Qidəm – qədim sözündəndir. Bəqa - əbədilikdir. Sələflər bu ismi qəbul eməmişlər. Çünki Quranda dəlili yoxdur. Allah barəsində Xəbər formasında gəlmişdir. Əsməul Husnədən deyildir. Allahın İsimi olan Əvvəl və Əxir vardır ki, bu daha gözədlir. Əzəli - Əbədi - əvvəli olmayana deyilir.
Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “...Allahım! Sən Əvvəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axırsan, Səndən sonra heç nə yoxdur. Sən Zahirsən, Səndən üstə heç nə yoxdur.
Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumu ödə və məni yoxsulluqdan qurtarıb zənginləşdir!”. İbn Məcə 3831, Tirmizi 3481, İbn Hibban 966, əl-Albani “Səhih”. Çünki Qədim köhnə oln bir şeyə də deyilir.
“Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş (Urcunul Qadim) budağı kimi əyri olur”. (Yəsin 39) İkincinin varlığı zamanına qədər qala bilər, yenisi ortaya çıxan kimi birincisinə qədim deyilir.
“Onlar bununla doğru yola gəlmədikləri üçün: "Bu, köhnə yalandır!"– deyəcəklər”. (əl-Əhqaf 11). Bu söz ən çox kəlam əhli araında məşhur olan bir kəlimədir. Sələflər bu sözü işləməyiblər.