Ə.Ə. NƏBĐyev, E. N. Dostđyarđ



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix05.03.2017
ölçüsü2,82 Kb.
#10272
1   2   3   4   5   6   7   8   9   ...   12

Mineral  maddələr.  Xurmada  olan  mineral  maddələrin 
miqdarı torpaq-iqlim şəraitindən, sortun spesifik  xüsusiyyətin-
dən və başqa faktorlardan asılıdır. Mineral maddələr üç qrupa – 
makro,  mikro  və  ultramikroelementlərə  bölünürlər.  Makroele-
mentlərə  Fe,  P,  K,  Ca,  Mg,  Cl,  S,  Si  və  başqaları; 
mikroelementlərə Ba, Br, B, J, Co, Mn, Cu, Mo, Zn və qeyrilə-
ri; ultramikroelementlərə isə U, Ra, Au, Ti və s. aiddir. Orqa-
nizmdə  0,001%-dən  çox  olan  elementlərə  makroelementlər, 
qeyd olunan rəqəmdən az olduqda mikroelementlər, cüzi miq-
darda olduqda isə ultraelementlər deyilir.  
Makroelementlər qida məhsullarında əsasən sulfat, fos-
fat, karbonat və başqa turşuların duzları şəklində olur. Đnsan or-
qanizmi bu duzları qida və içməli su vasitəsilə qəbul edir [29]. 
Duzların orqanizmdə paylanması müxtəlif cür olur. Ca, Mg və 
fosfat  duzları  ən  çox  sümüklərdə,  xörək  duzu  dəridə  toplanır. 
Bu duzlar bitkilərin meyvəsinə nisbətən  yarpağında və gövdə-
sində daha çox olur. Mikroelementlər isə ən çox üzvi maddələ-
rin: zülalların, fermentlərin, vitaminlərin, hormonların və başqa 
birləşmələrin tərkibində olur. Məsələn, zülalların nümayəndəsi 
olan hemoqlobinin tərkibində dəmir, askorbatoksidaza fermen-
tinin tərkibində mis, B
12
 vitaminində kobalt (Co) olur.  
Mineral  maddələrin  bioloji  və  texnoloji  xüsusiyyətləri-
nin  öyrənilməsində  A.K.Timiryazevin,  V.N.Vernadskinin, 
A.P.Vinoqradovun,  Ə.Güləhmədovun,  M.Abutalıbovun  və 
başqalarının  böyük  xidmətləri  olmuşdur.  Mineral  maddələrin 
fotosintez və tənəffüs proseslərində mühüm əhəmiyyəti vardır. 
Fotosintez  prosesi  xlorofilin  iştirakı  ilə  gedir.  Xlorofilin  də 
tərkibində maqnezium vardır (xlorofil – C
55
H
72
O
6
N
4
Mg). Mak-
ro  və  mikroelementlər  yüksək  molekullu  biopolimerlərlə  (zü-

 
 
48 
lallar,  fermentlər,  nuklein  turşuları  və  s.)  birləşərək,  onların 
quruluşunun  formalaşmasında  iştirak  edirlər.  Sink, manqan  və 
dəmir nuklein turşularının spiral formasının yaranmasında mü-
hüm  rol  oynayırlar.  Ribosomların  assimilyasiyası  və  dissimil-
yasiyası  maqneziumdan  çox  asılıdır.  Orqanizmdə  zülalların 
sintezi  maqneziumun  və  manqanın  iştirakı  ilə  gedir.  Mineral 
maddələr  qlikoliz  və  amiloliz  proseslərində  də  iştirak  edirlər 
[20, 32, 73, 84].  
Xurmada  və  ondan  hazırlanmış  məhsullarda  kaliumun, 
maqneziumun çox olması yaxşı haldır. Kalium ürək əzələlərini 
möhkəmlədir, maqnezium isə zülalların, fermentlərin, hormon-
ların  fəaliyyətini  artırır.  Xurma  meyvəsinin  əsas  qidalılıq  də-
yərlərindən biri onun yodla zəngin olmasıdır.  
Məlumdur ki, son zamanlar insanlar düzgün və rasional 
qidalanmadıqlarına görə qida məhsullarının tərkibində mineral 
maddələrin,  o  cümlədən  yodun  çatışmaması  nəticəsində  zob 
xəstəliyi daha geniş yayılmışdır. Xurma meyvəsi yodla zəngin 
olduğuna  görə  zob  xəstəliyinin  müalicəsi  üçün  təbii,  ekoloji 
təmiz bir qida məhsuludur.  
Yod orqanizmə yalnız qida vasitəsi ilə daxil olur. Qida 
vasitəsi  ilə  qəbul  olunmuş  yod  həzm  sistemindən  qana 
sovrulur.  Sonra  qalxanabənzər  vəzi  qanın  tərkibindəki  yodu 
özündə toplayır və hormonlar sintez olunur.  
Orqanizmdə  yod  çatışmadıqda  qalxanabənzər  vəzi 
hormonlarının sintezi pozulur. Bu da orqanizmin zəifləməsinə, 
arıqlamasına, ürək döyüntüsünün artmasına, əllərin titrəməsinə 
və s. əlamətlərin meydana çıxmasına səbəb olur [32, 84]. Ona 
görə də ölkəmizdə geniş yayılmış xurma meyvəsindən və onun 
emalından istehsal olunmuş məhsullar bütün il ərzində istifadə 
olunmalıdır.  
Beləliklə,  ədəbiyyat  xülasəsinin  araşdırılmasından  mə-
lum olmuşdur ki, xurma meyvəsi keyfiyyətli qida məhsuludur. 
Onun  meyvəsi  və  ondan  istehsal  olunmuş  məhsulların  (şirə, 
püre,  bəhməz  və  s.)  tərkibi  karbohidratlarla,  zülallarla,  fenol 

 
 
49 
maddələri ilə, vitaminlərlə, mineral maddələrlə və qeyriləri ilə 
daha  zəngindir.  Xurma  meyvəsinin  tərkibində  olan  qida  kom-
ponentləri orqanizmin normal inkişafı üçün mühüm əhəmiyyət 
kəsb edir. Ona görə də xurma meyvəsindən əhalimiz mövsümü 
xarakter kimi  yox, bütün il ərzində istifadə etmələri məqsədə-
uyğundur.  Ədəbiyyat  xülasəsinin  araşdırılmasından  və  apardı-
ğımız  tədqiqat  işindən  məlum  olmuşdur  ki,  xurma  meyvəsi 
ekoloji baxımdan saf qida məhsuldur. Onun becərilməsində və 
meyvəsinin  yetişməsində  heç  bir  kimyəvi  dərman  preparatın-
dan  istifadə  olunmur.  Respublikamızın  torpaq-iqlim  şəraiti  də 
bu meyvənin inkişafı üçün çox əlverişlidir.  
Hal-hazırda  dünya  əhalisi  arasında  ekoloji  təmiz  məh-
sullara  tələbat  günbəgün  artır.  Bu baxımdan xurma  meyvəsin-
dən istifadə etməklə müxtəlif çeşiddə qida məhsullarının isteh-
sal olunması əhalimizin sağlamlığı üçün çox əhəmiyyətlidir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
50 
FƏSĐL 2. TƏDQĐQATIN  OBYEKTĐ  VƏ  METODĐKASI 
2.1. Tədqiqat obyekti 
 
Tədqiqat  obyekti  kimi  respublikamızın  əksər  rayonla-
rında geniş yayılmış Xaçia və Xiakume xurma sortlarından isti-
fadə edilmişdir.  
Xaçia sortunun meyvəsi büzüşdürücülük xassəsinə ma-
likdir. Onun ağacları təxminən 10-12 m hündürlükdə olub, hər 
tərəfə  şaxələnir.  Meyvəsinin  yarpaqları  uzunsov,  kənarları bü-
töv, qalın qabıqlı, tünd  yaşıl rəngdədir. Meyvələri iri olmaqla, 
hər birinin çəkisi 150-250 q qədər dəyişə bilər. Meyvəsi uzun-
sov-konik  formalı,  yuxarı  hissəsi  sivri,  bəzən  yumrulanmış 
olur. Yetişməmiş meyvələrin rəngi qırmızımtıl-sarı rəngə çalır. 
Yetişmiş  meyvələrin  rəngi  qırmızımtıl-narıncı  olur.  Meyvələri 
tam yetişmiş halda gözəl dada və ətirə malik olur. Yetişgənlik 
dövrü oktyabr – noyabr aylarına təsadüf edir. Nəqledilməyə və 
saxlanmaya davamlıdır. Müxtəlif qida məhsullarının hazır-lan-
ması üçün əlverişlidir. Bir ağacının məhsuldarlığı orta hesabla 
70-150 kq təşkil edir.  
Xiakume sortu hündür (4...12 m,) geniş şaxəli və sıxbu-
daqlı  olan  ağacdır.  Yarpaqları  yumru  və  ya  uzunsov  formalı, 
qıraqları  bütöv,  tünd  yaşıl  rəngli,  səthi  parıltılı  olur.  Xiakume 
sortunun  meyvəsi  iri  yumru  (300  q  qədər)  və  ya  yumru-yastı 
olur.  Çalçarpaz  tozlanmadan  asılı  olaraq  meyvələrin  xarici 
görünüşü dəyişkən olur. Saplağı kövrək və qalın olmaqla uzun-
luğu  1,5  sm  çatır.  Meyvəsinin  tərkibində  toxumunun  sayı  də-
yişkən  olur.  Bəzi  meyvələrdə  4-5,  bəzilərində  isə  6-7  ədəd 
çəyirdək  olur.  Meyvənin  lətli  hissəsi  açıq  narıncı  rəngdədir. 
Yetişmə  müddəti  noyabr  ayına  təsadüf  edir.  Bu  sortun  ağacı 
çox məhsuldardır. Ağacın böyüklüyündən asılı olaraq məhsul-
darlığı orta hesabla 80...200 kq təşkil edir.  
Tədqiqat  işimizdə  hər  iki  sortun  yetişməmiş,  yetişmiş 
və yetişmə müddəti ötmüş meyvələrindən istifadə edərək müx-
təlif  çeşiddə  (şirə,  püre  və  bəhməz)  qida  məhsulları  istehsal 

 
 
