- rahmətullahi aleyhi -
Əbu Abdullah AbdurRahman İbn Nəsir İbn Abdullah İbn Nəsir əl-Sədi. Təmim nəslindəndir. H. 1307-ci il Məhərrəm ayının 12 Unayza şəhərində dünyaya gəlmişdir. Gənc yaşlarında ikən valideyinlərini itirən Sədi yetim böyüyür. Müəllimlərindən İbrahim İbn Xamad İbn Casir, Muhəmməd İbn AbdulKərim əş-Şibal, Şeyx Saleh İbn Osman və s. Tələbələrindən iki dahi şəxsiyyət Şeyx Useymin və Şeyx İbn Bazz – rahmətullahi aleyhi -. H. 1376-cı il 69 yaşında dünyasını dəyişir.
İbn Teymiyyə
- rahmətullahi aleyhi -
AbdulHəlim İbn AbdusSalam İbn Abdullah İbn əl-Xıdır İbn Muhəmməd əl-Xıdır İbn Əli İbn Abdulah İbn Teymiyyə əl-Hərrani. H. 661-ci il (M. 1263) Rəbiul Əvvəl ayın 10 Şam torpaqlarından sayılan Hərranda dünyaya gəlmişdir. Şeyxulİslam Təquyuddin ləqəbi ilə adlandırılmış, kunyəsi isə Əbul Abbasdır. Teymiyyə – Onun ulu babalarından olan Muhəmməd İbn əl-Xıdır Teymə yolu üzərində həccə getmişdir. Orada kiçik bir qız uşağı görmüş və geri qayıtdıqda zövcəsinin bir qız uşağı doğduğunu gördükdə Teymiyyə nisbət edərək Teymiyyə adlandırmışdır. Ona bu ləqəb buradan verilmişdir. Şeyxulİslam – ləqəbinə gəldikdə isə deyirlir ki: «Müsəlman olaraq yaşamış (şeyx, ixtiyar olmuş) kişi deməkdir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim müsəlman olaraq bir saçı ağararsa bu onun üçün Qiyamət günü bir nur olacaqdır»259. Ailəsi elmə və dinə bağlı olmuşdur. Atası Əbul Bərəkət Məcduddin Hənbəli, qardaşı Əbu Muhəmməd Şərəfuddin Hənbəli məzhəbinin alimlərindən sayılırlar. 200 artıq müəllimi vardır. Ən məşhurları Şəmsuddin Əbu Muhəmməd AbdurRahman İbn Qudamə əl-Məqdisi H. 682 dünyasını dəyişmiş, Əminuddin Əbul Yəmən AbdusSaməd İbn Əsakir əd-Diməşqi əş-Şafii 686-cı ildə dünyasını dəyişmiş, Şəmsuddin Əbu Abdullah Muhəmməd İbn Abdul Kavi İbn Berdan əl-Mədavi 703-cü ildə dünyasını dəyişmişdir. Tələbələri Şəmsuddin İbn Abdulhədi, Şəmsuddin əz-Zəhəbi H. 748-ci ildə dünyasını dəyişmiş, Şəmsuddin İbnul Qeyyim, Şəmsuddin İbnul Muflih, İmaduddin İbn Kəsir və s. İmam Zəhəbi – rahmətullahi aleyhi - deyir ki: «Şeyxulİslamın əsərlərini topladım. Bunların 1000 əsər olduğunu gördüm. Daha sonra başqalarını da gördüm»260. Öz iti qılıncı və qələmi ilə bidətçilərə və kəlamçılara qarşı daima mübarizə aparmışdır. İbn Batuta kimiləri – Allah layiqli cəzasını versin – tərəfindən çoxlu böhtanlara məruz qalmışdır. Lakin Allaha şükrlər olsun ki, Allah daima onu qorumuş və təmizə çıxarmışdır. Günümüzə kimi onun əsərləri oxunur və İnşəallah bundan sonra da böyük oxucu kütləsi tərəfindən də oxunacaqdır. Dəfələrlə həps olunmuşdur. İlk dəfə 26 Ramazan H. 705-ci ildə həps edildi. Daha sonra 23 Rəbiul Əvvəl ayında H. 707-ci ilində həpsdən çıxdı. Həmçinin 726-cı il 10 Şaban cümə günü də həps edildi. Dəməşq qalasında H. 728-ci il (M. 1328) Zül Qədə 20 vəfat etdi. Cənazəsində iştirak edənlərin sayı-hesabı yox idi. Bəzi rəvayətlərdə 60 minə yaxın adam olmuşdur. Cənazəsi əs-Sufiyyə qəbristanlığında qardaşı Şərəfuddin Abdullahın yanında dəfn edildi. İbn Teymiyyə – rahmətullahi aleyhi - deyir ki: «Həqiqətən də dünyada bir Cənnət vardır ki, kim o Cənnətə girməzsə axirətin Cənnətinə daxil olmaz. Düşmənlərim mənimlə nə edə bilər? Mənim Cənnətim, bağım qəlbimdədir. Hara getsəm o, da mənimlədir. Məndən ayrılmazdır. Həbs olunmağım, Allah ilə tək qalmağımdır, öldürülməyim şəhidlikdir, sürgün olunmağım isə mənim üçün səfərdir». İmam Əhmədin – rahmətullahi aleyhi - sözləri necə də gözəldir: «Bidət əhlinə deyin ki: Bizimlə sizin aranızda fərq cənazədə iştirak edənlərdən bilinsin».
İbn Teymiyyə – rahmətullahi aleyhi - Quran haqqında bildikləri ilə kifayətlənməyərək Rəbbinə yönələrək Quranı haqqıyla öyrənməyi ona nəsib etməsi üçün ona dua edər və deyərdi: «Bir ayə üçün 100 (120) yaxın Təfsirə baxar sonra Allahdan başa düşmək üçün dua edər və: Ey Adəmə və İbrahimə öyrədən Allahım mənə də öyrəd! Bəzən də daha tənha bir məscidə gedər torpağa üzümü sürtər və dua edərək deyərdim: Ey İbrahimə elm verən mənə də elm ver!». Kutubi Sittə və Muvattanı çox gözəl bilərdi. Haqqında deyilmişdir: «İbn Teymiyənin bilmədiyi hədis hədis deyildir». İmam Zəhəbi – rahmətullahi aleyhi - deyir: «İbn Teymiyyə – Şeyx, İmam, Böyük alim, Hafiz, Tənqidçi, Fəqih, Müctəhid, Müfəssir, Şeyxulİslam, Zahidlərin başçısı, dövrünün tək alimi, Təqiyuddin Əbul Abbas Əhməd İbn əl-Mufti Şihabuddin Abdulhəlim İbn əl-İmam əl-Muctəhid Şeyxulİslam Məcduddin AbdusSalam İbn Abdullah İbn Əbul Qasım əl-Hərrani». İbn Dəqiqlid – rahmətullahi aleyhi - deyir ki: «Mən İbn Teymiyyə ilə qarşılaşdıqda elə bir şəxsiyyət gördüm ki, sanki bütün elmlər onun gözünün qaşısında cəmləşmişdir. İstədiyini oradan götürür, istədiyini isə orada saxlayırdı».
İbn Qeyyim
- rahmətullahi aleyhi -
Muhyiddin İbn əl-Məhasin Yusuf İbn AbdurRahman İbn Əli İbn əl-Cövzi. Atası Covziyyə adlı mədrəsənin Qeyyimi (rəhbəri) idi. Ona nisbət edilərək də İbn Qeyyim əl-Covziyyə adlanır. H. 691-ci ildə Səfər ayında Şamın 55 km məsafəsində yerləşən Havran kəndlərindən Zər kəndində dünyaya gəlmişdir. Hədis elmini əl-Şihab Nablusi, əl-Qadi Taqiyyəddin İbn Süleyman, İsmail İbn Məktum, İbn Teymiyyə İsmail İbn Muhəmməd əl-Harrandan almışdır. H. 712-ci ildə İbn Teymiyyə – rahmətullahi aleyhi - Misirdən qayıtdıqdan sonra H. 728-ci il ölənə qədər onun yanından ayrılmayaraq ondan elm almışdır. H. 751-ci il Rəcəb ayında 23 dünyasını dəyişmişdir. Əl-Cirəh məscidində cənazə namazı qılınmış və dəfn edilmişdir. Əsərləri “İləm əl-Muvakkin Rəbb əl-Aləmin”, “Furusiyyə”, “Zədul Məad”, “Mədaricus Salikin”, “əd-Da vəd Dəva”, “Bədai əl-Fəvaid” və s. Tələbələri Əhməd İbn Hənbəl əl-Dəməşqi H. 797-ci ildə dünyasını dəyişmiş, İsmail İbn Ömər İbn Kəsir əl-Dəməşqi, Muhəmməd İbn Quddamə əl-Məqdisi H. 774-cü ildə dünyasını dəyişmiş, Osman İbn AbdurRahman əl-Nablusi əl-Hənbəli H. 797-ci ildə dünyasını dəyişmiş, oğlu İbrahim və Şərafəddin Abdullahdır.
Muhəmməd İbn AbdulVahhab
- rahmətullahi aleyhi -
Muhəmməd İbn AbdulVahhab İbn Süleylman İbn Əli İbn Muhəmməd İbn Əhəd İbn Rəşid ət-Təmimi. H. 1115 (1703) ildə Uyeynə şəhərində dünyaya gəlmişdir. H. 1206-cı ildə Riyadın yaxınlığında yerləşən əd-Dəriyyə şəhərində dünyasını dəyişmişdir.
Şeyx Albani
– rahmətullahi aleyhi –
Alban dövlətinin keçmiş mərkəzi olan Aşkodra şəhərində hicri 1332-ci ildə (miladi tarixi ilə 1914-cü ildə) dünyaya gəlmişdir. Əsli Albaniyadan olduğuna görə ləqəbi də əl-Albanidir. Kunyəsi isə Abu AbdurRahməndir. Çox kasıb bir ailədən idi. Atası Məhəmməd Nəsrəddin İbn Nuh Nəcətiy İbn Adəmdir. Nuh Nəcəti Osmanlı dövlətinin mərkəzi olan (İstambul) Astana şəhərinin şəriət mədrəsəsində dini təhsil aldıqdan sonra Allahın dininə xidmət etmək üçün öz ölkəsinə qayıdır. Lakin o, vaxtlar Albaniyada ateizim (Allahsızlıq) ideyası çox yayıldığına görə ailəsi ilə birlikdə Suriyanın Dəməşq şəhərinə hicrət edirlər. Dəməşqə köçdükdə gənc alimin 9 yaşı vardır. İlk təhsilini də elə bu şəhərdə alaraq Qurani Kərimi öyrənməyə başlayır. Quranı oxumaq qaydalarını (təcvidi), ərəb dili ilə bağlı bir çox məsələləri, həmçinin Hənəfi məzhəbinin qanunları ilə yaxından tanış olur (Məraqil Fərəh261). Bütün bulara Dəməşqin şeyxlşəri olan Muhəmməd Səid əl-Burhani və Məhəmməd Bəhcə əl-Beytərinin dərslərində iştirak edərək nail olur. Həmçinin bu işdə onun atasının da böyük rolu olmuşdur. Bundan başqa atasından saatsazlıq sənətini də öyrən-məyə başlayır. Bu sənətdə yüksələrək sənətkar səviyəsinə çatır. Onun saat köşkü indi də Dəməşqin yaxınlığında yerləşən Əməvi Məscidinin yaxınlığındadır. İyirmi yaşından başlayaraq Şeyx Albani hədis elmi ilə dərindən məşxul olmağa başlayır və ilk olaraq Hafiz əl-İrakinin «əl-Muqni ən-Həmlil Əsfər fil Əsfər fi Təhrici mə Filhiyə Minəl Əkbər» kitabını geniş şəkildə şərh və tədqiq edir. Hədis elmi ilə məşğul olmağına səbəb Misirdə çıxan «əl-Mənər» jurnalı olmuşdur262. Özüdə həmişə deyərdi ki, Məhəmməd Rəşid Rzanın bu jurnalını oxumağım mənə çox köməyi olub. Hədis elminə olan məhəbbəti o, qədər artır ki? atasının (əsas hissəsi) Hənəfi məzhəbinin kitablarından təşkil edilmiş kitabxanası belə onun hədis elminə olan təlabatını elm öyrənmək alovunu söndürə bilmirdi (ödəmirdi). Lakin atası onun bu elmlə məşğul olmasına narazı idi və deyərdi ki, bu elm müflislərin elmidir. Maddi çətinlik gənc alimə kitabları əldə etməyə çətinlik törətdiyinə görə o, Dəməşqin böyük kitabxanası olan «əl-Məktəbətul əz-Zahriyyə» gedər və oradan kitabları götürərdi. Şeyx Albani hədis elmi ilə o, qədər aludə olur ki, öz saat dükanını bağlayaraq 8-12 saat və bəzən də daha çox vaxtını kitabxanada keçirərdi. Yalnız namazdan-namaza kitabxanadan çıxardı. Hətta bəzən o, qədər elmə bağlanardı ki. nahar etməyə də getməzdi. Özü ilə gətirdiyi bir tikə çorək ilə kifayətlənərdi. Kitabxananın müdriyyəti onun elmə olan həvəsini gördükdən sonra onun üçün müəyyən bir otaq ayırırlar və kitabxananın açarlarını ona verirlər. Bu müddət ərzində gənc alim fiqhə, əqidəyə dair bir çox əsrlər yazır. Bu əsərlərin bəziləri hələ indiyə qədər də nəşr edilməmişdir. Gənc alim bu yolda çoxlu çətinliklərlə qarşılaşır. Lakin bütün bunlara baxmayaraq səbr və ixlasla bütün bu çətinlikərdən qalib çıxır. Bu işdə ona Dəməşqin bir çox tanınmış şeyxləri olan Baxcatul Baycar, İmam AbdulFəttah və Taufiq əl-Bərzaq – Allah onlardan razı olsun – ona nəsihətlər verərək bu işdə daha da iradəli və qəti olmağı tövsiyə etmişlər. Bir müddətdən sonra gənc alim həftədə iki dəfə dərslər verməyə başlayır. Moizələrlə, elmi çıxışlarla Suriya, İordaniya, Misir, Qatar, Kuveyt, İspaniya, İngiltərə və s. dövlətlərə səfərlər edir. Hicri 1381-1383-cü illər ərzində Mədinə İslam Universitetinə hədis elmindən dərs vermək üçün dəvət alır. Bu illər ərzində Universitetin fəxri üzvü, bir müddətdən sonra isə Universitetin fəxri professoru adını alır. Hədis elmi ilə bağlı yüzlərlə əsərləri və araşdırmaları vardır.
Şeyx Albaninin – rahmətullahi aleyhi - təhqiq etdiyi kitablardan: «Buxari, Müslim, Tirmizi, Əbu Davud, Nəsəi, İbn Məcə və s Səhih və Sünnən kitabları, Cəmius Səğir, Mişkətul Məsabih, Seyid Sabiqin «Fikhus Sünnə», Şeyx Kardavi «İslamda halal və Haram», İmam Nəvəvi «Riyadus salihin», İmam Buxari «Ədəbul Mufrad», İmam Zəhəbi «əl-Uluv» və s məşhur kitabların təhqiqini etimişdir. Həmçinin 10-12 cilddən ibarət olan «Səhih Hədislər Silsiləsi» isimli kitabında yalnız səhih hədislər və eyni ilə də «Zəif Hədislər Silsiləsi» isimli kitabında isə yalnız zəif hədisləri toplamışdır. Bütün bu işlərin nəticəsidir ki, hər bir müsəlman onun təhqiq etdiyi kitabları oxuduqda asantlıqla səhih hədisi zəif və uydurma hədislərdə ayıra bilir. Bundan başqa Şeyx Albani nin İslamın əsaslarına dair gözəl əsərləri vardır. Bunların içərisində «Sifətu Salətu ən-Nəbiyyə min Təkbir ilə Təslim» (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in namaz qılma şəkili), «Mənasikul Həcc vəl Umrah fi Kitabi və sunnah və Asari əs-Sələf» (Həcc və Ümrə ehkamları Kitab, Sünnə və Sələflərin gözü ilə) və s.
Özündən sonra bir çox görkəmli İslam alimlərini qoyub getmişdir. Bunlardan Şeyx Həmdi AbdulMəcid, Şeyx Məhəmməd Abbasi, Ömər Süleyman əl-Aşkar, Şeyx Muqbil b. Hadi əl-Vadii, Şeyx Məhəmməd İbrahim Şakra, Şeyx Ali Xuşşah, Şeyx Məhəmməd Cəmil Zinu, Şeyx AbdurRahman AbdusSaməd, Şeyx Səlim əl-Hilali, Şeyx Ali Həsən AbdulHəmid əl-Hələbi, Şeyx Məhəmməd Saleh əl-Munəccid və s. Hicri 1420-ci il 22 Cumada əs-Səniyyə ayında (miladi tarixi ilə 2 oktyabr 1999-cu ildə) 87 yaşında mübarək və xeyirli bir ömür sürərək dünyasını dəyişmişdir. Allah ona rəhmət etsin!
Dostları ilə paylaş: |