FƏSİL 2. TƏDQİQATIN OBYEKTİ VƏ METODİKASI
2.1. Tədqiqat obyekti
Tədqiqat obyekti kimi respublikamızın əksər rayonlarında geniş yayılmış Xaçia və Xiakume xurma sortlarından istifadə edilmişdir.
Xaçia sortunun meyvəsi büzüşdürücülük xassəsinə malikdir. Onun ağacları təxminən 10-12 m hündürlükdə olub, hər tərəfə şaxələnir. Meyvəsinin yarpaqları uzunsov, kənarları bütöv, qalın qabıqlı, tünd yaşıl rəngdədir. Meyvələri iri olmaqla, hər birinin çəkisi 150-250 q qədər dəyişə bilər. Meyvəsi uzunsov-konik formalı, yuxarı hissəsi sivri, bəzən yumrulanmış olur. Yetişməmiş meyvələrin rəngi qırmızımtıl-sarı rəngə çalır. Yetişmiş meyvələrin rəngi qırmızımtıl-narıncı olur. Meyvələri tam yetişmiş halda gözəl dada və ətirə malik olur. Yetişgənlik dövrü oktyabr – noyabr aylarına təsadüf edir. Nəqledilməyə və saxlanmaya davamlıdır. Müxtəlif qida məhsullarının hazır-lanması üçün əlverişlidir. Bir ağacının məhsuldarlığı orta hesabla 70-150 kq təşkil edir.
Xiakume sortu hündür (4...12 m,) geniş şaxəli və sıxbudaqlı olan ağacdır. Yarpaqları yumru və ya uzunsov formalı, qıraqları bütöv, tünd yaşıl rəngli, səthi parıltılı olur. Xiakume sortunun meyvəsi iri yumru (300 q qədər) və ya yumru-yastı olur. Çalçarpaz tozlanmadan asılı olaraq meyvələrin xarici görünüşü dəyişkən olur. Saplağı kövrək və qalın olmaqla uzunluğu 1,5 sm çatır. Meyvəsinin tərkibində toxumunun sayı dəyişkən olur. Bəzi meyvələrdə 4-5, bəzilərində isə 6-7 ədəd çəyirdək olur. Meyvənin lətli hissəsi açıq narıncı rəngdədir. Yetişmə müddəti noyabr ayına təsadüf edir. Bu sortun ağacı çox məhsuldardır. Ağacın böyüklüyündən asılı olaraq məhsuldarlığı orta hesabla 80...200 kq təşkil edir.
Tədqiqat işimizdə hər iki sortun yetişməmiş, yetişmiş və yetişmə müddəti ötmüş meyvələrindən istifadə edərək müxtəlif çeşiddə (şirə, püre və bəhməz) qida məhsulları istehsal etməyi qarşımıza məqsəd qoymuşuq. Kontrol variant kimi şirə, püre və bəhməz istehsalı zamanı xurma meyvələri yuyulduqdan sonra isti üsulla emal edilmədən hazırlanması nəzərdə tutulmuşdur. Nümunə variantında isə xurma meyvələri əvvəlcə yuyulur, çeşidlənir, bəzi qatışıqlardan təmizlənir, dilimlənir, sonra 80-900C temperaturda 8-10 dəqiqə qızdırılır. Bu zaman ekstraksiya prosesinin yaxşı getməsi üçün əzintiyə ümumi həc-minin 10-15%-i qədər təmiz içməli su da əlavə edilir. Burada əsas məqsəd meyvənin qabığında və lətində olan qida maddələrinin şirəyə yaxşı keçməsinə nail olmaqdır. Bundan başqa xurma meyvəsinin tərkibində həlməşiklik əmələ gətirən üzvi maddələr (pektin maddələri, nişasta, sellüloza, zülallar və s.) təbii quruluşunu dəyişərək, daha asan süzülürlər. Xurma meyvəsini əvvəlcədən isti üsulla emal etdikdə nəinki ekstraktiv maddələrin miqdarı çoxalır, həm də hüceyrə quruluşunun yaxşı pozulması nəticəsində şirə çıxımının da artmasına nail olunur. Kontrol (nəzarət) variantda isə əzintinin şirədən ayrılmasına, onun süzülməsinə kolloid hissəciklər (zülallar, pektin maddələri və s.) xeyli dərəcədə mane olur. Bu üsulla alınmış məhsulda ekstraktiv maddələrin miqdarı, şirə çıxımı nisbətən az olmuşdur.
-
Tədqiqatın metodikası
Bu məqsədlə biz hər iki xurma sortunun ilk əvvəl meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq mexaniki tərkibin öyrənilməsini qarşımıza məqsəd qoymuşuq. Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq mexaniki tərkibinin öyrənilməsində meyvənin çəkisi, meyvədə olan toxumların sayı, meyvənin saplağının çəkisi, meyvənin qabıq hissəsinin çəkisinin təyini nəzərdə tutulmuşdur. Habelə lətli və lətsiz şirə çıxımı (qeyri şəffaf şirə) da hər bir sortun yetişmə dərəcəsindən asılı olaraq təyin edilmişdir [18]. Daha sonra xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq əsas kimyəvi göstəricilərin (quru maddənin, ümumi şəkərin, bəzi heksozaların və s.), bəzi oksidoreduktaz sinfinə aid fermentlərin (askorbatoksidaza, peroksidaza, katalaza), hidrolazalar sinfinə aid olan pektinesteraza fermentinin aktivliyinin təyin edilməsi qarşıya məqsəd qoyulmuşdur. Bundan başqa hər iki sortun meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq meyvələrində və istehsal olunmuş məhsullarında fenol maddələrinin, aminturşularının və mineral maddələrin miqdarca dəyişməsi tədqiq edilmişdir. Xurma meyvəsində və ondan istehsal olunmuş məhsullarda aşağıdakı göstəricilər təyin olunması qarşıya məqsəd qoyulmuşdur.
-
Quru maddə - refraktometrlə [52].
-
Ümumi şəkər – ümumi qəbul olunmuş üsulla [52].
-
Qlükoza – yodometriya üsulu ilə [100].
-
Fruktoza – kalorimetriya üsulu ilə [100].
-
C vitamini – 2,6 dixlorfenolindofenol üsulu ilə [100].
-
Ümumi və ya uçucu olmayan turşuluq [52].
-
Pektin maddələri – kalorimetriya-karbozol üsulu ilə [26].
-
Aminturşuları – AAA–39 aminturşu analizatorunda [111].
-
Mineral maddələr – kalorimetriya üsulu ilə [95].
-
Pektinesteraza fermentinin aktivliyinin təyini – potensiometr üsulu ilə [26].
-
Askorbatoksidaza, ortodifenoloksidaza, peroksidaza və katalaza fermentlərinin aktivliyinin təyini [100, 111].
-
Sellüloza – Kuşnel və Koqan üsulu ilə [111].
-
Fenol maddələrinin təyini: katexinlər, leykoantosianlar, flavanollar, proantosianidinlər, fenolkarbon turşuları (parafumar, kofein turşuları) – spektrofotokalorimetriya üsulu ilə [41, 57].
-
Fenol maddələrinin ümumi miqdarı – kalorimetriya üsulu ilə [52].
Analiz zamanı hər iki xurma sortunun sağlam heç bir xəstəliyə tutulmamış meyvələrindən istifadə olunmuşdur.
Tədqiqatın nəticəsi kimi Xaçia və Xiakume sortlarının meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq istehsal olunmuş məhsulların (şirə, püre və bəhməz) nümunələri ayrı-ayrılıqda 10 bal sistemi üzrə dequstasiyası keçirilmişdir. Keçirilmiş dequstasiyanın protokolu monoqrafiyaya əlavə olunmuşdur. Bundan başqa yarımlaboratoriya şəraitində xurma meyvəsindən istehsal olunmuş qeyd olunan qida məhsulları “Gilan” Qəbələ konserv zavodunda da mütəxəssislər tərəfindən dequstasiya olunaraq qiymətləndirilmişdir.
FƏSİL 3. TƏDQİQATIN APARILMASI
3.1. Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq mexaniki tərkibin tədqiqi
Xurma meyvəsinin inkişafı üçün ölkəmiz çox əlverişli torpaq-iqlim şəraitinə malikdir. Əhalinin ən çox həyatyanı sahəsində geniş yayılmış ekoloji baxımdan təmiz, yüksək qidalılıq dəyərinə malik olan xurma meyvəsi mühüm müalicəvi xüsusiyyətlərə malikdir. Xurma insan orqanizmi üçün lazım olan qida komponentləri ilə daha zəngindir. Qeyd etmək lazımdır ki, xurma ağacının becərilməsində, meyvəsinin yetişməsində heç bir dərman preparatından istifadə olunmur. Xurma meyvəsi yüksək bakterisid və antioksidant xüsusiyyətlərinə malikdir. Xurma meyvəsində heç bir xəstəlik müşahidə olunmur [1, 7, 38]. Bu da xurma meyvəsinin fenol maddələri ilə daha zəngin olmasını göstərir [34]. Ölkəmizdə bol ehtiyatı olan xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsullarının hazırlanması yeni iş yerlərinin yaranmasına, iqtisadiyyatımızın daha da inkişaf etməsinə köməklik göstərə bilər. Bu məqsədlə biz ilk əvvəl Xaçia və Xiakume sortlarının yetişmə dərəcəsindən asılı olaraq mexaniki tərkibin öyrənilməsini qarşımıza məqsəd qoymuşuq.
Xurma meyvəsinin mexaniki tərkibi onun meyvəsindən və saplağından ibarətdir. Meyvə hissə qabıqdan, toxumdan, lətli hissədən və şirədən ibarətdir. Xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsulları (bəhməz, şirə, püre və s.) istehsal etmək üçün ilk əvvəl onun mexaniki tərkibini, ən əsas da lətli və lətsiz şirə çıxımını müəyyənləşdirmək vacibdir [8, 9].
Xurma meyvəsi yetişmə dərəcəsindən, ekoloji durumundan, becərilmə şəraitindən asılı olaraq mexaniki tərkibini təşkil edən hissəciklər faiz nisbətinə görə müxtəlif cür ola bilirlər [6, 12]. Meyvənin mexaniki tərkibinin standarta uyğun gəlməsi üçün onun becərilmə prosesində bütün aqrotexniki qaydalara əməl olunmalıdır. Əks halda xurma meyvəsinin məhsuldarlığı aşağı olmaqla yanaşı, onun qidalılıq dəyəri də tələb olunan standarta uyğun gəlməyəcəkdir. Məsələn, xurma ağacı vaxtı-vaxtında su ilə təmin olunmadıqda onun meyvələrinin məhsuldarlığı və qidalılıq dəyəri aşağı olacaqdır [10, 11]. Ona görə də xurma meyvəsindən yüksək keyfiyyətli qida məhsulları istehsal etmək üçün onun becərilməsinə xüsusi olaraq fikir vermək tələb olunur. Xurma ağacına daim qulluq etməklə yanaşı həm də vaxtı-vaxtında suvarılmalıdır [28, 38, 50]. Məlumdur ki, bütün canlıların həyat fəaliyyəti üçün su olduqca vacibdir [17, 145]. Su, hüceyrənin tərkib hissəsini təşkil etməklə yanaşı orqanizmdə mühüm bioloji funksiyaların yerinə yetirilməsində böyük əhəmiyyət kəsb edir. Zülalların, karbohidratların, yağların və qeyrilərinin assimilyasiyası və dissimilyasiyası bilavasitə suyun iştirakı ilə gedir [21, 88]. Bitki mənşəli məhsullar üçün su əsas nəqliyyat vasitəsi hesab olunur. Bitkilərin ayrı-ayrı orqanlarına qida maddələri su vasitəsilə ötürülür [14, 110]. Bitki istənilən qədər su ilə təmin olunmadıqda onun məhsuldarlığı aşağı düşür. Bu zaman bitkilərdə gedən fotosintez və tənəffüs prosesləri zəifləyir [145]. Nəticədə bitkilərdə əmələ gələn qida maddələrinin (şəkərlərin, vitaminlərin, yağların və s.) miqdarı azalır, keyfiyyət göstəriciləri və boy inkişafı zəifləyir [15].
Beləliklə, ədəbiyyat materiallarının araşdırılmalarından məlum olmuşdur ki, xurma meyvəsindən yüksək keyfiyyətli qida məhsulları istehsal etmək üçün onun mexaniki tərkibini, əsasən də şirə çıxımını bilmək lazımdır. Bu məqsədlə istifadə olunan Xaçia və Xiakume sortlarının yetişmə dərəcəsindən asılı olaraq mexaniki tərkibin dəyişməsi tədqiq edilmişdir. Sortlar və variantlar üzrə meyvənin mexaniki tərkibini təşkil edən göstəricilərin müqayisəli dəyişməsi 3.1, 3.2, 3.3 cədvəllərində və 3.1, 3.2 şəkillərində göstərilmişdir.
Bu məqsədlə xurma meyvəsinin mexaniki tərkibinin öyrənilməsində 5 göstəricisi tədqiq edilmişdir: xurma meyvəsinin bir ədədinin, o cümlədən orta çəkisi, qabıq hissənin çəkisi, toxumun sayı və çəkisi, lətli hissənin çəkisi və şirə çıxımı müəyyən olunmuşdur. Xurma meyvəsindən istifadə etməklə istehsal olunan qida məhsullarının keyfiyyət göstəriciləri xeyli dərəcədə onların mexaniki tərkibləri ilə sıx əlaqədardır. Ona görə də tədqiqat işində hər iki sortun meyvələrində mexaniki tərkibin öyrənilməsi qarşıya məqsəd qoyulmuşdur.
Xurma meyvəsinin yetişmə dərəcəsindən və sortundan asılı olaraq mexaniki tərkibini təşkil edən saplaq hissə 1,8÷3,2%, qabıq 1,8÷3,5%, toxum 4,2÷4,3%, meyvənin ləti 22,4÷28,7%, lətli şirə çıxımı 88,7÷91,6%, lətsiz şirə çıxımı 59,5÷69,2% təşkil edir (cədvəl 3.1, 3.2, 3.3).
Cədvəl 3.1
Tam yetişmiş xurma meyvələrinin mexaniki tərkibi
№
|
Göstəricilər
|
Xurma sortları
|
Xaçia
|
Xiakume
|
1
|
Xurma meyvəsinin quruluşu:
-
meyvənin çəkisi (1 ədəd), qramla
-
meyvədə toxumların sayı, ədədlə
-
meyvədə saplağın çəkisi, qramla
-
meyvənin qabığının çəkisi, qramla
|
184,2
4
4,2
3,3
|
186,4
5
4,48
3,5
|
2
|
Xurma meyvəsinin orqanları:
-
meyvənin orta çəkisi (10 ədəd)
-
meyvənin toxumunun orta çəkisi (10 ədəd)
-
meyvənin saplağının orta çəkisi (10 ədəd)
-
meyvənin qabığının orta çəkisi (10 ədəd)
-
meyvənin lətli hissəsinin orta çəkisi (10 ədəd)
|
184,5
7,93
4,24
3,32
41,32
|
186,2
8,19
4,47
3,53
43,76
|
3
|
Xurma meyvəsinin tərkib hissələri, %
-
meyvənin saplağı
-
qabıq hissə
-
toxum
-
lətli hissə
-
lətli şirə çıxımı
-
lətsiz şirə çıxımı
|
2,3
1,8
4,3
22,4
91,6
69,2
|
2,4
1,9
4,4
23,5
91,3
67,8
|