51 
etməyi qarşımıza məqsəd qoymuşuq. Kontrol variant kimi şirə, 
püre  və  bəhməz  istehsalı  zamanı  xurma  meyvələri  yuyulduq-
dan  sonra  isti  üsulla  emal  edilmədən  hazırlanması  nəzərdə 
tutulmuşdur. Nümunə variantında isə xurma meyvələri əvvəlcə 
yuyulur,  çeşidlənir,  bəzi  qatışıqlardan  təmizlənir,  dilimlənir, 
sonra  80-90
0
C  temperaturda  8-10  dəqiqə  qızdırılır.  Bu  zaman 
ekstraksiya prosesinin yaxşı getməsi üçün əzintiyə ümumi həc-
minin  10-15%-i  qədər  təmiz  içməli  su  da  əlavə  edilir.  Burada 
əsas məqsəd meyvənin qabığında və lətində olan qida maddələ-
rinin  şirəyə  yaxşı  keçməsinə  nail  olmaqdır.  Bundan  başqa 
xurma  meyvəsinin  tərkibində  həlməşiklik  əmələ  gətirən  üzvi 
maddələr  (pektin  maddələri,  nişasta,  sellüloza,  zülallar  və  s.) 
təbii  quruluşunu  dəyişərək,  daha  asan  süzülürlər.  Xurma 
meyvəsini əvvəlcədən isti üsulla emal etdikdə nəinki ekstraktiv 
maddələrin miqdarı çoxalır, həm də hüceyrə quruluşunun yaxşı 
pozulması nəticəsində şirə çıxımının da artmasına nail olunur. 
Kontrol  (nəzarət)  variantda  isə  əzintinin  şirədən  ayrılmasına, 
onun  süzülməsinə  kolloid  hissəciklər  (zülallar,  pektin 
maddələri  və  s.)  xeyli  dərəcədə  mane  olur.  Bu  üsulla  alınmış 
məhsulda  ekstraktiv  maddələrin  miqdarı,  şirə  çıxımı  nisbətən 
az olmuşdur.  
 
2.2. 
Tədqiqatın metodikası 
 
Bu məqsədlə biz hər iki xurma sortunun ilk əvvəl mey-
vələrinin  yetişmə  dərəcəsindən  asılı  olaraq  mexaniki  tərkibin 
öyrənilməsini qarşımıza məqsəd qoymuşuq. Xurma meyvəsinin 
yetişmə  dərəcəsindən  asılı  olaraq  mexaniki  tərkibinin  öyrənil-
məsində  meyvənin  çəkisi,  meyvədə  olan  toxumların  sayı, 
meyvənin  saplağının  çəkisi,  meyvənin  qabıq  hissəsinin 
çəkisinin təyini nəzərdə tutulmuşdur. Habelə lətli və lətsiz şirə 
çıxımı (qeyri şəffaf şirə) da hər bir sortun yetişmə dərəcəsindən 
asılı  olaraq  təyin  edilmişdir  [18].  Daha  sonra  xurma 
meyvəsinin  yetişmə  dərəcəsindən  asılı  olaraq  əsas  kimyəvi 

 
 
52 
göstəricilərin (quru maddənin, ümumi şəkərin, bəzi heksozala-
rın və s.), bəzi oksidoreduktaz sinfinə aid fermentlərin (askor-
batoksidaza,  peroksidaza,  katalaza),  hidrolazalar  sinfinə  aid 
olan pektinesteraza fermentinin aktivliyinin təyin edilməsi qar-
şıya məqsəd qoyulmuşdur. Bundan başqa hər iki sortun meyvə-
lərinin yetişmə dərəcəsindən asılı olaraq meyvələrində və isteh-
sal olunmuş məhsullarında  fenol maddələrinin, aminturşuları-
nın və mineral maddələrin miqdarca dəyişməsi tədqiq edilmiş-
dir. Xurma meyvəsində və ondan istehsal olunmuş məhsullarda 
aşağıdakı  göstəricilər  təyin  olunması  qarşıya  məqsəd  qoyul-
muşdur.  
 
1.  Quru maddə - refraktometrlə [52]. 
2.  Ümumi şəkər – ümumi qəbul olunmuş üsulla [52]. 
3.  Qlükoza – yodometriya üsulu ilə [100]. 
4.  Fruktoza – kalorimetriya üsulu ilə [100]. 
5.  C vitamini – 2,6 dixlorfenolindofenol üsulu ilə [100]. 
6.  Ümumi və ya uçucu olmayan turşuluq [52]. 
7.  Pektin  maddələri  –  kalorimetriya-karbozol  üsulu  ilə 
[26]. 
8.  Aminturşuları  –  AAA–39  aminturşu  analizatorunda 
[111]. 
9.  Mineral maddələr – kalorimetriya üsulu ilə [95]. 
10. Pektinesteraza  fermentinin  aktivliyinin  təyini  – 
potensiometr üsulu ilə [26]. 
11. Askorbatoksidaza,  ortodifenoloksidaza,  peroksidaza  və 
katalaza fermentlərinin aktivliyinin təyini [100, 111].  
12. Sellüloza – Kuşnel və Koqan üsulu ilə [111]. 
13. Fenol maddələrinin təyini: katexinlər, leykoantosianlar, 
flavanollar,  proantosianidinlər,  fenolkarbon  turşuları 
(parafumar, kofein turşuları) – spektrofotokalorimetriya 
üsulu ilə [41, 57].  
14. Fenol  maddələrinin  ümumi  miqdarı  –  kalorimetriya 
üsulu ilə [52]. 

 
 
53 
Analiz  zamanı  hər  iki  xurma  sortunun  sağlam  heç  bir 
xəstəliyə tutulmamış meyvələrindən istifadə olunmuşdur. 
Tədqiqatın  nəticəsi  kimi  Xaçia  və  Xiakume  sortlarının 
meyvələrinin  yetişmə  dərəcəsindən  asılı  olaraq  istehsal  olun-
muş  məhsulların  (şirə,  püre  və  bəhməz)  nümunələri  ayrı-ayrı-
lıqda 10 bal sistemi üzrə dequstasiyası keçirilmişdir. Keçirilmiş 
dequstasiyanın  protokolu  monoqrafiyaya  əlavə  olunmuşdur. 
Bundan  başqa  yarımlaboratoriya  şəraitində  xurma  meyvə-
sindən  istehsal  olunmuş  qeyd  olunan  qida  məhsulları  “Gilan” 
Qəbələ konserv zavodunda da mütəxəssislər tərəfindən dequs-
tasiya olunaraq qiymətləndirilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
54 
FƏSĐL 3. TƏDQĐQATIN  APARILMASI 
3.1. Xurma meyvəsinin yetişmə dərəcəsindən asılı olaraq 
mexaniki tərkibin tədqiqi 
 
Xurma  meyvəsinin  inkişafı  üçün  ölkəmiz  çox  əlverişli 
torpaq-iqlim  şəraitinə  malikdir.  Əhalinin  ən  çox  həyatyanı 
sahəsində  geniş  yayılmış  ekoloji  baxımdan  təmiz,  yüksək 
qidalılıq dəyərinə malik olan xurma meyvəsi mühüm müalicəvi 
xüsusiyyətlərə  malikdir.  Xurma  insan  orqanizmi  üçün  lazım 
olan  qida  komponentləri  ilə  daha  zəngindir.  Qeyd  etmək 
lazımdır  ki,  xurma  ağacının  becərilməsində,  meyvəsinin 
yetişməsində  heç  bir  dərman  preparatından  istifadə  olunmur. 
Xurma 
meyvəsi 
yüksək 
bakterisid 
və 
antioksidant 
xüsusiyyətlərinə  malikdir.  Xurma  meyvəsində  heç bir  xəstəlik 
müşahidə  olunmur  [1,  7,  38].  Bu  da  xurma  meyvəsinin  fenol 
maddələri  ilə  daha  zəngin  olmasını  göstərir  [34].  Ölkəmizdə 
bol  ehtiyatı  olan  xurma  meyvəsindən  müxtəlif  çeşiddə  qida 
məhsullarının hazırlanması yeni iş yerlərinin yaranmasına, iqti-
sadiyyatımızın daha da inkişaf etməsinə köməklik göstərə bilər. 
Bu  məqsədlə  biz  ilk  əvvəl  Xaçia  və  Xiakume  sortlarının 
yetişmə  dərəcəsindən  asılı  olaraq  mexaniki  tərkibin 
öyrənilməsini qarşımıza məqsəd qoymuşuq.  
Xurma meyvəsinin mexaniki tərkibi onun meyvəsindən 
və  saplağından  ibarətdir.  Meyvə  hissə  qabıqdan,  toxumdan, 
lətli  hissədən  və  şirədən  ibarətdir.  Xurma  meyvəsindən 
müxtəlif  çeşiddə  qida  məhsulları  (bəhməz,  şirə,  püre  və  s.) 
istehsal etmək üçün ilk əvvəl onun mexaniki tərkibini, ən əsas 
da  lətli  və  lətsiz  şirə  çıxımını  müəyyənləşdirmək  vacibdir  [8, 
9]. 
Xurma  meyvəsi  yetişmə  dərəcəsindən,  ekoloji  duru-
mundan,  becərilmə  şəraitindən  asılı  olaraq  mexaniki  tərkibini 
təşkil edən hissəciklər faiz nisbətinə görə müxtəlif cür ola bilir-
lər [6, 12]. Meyvənin mexaniki tərkibinin standarta uyğun gəl-
məsi üçün onun becərilmə prosesində bütün aqrotexniki qayda-

 
 
55 
lara  əməl  olunmalıdır.  Əks  halda  xurma  meyvəsinin  məhsul-
darlığı aşağı olmaqla yanaşı, onun qidalılıq dəyəri də tələb olu-
nan  standarta  uyğun  gəlməyəcəkdir.  Məsələn,  xurma  ağacı 
vaxtı-vaxtında  su  ilə  təmin  olunmadıqda  onun  meyvələrinin 
məhsuldarlığı və qidalılıq dəyəri aşağı olacaqdır [10, 11]. Ona 
görə də xurma meyvəsindən yüksək keyfiyyətli qida məhsulları 
istehsal  etmək  üçün  onun  becərilməsinə  xüsusi  olaraq  fikir 
vermək  tələb  olunur.  Xurma  ağacına  daim  qulluq  etməklə 
yanaşı  həm  də  vaxtı-vaxtında  suvarılmalıdır  [28,  38,  50]. 
Məlumdur ki, bütün canlıların həyat fəaliyyəti üçün su olduqca 
vacibdir  [17,  145].  Su,  hüceyrənin  tərkib  hissəsini  təşkil 
etməklə yanaşı orqanizmdə mühüm bioloji funksiyaların yerinə 
yetirilməsində  böyük  əhəmiyyət  kəsb  edir.  Zülalların,  karbo-
hidratların,  yağların  və  qeyrilərinin  assimilyasiyası  və 
dissimilyasiyası  bilavasitə  suyun  iştirakı  ilə  gedir  [21,  88]. 
Bitki  mənşəli  məhsullar  üçün  su  əsas  nəqliyyat  vasitəsi  hesab 
olunur.  Bitkilərin  ayrı-ayrı  orqanlarına  qida  maddələri  su 
vasitəsilə ötürülür [14, 110]. Bitki istənilən qədər su ilə təmin 
olunmadıqda  onun  məhsuldarlığı  aşağı  düşür.  Bu  zaman 
bitkilərdə  gedən  fotosintez  və  tənəffüs  prosesləri  zəifləyir 
[145].  Nəticədə  bitkilərdə  əmələ  gələn  qida  maddələrinin 
(şəkərlərin,  vitaminlərin,  yağların  və  s.)  miqdarı  azalır, 
keyfiyyət göstəriciləri və boy inkişafı zəifləyir [15]. 
Beləliklə,  ədəbiyyat  materiallarının  araşdırılmalarından 
məlum  olmuşdur  ki,  xurma  meyvəsindən  yüksək  keyfiyyətli 
qida  məhsulları  istehsal  etmək  üçün  onun  mexaniki  tərkibini, 
əsasən  də  şirə  çıxımını bilmək  lazımdır.  Bu  məqsədlə  istifadə 
olunan  Xaçia  və  Xiakume  sortlarının  yetişmə  dərəcəsindən 
asılı  olaraq  mexaniki  tərkibin  dəyişməsi  tədqiq  edilmişdir. 
Sortlar  və  variantlar  üzrə  meyvənin  mexaniki  tərkibini  təşkil 
edən  göstəricilərin  müqayisəli  dəyişməsi  3.1,  3.2,  3.3 
cədvəllərində və 3.1, 3.2 şəkillərində göstərilmişdir.  
Bu  məqsədlə  xurma  meyvəsinin  mexaniki  tərkibinin 
öyrənilməsində 5 göstəricisi tədqiq edilmişdir: xurma meyvəsi-

