Süleyman İbn Davud İbn əl-Carud əl-Farisi əl-Bəsri. əz-Zubeyrin nəslindəndir. Hədisdə hafizdir. 1000 yaxın alimdən dərs almışdır. H. 204-cü ildə 80 yaşında dünyasını dəyişmişdir.
İbn Əbi Dünya
- rahmətullahi aleyhi- Əbu Bəkr Abdullah İbn Muhəmməd İbn Ubeyd İbn Sufyan İbn Əbu əd-Dunyə əl-Qurayşi əl-Bağdadi. Bəni Umeyyə nəslindədndir. H. 208-ci ildə dünyaya gəlmiş və bir çox əsərlərin müəllifidir. H. 281-ci il Cumadaul Ula ayında dünyasını dəyişmişdir.
Səid İbn Mənsur
- rahmətullahi aleyhi- Səid İbn Mənsur İbn Şuba əl-Mərvəzi (və ya ət-Talikani) əl-Bəlxi. Sünən əsərinin müəllifidir. Məkkə yaxınlığında yaşamışdır. Hər İbn Kərmani deyir ki: «O, 10 min hədisi əzbərdən bizə demişdir». H. 227-ci ildə 90 yaşında dünyasını dəyişmişdir.
Səid İbn Osman İbn Əs-Sakan
- rahmətullahi aleyhi- Əbu Ali Səid İbn əs-Sakan əl-Bağdadi. Hədis alimlərindəndir. H. 294-cü ildə dünyaya gəlmişdir. H. 353-cü ildə dünyasını dəyişmişdir.
İbn Əbi Şeybə
- rahmətullahi aleyhi– Əbu Bəkr Abdullah İbn Muhəmməd İbn Əbu Şeybə İbrahim İbn Osman İbn Həvasi əl-Ənsi əl-Kufi. “əl-Musnəd”, “əl-Musənnəf” və s. əsərlərin müəllifidir. Tələbələri məşhur hədis alimləri Buxari, Əbu Zura ər-Razi, Müslim və Əbu Davud – Allah onlardan razı olsun - olmuşlar. H. 235-ci ildə Məhərrəm ayında dünyasını dəyişmişdir.
Süleyman İbn Əhməd Ət-Təbərani
- rahmətullahi aleyhi- Əbul Qasım Süleyman İbn Əhməd İbn Əyub İbn Mutayyir əl-Ləhmi ət-Təbərani. Hədis alimlərindəndir. H. 260-cı ildə Şamın yaxınlığında yerləşən Təbəriyə adlanan yerdə dünyaya gəlmişdir. 1000 yaxın alimdən dərs almış, şamda hədis toplamağa başlamış və bundan sonra 30 ilə yaxın elm öyrənmək üçün səfərlər etmişdir. Ən məşhur əsərlərindən “Mucəmul Kəbir”, “Mucəmul Ausat”, “Mucəmul Sağir”. H. 360-cı ildə Zul Qadə ayının 27 İsfəhan şəhərində dünyasını dəyişmişdir252.
Əbu Bəkr Əhməd İbn Muhəmməd İbn Həni
- rahmətullahi aleyhi- Əsrəm olaraq tannıq. İmam Əhmədin – rahmətullahi aleyhi – tələbələrindəndir. İmam Zəhəbi – rahmətullahi aleyhi – deyir ki: “Yazdığı kitablar onun Sünnəyə bağlılığına, elminin dərinliyinə dəlalət edir”253.
Əhməd İbn Muhəmməd İbn Harun Əl-Həllal
- rahmətullahi aleyhi- Əbu Bəkr Əhməd İbn Muhəmməd İbn Harun, Həllal olaraq məşhurdur. “Sünnət və Cəmii” kitablarının müəllifidir. H. 311-ci ildə vəfat etmişdir254.
İbn Abdul Bərr
- rahmətullahi aleyhi- Əbu Ömər Yusuf İbn Abdullah İbn Muhəmməd İbn Abdul Bərr İbn Əsım ən-Namari əl-Qurtubi. Məğribin hafizi, Şeyxulİslamı. H. 368-ci ildə Rəbiul Əvvəl ayında dünyaya gəlmişdir. “əl-İtisab” əsərinin müəllifidir. H. 463-cü ildə Rəbius Sani ayında dünyasını dəyişmişdir.
Abdul Haqq İbn AbdurRahman
- rahmətullahi aleyhi- Əbu Muhəmməd Abdul Haqq İbn Abdurrahman İbn Abdullah İbn Huseyn İbn Səid əl-Əzdi əl-İşbili. H. 510-cu ildə dünyaya gəlmiş İspaniyada Bidjiya adlanan yerdə yaşayırdı. Gözəl xatib və hafizdir. H. 581-ci ildə Rabius Sani ayında dünyasını dəyişmişdir.
AbdurRazzaq İbn Humam
- rahmətullahi aleyhi- AbdurRazzaq İbn Humam İbn Nəfi əl-Himyari əs-Sənani. Hədisdə hafizdir. Tələbələrindən İmam Əhməd, İshaq, Yəhyə İbn Main, əz-Zuhli. Ömrünün sonuna yaxın yaddaşını və görmə qabiliyyətini itirir. H. 211-ci ildə 85 yaşında dünyasını dəyişir.
Abdullah İbn Adiyy
- rahmətullahi aleyhi- Əbu Əhməd Abdullah İbn Adiyy əl-Curcani. İbn əl-Kisar adı ilə də məşhurdur. H. 279-cu ildə dünyaya gəlmiş, H. 365-ci il Cumədəl Axır ayında isə dünyasını dəyişmişdir.
Muhəmməd İbn Amir Əl-Əqili
- rahmətullahi aleyhi- Əbu Cəfər Muhəmməd İbn Amr İbn Musa İbn Həməd əl-Aqili. Hədis elmində hafizdir. “Duafa əl-Kəbir” ən məşhur əsərlərindəndir. Hicazda yaşamış H. 322-ci ildə isə dünyasını dəyişmişdir.
Əbu Avanə
- rahmətullahi aleyhi- Yaqub İbn İshaq İbn İbrahim İbn Zeyd ən-Nisapuri əl-İsfəhani. Məşhur muhəddis, hədis elmində hafiz, əl-Musnəd əs-Səhih əsərinin müəllifidir. H. 316-cı ildə İsfahanda dünyasını dəyişmişdir.
İbn Əl-Kattan
- rahmətullahi aleyhi- Əbul Həsən Əli İbn Muhəmməd İbn Abdulməlik əl-Fasi. Hədisdə hafizdir. H. 562-ci ildə dünyaya gəlmişdir. H. 628-ci ildə Rəbiul Əvvəl ayında dünyasını dəyişmişdir.
İbn Məndə
- rahmətullahi aleyhi- Əbu Abdullah Muhəmməd İbn İshaq İbn Muhəmməd İbn Yəhyə İbn Məndə. Hədisdə hafizdir. H. 310-cu ildə dünyaya gəlmişdir. H. 395-ci ildə Zul Qədə ayında dünyasını dəyişmişdir.
Əbu Nueym Əl-İsfəhani
- rahmətullahi aleyhi- Əhməd İbn Abdullah İbn Əhməd İbn İshaq İbn Musa İbn Məhran əl-İsfəhani. H. 334-cü ildə Rəcəb ayında dünyaya gəlmişdir. Məşhur hədis alimlərindəndir. Bir çox əsərlərin müəllifidir. “Mustəxrəc alə Buxari”, “Mustəxrəc alə Muslim”, “Hilətul Auliya”, “Fadailus Sahabə”. H. 430-cu ildə Məhərrəm ayının 20 İsfəhanda dünyasını dəyişmişdir255.
Abdullah İbn Muhəmməd Əbu Şeyx əl-İsfəhani
– rahmətullahi aleyhi –
Əbu Muhamməd Abdullah İbn Muhamməd, Əbu Şeyx əl-İsfəhani olarak bilinir. Hafız, imam, siqa, muhaddis və məşhur müfəssir. “əl-Izzə” kitabının ve başka eserlerin sahibi. H.369 yılında vefat etti256.