Cədvəl 3.1-in araşdırılmasından məlum olmuşdur ki, tam yetişmiş Xaçia sortunda bir ədəd meyvənin çəkisi 184,2 qram olmuşdursa, Xiakume sortunun meyvəsində isə bu göstərici 186,4 qram olmuşdur. Araşdırma zamanı o da məlum olmuşdur ki, xurma meyvəsinin çəkiləri müxtəlif olduğu kimi onların toxumlarının sayı da müxtəlifdir. Belə ki, Xaçia sortunun meyvəsində orta hesabla 4 toxum aşkar olunmuşdursa, Xiakume sortunda isə 5 ədəd toxumun olması müəyyən olunmuşdur. Bu da sözsüz ki, xurma meyvəsindən alınmış şirə çıxımına öz təsirini göstərir. Tədqiqat zamanı məlum olmuşdur ki, xurma meyvələrinin sortundan asılı olaraq onların saplaqları da eyni deyildir. Məsələn, Xaçia sortundan alınmış meyvənin 1 ədədinin saplağı 4,20 qram olmuşdursa, Xiakume sortunda isə bu göstərici 4,48 qram olmuşdur. Mexaniki tərkibin öyrənilməsində hər iki sortda meyvələrin orta çəkisi (10 ədəd meyvədə) də müəyyənləşdirilmişdir. Belə ki, Xaçia sortunda meyvənin orta çəkisi 184,5 qram olmuşdursa, Xiakume sortunda isə bu göstərici 186,2 qram olmuşdur. Bu cür vəziyyət özünü xurma meyvəsinin qabığında, toxumunda və lətli hissəsində də göstərmişdir. Xaçia sortunun meyvəsinin qabığının orta çəkisi 3,32 qram olmuşdursa, Xiakume sortunda isə bu göstərici 3,53 qram müəyyən edilmişdir. Bundan başqa xurma meyvələrinin mexaniki tərkibini təşkil edən göstəricilərin quru çəkiyə görə faizlə miqdarı da öyrənilmişdir.
Bu zaman məlum olmuşdur ki, sortdan asılı olaraq xurma meyvəsinin saplağı, qabıq hissəsi, toxumu, şirə çıxımı da müxtəlif cür olmuşdur.
Əgər Xaçia sortunda meyvənin quru çəkisinin 2,3%-ni onun saplağı təşkil edirsə, Xiakume sortunda isə bu göstərici 2,4% təşkil etmişdir. Xaçia sortunda ümumi kütlənin (184,5 qrama görə) 1,8%-i xurmanın qabığından təşkil olunmuşdursa, Xiakume sortunda isə (186,2 qrama görə) qabıq çıxımı 1,9% olmuşdur. Bu da onu göstərir ki, Xaçia sortuna nisbətən Xiakume sortunda qabıq daha qalındır. Elə ona görə də Xaçia sortunda şirə çıxımı Xiakume sortuna nisbətən daha çoxluq təşkil edir. Əgər Xaçia sortunda lətli şirə çıxımı 91,6% təşkil edirsə, Xiakume sortunda isə bu göstərici 91,3% olmuşdur. Daha sonra məlum olmuşdur ki, Xaçia sortunda lətsiz qeyri-şəffaf şirə çıxımı 69,2% olmuşdursa, Xiakume sortunda isə şirə çıxımı nisbətən az – 67,8% olmuşdur.
Cədvəl 3.2
Tam yetişməmiş xurma meyvəsinin mexaniki tərkibi
№
|
Göstəricilər
|
Xurma sortları
|
Xaçia
|
Xiakume
|
1
|
Xurma meyvəsinin quruluşu:
-
meyvənin çəkisi (1 ədəd), qramla
-
meyvədə toxumların sayı, ədədlə
-
meyvədə saplağın çəkisi, qramla
-
meyvənin qabığının çəkisi, qramla
|
164,2
5
5,25
5,75
|
165,6
6
5,6
5,96
|
2
|
Xurma meyvəsinin orqanları:
-
meyvənin orta çəkisi (10 ədəd)
-
meyvənin toxumunun orta çəkisi (10 ədəd)
-
meyvənin saplağının orta çəkisi (10 ədəd)
-
meyvənin qabığının orta çəkisi (10 ədəd)
-
meyvənin lətli hissəsinin orta çəkisi (10 ədəd)
|
166,4
7,00
5,32
5,82
47,76
|
168,3
7,24
5,72
6,06
49,14
|
3
|
Xurma meyvəsinin tərkib hissələri, %-lə
-
meyvənin saplağı
-
qabıq hissə
-
toxum
-
lətli hissə
-
lətli şirə çıxımı
-
lətsiz şirə çıxımı
|
3,2
3,5
4,2
28,7
89,6
60,4
|
3,4
3,6
4,3
29,2
88,7
59,5
|
Bundan başqa tam yetişməmiş və yetişmə müddəti ötmüş xurma meyvələrində də mexaniki tərkib tədqiq edilmişdir. Tədqiqat zamanı cədvəl 3.2-in rəqəmlərindən məlum olmuşdur ki, hər iki xurma sortunun mexaniki tərkibi müxtəlif cür olur.
Mexaniki tərkibin öyrənilməsi zamanı müəyyən olunmuşdur ki, hər iki sortun yetişməmiş meyvələrindən asılı olaraq onların meyvəsinin və saplağının çəkisi, qabıq çıxımı, toxumun sayı, lətli hissənin çəkisi eyni miqdarda olmur. Əgər Xaçia sortunda bir ədəd meyvənin çəkisi 164,2 qramdırsa, Xiakume sortunun meyvəsinin çəkisi isə 165,6 qram olmuşdur. Tam yetişməmiş xurma meyvələrində lətli şirə çıxımı 88,7÷89,6%, lətsiz şirə çıxımı isə 59,5÷60,4% arasında olmuşdur. Cədvəl 3.2-in göstəriciləri yetişmə müddəti ötmüş xurma meyvələrinin mexaniki tərkibi ilə demək olar ki, eynilik təşkil edir. Xaçia və Xiakume sortlarının yetişmə müddətinin ötmüş meyvələrinin mexaniki tərkibinin öyrənilməsi cədvəl 3.3-də qeyd edilmişdir.
Cədvəl 3.3
Yetişmə müddəti ötmüş xurma meyvəsinin mexaniki tərkibi
№
|
Göstəricilər
|
Xurma sortları
|
Xaçia
|
Xiakume
|
1
|
Xurma meyvəsinin quruluşu:
-
meyvənin çəkisi (1 ədəd), qramla
-
meyvədə toxumların sayı, ədədlə
-
meyvədə saplağın çəkisi, qramla
-
meyvənin qabığının çəkisi, qramla
|
172,5
5
3,1
4,48
|
173,1
6
3,29
4,67
|
2
|
Xurma meyvəsinin orqanları:
-
meyvənin orta çəkisi (10 ədəd)
-
meyvənin toxumunun orta çəkisi (10 ədəd)
-
meyvənin saplağının orta çəkisi (10 ədəd)
-
meyvənin qabığının orta çəkisi (10 ədəd)
-
meyvənin lətli hissəsinin orta çəkisi (10 ədəd)
|
172,7
7,42
3,1
4,49
46,6
|
173,5
7,80
3,29
4,68
46,50
|
3
|
Xurma meyvəsinin tərkib hissələri, %
-
meyvənin saplağı
-
qabıq hissə
-
toxum
-
lətli hissə
-
lətli şirə çıxımı
-
lətsiz şirə çıxımı
|
1,8
2,6
4,3
29,0
91,3
62,3
|
1,9
2,7
4,5
26,8
90,9
64,1
|
Cədvəldən göründüyü kimi yetişmə müddəti ötmüş xurma meyvələrində lətsiz və lətli şirə çıxımı miqdarca xeyli az olmuşdur. Əgər Xaçia sortunun lətsiz şirə çıxımı 62,3% olmuşdursa, bu göstərici Xiakume sortunda isə 64,1% olmuşdur.
Xurma meyvələrinin yetişmə dərəcələrindən asılı olaraq mexaniki tərkibin tədqiq olunması zamanı müəyyən olunmuşdur ki, lətli və lətsiz şirə çıxımı ən çox tam yetişməmiş xurma meyvəsində qeydə alınmışdır. Xaçia və Xiakume sortlarının yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrində isə lətli və lətsiz şirə çıxımı xeyli miqdarda az olmuşdur. Xurma meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq lətsiz və lətli şirə çıxımları şəkil 3.1 və 3.2-də göstərilmişdir.
%
Şəkil 3.1. Xurma meyvəsinin yetişmə dərəcəsindən
asılı olaraq lətsiz şirə çıxımı
-
Xaçia; 2- Xiakume
- yetişmiş;
- yetişməmiş;
- yetişmə müddəti ötmüş
Hər iki sortun tam yetişmiş meyvələrində lətli və lətsiz şirə çıxımı başqa variantlarla müqayisədə daha yüksək olmuşdur. Məsələn, Xaçia sortunun tam yetişmiş xurma meyvələrində lətsiz şirə çıxımı 69,2% olmuşdursa, eyni sortun yetişməmiş meyvələrində bu göstərici 60,4%, yetişmə müddəti ötmüşdə isə 62,3% olduğu müəyyən edilmişdir. Tam yetişmiş Xiakume sortunun meyvələrində lətli şirə çıxımı 67,8%; yetişməmişdə 59,5%, yetişmə müddəti ötmüş meyvələrdə isə 64,1% olmuşdur.
Araşdırma zamanı məlum olmuşdur ki, ən çox lətsiz şirə çıxımı tam yetişmiş Xaçia sortunun meyvələrində 69,2% qeydə alınmışdır. Ən az şirə çıxımı isə yetişməmiş Xiakume sortunun meyvələrində olmuşdur – 59,5%. Bununla yanaşı cədvəllərin təhlilindən məlum olmuşdur ki, lətli şirə çıxımı ən çox tam yetişmiş xurma meyvələrində (Xaçia və Xiakume) olmuşdur.
Əgər hər iki sortda tam yetişmiş xurma meyvələrində lətli şirə çıxımı 91,3÷91,6% olmuşdursa, tam yetişməmişdə bu göstərici 88,7÷89,6%, yetişmə müddəti ötmüş xurma meyvələrində isə lətli şirə çıxımı 62,3÷64,1% arasında olmuşdur. Ən az lətli şirə çıxımı tam yetişməmiş Xiakume sortunun meyvələrində qeydə alınmışdır – 88,7%.
Tədqiqat zamanı məlum olmuşdur ki, xurma meyvəsində lətli hissənin çox olması şirə çıxımının az olmasına səbəb olur. Belə ki, ən çox lətli hissə miqdarca tam yetişməmiş xurma meyvələrində 28,7÷29,2% olmuşdur. Bu göstərici yetişmə müddəti ötmüş xurma meyvələrində 26,8÷27,0%, tam yetişmişdə isə 22,4÷23,5% arasında olmuşdur. Birinci cədvəlin rəqəmlərindən məlum olur ki, ən az lətli hissə tam yetişmiş Xaçia sortunun meyvələrində 22,4% olmuşdur.
Ona görə də ən çox lətli şirə çıxımı tam yetişmiş xurma meyvələrində qeydə alınmışdır. Müqayisə üçün onu da qeyd etmək lazımdır ki, bütün variantlar üzrə Xaçia sortunun meyvələrindən alınmış lətli və lətsiz şirə çıxımı Xiakume sortundan nisbətən yüksək olması cədvəllərdə öz əksini tapmışdır.
%
A B
1 2 3 1 2 3
Şəkil 3.2. Xurma meyvəsinin yetişmə dərəcəsindən
asılı olaraq lətli hissənin çıxımı
A- Xaçia, B- Xiakume
1- yetişmiş;
2- yetişməmiş;
3- yetişmə müddəti ötmüş
Əgər bütün variantlar üzrə Xaçia xurma sortunda lətli şirə çıxımı 89,6÷91,6% arasında olmuşdursa, bu göstərici Xiakume sortunda isə 88,7÷91,3% olmuşdur. Bununla yanaşı lətsiz şirə çıxımı da Xiakume sortuna nisbətən Xaçia sortunda daha yüksək olması göstərilmişdir. Belə ki, lətsiz şirə çıxımı Xaçia sortunda (bütün variantlar üzrə) 60,4÷69,2% arasında olmuşdursa, Xiakume sortunun meyvələrindən alınmış şirələrdə isə bu göstərici 59,5÷67,8% arasında olması qeydə alınmışdır. Sortların və variantların müqayisəsindən məlum olmuşdur ki, tam yetişmiş Xaçia sortunun meyvələrindən alınmış lətsiz şirə çıxımı başqa variantlara nisbətən daha yüksək olmuşdur.
Beləliklə, aparılmış tədqiqatın nəticəsindən məlum olmuşdur ki, xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsulları istehsal etmək üçün ilk əvvəl onun mexaniki tərkibinin əsasını təşkil edən lətli və lətsiz şirə çıxımını bilmək lazımdır. Daha sonra aydınlaşdırılmışdır ki, ən çox şirə çıxımı tam yetişmiş xurma meyvələrində olduğuna görə müxtəlif çeşiddə qida məhsulları istehsal etmək üçün yalnız ondan istifadə etmək tövsiyyə olunur. Xurma meyvələrini yetişmə dərəcəsindən asılı olaraq onun mexaniki tərkibinin öyrənilməsi zamanı məlum olmuşdur ki, mexaniki tərkibin öyrənilməsinin iqtisadi səmərəliliklə də sıx əlaqəsi vardır. Belə ki, şirə çıxımı az olan xurma meyvələri iqtisadi cəhətdən səmərəli deyildir. Ona görə də xurma meyvəsindən istifadə etməklə müxtəlif çeşiddə qida məhsulları istehsal etmək üçün şirə çıxımının yüksək olmasına xüsusi olaraq fikir vermək lazımdır. Elə ona görə də xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsulları istehsal etmək üçün ilk əvvəl onun yetişmə dərəcəsindən asılı olaraq mexaniki tərkibinin öyrənilməsi olduqca vacibdir.
Beləliklə, Xaçia və Xiakume sortlarının meyvələrinin mexaniki tərkibinin öyrənilməsindən məlum olmuşdur ki, respublikamızda bol ehtiyatı olan, ekoloji baxımdan təmiz, tam yetişmiş xurma meyvəsindən istifadə etməklə müxtəlif çeşiddə, yüksək keyfiyyətli qida məhsulları (şirə, püre, bəhməz və s.) istehsal etmək mümkündür. Xurma meyvəsindən istehsal olunmuş məhsulların yüksək iqtisadi səmərəliliyi olmaqla yanaşı ondan istehsal olunan qida məhsulları əhalimizin sağlamlığı baxımından da çox əhəmiyyətlidir. Ona görə də son zamanlar xurma meyvəsindən yeni çeşiddə qida məhsulları istehsal olunmasına xüsusi olaraq fikir vermək tövsiyyə olunur.
Dostları ilə paylaş: |