 
 
56 
nin bir ədədinin, o cümlədən orta çəkisi, qabıq hissənin çəkisi, 
toxumun  sayı  və  çəkisi,  lətli  hissənin  çəkisi  və  şirə  çıxımı 
müəyyən  olunmuşdur.  Xurma  meyvəsindən  istifadə  etməklə 
istehsal olunan qida məhsullarının keyfiyyət göstəriciləri xeyli 
dərəcədə  onların  mexaniki  tərkibləri  ilə  sıx  əlaqədardır.  Ona 
görə  də  tədqiqat  işində  hər  iki  sortun  meyvələrində  mexaniki 
tərkibin öyrənilməsi qarşıya məqsəd qoyulmuşdur.  
Xurma  meyvəsinin  yetişmə  dərəcəsindən  və  sortundan 
asılı  olaraq  mexaniki  tərkibini  təşkil  edən  saplaq  hissə 
1,8÷3,2%,  qabıq  1,8÷3,5%,  toxum  4,2÷4,3%,  meyvənin  ləti 
22,4÷28,7%,  lətli  şirə  çıxımı  88,7÷91,6%,  lətsiz  şirə  çıxımı 
59,5÷69,2% təşkil edir (cədvəl 3.1, 3.2, 3.3). 
Cədvəl 3.1 
Tam yetişmiş xurma meyvələrinin mexaniki tərkibi 
Xurma sortları 
№ 
Göstəricilər 
Xaçia  Xiakume 

Xurma meyvəsinin quruluşu:  

meyvənin çəkisi (1 ədəd), qramla 

meyvədə toxumların sayı, ədədlə 

meyvədə saplağın çəkisi, qramla 

meyvənin qabığının çəkisi, qramla 
 
184,2 

4,2 
3,3 
 
186,4 

4,48 
3,5 

Xurma meyvəsinin orqanları: 

meyvənin orta çəkisi (10 ədəd) 

meyvənin  toxumunun  orta  çəkisi  (10 
ədəd) 

meyvənin saplağının orta çəkisi (10 ədəd) 

meyvənin qabığının orta çəkisi (10 ədəd) 

meyvənin  lətli  hissəsinin  orta  çəkisi  (10 
ədəd) 
 
184,5 
7,93 
4,24 
3,32 
41,32 
 
186,2 
8,19 
4,47 
3,53 
43,76 

Xurma meyvəsinin tərkib hissələri, % 

meyvənin saplağı 

qabıq hissə 

toxum 

lətli hissə 

lətli şirə çıxımı 

lətsiz şirə çıxımı 
 
2,3 
1,8 
4,3 
22,4 
91,6 
69,2 
 
2,4 
1,9 
4,4 
23,5 
91,3 
67,8 
 
 

 
 
57 
Cədvəl  3.1-in  araşdırılmasından  məlum  olmuşdur  ki, 
tam  yetişmiş  Xaçia  sortunda  bir  ədəd  meyvənin  çəkisi  184,2 
qram  olmuşdursa,  Xiakume  sortunun  meyvəsində  isə  bu  gös-
tərici  186,4  qram  olmuşdur.  Araşdırma  zamanı  o  da  məlum 
olmuşdur  ki,  xurma  meyvəsinin  çəkiləri  müxtəlif  olduğu  kimi 
onların  toxumlarının  sayı  da  müxtəlifdir.  Belə  ki,  Xaçia 
sortunun  meyvəsində  orta  hesabla  4  toxum  aşkar  olunmuş-
dursa, Xiakume sortunda isə 5 ədəd toxumun olması müəyyən 
olunmuşdur. Bu da sözsüz ki, xurma meyvəsindən alınmış şirə 
çıxımına öz təsirini göstərir. Tədqiqat zamanı məlum olmuşdur 
ki, xurma meyvələrinin sortundan asılı olaraq onların saplaqları 
da eyni deyildir. Məsələn, Xaçia sortundan alınmış meyvənin 1 
ədədinin saplağı 4,20 qram olmuşdursa, Xiakume sortunda isə 
bu  göstərici  4,48  qram  olmuşdur.  Mexaniki  tərkibin 
öyrənilməsində  hər  iki  sortda  meyvələrin  orta  çəkisi  (10  ədəd 
meyvədə)  də  müəyyənləşdirilmişdir.  Belə  ki,  Xaçia  sortunda 
meyvənin  orta  çəkisi  184,5  qram  olmuşdursa,  Xiakume 
sortunda isə bu göstərici 186,2 qram olmuşdur. Bu cür vəziyyət 
özünü  xurma  meyvəsinin  qabığında,  toxumunda  və  lətli 
hissəsində  də  göstərmişdir.  Xaçia  sortunun  meyvəsinin 
qabığının orta çəkisi 3,32 qram olmuşdursa, Xiakume sortunda 
isə bu göstərici 3,53 qram müəyyən  edilmişdir. Bundan başqa 
xurma  meyvələrinin  mexaniki  tərkibini  təşkil  edən 
göstəricilərin quru çəkiyə görə faizlə miqdarı da öyrənilmişdir. 
Bu  zaman  məlum  olmuşdur  ki,  sortdan  asılı  olaraq 
xurma  meyvəsinin  saplağı,  qabıq  hissəsi,  toxumu,  şirə  çıxımı 
da müxtəlif cür olmuşdur. 
Əgər  Xaçia  sortunda  meyvənin  quru  çəkisinin  2,3%-ni 
onun  saplağı  təşkil  edirsə,  Xiakume  sortunda  isə  bu  göstərici 
2,4%  təşkil  etmişdir.  Xaçia  sortunda  ümumi  kütlənin  (184,5 
qrama görə) 1,8%-i xurmanın qabığından təşkil olunmuşdursa, 
Xiakume  sortunda  isə  (186,2  qrama  görə)  qabıq  çıxımı  1,9% 
olmuşdur.  Bu  da  onu  göstərir  ki,  Xaçia  sortuna  nisbətən 
Xiakume sortunda qabıq daha qalındır. Elə ona görə də Xaçia 

 
 
58 
sortunda  şirə  çıxımı  Xiakume  sortuna  nisbətən  daha  çoxluq 
təşkil  edir.  Əgər  Xaçia  sortunda  lətli  şirə  çıxımı  91,6%  təşkil 
edirsə,  Xiakume  sortunda  isə  bu  göstərici  91,3%  olmuşdur. 
Daha  sonra  məlum  olmuşdur  ki,  Xaçia  sortunda  lətsiz  qeyri-
şəffaf şirə çıxımı 69,2% olmuşdursa, Xiakume sortunda isə şirə 
çıxımı nisbətən az – 67,8% olmuşdur.  
 
Cədvəl 3.2 
Tam yetişməmiş xurma meyvəsinin mexaniki tərkibi 
Xurma sortları 
№ 
Göstəricilər 
Xaçia  Xiakume 

Xurma meyvəsinin quruluşu:  

meyvənin çəkisi (1 ədəd), qramla 

meyvədə toxumların sayı, ədədlə 

meyvədə saplağın çəkisi, qramla 

meyvənin qabığının çəkisi, qramla 
 
164,2 

5,25 
5,75 
 
165,6 

5,6 
5,96 

Xurma meyvəsinin orqanları: 

meyvənin orta çəkisi (10 ədəd) 

meyvənin  toxumunun  orta  çəkisi  (10 
ədəd) 

meyvənin saplağının orta çəkisi (10 ədəd) 

meyvənin qabığının orta çəkisi (10 ədəd) 

meyvənin  lətli  hissəsinin  orta  çəkisi  (10 
ədəd) 
 
166,4 
7,00 
5,32 
5,82 
47,76 
 
168,3 
7,24 
5,72 
6,06 
49,14 

Xurma meyvəsinin tərkib hissələri, %-lə 

meyvənin saplağı 

qabıq hissə 

toxum 

lətli hissə 

lətli şirə çıxımı 

lətsiz şirə çıxımı 
 
3,2 
3,5 
4,2 
28,7 
89,6 
60,4 
 
3,4 
3,6 
4,3 
29,2 
88,7 
59,5 
 
Bundan  başqa  tam  yetişməmiş  və  yetişmə  müddəti 
ötmüş  xurma  meyvələrində  də  mexaniki  tərkib  tədqiq 
edilmişdir.  Tədqiqat  zamanı  cədvəl  3.2-in  rəqəmlərindən 
məlum  olmuşdur  ki,  hər  iki  xurma  sortunun  mexaniki  tərkibi 
müxtəlif cür olur.  
Mexaniki  tərkibin  öyrənilməsi  zamanı  müəyyən 
olunmuşdur  ki,  hər  iki  sortun  yetişməmiş  meyvələrindən  asılı 

 
 
59 
olaraq  onların  meyvəsinin  və  saplağının  çəkisi,  qabıq  çıxımı, 
toxumun sayı, lətli hissənin çəkisi eyni miqdarda olmur. Əgər 
Xaçia  sortunda  bir  ədəd  meyvənin  çəkisi  164,2  qramdırsa, 
Xiakume sortunun meyvəsinin çəkisi isə 165,6 qram olmuşdur. 
Tam  yetişməmiş  xurma  meyvələrində  lətli  şirə  çıxımı 
88,7÷89,6%,  lətsiz  şirə  çıxımı  isə  59,5÷60,4%  arasında 
olmuşdur.  Cədvəl  3.2-in  göstəriciləri  yetişmə  müddəti  ötmüş 
xurma meyvələrinin mexaniki tərkibi ilə demək olar ki, eynilik 
təşkil  edir.  Xaçia  və  Xiakume  sortlarının  yetişmə  müddətinin 
ötmüş  meyvələrinin  mexaniki  tərkibinin  öyrənilməsi  cədvəl 
3.3-də qeyd edilmişdir.  
Cədvəl 3.3 
Yetişmə müddəti ötmüş xurma meyvəsinin mexaniki tərkibi 
Xurma sortları 
№ 
Göstəricilər 
Xaçia  Xiakume 

Xurma meyvəsinin quruluşu:  

meyvənin çəkisi (1 ədəd), qramla 

meyvədə toxumların sayı, ədədlə 

meyvədə saplağın çəkisi, qramla 

meyvənin qabığının çəkisi, qramla 
 
172,5 

3,1 
4,48 
 
173,1 

3,29 
4,67 

Xurma meyvəsinin orqanları: 

meyvənin orta çəkisi (10 ədəd) 

meyvənin  toxumunun  orta  çəkisi  (10 
ədəd) 

meyvənin saplağının orta çəkisi (10 ədəd) 

meyvənin qabığının orta çəkisi (10 ədəd) 

meyvənin  lətli  hissəsinin  orta  çəkisi  (10 
ədəd) 
 
172,7 
7,42 
3,1 
4,49 
46,6 
 
173,5 
7,80 
3,29 
4,68 
46,50 

Xurma meyvəsinin tərkib hissələri, % 

meyvənin saplağı 

qabıq hissə 

toxum 

lətli hissə 

lətli şirə çıxımı 

lətsiz şirə çıxımı 
 
1,8 
2,6 
4,3 
29,0 
91,3 
62,3 
 
1,9 
2,7 
4,5 
26,8 
90,9 
64,1 
 
Cədvəldən  göründüyü  kimi  yetişmə  müddəti  ötmüş 
xurma meyvələrində lətsiz və lətli şirə çıxımı miqdarca xeyli az 

 
 
60 
54
56
58
60
62
64
66
68
70
1
2
olmuşdur.  Əgər  Xaçia  sortunun  lətsiz  şirə  çıxımı  62,3% 
olmuşdursa,  bu  göstərici  Xiakume  sortunda  isə  64,1% 
olmuşdur.  
Xurma meyvələrinin yetişmə dərəcələrindən asılı olaraq 
mexaniki  tərkibin  tədqiq  olunması  zamanı  müəyyən 
olunmuşdur ki, lətli və lətsiz şirə çıxımı ən çox tam yetişməmiş 
xurma  meyvəsində  qeydə  alınmışdır.  Xaçia  və  Xiakume 
sortlarının yetişməmiş və yetişmə müddəti ötmüş meyvələrində 
isə  lətli  və  lətsiz  şirə  çıxımı  xeyli  miqdarda  az  olmuşdur. 
Xurma meyvələrinin yetişmə dərəcəsindən asılı olaraq lətsiz və 
lətli şirə çıxımları şəkil 3.1 və 3.2-də göstərilmişdir.  
        
         

 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 3.1. Xurma meyvəsinin yetişmə dərəcəsindən 
asılı olaraq lətsiz şirə çıxımı 
1-  Xaçia; 2- Xiakume 
 
- yetişmiş; 
 
- yetişməmiş; 
 
- yetişmə müddəti ötmüş 
 

 
 
61 
Hər iki sortun tam yetişmiş meyvələrində lətli və lətsiz 
şirə  çıxımı  başqa  variantlarla  müqayisədə  daha  yüksək 
olmuşdur.  Məsələn,  Xaçia  sortunun    tam  yetişmiş  xurma 
meyvələrində lətsiz şirə çıxımı 69,2% olmuşdursa, eyni sortun 
yetişməmiş meyvələrində bu göstərici 60,4%, yetişmə müddəti 
ötmüşdə  isə  62,3%  olduğu  müəyyən  edilmişdir.  Tam  yetişmiş 
Xiakume  sortunun  meyvələrində  lətli  şirə  çıxımı  67,8%; 
yetişməmişdə  59,5%,  yetişmə  müddəti  ötmüş  meyvələrdə  isə 
64,1% olmuşdur.  
Araşdırma  zamanı  məlum  olmuşdur  ki,  ən  çox  lətsiz 
şirə  çıxımı  tam  yetişmiş  Xaçia  sortunun  meyvələrində  69,2% 
qeydə  alınmışdır.  Ən  az  şirə  çıxımı  isə  yetişməmiş  Xiakume 
sortunun  meyvələrində  olmuşdur  –  59,5%.  Bununla  yanaşı 
cədvəllərin təhlilindən məlum olmuşdur ki, lətli şirə çıxımı ən 
çox  tam  yetişmiş  xurma  meyvələrində  (Xaçia  və  Xiakume) 
olmuşdur.  
Əgər  hər  iki  sortda  tam  yetişmiş  xurma  meyvələrində 
lətli şirə çıxımı 91,3÷91,6% olmuşdursa, tam yetişməmişdə bu 
göstərici 88,7÷89,6%, yetişmə müddəti ötmüş xurma meyvələ-
rində isə lətli şirə çıxımı 62,3÷64,1% arasında olmuşdur. Ən az 
lətli  şirə  çıxımı  tam  yetişməmiş  Xiakume  sortunun 
meyvələrində qeydə alınmışdır – 88,7%.  
Tədqiqat  zamanı  məlum  olmuşdur  ki,  xurma 
meyvəsində lətli hissənin çox olması şirə çıxımının az olmasına 
səbəb olur. Belə ki, ən çox lətli hissə miqdarca tam yetişməmiş 
xurma  meyvələrində  28,7÷29,2%  olmuşdur.  Bu  göstərici 
yetişmə müddəti ötmüş xurma meyvələrində 26,8÷27,0%, tam 
yetişmişdə isə 22,4÷23,5% arasında olmuşdur. Birinci cədvəlin 
rəqəmlərindən  məlum  olur  ki,  ən  az  lətli  hissə  tam  yetişmiş 
Xaçia sortunun meyvələrində 22,4% olmuşdur.  
Ona görə də ən çox lətli şirə çıxımı tam yetişmiş xurma 
meyvələrində  qeydə  alınmışdır.  Müqayisə  üçün  onu  da  qeyd 
etmək  lazımdır  ki,  bütün  variantlar  üzrə  Xaçia  sortunun 
meyvələrindən  alınmış  lətli  və  lətsiz  şirə  çıxımı  Xiakume 

 
 
62 
0
5
10
15
20
25
30
35
sortundan  nisbətən  yüksək  olması  cədvəllərdə  öz  əksini 
tapmışdır. 
 
        %  
       
                      A                                                     B 
 
 
 
 
 
 
 
 
 
 
          1           2          3                            1          2          3  
Şəkil 3.2. Xurma meyvəsinin yetişmə dərəcəsindən 
asılı olaraq lətli hissənin çıxımı 
A- Xaçia, B- Xiakume 
1- yetişmiş;  
2- yetişməmiş;  
 
            3- yetişmə müddəti ötmüş  
 
Əgər  bütün  variantlar  üzrə  Xaçia  xurma  sortunda  lətli 
şirə çıxımı 89,6÷91,6% arasında olmuşdursa, bu göstərici Xia-
kume sortunda isə 88,7÷91,3% olmuşdur. Bununla yanaşı lətsiz 
şirə  çıxımı  da  Xiakume  sortuna  nisbətən  Xaçia  sortunda  daha 
yüksək  olması  göstərilmişdir.  Belə  ki,  lətsiz  şirə çıxımı  Xaçia 
sortunda  (bütün  variantlar  üzrə)  60,4÷69,2%  arasında  olmuş-
dursa,  Xiakume  sortunun  meyvələrindən  alınmış  şirələrdə  isə 
bu  göstərici  59,5÷67,8%  arasında  olması  qeydə  alınmışdır. 
Sortların  və  variantların  müqayisəsindən  məlum  olmuşdur  ki, 
tam yetişmiş Xaçia sortunun meyvələrindən alınmış lətsiz şirə 
çıxımı başqa variantlara nisbətən daha yüksək olmuşdur.  
Beləliklə,  aparılmış  tədqiqatın  nəticəsindən  məlum 
olmuşdur  ki,  xurma  meyvəsindən  müxtəlif  çeşiddə  qida 

 
 
63 
məhsulları istehsal etmək üçün ilk əvvəl onun mexaniki tərkibi-
nin  əsasını  təşkil  edən  lətli  və  lətsiz  şirə  çıxımını  bilmək 
lazımdır. Daha sonra aydınlaşdırılmışdır ki, ən çox şirə çıxımı 
tam  yetişmiş  xurma  meyvələrində  olduğuna  görə  müxtəlif 
çeşiddə  qida  məhsulları  istehsal  etmək  üçün  yalnız  ondan 
istifadə  etmək  tövsiyyə  olunur.  Xurma  meyvələrini  yetişmə 
dərəcəsindən asılı olaraq onun mexaniki tərkibinin öyrənilməsi 
zamanı  məlum  olmuşdur  ki,  mexaniki  tərkibin  öyrənilməsinin 
iqtisadi səmərəliliklə də sıx əlaqəsi vardır. Belə ki, şirə çıxımı 
az  olan  xurma  meyvələri  iqtisadi  cəhətdən  səmərəli  deyildir. 
Ona  görə  də  xurma  meyvəsindən  istifadə  etməklə  müxtəlif 
çeşiddə qida məhsulları istehsal etmək üçün şirə çıxımının yük-
sək olmasına xüsusi olaraq fikir vermək lazımdır. Elə ona görə 
də  xurma  meyvəsindən  müxtəlif  çeşiddə  qida  məhsulları 
istehsal  etmək  üçün  ilk  əvvəl  onun  yetişmə  dərəcəsindən  asılı 
olaraq mexaniki tərkibinin öyrənilməsi olduqca vacibdir.  
Beləliklə,  Xaçia  və  Xiakume  sortlarının  meyvələrinin 
mexaniki  tərkibinin  öyrənilməsindən  məlum  olmuşdur ki,  res-
publikamızda  bol  ehtiyatı  olan,  ekoloji  baxımdan  təmiz,  tam 
yetişmiş xurma meyvəsindən istifadə etməklə müxtəlif çeşiddə, 
yüksək  keyfiyyətli  qida  məhsulları  (şirə,  püre,  bəhməz  və  s.) 
istehsal  etmək  mümkündür.  Xurma  meyvəsindən  istehsal 
olunmuş  məhsulların  yüksək  iqtisadi  səmərəliliyi  olmaqla 
yanaşı  ondan  istehsal  olunan  qida  məhsulları  əhalimizin 
sağlamlığı baxımından da çox əhəmiyyətlidir. Ona görə də son 
zamanlar  xurma  meyvəsindən  yeni  çeşiddə  qida  məhsulları 
istehsal olunmasına xüsusi olaraq fikir vermək tövsiyyə olunur. 
 
Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin