Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏLƏF İmamlarinin


Muhəmməd İbn Yəhyə Əz-Zuhli



Yüklə 3,07 Mb.
səhifə9/20
tarix07.01.2017
ölçüsü3,07 Mb.
#4726
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Muhəmməd İbn Yəhyə Əz-Zuhli


- rahmətullahi aleyhi -
Əbu Bəkr Abdullah Muhəmməd İbn Yəhyə İbn Abdullah İbn Xalid İbn Haris Əbu Abdullah əz-Zuhli. Bəni Zuhl nəslindəndir. Hədis elmində əmir, Nisapurun Şeyxulİslamı, hafizidir. H. 170-ci ildə dünyaya gəlmişdir. Məkkədə, Mədinədə, Şam, İraq, Misir, Xorasan, Yəmən və Cəzirədə hədis elmini öyrənmişdir. Xorasanın tanınmış alimlərindəndir. Əbu Bəkr İbn Əbu Davud dedi ki: “O, hədisdə əmirul Muminindir”. H. 258-ci ildə Rəbiul Əvvəl ayında dünyasını dəyişmişdir. “Şəzərətuz Zəhəbi” 2/138.
Əbu Amr Əhməd İbn Muhəmməd İbn Həfs əl-Hərbi dedi ki: Muhəmməd İbn Yəhyə əz-Zuhri – rahmətullahi aleyhi – bizə bunları yazdırdı: Bizə görə sünnət budur: İman – söz və əməldir, artar və əskilər. Biz elm əhlini bu etiqadda gördük. Qədər – xeyri və şərilə Allahdandır. Qiyamətə qədər olacaq şeyləri yazdıqdan sonra qələmin mürəkkəbi qurumuşdur. Uca Allah qullarının nə edəcəyini və haraya doğru gedəcəklərini bilir. Onlara əmrlər vermiş, qadağalar qoymuşdur. Uca Allahın əmrinə bağlanıb, ona itaət edib, onu üstün tutan Allahın istəyi (köməyi) ilə bunu edər. Uca Allahın əmrini tərk edib, onun qadağalrını edən bir kimsəni də Allah köməksiz buraxar. İstitaa - əməli etmək - əzalarıyla etməmişdən öncə özünə aid olduğunu, dilərsə o əməli edəcəyini, diləməzsə etməyəcəyini iddia edən bir kimsə qədəri yalan saymış, Allahın kitabının dəlilini rədd etmiş, Uca Allahın diləmədiklərini edə biləcəyini iddia etişdir. Bizlər isə belə bir görüşdən uzaq olduğumuzu bildiririk. Lakin deyirik ki: İstitaa - əməli etmək gücü – qulada əməl ilə birlikdə olur. Hansısa pis və ya yaxşı əməli etmək üçün gücü çata biləcəyini biz bilirik. Lakin işi etməmişdən öncə bizlər bilmərik əməli etdiyi zaman onun istəyi ilə işin arasına bir maneə qoyular. Uca Allah da qulların əməllərini yaratmağı murad edər.

Qurani Kərim Uca Allahın kəlamıdır. O, yaradılmamışdır. Hər tərəfdən Onun kəlamıdır. Onun yaradılmış heç bir qismi yoxdur. Allahın kəlamının yaradılmış olduğunu iddia edən bir kimsə Uca Allahın zatında yaradılmış bir şeylər olduğunu iddia etmiş olar, Uca Allah isə bundan munəzzəhdir. Uca Allah buyurur: “Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”. (əl-Əraf 54). Bununla Allah yaratmanın əmirdən ayrı olduğunu bildirir. O, verdiyi əmr ilə məxluqatı yaratmış, əşyanı var etmişdir. Uca Allah buyurur: “Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: “Ol!” deməkdir. O da dərhal olar”. (ən-Nəhl 40). Məxluqatını “Ol” buyuruğu ilə yaradılmış olduğunu söyləyən kimsə kafir olar. Bir şey deməyib: Mən nə yaradılmışdır, nə də yaradılmamışdır deyirəm” deyən bir kimsənin halı da Qurana məxluq deyənin halı kimidir. Çünki belə bir kimsə daha əvvəl Sələfdən heç kəsin söyləmədiyi bir iddianı irəli sürüb uydurmuşdur. Bunu bir nəfər hədis oğrusu əl-Kərabisi adı ilə bilinən biridir. İmam Əhməd – rahmətullahi aleyhi – onun bidətçi olduğunu, ondan uzaq olmağı, onunla oturub-durmağı qadağan etmişdir. Bu kimsə sonda özünü həlaka sürükləmiş, xüsrana uğrayıb, Allahın yardımından məhrum qalaraq ölmüşdür. Allahdan bizləri doğu yola yönəltməsini diləyirik. Şübhəsiz o, dilədiyini Sıratal Mustəqimə yönəldir. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Quran barəsində şübhəli mübahisələrə girişmə. Quran barəsində şübhəli mübahisələrə girişməyin. Çünki onun haqqında mübahisə etmək küfrdür”227. Səhabələr qədər barəsinə mübahisə edərkən Peyğəmbər - sallallahu aleyhi və səlləm – onların yanına gəldi və onların nə barədə mübahisə etdiklərini eşitdi. Qəzəbdən üzü qızardı və buyurdu: “Sizlər buna görəmi yaradıldınız (və ya əmr edildiniz). Sizdən əvvəlkilər də bu səbəblə həlak oldular. Onlar kitabın bir qismini digəri ilə vuruşdurdular. Sizlər onun bir qismini digər bir qismi ilə yalanlamayın. Bildiklərinizi deyin, bilmədiklərinizi isə bilənlərə həvalə edin”228. Aişə - radıyallahu anhə - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – Uca Allahın: “Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər”. (Ali İmran 7) buyurduğunu oxuyaraq: “Bunlar Allahın qəsd etdiyi kimsələrdir. Onardan uzaq olun”229. İbn Abbas - radıyallahu anhu - dedi ki: “Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz...”. (Ali İmran 7) Quranın bir qismini digər qismi ilə vuruşdurmayın. Çünki belə bir şey qəlblərinizə şübhənin yerləşməsinə səbəb olur”. Əbu Musa dedi ki: “Kim dinə dair bir elmi varsa onu insanlara öyrətsin. Bilmədiyi bir şeyi söyləməkdən də çəkinsin. Əgər belə etsə özünü çətinə salmış və dində çətinliklə qarşılaşır. Allah bizləri də sizləri də azdırıcı fitnələrdən qorusun.

İdarə edən imamlara itaət edər, onları dinləyərik. Bununla birlikdə Peyğəmbərin - sallallahu aleyhi və səlləm – səhabələrinin hamısını sevərik. Gizlidə və açıqda da cəmaata öyüd verər və itaətdən kənara çıxmarıq. Peyğəmbərin - sallallahu aleyhi və səlləm – səhabələrindən önə keçənlər: Əbu Bəkr, Ömər, Osman və sonra da Əlidir - Allah onlardan razı olsun.

Hər hansı bir günah səbəbilə qiblə əhlini təkfir etmərik. Onlar haqqında müşrikdirlər deyə şahidlik etmərik. Yalnız Cəhmin və onun tərəfdarlarının söylədikləri bundan müstəsnadır.

Bizim üçün qeyb olan xüsusları Allaha həvalə edərik. Muhəmmədin - sallallahu aleyhi və səlləm – ümmtindən olub yaxşılıq edənlər üçün ümüd edər, pislik edənlər üçün də qorxarıq. Günahlarına görə bağışlanma diləyərik. Zahirdə olan hallarını qəbul edər, batində olanları isə Allaha həvalə edərik. Yaxşı əməlləri səbəbilə Cənnətə girəcəkdir və ya günahlarına görə Cəhənnəmlikdir demərik. Bu barədə Uca Allah Qiyamət günü aralarında hökm edəcəkdir. O, hökm verənlərin ən yaxşısıdır.

Cihad Allahın Peyğəmbərini - sallallahu aleyhi və səlləm – göndərdiyi gündən etibarən davam edəcəkdir. Zalımın zülmünün ona zərəri olmadığı kimi, ədalət sahibinin ədalətinin də ona faydası olmaz. Qiyamətə qədər bu belədir.

Xeyrilə şərilə qullarrın bütün əməlləri yaradılmışdır. Levhi Məhfuzda sətir sətir yazılmışdır. Bunların yazılmadıqlarını iddia edən kafir olar. Çünki Allahın kitabında olan ayəni rədd etmişdir. Allah buyurdu: “Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır!”. (əl-İsra 58). Allah: “Bəli, bu şanlı Qurandır. O, mühafizə edilən lövhədədir”. (əl-Buruc 21-22). “Hər bir kiçik və böyük əməl yazılmışdır”. (əl-Qəmər 53). Yenə Allah: “Dostlarınıza yaxşılıq etmək isə istisnadır. Bunlar Kitabda yazılmışdır...”. (əl-Əhzab 6).

Namazın tərki küfrdü. Çünki bu barədə Peyğəmbərin - sallallahu aleyhi və səlləm – hədisləri vardır. Kişi ilə küfr arasında sadəcə namazı tərk etmək vardır.

On Cənnətlə müjdələnən kimsə - Allah onlardan razı olsun – Cənnətlikdir. Biz onların Cənnətdə olduqlarına şahidlik edərik. Çünki bu barədə Peyğəmbərdən - sallallahu aleyhi və səlləm – hədis vardır. Zina edən kimsələrin rəcm edilməsi bir haqdır, çünki bu hədd həm Peyğəmbərdən - sallallahu aleyhi və səlləm –, həm də sonra gələn Xəlifələrdən səhih olara nəql edilmişdir.

Cənnət və Cəhənnəm yaradılmışdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: “Mən Cənnətdə ikən orada bir köşk göstərildi. Bu köşk kimindir deyə soruşdum? Ömərindir dedilər”230. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «….Allah Cənnətə sən mənim rəhmətimsən, mən səninlə qullarımdan istədiyimə rəhmət edirəm». Cəhənnəmə də: «Sən mənim əzabımsan. Mən səninlə qullarımdan istədiyimə əzab edirəm. Hər birinizə dolusu qədər var. Amma Cəhənnəm dolmaq bilməz. Nəhayət Allah ayağını onun üzərinə qoyar, o da: Bəsdi, Bəsdi! deyib Cəhənnəm dolar. (Cəhənnəmi doldurmaqla) Allah heç bir kəsə zülm etməz. Cənnətə gəlincə Allah onun boşluqlarını doldurmaq üçün bir neçə varlılıqlar yaradır»231. Kim hər ikisinin də yaradılmamış olduğunu və ya yaradılmış olduğunu lakin digər məxluqlar kimi yox olacaqlarını iddia edən bir kimsə yalan danışmış və dini inkar etmişdir.

Uca Allah Axirətdə gözlərlə görüləcəkdir. Cənnət əhli Onu görəcəkdir. Onlardan başqa digər Adəm oğulları görməyəcəkdir. Peyğəmbərdən - sallallahu aleyhi və səlləm – bu barədə bir çox hədislər vardır. Əbu Səid əl-Xudri - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullahın - sallallahu aleyhi və səlləm – zamanında bir qurup insanlar: «Ya Rəsululah! Qiyamət günü Rəbbimizi görəcəyikmi?» Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: «Yanında bulud olmayan açıq bir havada günəşi görməyə çətinlik çəkirsinizmi? Bədirlənmiş ayı 14-cü günündə yanında bulud olmayan açıq havada görməyə çətinlik çəkirsinizmi?» Xeyr, Ya Rəsulullah! O, buyurdu: «Günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi Allahı görməkdə də əziyyət çəkməyəcəksiniz»232. Peyğəmbərin səhabələrindən və onlardan sonra gələn Tabiindən Uca Allahın: «O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!». (əl-Qiyamət 22-23). Buyurduğunda məqsəd Allahın vəchinə baxmaqdır – deyə açıqlamışlar. Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurur: «Qiyamət günü Allah ilə qulun arasında heç bir tərcüməçi (vasitə) olmadan Allahın danışmadığı heç bir qul yoxdur»233. Tövhid əhli cəzalansa belə cəzadan sonra Cənnətə girəcəkdir. Uca Allah Əff edəndir. Dilədiyi kimsələri Əff edər, dilədiyini də əzab edər. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: “Allahın doxsan doqquz – yüzdən bir əskik İsmi vardır. Kim bu İsimləri sayarsa Cənnətə daxil olar”234. Uca Allah Kitabında buyurdu: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!”. (əl-Əraf 180).

Kim bunlara iman edər və bunları təsdiq edərsə qurtular və Uca Allahın əmrinə bağlanmış olar. Hər kim də hər hansı bir təvil və ya bunları yalan sayarsa sapmış, haqdan uzaqlaşmış, dünya və axirətdə həlak olmuş olar. Səmimi bir tövbə etməsi müstəsnadır.

Peyğəmbərin - sallallahu aleyhi və səlləm – Rəbbimizi Qiyamət günü görməyimiz barəsində rəvayət etdiyi hədislərə iman edirik. Qədərə, şəfaətə, qəbr əzabına, Hovuza, Mizana, rəcmin haqq olduğuna, Allahın dünya səmasına enməsinə, hesaba, Cənnətə və Cəhənnəmə və s. Buna bənzər hədislərə inanır və bunları təsdiq edirik.

Cəfər İbn Muhəmməd, atasından, o da babasından o, da Əli İbn Əbu Talibdən - radıyallahu anhu – rəvayət edir ki, sabaha çıxdıqda dedi: “Gecənin ardıyca gündüzü gətirən Allaha həmd olsun. Bu günün başında Allahın adıyla hansıki Ondan başqa ibadətə layiq haqq ilah olmayan Allahı şahid tuturam. Zatən Allah şahid olaraq kifayətdir. Sizi də bu anımda, bu sözlərimə şahid tuturam ki: Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, bir və tək olduğuna, doğmamış, doğulmamış olduğuna, oxşarı, bənzəri, şəriki olmadığına şəhadət edirəm. Yenə şəhadət edirəm ki, Muhəmməd - sallallahu aleyhi və səlləm – Onun qulu və Rəsuludur, Allahın əmini, əmirlərini qüsursuz erinə ytirən Rəsuludur. Allahın yaratdıqları arasında seçdiyidir. Şəhadət edirəm ki, o Peyğəmbərlərin sonuncusudur. Ondan başqa heç bir Peyğəmbər gəlməyəcəkdir.

Şəhadət edirəm ki, Qiyamət gələcəkdir və bunda şübhə yoxdur. Şübhəsiz Allah qəbirdəkiləri öldükdən sonra dirildəcəkdir. Uca Allah hər bir şeyə gücü çatan və hər bir şeyi elmi ilə əhatə etmişdir. Hər bir şeyin sayını bilir və bunu söyləyir və qəbul edirəm. Rəbbimin mənə nemət etdiyi hər bir neməti, ayətləri və isimləri sayı qədər Allaha həmd olsun. Yerdə və göydə olanların say qədər Allaha həmd olsun. Mələkləri və yaratdıqlarının sayı qədər Allaha həmd olsun. Dünya və Axirətdə olanların sayı qədər Allaha həmd olsun. O, ölümdən sonra dirildəndir, o bütün varlıqların mirasçısıdır. Ölüləri dirildir, diri olanları öldürür. Çürümüş sümüklərə həyat verir. Allahı təsbih və təmhid edirəm. Allah mənə kifayətdir. O, məni öz ixtiyarıma buraxmayandir, gecə və gündüz məni qoruyandır. Anamın bətnində ikən məni bəsləyən, güclü və qüvvətli ana çatana qədər məni qoruyandır. Mən ölüydüm, O məni diriltdi. Həyatımdan sonra da məni öldürəcəkdir. Rəbbim olan Allah mənə kifayətdir. Mən Ona heç bir şeyi şərik qoşmaram. Ondan başqa heç bir haqq ilah yoxdur. Bir və tək olan, şəriki olmayandır. O, mənimdən Rəbbimdir, məndən əvvəlkilərin də Rəbbidir. Ey Uca olmaqla bərabər yaxın olan, yaxınlığı ilə Uca olan, Ey səmaları və yerləri düşməsin deyə tutub saxlayan Allahım, Ey Rəbbim! Ey Rəbbim! Ey Rəbbim! Sənin şərikin yoxdur, həmd, təsbih, təkbir, təhlil, nemətlər, qüdrət, böyüklük, əzəmət, Sənindir. Əgər bir pislik və ya özümə zülm etmişəmsə Sən əff edənsən, Məni əff et! Sən məğfirət edənsən, məni bağışla. Sən təvbələri qəbul edənsən, təvbəmi qəbul et! Səndən başqa ibadətə layiq haqq ilah yoxdur. Ey aləmlərin Rəbbi həmd Sənədir. Qürur və Əzəmət də Sənindir. Ey Allahım! Ey Allahım! Ey Allahım! Ey Ramən! Ey Rahim! Ey Muheymin! Səndən başqa ibadətə layiq haqq ilah yoxdur. Sənin yaratdığın hər bir şeyi Qiyamət gününə qədər də yaratdıqlarını bu anda söylədiyim sözlərimə şahid tuturam. Şübhəsiz Sən Allahsan, Mənim Haqq və açıq olan Rəbbimsən. Səndən başqa ibadətə layiq haqq ilah yoxdur. Sən Allah, Rahmən, Rahimsən. Muhəmməd - sallallahu aleyhi və səlləm – Sənin qulun və Rəsulundur. Rəhmət Peyğəmbərindir. İslam mənim dinimdir. Qiyamət gələcəkdir. Onda heç bir şübhə yoxdur və Sən qəbirdəkiləri dirildəcəksən. Sən hər bir şeyə gücü çatan və hər bir şeyi elminlə əhatə etmisən. Hər bir şeyin sayını da bilirsən. Sənin dediyin hər bir şey olur. Allaha həmd olsun ki, Onun köməkliyi ilə səhərə ölü, xəstə, haqsızlığa görə cəzalanan, ən pis şəkildə tutularaq əli kəsilmiş, dinindən dönmüş, Rəbbini inkar etmiş, ağlı başından alınmış, keçmiş ümmətlərdən hər hansı birinin əzabıyla əzaba uğramış olaraq səhərə çıxmadıq. Eyni şəkildə başqasının köləsi və nəfsinə zülm etmiş olaraq səhərə çıxmadıq.

Sənin mənə qarşı dəlilin vardır, lakin mənim leyhimə dəlilim yoxdur. Sənin verdiyindən başqa alacaq bir gücüm yoxdur. Məni qoruduqlarından başqa özümü bir şeydən qoruya bilmərəm. Allahım! Məndən razı olmağına səbəb olacaq şeyləri etməyə məni müvəffəq et! Sən lütf edənlərin ən böyüyüsən. Biz nəyə sahib olduqsa Səninlə sahibik. İşlərimizi düzüb qoşub səhmana sal! Ey mənim üzərimdə olan gözəllikləri ortaya çıxaran, çirkin olanları gizlədən, qüsurlarım səbəbilə məni məsul tutmayan, gizli (günahlarımı) aşkara çıxartmayan, Ey əff etməsi böyük olan, məğfirəti çox olan, rəhməti sonsuz olan, hər bir gizli danışığa şahid olan, qeybləri və qəlibin gizli olanlarını bilən, Ey kölələri azad edən, əzabdan uzaqlaşdıran, nemətlərilə hidayətə yönəldən Allahım.


Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin