Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏLƏF İmamlarinin



Yüklə 3,07 Mb.
səhifə17/20
tarix07.01.2017
ölçüsü3,07 Mb.
#4726
1   ...   12   13   14   15   16   17   18   19   20

78. İmam əl-Əvzai – rahmətullahi aleyhi – deyir ki: «Bidət sahibi olan bir kimsənin mübahisə etməsinə imkan verməyin. O, vaxtı fitnəsi səbəbiylə qəlbinizə şübhə düşər»341.
79. Məlik İbn Ənəs – rahmətullahi aleyhi – deyir ki: «Bidət əhli kimsə ilə nigahlanmaz, bidət əhli kimsəyə qız verilməz və onlara salam verilməz»342.
80. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Ya xeyir də bizə qonşuluq edərsiniz, ya da qalxıb gedərsiniz»343.
81. Abdullah İbn əd-Dəyləmi – rahmətullahi aleyhi – deyir ki: «Təcrübəmdən bildiyimə görə dinin yox olması sünnəni tərk etməklə başlanır»344. Başqa bir yerdə isə o, demişdir: Bir parçanın süzülməsi kimi, sünnə də yavaş-yavaş unudulacaqdır»345.
82. Həsənul Bəsri və Əbu Sufyan – rahmətullahi aleyhi – deyir ki: «Uca Allahın: «Sonra səni də dində şəriət sahibi etdik. Sən də o, şəriətə tabe ol…» (əl-Casiyə 18) buyurduğunu: «Sünnə üzrə etdik» deyə açıqlamışlar346.
83. İmam Əbu Xatim əl-Hənzəli ər-Razi – rahmətullahi aleyhi – deyir ki: «Bidət əhlinin əlaməti rəvayət alimlərinə dil uzatmaqdır. Zındıqların əlaməti isə rəvayət elmi ilə məşğul olanlara Haşaviyə adını vermələridir. Onlar beləliklə rəvayətləri yox etmək istədilər. Cəhmiyənin əlaməti isə Əhli Sünnətə müşəbbih adını vermələridir. Qədəriyənin əlaməti Əhli Sünnətə Cəbriyəçilər adını vermələridir. Murciyənin əlaməti Əhli Sünnətə müxaliflər, nöqsançılar adını vermələridir. Bidət əhlinin əlaməti Əhli Sünnətə Nəvasiv adını vermələridir. Əhli Sünnətə isə yalnız bir ad uyğun düşə bilər. Bütün bu isimlərin onlar haqqında istifadə edilməsinə yer yoxdur»347.
84. Əyyub əs-Sahtiyani – rahmətullahi aleyhi – deyir ki: «Şübhəsiz ki, bidət əhli sapıq kimsələrdir. Görüşümə görə onlar ancaq Cəhənnəmə gedəcəklər»348.
85. Qadi Əbu Yusuf – rahmətullahi aleyhi – deyir ki: «Mən Cəhmiyənin, Bidət əhli və Qədəriyəçi olan bir kimsənin arxasında namaz qılmaram»349.
86. İmam AbdurRahmən İbn Mehdi – rahmətullahi aleyhi – deyir ki: «İnsanlar müxtəlifdir. Bəziləri sünnədə də hədisdə də imamdır. Bəziləri isə təkcə hədisdə imamdırlar. Sünnə və hədisdə imam olan şəxs isə Sufyan əs-Səuridir»350.
87. İmam əl-Bərbəhari – rahmətullahi aleyhi – deyir ki: «Sən bir kimsənin rəhbərə qarşı bəd dua etdiyini görsən bil ki, o bidət sahibidir. Əgər bir kimsənin rəhbərin islah olması üçün dua etdiyini görsən bir ki, o – Uca Allahın izniylə – sünnətə bağlı bir kimsədir»351.
88. Fudeyl İbn İyad – rahmətullahi aleyhi – deyir ki: «Əgər mənim qəbul ediləcək bir duam olsaydı bunu mütləq rəhbər üçün ayırardım. Çünki bizlər onların islah olunmaları üçün dua etməklə əmr olunduq, onlara bəd dua etməklə isə qadağan olunduq. İstərsə haqsızlıq etsinlər, istərsə zülm. Çünki onların zülm və haqsızlıqları öz əleyhlərinədir. Salamat olmaları isə həm özlərinə, həm də müsəlmanların lehinədir. Digər tərəfdən onların islah olunmaları ilə ümmət də islah olur. Çünki mənim salehliyim yalnız özümün, başçıların salehliyi isə bütün müsəlmanların xeyrinədir»352.
89. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Onu da bil ki – Allah sənə rəhm etsin – hökmüdarların zülmləri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın itiqamı qılıncdan daha da kəskindir»353. Başqa bir rəvayətdə: «Həsənul Bəsri – rahmətullahi aleyhi – Həccaca bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: «Bunu etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərnizlə etdiklərnizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccac əsr edilir və ya ölürsə, meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar»354.
90. Abdullah İbn əs-Surri – rahmətullahi aleyhi – deyir ki: “Biz hava əhlinə rədd verməyi Sünnə saymırıq. Lakin biz sünnə sayırıq onlarla söhbət etməkdən uzaq durmağı”355. AbdurRahman İbn Mehdidən – rahmətullahi aleyhi – soruşurlar: “Bir nəfər bidət əhlinə rədd üçün kitab yazmışdır”. O: “Nə ilə Rədd etmişdir? Quran və Sünnə ilə?”. Adam: “Xeyr, ağıl və düşüncələrilə” dedi. İmam: “O, sünnədən uzaqlaşmış, bir bidəti başqa bidətlə rədd etmişdir”356. İmam Əhməddən – rahmətullahi aleyhi – bidət əhlinə rədd üçün icazə istədilər. İmam: “Biz eşitmiş və görmüşük ki, alimlər bidət və zəlalət əhli ilə münaqişə edib, vaxt keçirməyi qadağan edərdilər. Allahın kitabı və Peyğəmbərimizin Sünnəsində olanla kifayətlənmək, zəlalət və bidət əhlinə rədd üçün onlarla oturmaqdan çəkinmək lazımdır. Həqiqətən onlar səni şübhəyə sala bilər, lakin öz bidətlərində isə əl çəkməzlər. Allahın izni ilə daha yaxşıdır onlardan uzaq olmaq bə onlarla mübahisələrdən qaçmaq”357.
91. İbnul Məcisun deyir ki, İmam Malikin – rahmətullahi aleyhi – belə dediyini dinlədim: «Hər kim İslamda gözəl görərək bir bidət ortaya çıxararsa, Muhəmməd – sallallahu aleyhi və səlləm – in risalətinə qarşı xainlik etdiyini iddia etmiş olur. Çünki Uca Allah: «Bu gün dininizi tamamlayıb mükəmməl etdim….». (əl-Maidə 3) deyə buyurdu. Bu baxımdan da o, gün din olmayan heç bir şey bu gün də din olmaz»358.
92. İbrahim ən-Nəhai – rahmətullahi aleyhi – deyir ki: «Əgər Muhəmmədin səhabələri bir dırnağı belə məst etmişlərsə mən də onlara uymağın fəzilətini əldə etmək üçün (ayağımı) yumazdım»359.
93. Xəlifə Ömər İbn AbdulƏziz – rahmətullahi aleyhi – deyir ki: «O, qövmün durduğu yerdə sən də dur. Çünki onlar bilərək durmuşdular. Dərin bir görüş ilə (bidətlərdən) uzaq durmuşdular. O, durduqları nöqtəni açığa çıxarmaqda onlar daha güclü idilər. Əgər bu işdə bir fəzilət olsaydı, onu etməyə daha da layiq idilər. Əgər sizlər - onlardan sonra meydana gəldi – deyəcək olsanız, şübhəsiz onların yollarına müxalif olan və sünnətlərindən üz çevirəndən başqası bu yeni şeyi ortaya çıxarmış deyildir. Onlar şəfa üçün yetərli olacaq qədərini söylədilər, yetərli qədər söz söylədilər. Onlardan irəli gedən həddi aşmışdır, onlardan geriyə qalan isə qüsur etmişdir. Bir qrup kimsələr onlardan geriyə qaldılar, buna görə də uzaq düşdülər. Bir qrup kimsələrdə geri qaldılar, buna görə də həddi aşdılar. Onlar isə bu iksi arasında heç şübhəsiz doğru bir hidayət üzərində idilər»360.
94. İmam Əvzai – rahmətullahi aleyhi – deyir ki: «İnsanlar səni rədd etsələr də sən sələfin yolu ilə getməyə davam et, səni qınasalarda insanların görüşlərindən uzaq ol. Çünki belə etmiş olsan, sən doğru yolda olduğun halda məsələ sənin üçün açıqlanır»361.
95. İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə müxalif olaraq haqqında söz söylədiyim nə qədər məsələ varsa mən ondan həyatımda da, ölümümdən sonra da vaz keçirəm»362.
96. Sufyan əs-Souri – rahmətullahi aleyhi – deyir ki: «İblis bidəti günahdan daha çox sevir. Çünki günahdan tövbə edilir, bidətdən isə tövbə edilməz»363. Günah edən kimsə günah etdiyini bildiyi üçün tövbə etməsi və günahları səbəbilə məğfirət diləməsi umulur. Bidət sahibi isə itaət və ibadət içərisində olduğuna inanır. Tövbə də etməz. Məğfirət də diləməz. İblisdən nəql edilən: «Adəm oğullarının belini günahlarla qırdım. Onlar isə tövbə etməklə, məğfirət diləməklə belimi qırdılar. Mən də onlar üçün məğfirət diləmələri, tövbə etməyəcəkləri günahlar ortaya qoydum. Bunlar isə ibadət şəkilində olan bidətlərdir.
97. İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Bizə görə sünnətin əsasları Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səhabələrinin izlədiyi yola sarılmaq, onlara uymaq və bidətləri tərk etməkdir. Çünki hər bir bidət yol azmaqdır»364.
98. Qazı Şureyh – rahmətullahi aleyhi – deyir ki: «Sünnə sizin qiyasınızdan da əvvəldir. Elə isə Sünnəyə tabe o, bidətçi olma»365.
99. İmam Əhməd İbn Sinan əl-Kattan – rahmətullahi aleyhi – deyir ki: «Dünyada nə qədər bidətçi varsa mütləq hədis əhlinə ağız əyər. Çünki adam bidət ortaya qoydumu qəlbindən hədisin ləzzəti sökülüb alınır»366.
100. Fudayl İbn İyad – rahmətullahi aleyhi – deyir ki: «Hidayət yollarına uy. O, yolu izləyənlərin azlığının sənə zərəri yox. Əyri yollardan isə çəkin. Həlak olanların çoxluğuna da aldanma»367.
101. Sələflər deyillər ki, bağlılığın şəxslərə deyil, dinə olsun. Çünki haqq qalandır, şəxslər isə gedəndir. Haqqı bill, haqq əhlini də bilərsən”.
102. Abis İbn Rabia dedi ki: «Mən Ömər - radıyallahu anhu – nu Həcərul Əsvədi öpərkən belə dediyini eşitdim: «Mən sənin fayda verməyən, zərəri olmayan bir daş olduğunu çox yaxşı bilirəm. Əgər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in səni öpərkən görməmiş olsaydım, mən də səni öpməzdim»368.
103. Muhəmməd İbn Sirin – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə əvvəlkilərin izini (yolu) üzərə yürüməyə davam etdikcə, doğru yol üzərində yürüməyə davam edir deməkdir»369.
104. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Bidətlərdən çəkinin». Bidət nədir? Deyə soruşulduqda. O: «Bidətçilər Allahın isimləri, sifətləri, kəlamı, elmi və qüdrəti haqqında danışıb duran, səhabələrin və gözəl bir şəkildə onlara tabe olanların susduqları (mövzuda) yerdə susmayan kimsələrdir»370.
105. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Böyüklərimizə hörmət etməyən, kiçiklərimizə rəhm etməyən və alimlərimizin haqqını ödəməyən bizdən deyildir»371.
106. «Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Quran nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə əzab verməkdə tələsən deyildir!)». (əl-Maidə 101). «(Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)». (Hud 46). «Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz!». (Ali İmran 66). Şabi – rahmətullahi aleyhi – deyir ki: «Bilmirəm demək elmin yarısıdır». İmam Əhməd – rahmətullahi aleyhi – dən insanların fikrincə hər şeyi bilən alim barəsində soruşdular. O: «İnsanların bütün suallarına cavab verən şəxs məcnundur». İbn Sirin – rahmətullahi aleyhi – deyir ki: «İnsanın cahil (savadsız) kimi ölməsi onun üçün bilmədiyini danışmasından daha xeyirlidir». Səd b. Cubeyr – rahmətullahi aleyhi – deyir ki: «Vay olsun bilmədiyinə bilirəm deyən hər bir kəsə»372.
107. Həsənul Bəsri – rahmətullahi aleyhi - deyir ki? «Sizdən birinizin elm öyrənməyi yalnız Alimdir deyilsin deyə olmasın». İbn Sirin – rahmətullahi aleyhi – dən bir şey soruşduqda rəngi dəyişərdi». Nəsəi – rahmətullahi aleyhi - dən bir şey soruşduqda ikrah hissi oyanardı və deyərdi: «Soruşmağa məndən başqa adam tapmadın». İmam Məlik – rahmətullahi aleyhi - deyir ki: «Bir şey soruşulduqda elə bil ki, Cənnət və Cəhənnəm arasında durmusan. Sənin fikrin onu tez başından uzaq etmək olmasın. Dərdin özünü necə xilas etmək olsun. Özün üçün Qiyamət günü bir çıxış yolu olacaqsa onda danış, əks halda sus».
108. Sələflər deyərdilər: «Elm rahat bədənlə əldə edilməz. Rahatlıq yalnız yorğunluqla əldə edilir. Nemətlərə çatmaq yalnız o, yolda olan çətinliklərə dözməklə olur. Bu rahatlığa yalnız Cənnətdə çatılır». Rabi b. Xuseym – rahmətullahi aleyhi – yə deyirlər ki: «Öz nəfsinə bir az rahatlıq ver». O: «Mən onun rahatlığını istəyirəm» dedi. İmam Əhməd – rahmətullahi aleyhi – dən nə vaxt rahatlıq tapırlar. O: «Birinci ayağını Cənnətə qoyduğun zaman». Sələflər deyərdilər: «Dünya var ikən mən yox idim. Dünya qaldığı zaman mən olmayacağam. Buna görə də istəmirəm ki, günlərim zay olsun».
109. Cəfər İbn Muhəmməd deyir ki, mən Quteybənin belə dediyini dinlədim: «Bir kimsənin Yəhya b. Səid, AbdurRahman b. Mehdi, İmam Əhməd, İshaq b. Rahaveyh və s. zikr edərək – hədis əhli olan kimsələri sevdiyini görsən heç şübhəsiz ki, o kimsə sünnəyə uyan birisidir. Onlara müxalif olan kimsə də bil ki, o bidətçi birisidir»373.
110. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə əgər ilk gedənlərə (sələfə) yetişənlərdən olsaydı və sonra bu gün dirilmiş olsaydı İslamdan tanıdıq bir şey görməzdi. Bu namaz müstəsna»374.
111. İbn Sirin – rahmətullahi aleyhi – deyir ki: «Həm bir bidəti qəbul edib, həm də bir sünnəyə əməl edən heç kimsə ola bilməz»375.
112. Əli - radıyallahu anhu – deyir ki: «İnsanlarla onların başa düşdükləri tərzdə danışın. Əgər Allah və Rəsulunun təqzib olunmasını istəmirsinizsə»376.
113. İmam Əhməd – rahmətullahi aleyhi – ilə məkkədə İbn Quteylə Əshəbul Hədisdən söz açınca: «Əshəbul Hədis pis bir topluluqdur» dedi. İmam paltarını silkəliyərək qalxdı və: «O, zındıq birisidir, zındıq birisidir» sözlərini evə girənədək təkrar etdi377.
114. Həsənu Bəsri – rahmətullahi aleyhi – deyir ki: «Qorxu və ümüd möminin iki miniyidir»378.
115. Fudayl İbn İyad – rahmətullahi aleyhi – deyir ki: «Mömin az danışar, çox iş görər. Münafiq isə çox danışar, az iş görər. Möminin danışması hikmətdir, susması təfəkkürdür, baxışı ibrətdir, işi gücü yaxşılıq etməkdir. Belə olduğu zaman daima ibadət içində olmuş olursan»379.
116. Malik İbn Dinar – rahmətullahi aleyhi – deyir ki: «Möminin misalı harada olursa olsun gözəlliyi yanında olan inci kimidir»380.
117. Vəhb İbn Munəbbih – rahmətullahi aleyhi – deyir ki: «Mömin öyrənmək üçün başqalarına qarışar, səhf etməmək üçün sükut edər, başa düşməsi üçün danışar, rahat və hüzur içində olmaq üçün tək qalar»381.
118. Muhəmməd İbn Munkə – rahmətullahi aleyhi – deyir ki: «Allah mömin qulu ilə birlikdə onun uşağını və uşağının uşağını da qoruyar. Onun evini də ətrafdakı evləri də qoruyar. Mömin qul onların arasında olduğu müddətdə onlar daima qorunma içindədirlər»382.
119. Əbul Aliyə – rahmətullahi aleyhi – deyir ki: «İslamı doğru olaraq və ən gözəl bir şəkildə öyrənin! Öyrəndikdən sonra da əsla onun sağına və soluna sapmayın! Sıratal-Mustaqim üzərində israrlı və qərarlı olun! Peyğəmbərimizin və səhabələrin Sünnət üzərində yürüdükləri yoldan əsla ayrılmayın. İnsanlar arasında ayrılıq və sapıqlıqlara səbəb olan nəfsi istəklərdən, bidətlərdən çəkinin»383.
120. Abdullah - radıyallahu anhu – deyir ki: «Sünnət üzərə olub az əməl etmək, bidət üzərə olub çox əməl etməkdən daha xeyirlidir»384.
121. Zuhri – rahmətullahi aleyhi – deyir ki: «Sünnətə sımsıxı sarılmaq qurtuluşdur»385.
122. Tirmizi – rahmətullahi aleyhi – deyir ki: «Elm əhlinin nəznində Cəmaat – fiqh, elm və hədis əhlidir»386. İbn Sinan – rahmətullahi aleyhi – deyir ki: «Onlar, elm əhli və (səhabələrin) nəql etdiklərinə sahib olanlardır»387.
123. əl-Əsbəhani – rahmətullahi aleyhi – deyir ki: «Səhih sənədlərlə Allah Rəsulu – sallallahu aleyhi və səlləm – dən bizə gələn xəbərləri bir-birindən nəql edərək bizə çatdıran hədis hafizlərinə, hədis əhli deyilir. Onlar hədisi öyrənməyə digər insanlardan daha çox istəkli olan, onunla əməl etməkdə, səhih olanlarına ən yaxşı şəkildə uyan, Kitab və Sünnətə əməl edən kimsələrdir. Allahın Rəsulunun sünnətini bir yerə toplamaq üçün ölkə-ölkə dolaşan insanların sadəcə hədis əhlindən olduğunu görürük. Onlar hədisləri qaynaqlarından aldılar. Onları əzbərləyərək də qorumuş oldular. Sünnətlə iftixar edib ona uymağa dəvət etdilər. Ona zidd hərəkət edənləri isə ayıbladılar. Beləcə hədis onların qeyrəti ilə qorundu və onlar da bu adla məşhur oldular»388.
124. Qudeyf İbn əl-Həris – rahmətullahi aleyhi – deyir ki: «Bir bidət ortaya çıxan kimi mütləq sünnədən o, qədəri tərk edilir»389.
125. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «(Bidət fikirlərinə) dəvət edən Qədəriyyə, Xəvariclər və Rafizilərin şahidliyi caiz deyildir»390.
126. Sələflər deyirlər ki: «İslamın ayağı yalnız təslimiyyət körpüsü üzərində sağlam olar»391.
127. İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Mən Allaha və Allahın muradı üzərə Allahdan gələnlərə, Rəsulullah və Rəsulullahın muradı üzərə Rəsulullahdan gələnlərə iman etdim»392.
128. İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Kəlam bir elm olsaydı əshab və tabiin də əhkam haqqında danışdıqları kimi o, haqda da danışardılar. Lakin bu bir batilə dəlalət edən bir batildir»393.
129. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bir nəfər ətrafında toplanmış olduğunuz halda sizin birliyinizi pozmaq istəyərək cəmaatınızı dağıtmaq istəyərək gələn kimsəni öldürün»394.
130. Muhəmməd Sirini – rahmətullahi aleyhi –, İmam Məlik – rahmətullahi aleyhi –, Əmirul Muminin Əli İbn Əbu Talib - radıyallahu anhu – deyir: «Bu elmi kimdən öyrəndiyinizə fikir verin, çünki bu elm dinin özüdür»395. İbn Ömər - radıyallahu anhu – deyir ki: “Din sənindir! Din sənindir! Həqiqətən sənin qanın və canındır. Kimdən götürdüyünə diqqət et!”396.
131. İbn Ömər – radıyallahu anhu – məsciddə oturduğu vaxt Şamlı bir nəfər gələrək ondan Təməttu həcci barəsində soruşdu. İbn Ömər: «Gözəldir, xoşdur» deyə cavab verdi. Adam: «Lakin sənin atan bunu qadağan etmişdir» dedi. İbn Ömər: «Vay sənin halına! Atam bunu qadağan etmiş ola bilir. Lakin Peyğəmbər - sallallahu aleyhi və səlləm – belə etmiş və bunu əmr etmişdir. Sən atamın sözünü götürəcəksən yoxsa Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əmrinə tabe olursan?» dedi. Adam: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – in əmrinə tabe oluram» dedi. İbn Ömər: «Qalx get!» dedi397.
132. İmam Təhavi – rahmətullahi aleyhi – deyir ki: «Təqlidi ancaq başı çatışmayan kimsələr edər»398.
133. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Heç kimsə dinində başqa bir kimsəni təqlid etməsin. Çünki əgər o iman edərsə o, da iman edər, küfrə girərsə o, da küfrə girər»399.
134. İbn Məsud – radıyallahu anhu – deyir ki: «Bu dünyada ya müəllim ol, ya da tələbə. Bu ikisi arasında üçüncü (təqlidçi) olma yoxsa məhv olarsan»400.
135. Sufyan İbn Uyeynə – rahmətullahi aleyhi – deyir ki, Rabia başı örtülü halda yanımda uzanaraq ağlayırdı. Ona: «Nəyə görə ağlayırsan?» deyə soruşduqda. O: «Məni ağladan açıq riya, gizli şəhvətdir. İnsanlar alimlərin yanında analarının qucağındakı körpə uşaqlar kimidirlər. Onlar nəyi qadağan edərlərsə ondan əl çəkərlər, nəyi də əmr edərlərsə onu da yerinə yetirərlər»401.
136. Abdulah İbn Muhəmməd əl-Mutəz deyir ki: «Güdülən heyvanla təqlid edilən insan arasında heç bir fərq yoxdur»402.
137. Mucahid İbn Cəbr deyir ki: «Allahın qullarından kim olursa olsun sözü alınır da, tərk də edilir. Yalnız Peyğəmbər - sallallahu aleyhi və səlləm – müstəsna»403.
138. İmam Şəfii - rahmətullahi aleyhi -, Hafs əl-Fard ilə münaqişə zamanı dedi: “Allaha and olsun! İnsanları əhf qəbul etdikləri bir fətvanı alim üçün vermək daha yaxşıdır nəinki, elə bir söz söyləsin ki, ondan sonra kafir adlandırsınlar. Vallahi! Kəlam və kəlam əhli qədər nifrət etdiyim bir şey yoxdur”. Sufyan əs-Sovri - rahmətullahi aleyhi - deyir ki: “Kim bir bidət brəsində eşidərsə onu insanlara danışmamalı və onların qəlblərinə salmamalıdır”404.
139. İbn Teymiyyə - rahmətullahi aleyhi - deyir ki: “Həqiqətən də insanlar Allahın dininə bidətləri faydalı görüb salmışlar, əgər faydalı görməsəydilər heç br zaman bunu etməzdilər”405. İmam Bərbəhari – rahmətullahi aleyhi – haqqı söyləmişdir: “Əməllərdə olan kiçik bidətlərdən uzaq olun. Həqiqətən kiçik bidətlər artaraq böyük olar. Bu ümmətə daxil olan hər bir bidət başlanğıcda kiçik və haqqa bənzər idi. Bu bidətlərdə böyüyərək (insanların) əməl etdikləri dinə çevrildi”406. İmam Şatibi - rahmətullahi aleyhi - deyir ki: “Hər bir bidət əhli ibadətdə həris olmağı artırır. Məgər sən kilsə əhli olan keşişlri görməmisən. Onlar hər cür ləzzətdən imtina edərək ibadətdə hərisdirlər. Lakin buna baxmayaraq bu keşişlər əbədi olaraq oddadırlar”407.
140. İmam Əvzai – rahmətullahi aleyhi – deyir ki: “Əgər bidətlər yayılsa və elm əhli buna qarşı danışmayıb sussa bu zaman bidətlərdən Sünnə edilər”408. İmam Əhməd – rahmətullahi aleyhi –, Həris əl-Muhasabi haqqında deyir ki: “Qoy onun yumşaqlıq və mülayimliyi (səmimiyyəti) sizləri zəlalətə aparmasın. Çünki o, çox pis bir insandır. Məgər sizlər hər Peyğəmbərin - sallallahu aleyhi və səlləm – hədisini danışan bidət əhli ilə oturub-duracaqsınız”409. İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “Əgər Əhli Sünnə sussa, Quran və Sünnəyə müxalif olanların səhflərini söyləməsə bu zaman onlar qəzəbə gəlmiş Yəhudilərə və azmış Xristianlara oxşayarlar”410. İmam Əhmədin – rahmətullahi aleyhi – oğlu Abdullah deyir ki: “Bir gün Əbu Turab atamın yanına gəldi. Atam: Filan ravi etibarlı deyildir, filan ravi isə etibarlıdır” dedi. Əbu Turab: “Ey Şeyx! Alimlər barəsində qeybət etmə!” dedi. Atam: “Vay sənə! Bu qeybət deyil, öyüddür” dedi411. Əbu Şama – rahmətullahi aleyhi – deyir ki: “Əksər vaxtı insanların bidətə düşmələrinə səbəb hər hansına bir kimsəni təqvalı və elmili saymalarına görədir. Halbuki o, kimsə heç də belə deyildir. Onun söz və əməllərinə baxaraq onun etdiklərini və dediklərini sözləyər bununla da öz əməllərini puç edərlər”412.
141. Bir Sufi, İbn Mubaraka – rahmətullahi aleyhi – deyir: “Sən qeybət edirsən”. İmam: “Sus! Əgər biz açıqlamasaq bu zaman haradan bilərik batil və haqq haradadır”413. İmam Əhməddən – rahmətullahi aleyhi – soruşurlar: “Sənin üçün daha üstün hansıdır – insan namaz qılsın, oruc tutsun və etiqaf etsin və ya bidətlərdən (bidətçilərdən) çəkindirsin?”. İmam: “İnsan namaz qıldıqda, oruc tutduqda və etiqaf etdikdə bunu özü üçün edir. Lakin bir kimsə bidətlərdən çəkindirdiyi zaman bu müsəlmanlar üçündür və bu daha üstündür”414. Buxari və Muslimin – rahmətullahi aleyhi – müəllimi, Yəhyə İbn Yəhyə – rahmətullahi aleyhi – deyir ki: “Sünnəni qorumaq Allah yolundan Cihaddan daha yaxşıdır”. Ondan: “İnsan malını Allah yolunda sərf edir, özünü əziyyətə salaraq döyüşürsə digəri bundan üstündür?”. İmam: “Bəli” deyə cavab verdi415. Buxarinin – rahmətullahi aleyhi – müəllimi, İmam Humeydi – rahmətullahi aleyhi – deyir ki: “Allaha and olsun Peyğəmbərin – sallallahu aleyhi və səlləm – bir hədisini inkar edənlə döyüşməyim mənim üçün kafirlə döyüşməkdən daha üstündü”416. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: “Bidət əhlini rdd edən (onlarla döyüşən) Mucahiddir”417.
Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin