Önemli bir iş yaptığından başımızın üstünde yeri var!

Aklın makinesi olan beyin herkese ‘bedava’ veriliyor!

Çoğumuz onu nasıl çalıştırmak gerektiğini öğrenmiyoruz.

O da kafamızın içinde, kafasına göre çalışıyor!

Ürettiği duygu ve düşüncelerin sonucunu ise biz yaşıyoruz.

Biz onu kullanmasak da o bizi kullanmaya devam ediyor. 

Ne düşüneceğimizi, ne yapacağımızı belirliyor.

Bu kitap beyne, beyni anlatıyor. 

Aklını başına toplamak ve hayatını ‘baş’tan aşağı değiştirmek 

isteyenler için....

•  Xırda məsələlərin sizi böyük problemlərdən yayındırmasına 

imkan verməyin. Vaxtı idarə etmək həyatı idarə etmək demək-

dir, ona görə də öz vaxtınızın qayğısına qalın. 

•  Diqqətinizi nədə cəmləyirsinizsə, onu da əldə edirsiniz. Müs-

bət şeylər axtarırsınızsa, müsbət şeylər tapacaqsınız. 

•  Dedi-qodu və ya fikrinizcə səhvə yol vermiş insanları məzəm-

mət etmək kimi vərdişlərinizdən, şikayət etməkdən əl çəkin, 

gülərüz, çalışqan və güclü şəxsiyyətə çevrilin. Bununla da di-

gər insanlara güclü təsir etmiş olacaqsınız. 

•  Yalnız nə isə öyrənə biləcəyiniz, enerjinizi öz şikayətləri və pis 

əhvalı ilə tükətməyəcək müsbət və toparlanmış insanlarla tə-

masda olun. 

•  Söhbət yaxşılıqdan gedəndə gül kimi zərif, prinsiplərdən ge-

dəndə şimşək kimi kəskin olun. 

•  Həmişə bir qədər təmkinli olun. Heç kimə sizin haqqınızda hər 

şeyi bilməyə imkan verməyin. Bir qədər sirli və müəmmalı in-

san təəssüratı yaradın. 

•  İşdə, sevgidə və həyatda möhkəm və ədalətli olun. 

•  Hamının sizi soyuq başlı, isti qəlbli və gözəl xasiyyətli adam 

kimi tanımasına nail olun. 

•  Az yatın, az xərcləyin, çox iş görün, çox yaşayın və əzəmətli 

olun. 

“Yavaş yavaş ölürler

Seyahat etmeyenler.

Yavaş yavaş ölürler

Okumayanlar, müzik 

dinlemeyenler,

Vicdanlarında hoşgörüyü 

barındırmayanlar.

Yavaş yavaş ölürler

Alışkanlıklarına esir olanlar,

Her gün aynı yolları yürüyenler,

Ufuklarını genişletmeyen ve 

değiştirmeyenler,

Elbiselerinin rengini bile değiştirme 

riskine giremeyenler,

Bir yabancı ile konuşmayanlar.

Yavaş yavaş ölürler

Heyecandan kaçınanlar,

Tamir edilen kırık kalplerin 

gözlerindeki parıltıyı görmek 

istemekten kaçınanlar.

Yavaş yavaş ölürler

Aşkta ve işte bedbaht olup yön 

değiştirmeyenler,

Rüyalarını gerçekleştirmek için risk 

almayanlar,

Hayatlarında bir kez dahi mantıklı 

tavsiyelerin dışına çıkmamış 

olanlar".

kitablar


52

say 24 | 



EcoVision

Süleyman Dəmirəl

 

xatirələrdə

Türkiyə


 

Cümhuriyyətinin  9-cu  Prezidenti,  Azər-

baycan Türkiyə İş Adamları Birliyinin fəxri 

üzvü, ATİB-in təsisçisi olduğu Azərbaycan Türkiyə Tarixi Araşdır-

malar Fondunun (ATAF) Himayəçilik Şurasının sədri cənab Süley-

man Dəmirəlin vəfat xəbəri hər birimizi son dərəcə sarsıtdı.  

Yalnız  Türkiyənin  deyil,  bütün  Türk  dünyasının  böyük  bir  li-

deri olan Süleyman Dəmirəl dövlət xadimi, siyasətçi, cəsarətli və 

mübariz insan kimi Türkiyə və türk dünyası üçün vacib xidmətlər 

göstərib.  Onun  Azərbaycan  və  Türkiyə  arasında  iqtisadi  əlaqələ-

rin  genişlənməsində  və  inkişafında,  xüsusilə  də  Azərbaycanın 

müstəqilliyini qazandığı ilk illərdə Türkiyə iş adamlarının ölkəmiz-

də fəaliyyət göstərmələri üçün təşviq edilməsində rolu danılmazdır.

Süleyman  Dəmirəl  ATİB-in  fəaliyyətinə  də  öz  dəstəyini 

əsirgəməmiş, Birliyimizin nümayəndə heyətlərini mütəmadi 

qəbul edərək öz qiymətli tövsiyələrini vermişdir. ATİB bun-

dan sonra da öz fəaliyətində həmin dəyərli tövsiyyələri rəh-

bər tutmağa çalışacaqdır.

Onun əziz xatirəsi qəlblərimizdə həmişə yaşayacaqdır.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan  Türkiyə  İş  Adamları  Birliyinin  sədri  Cemal 

Yangın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyin-

də bu ölkənin IX Prezidenti Süleyman Dəmirəlin vəfatı ilə 

əlaqədar açılmış anım dəftərinə öz ürək sözlərini yazdı.

ATİB sədri Süleyman Dəmirəlin 

vəfatı ilə əlaqədar anım dəftərinə 

ürək sözlərini yazdı

say 24 | 

EcoVision

53


ÇƏHRAYI

Çəhrayı  rəngin  sakitləşdirici  təsiri  var-

dır. Araşdırmalar göstərir ki, bu rəng insan-

ları sakitləşdirir və qəlbləri yumşaldır. Bir 

həbsxanada qapı və pəncərə barmaqlıqları 

çəhrayı rəngə boyandığına görə məhbusla-

rın aqressiv davranışlarının azaldığı müşa-

hidə edilmişdir. Çəhrayı rəngli bir otaqda 

insanın  əsəbiləşməsi  qeyri-mümkündür. 

Çəhrayının  insanlar  üzərində  enerjini 

çəkən sakitləşdirici rolu var.

Muhterem Öz

Zivella ofis mebelləri- 

mağaza və satış müdiri

Rənglərin

insan həyatında rolu

MAVİ

İş görüşmələrinə gedərkən mavi rəngli 

geyimlərdən istifadə etməklə qərarlılığınızı 

və bağlılığınızı ifadə etmiş olarsınız. İnsan-

lar  mavi  rənglə  yazılmış  yazıları  daha  çox 

yadda  saxladıqları  üçün,  iş  otaqlarınızda 

mavi rəngə üstünlük verməyiniz məsləhət-

dir.  İşləyərkən  yadda  qalması  zəruri  olan 

qeydlərin altından qalın mavi qələmlə xətt 

çəkmək oxuduqlarınızın ağlınızda qalması-

nı asanlaşdırar. Açıq mavi tünd mavinin ək-

sinə olaraq daha rahatladıcı rəngdir. Ayrıca, 

mavi rəng təbii iştahkəsicidir. Çəki proble-

mi  olanların  evlərini  mavi  rəngə  boyama-

ları  onların  zəifləmələrinə  səbəb  ola  bilər. 

Buna görə də çəki problemi olanlar xüsusilə 

yemək otaqlarını və mətbəxi mavi rəngə bo-

yamalıdırlar. Həmçinin müştərilərinin daha 

çox  yeməsini  istəyən  restoran  idarəçiləri 

mavi rəngdən istifadə etməməlidirlər. Mavi 

və açıq mavi rənglərlə boyanmış mühitlər 

hər zaman performansı artırır.



QIRMIZI

Bu rəngin tez qərar qəbulunda böyük 

təsiredici rolu vardır. Qırmızı rəngdə olan 

sözlər  və  aksesuarlar  diqqəti  daha  tez 

cəlb edir. Dekorasiya və dizaynda qırmızı 

cisimlərin mükəmməl olması çox vacibdir. 

Bundan əlavə, qırmızı rəng qan dövranını 

və tənəffüsü sürətləndirir. Qırmızı həm də 

hakimiyyət rəmzi olan rəngdir.

SARI

Söhbət  sarı  rəngdən  gedirsə,  seçilən 

tonlar çox vacibdir. Sarı rəngin az miqdar-

da istifadəsi səmimi mühit yaradır. Parlaq 

limon sarısı gözü ən çox yoran rəngdir. Eyni 

zamanda sarı rəng metabolizmi sürətlən-

dirir.  İştahaçıcı  rəng  olduğundan  mətbəx 

və restoranlarda istifadə edilə bilər. Ayrıca, 

sarı vərəqli qeyd dəftəri və kompüter ek-

ranında sarı rəngli arxa fon beyni və göz-

ləri yorduğu üçün məsləhət görülmür. Bu 

rəngə üstünlük verənlər sərbəstliyi sevən 

və dəyişikliklərdən zövq alan insanlardır.

YAŞIL

Yaşıl  gözlər  üçün  ən  rahat  və  görmə 

qabiliyyətini  artıran  rəngdir.  Bu  rəngə 

xəstəxanalarda  daha  çox  rast  gəlinir.  Sə-

bəbi  isə  yaşıl  rəngin  sinir  sisteminə  sa-

kitləşdirici  təsir  buraxması  və  xəstələri 

rahatlatmasıdır.

AĞ VƏ QARA

Bu rənglər hər zaman ciddiyyətə diqqət 

çəkir.  Qara  –  dizaynlarda  ana  rəng  olaraq 

çox istifadə olunmur. Konsentrasiya üçün ən 

uyğun rəng olmasına baxmayaraq, iş mühi-

tində geniş istifadə olunması məsləhət de-

yil. Geyimlərdə bu rəngə daha çox üstünlük 

verilir.  Ağ  rəng  saflığı,  təmizliyi  ifadə  edir. 

Buna görə tibb işçiləri steril olmaq üçün hər 

zaman ağ geyimdə olurlar. Ağ rəng işığı əks 

etdirir və mühiti sərin saxlayır. Ümumi ola-

raq isə mühitə sərinlik və canlılıq hissi verir. 

Məkanları olduğundan böyük, lakin soyuq 

göstərir və ətrafda boşluq duyğusu yaradır. 

Ağ  fonda  olan  sahələrə  rəngli  mebellərlə 

canlılıq gətirə bilərsiniz.



BƏNÖVŞƏYİ

Bu rəngdən istifadə etməklə siz otağa 

zənginlik, rifah və dərin bir məna qatmış 

olarsınız.  Bənövşəyi  zadəganlıq  rəngi 

kimi tanınır. Dəbdəbəli həyatın, zənginlik 

və zərifliyin işarəsidir. Bəzi insanlar bə-

növşəyi  rəngdən,  dəbdəbənin  göstərişi 

olduğundan, dekorasiyada istifadə etmə-

yi  sevirlər.  Bənövşəyi  rəng  yaradıcılığın 

və sənətin rəngidir.



QƏHVƏYİ

Qəhvəyi  torpaq  və  taxta  rəngidir.  Bu 

rəng təbii, rahat və açıq bir atmosfer yara-

dır. Qəhvəyi rəng insanlarda güc və güvən 

hissi yaradır.

məsləhət


54

say 24 | 



EcoVision

maraqlı

10 fərq


Orta təbəqə ilə zəngin insanlar arasındakı 

1. Orta təbəqə rahatlığı, zənginlər 

narahatlığı seçir  

DÜNYADAKI ƏN ZƏNGİN 85 ŞƏXSİN SƏRVƏTİNİN DÜNYA ƏHALİSİNİN YARISININ, 

YƏNİ YOXSUL İNSANLARIN ÜMUMİ SƏRVƏTİNƏ BƏRABƏR OLDUĞUNU BİLİRDİNİZMİ?

SON MƏLUMATLARA GÖRƏ, ORTA TƏBƏQƏYƏ AİD İNSANLARIN SAYINDA AZALMA 

MÜŞAHİDƏ OLUNUR. ƏGƏR SİZ NƏ YOXSUL, NƏ DƏ ZƏNGİN DEYİLSİNİZSƏ, O ZAMAN 

QƏRAR VERMƏLİSİNİZ: GƏLƏCƏKDƏ ZƏNGİN, YOXSA YOXSUL OLMAQ İSTƏYİRSİNİZ? 

ZƏNGİN OLMAQ İSTƏYİRSİNİZSƏ, ZƏNGİNLƏR KİMİ DÜŞÜNMƏYƏ BAŞLAMALISINIZ. 

BELƏLİKLƏ, ORTA TƏBƏQƏ VƏ ZƏNGİN İNSANLAR ARASINDAKI 10 FƏRQƏ DİQQƏT 

YETİRƏK:

Təhlükəsiz işdə çalışmaq, o cümlədən 

başqası  üçün  çalışmaq  rahatdır.  Orta  tə-

bəqə rahatlığın xoşbəxtlik gətirdiyini dü-

şünür, zənginlər isə narahat vəziyyətlərdə 

qeyri-adi şeylər olacağını bilirlər. Öz işini 

qurmaq riskdir və risklər gərginlik, nara-

hatlıq yaradır, ancaq kiçik risklər qazan-

dırır  və  böyük  nəticələrə  gətirib  çıxarır. 

Əgər zəngin olmaq istəyirsinizsə, “rahat-

lıq bölgəsi”ndən çıxın. Zəngin olmaq üçün 

bir az da narahat olmağınız gərəkdir. 



 “İnvestisiya qoyarkən rahat olanlar nadir 

hallarda qazanırlar”.  

Robert Arnott

56

say 24 | 



EcoVision

maraqlı 

2. Orta təbəqə qazandığından çox, 

zənginlər qazandığından az xərcləyir

3. Orta təbəqə şirkət nərdivanlarını çıxır, 

zənginlərin öz nərdivanları var

4. Orta təbəqə hər kəslə dostdur, zənginlər 

isə dostlarını məntiqlə seçirlər

Adətən, zənginlər bahalı əşyalara üs-

tünlük vermir, pullarını passivlərə xərc-

ləmirlər. Onlar vəsaitlərini aktivlərə ya-

tırır və qazandıqlarından az xərcləyirlər. 

Unutmayın, bir milyon dollar qazanır və 

ildə  bir  milyon  dollar  xərcləyirsinizsə, 

deməli, pulsuzsunuz. 

Orta təbəqə başqası üçün çalışmağa me-

yillidir. İşləri, karyeraları var. Zənginlər isə 

öz  işlərinin  sahibi  olmağa  çalışırlar.  Orta 

təbəqə kimi şirkət nərdivanlarını çıxmırlar, 

çünki  öz  nərdivanları  var.  Zənginlər  daha 

çox gəlir əldə etmək üçün daha çox insanın 

onlar üçün çalışmalı olduğunu bilirlər. 

Zənginlər  bilirlər  ki,  ətraflarında  müvəf-

fəqiyyət qazanmış insanlar olarsa, bu, onlara da 

təsir edəcək. Eyni zamanda ətraflarında işdə əli 

gətirməyənlərin olmasının da uğursuzluqlarına 

səbəb olacağını başa düşürlər. Gəliriniz ən yaxın 

üç yoldaşınızın gəlirinin ortalamasıdır. Daha çox 

pul  qazanmaq  istəyirsinizsə,  sizdən  daha  çox 

pul qazananlarla yaxınlıq etməlisiniz. 

“Dünyanın ən zəngin insanları şəbəkələr axta-

rar və qurarlar; geri qalan hər kəs iş axtarır”.

Robert Kiyosaki

Hər  zaman  sizdən  daha  üstün  insanlarla 

vaxt keçirməyə çalışın. 

Zamanla siz də onlara bənzəməyə başlaya-

caqsınız”.

Warren Buffett

5. Orta təbəqə qazanmaq üçün, zənginlər 

öyrənmək üçün çalışırlar

Başqası  daha  çox  pul  təklif  etdikdə 

orta  təbəqə  asanlıqla  işini  dəyişdirir. 

Zənginlər  çalışmağın  pulla  bağlı  olma-

dığını  bilirlər.  Varlanmaq  istəyirsinizsə, 

bacarıqlarınızı və vərdişlərinizi dəyişdir-

məlisiniz. Misal üçün, satış işində çalışır-

sınızsa,  satışla  bağlı  incəlikləri,  bankda 

çalışırsınızsa,  maliyyə  işi  ilə  əlaqədar 

bütün  detalları  öyrənməlisiniz.  Zəngin 

olmaq istəyənlər varlanmağa kömək edə-

cək  bacarıqlara  yiyələnməlidirlər.  Unut-

mayın ki, varlıların çoxu yüksək maaşlar 

almaqla zəngin olmayıb. 

57

say 24 | 



EcoVision

maraqlı

6. Orta təbəqənin 

nələri, zənginlərinsə 

pulu var


7. Orta təbəqə qənaətə, zənginlər 

qazanca köklənir

8. Orta təbəqə pul mövzusunda 

romantik, zənginlər isə məntiqlidir

9. Orta təbəqə 

potensialının kiçik 

olduğu, zənginlər 

isə böyük hədəflər 

haqda düşünürlər

10. Orta təbəqə çox 

işləməyə, zənginlər 

ling qüvvəsinə inanır

Dəbdəbəli  maşınlara  və  böyük  evlərin 

sahiblərinə  diqqət  yetirin.  Orta  təbəqənin 

əksəriyyəti  bunlar  üçün  pul  xərcləyir.  On-

ların  yaşadıqları  yerlərdə  olsanız,  bahalı 

avtomobillər və evlər görərsiniz. Zənginlər 

isə  varlanmaq  üçün  pullarının  istədikləri 

şeylərdən daha çox olmasının vacibliyini bi-

lirlər. Nə isə almağa davam etsəniz, pulunuz 

tükənər.  Dünyadakı  bir  çox  zəngin  onillər 

boyunca eyni evdə yaşamaqda davam edir 

və yeni evə ehtiyac duymur. Nələrdənsə im-

tina edin, diqqətinizi qazandığınız pulu yığ-

mağa və investisiya etməyə yönəldin. 

Qənaət əhəmiyyətlidir. İnvestisiya et-

mək  isə  daha  da  əhəmiyyətlidir,  ancaq 

ikisi bir yerdə qazanc gətirir. Qənaət və 

investisiya zəruridir. Amma daha çox qa-

zanmaq üçün bədxərclikdın də imtina et-

məlisiniz. Həqiqətən zəngin olmaq istə-

yirsinizsə, qənaət etməyə yox, qazanmaq 

bacarığınıza diqqət yetirin. 

Steve Siebold “How Rich People Think” 

adlı kitabında 30 il ərzində dünyadakı ən 

zəngin insanlardan aldığı 1 200-dən çox 

müsahibəyə  yer  verib.  O,  hesab  edir  ki, 

zənginlərlə orta təbəqə arasında yüzdən 

çox fərq var. Qənaətə gəldiyi ən əhəmiy-

yətli  fərqlərdən  biri  də  orta  təbəqənin 

pula romantik gözlə, zənginlərin isə mən-

tiqlə  baxmasıdır.  Romantik  düşüncə  ilə 

maliyyə  qərarları  vermək  maliyyə  duru-

munun pisləşməsinə səbəb olur. 

Warren Buffett investisiyanın duyğular-

la yox, məntiqlə edilməsinin lazım olduğu-

nu bildirir. Duyğular insanların baha alıb, 

ucuz satmasına, təhlükəli iş müqavilələri-

nin imzalanmasına səbəb olur. Varlanmaq 

istəyənlər duyğularını bir kənara qoyaraq 

məntiqlə hərəkət etməlidirlər.

Orta təbəqə asan əldə edilə bilən, etibarlı 

hədəflər müəyyən edir. Zənginlər isə qarşı-

larına çətin və ya ağlasığmaz hədəflər qoyur 

və  məqsədlərinə  çatacaqlarına  inanırlar. 

Burada önəmli olan doğru düşünməkdir. Hə-

dəfinizi müəyyənləşdirərkən qarşınıza daha 

böyük məqsədlər qoya biləcəyinizi düşünün. 

Yüksəlmək üçün çalışmaq lazımdır. Prob-

lem ondadır ki, təkbaşına çalışmaqla zəngin 

ola  bilməzsiniz.  Varlı  olmaq  və  zənginliyi 

qoruyub  saxlamaq  üçün  Ling  qanunundan 

(bu nəzəriyyəyə görə, iqtisadiyyatda böhran 

varsa, investisiya qoyulmalı, investor yoxdur-

sa, dövlət özü investor kimi çıxış etməlidir. 

Deməli, əgər iqtisadiyyata 1 mlrd. dollar in-

vestisiya qoyulursa, dolayısı ilə müəssisələr, 

hissələr, xidmətlər satın alınırsa və ya yeni 

sektor  yaradılırsa,  ayrı-ayrı  şəxslərin  və  ya 

müəssisələrin  hesablarına  köçürülən  bu 

məbləğin  80  faizi  xərclər  olaraq  yenidən 

dövriyyəyə qayıdır. Dövriyyədən ikinci dəfə 

toplanan məbləğin 80 faizi təkrar dövriyyəyə 

qayıdır  və  beləliklə,  dövriyyəyə  buraxılan 

1 mlrd. dövriyyədə 8 mlrd. kimi çıxış edir – 

red.

) istifadə etmək lazımdır. 

Ling qismində xarici resurslardan tut-

muş investisiyaya qədər fərqli şəkillərdən 

istifadə edilə bilər. Varlanmaq istəyənlər 

zənginlər kimi düşünməli və hərəkət et-

məlidirlər. 

“Bir çoxları qazanmadıqları pulu xərcləyir, 

istəmədiklərini  alır,  xoşlamadıqları  insan-

lara təsir edirlər”. 

Will Rogers

“Ən  böyük  varlığınız  qazanmaq  bacarığı-

nızdır. Ən böyük qaynağınız zamanınızdır”. 

Brian Tracy

“Yalnız zəka ilə romantik intizamı bir ara-

ya gətirdiyinizdə yaxşı davranarsınız”.

Warren Buffett

“Hədəflərinizi yüksək tutun və oraya çata-

na qədər də durmayın”. 

Bo Jackson

58

say 24 | 



EcoVision

ITECA

Azərbaycanda payız 

sərgi mövsümü

Bazarda yeni fəaliyyət sahələrini fəth etmək vaxtıdır!

2015-ci  ilin  sonuna  kimi  beynəlxalq 

sərgi  və  konfransların  təşkilatçıları  - 

“Iteca Caspian” və “Сaspian Event Оrga-

nisers” (“CEO”) şirkətləri 11 beynəlxalq 

sərgi  keçirəcəklər.  Bu  mövsümün  bütün 

sərgiləri  öz  məzmunlarına  görə  Azər-

baycan  iqtisadiyyatının  qeyri-neft  sek-

torunu  əks  etdirəcək.  Payız  sərgi  təqvi-

minə  Azərbaycan  beynəlxalq  “Səhiyyə” 

(“BIHE”), “Stomatologiya” (“Stomatology 

Azerbaijan”),  “Gözəllik  və  Estetik  tibb” 

(“Beauty  Azerbaijan”),  “Təhsil”  (“Edu-

cation”),  “Karyera”  (“Career”),  “İnşaat” 

(“BakuBuild”),  “İstilik,  havalandırma  və 

kondisiyalaşdırma  sistemləri”  (“AquaT-

herm  Baku”),  “Mühafizə,  Təhlükəsizlik 

və Xilasetmə vasitələri” (“CIPS Caspian”), 

“Ətraf  mühit”  (“CTE”)  və  “Telekommu-

nikasiya  və  informasiya  texnologiyaları” 

(“BakuTel”) sərgiləri daxildir. Keçirildik-

ləri illər ərzində sərgilər Xəzər regionun-

da  lider  mövqeyi  qazanmış  və  ixtisas-

laşdıqları  sahələr  üzrə  mütəxəssislərin 

ənənəvi  görüş  yerinə  çevrilmişdir.  15 

oktyabr  tarixində  “Fairmont  Baku”  ho-

telində  təşkil  olunacaq  “Davamlı  inkişaf 

və korporativ sosial məsuliyyət üzrə 1-ci 

Azərbaycan konfransı” (“Baku CSR Con-

ference 2015”) ölkə üçün yeni mövzuya 

toxunacaq.  Bu  konfrans  davamlı  inkişaf 

və  korporativ  sosial  məsuliyyət  üzrə 

yerli  və  xarici  metodların  mənimsənil-

məsinə  imkan  yaradan  unikal  məkan-

dır.  Debüt  konfransın  məqsədi  ölkənin 

hazırkı  vəziyyətinin  kompleks  şəkildə 

qiymətləndirilməsi,  eləcə  də  sözügedən 

sahənin  inkişaf  etdirilməsi  üçün  dövlət, 

özəl  və  qeyri-hökumət  təşkilatları  ara-

sında dialoq və əməkdaşlıq əlaqələrinin 

genişləndirilməsindən  ibarətdir.  “Caspi-

an  Event  Organisers”  (“CEO”)  şirkətinin 

təşəbbüsü  və  təşkilatçılığı  ilə  keçirilən 

bu konfrans artıq biznes ictimaiyyətinin 

böyük marağına səbəb olmuşdur. Debüt 

konfransın 300 nəfərdən artıq nümayən-

60

say 24 | 



EcoVision

ITECA

dəni  və  təxminən  30  nəfər  spikeri  bir 

araya  toplayacağı  gözlənilir.  “Baku  CSR 

Conference”  konfransının  baş  sponso-

ru  SOCAR,  gümüş  sponsoru  isə  “Access 

Bank”dır. “EY” şirkəti konfransın konsal-

tinq-tərəfdaşı qismində çıxış edir.

Payız  mövsümündə  ilk  növbədə  “Ite-

ca  Caspian”  şirkətinin  təşkil  etdiyi  21-ci 

Azərbaycan Beynəlxalq “Səhiyyə” (“BIHE 

- 2015”), 10-cu Yubiley Azərbaycan Bey-

nəlxalq  “Stomatologiya”  (“Stomatology 

Azerbaijan  -  2015”)  və  9-cu  Azərbaycan 

Beynəlxalq “Gözəllik və Estetik tibb” (“Be-

auty Azerbaijan - 2015”) sərgiləri öz qapı-

larını ziyarətçilərin üzünə açacaq. Bu sər-

gilər 18-20 oktyabr tarixində Bakı Ekspo 

Mərkəzində  keçiriləcək.  “BIHE”  sərgisi 

artıq 20 ildən çoxdur ki, səhiyyə mütəxəs-

sislərinin ənənəvi görüş yerinə, eləcə də 

tibbi  məhsul  və  xidmət  bazarında  əldə 

edilmiş  nailiyyətlərin  nümayiş  olunduğu 

məkana çevrilmişdir. Sərgi iştirakçılarının 

siyahısında  artıq  15  ölkəni  təmsil  edən 

100-dən çox şirkət yer alır. Bu il sərgidə 

Çexiya Respublikası öz milli stendi ilə çıxış 

edəcək. Sərgidə ilk dəfə olaraq Rusiyanın 

əczaçılıq  şirkətləri  Rusiya  Federasiyası 

Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə 

birgə stendlə çıxış edəcəklər. Beləliklə, bu 

il “BIHE” iştirakçılarının təxminən 60%-ni 

xarici şirkətlər təşkil edəcək. Sərgidə xari-

ci istehsalçılarla yanaşı, dünyanın aparıcı 

istehsalçılarının  tərəfdaşı  olan  tibbi  ava-

danlıqların nəhəng yerli distribütorları da 

iştirak edəcək. Yerli distribütorlar arasın-

da “ARASH Medical”, “Besan”, “Vitta”, “Lab-

servis” və digər şirkətlər yer alır. 

Sərgi  tibbi  turizm  sektorunu  fəal  şə-

kildə  inkişaf  etdirir  və  bu  il  sözügedən 

sektor  çərçivəsində  xaricdə  müalicənin 

təşkili ilə məşğul olan 30-dan artıq klini-

ka və şirkətin iştirakı planlaşdırılır. Bun-

ların arasında Gürcüstan, İsrail, Latviya və 

Türkiyənin klinika, sanatoriya və müalicə 

mərkəzləri var. İlk dəfə olaraq Türkiyənin 

tibbi turizmlə məşğul olan şirkətləri sər-

gidə birgə milli stendlə çıxış edəcək. Sər-

gidə həmçinin xarici klinika, sanatoriya və 

istirahət evləri ilə yanaşı, insanları müali-

cə üçün xaricə göndərən turizm şirkətləri 

də iştirak edəcək. Bu il tibbi turizm sek-

toru Türkiyə Turizm Agentlikləri Assosi-

asiyası (TURSAB) tərəfindən dəstəklənir. 

Bu  il  sərgi  öz  geniş  işgüzar  proqramı 

ilə  fərqlənəcək,  belə  ki,  sentyabr  ayının 

18-də  Bakı  Ekspo  Mərkəzində  “Aktual 

kardiologiya  problemləri”  mövzusuna 

həsr  olunmuş  konfrans  keçiriləcək.  Kon-

fransın  sponsoru  Sloveniyanın  “KRKA” 

əczaçılıq  şirkətidir.  Sentyabr  ayının  19-

da isə Bakı Ekspo Mərkəzində “Mamalıq, 

ginekologiya və neonatologiya sahəsində 

müasir diaqnostika və müalicə metodları” 

mövzusunda 9-cu elmi-praktiki konfrans 

təşkil olunacaq. Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyi və “Ginekologiya və Pe-

rinatologiyanın İnkişafına Dəstək” İctimai 

Birliyinin  dəstəyi  ilə  keçirilən  bu  kon-

fransda mütəxəssislər ən yaxşı təcrübələ-

rini  öz  həmkarları  ilə  bölüşə  biləcəklər. 

Həmçinin builki yeniliklərdən biri də tibbi 

turizm  sektoru  çərçivəsində  “B2B”  for-

matlı korporativ görüşlərin təşkili olacaq.

“Stomatology  Azerbaijan  2015”  sərgi-

sində ən son stomatoloji avadanlıqlar və 

birdəfəlik istifadə üçün nəzərdə tutulmuş 

materiallar,  implantologiya  və  dişlərin 

ağardılması  üzrə  ən  yeni  texnologiyalar 

və  ağız  boşluğunun  gigiyenası  üçün  va-

sitələr təqdim olunacaq. “Beauty Azerba-

ijan 2015” sərgisində Azərbaycan, Alma-

niya, Kanada, Çin, Rusiya, Türkiyə və digər 

ölkələri  təmsil  edən  şirkətlərin  iştirakı 

planlaşdırılır.  Ənənəvi  olaraq,  sərginin 

bütün  ziyarətçilərini  yeni  şirkətlər,  yeni 

sahələrlə  görüş,  peşəkarlar  və  salonlar 

üçün  maraqlı  təkliflər  gözləyir.  Sözüge-

dən sahə üzrə yeni məhsulları təkcə xarici 

şirkətlər deyil, eləcə də Azərbaycan üçün 

yeni olan kosmetoloji və ətriyyat məmu-

latlarını  təqdim  etmək  məqsədilə  sərgi-

dən  platforma  kimi    istifadə  edən  yerli 

distribütorlar da təqdim edəcək.

Hər  3  sərginin  eyni  platformada  ke-

çirilməsi  təsadüfi  deyil.  Sərgilərin  vahid 

informasiya  və  sərgi  mühiti  kimi  unikal 

formatı praktiki tibb sahəsi üçün nəzərdə 

tutulmuş innovasiyalı məhsulların təşviq 

etdirilməsi istiqamətində (keyfiyyət baxı-

61

say 24 | 



Yüklə 11,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin