Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə91/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   87   88   89   90   91   92   93   94   ...   111
 
 


180 
 
ÖYÜD 
Oğlum Əzizə 
   
Sevmək-bulud kimi dolmaqdı, 
yağış olub yağmaqdı. 
can verib, 
can almaqdı, 
ruzi, bərəkətdi sevmək... 
...bir bulud kölgəsində 
təpədən dırnağadək islanmaqdı. 
islana-islana yuyunmaqdı... 
yuyuna-yuyuna anlamaqdı yağışı... 
Sevmək nədi? – soruşursan...?! 
Baxçamızda saralan o ağaca bir də bax! 
qoru, o budaqdakı tənha quş yuvasını, 
amma oynama, oğul, 
yuvayla oynamazlar! 
bahar – yenə gələcək, 
bahar geri dönəcək, 
quşlar da qayıdacaq 
öz isti yuvasına... 
sevmək nə olduğunu anlayacaqsan onda- 
uyma dəli dünyaya; 
bax Günəşə, bax Aya 
küləyi dinlə. 
dənizin səsinə qulaq as! 
küləkdən, dənizdən güc al! 
özünə güvən, 


181 
 
özün ucal! 
od ol, 
alov ol, 
ocağın olsun. 
ocaqla oynama,oğul! 
“Ürəyin” olsun, 
ürəyini açmağa 
isti qucağın olsun 
–qucaqla oynama, oğul! 
Verdiyin söz, 
kəsdiyin duz-çörək 
düz olsun – 
bıçaqla oynama, oğul! 
Sevmək nədi?– soruşursan? 
sevmək yoldu, yolçuluqdu 
məmləkətə yağan 
ilk qar kimi tərtəmizdi, 
ağappaqdı, ləkəsizdi – sevmək! 
bir də ki,... 
bir də ki 
sənin 
hardan gəlib, 
hara getdiyini göstərən – ləpirdi, 
izdi 
ruzi, bərəkətdi sevmək!... 
   
   

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin