189
ULDUZLAR
Qaranlıq
gecədə bir nura dönüb,
Göylərdə çiçək tək açan, ulduzlar!
Mən sizə vurğunam,
sizə heyranam,
Yollarıma işıq saçan ulduzlar!
Qərib gecələrin bəzəyisiniz,
Duyan ürəyimin özəyisiniz.
Könlümün, gözümün istəyisiniz,
Mən
sizi görərəm haçan, ulduzlar!
Azadə Talehin ümidlərisiz,
Ömrümün mənalı, xoş günlərisiz,
Parlaq arzuların dəyərisiniz,
Ay yanar ulduzlar, qaçan ulduzlar!
SAZIM
Sehrlənib, mehrlənib,
Sinəm üstə dinən sazım.
İlmə-ilmə, naxış-naxış,
Pərdələrə enən sazım.
Nələr duydum harayında, –
Könül adlı sarayında.
Məhəbbəti ürəyimdə,
İçin-için yanan sazım.
190
Eldən-elə gəzəcəksən,
Sinən sipər, – dözəcəksən...
Hələ nələr görəcəksən,
Ürəklərə dolan sazım.
Azadə sənə bağlandı,
Nə yoruldu, nə usandı.
Ömrün ömrümə həyandı,
Mənə sadiq qalan sazım.
2004
Dostları ilə paylaş: