Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏLƏF İmamlarinin



Yüklə 3,07 Mb.
səhifə7/20
tarix07.01.2017
ölçüsü3,07 Mb.
#4726
1   2   3   4   5   6   7   8   9   10   ...   20

Əhməd İbn Hənbəl


- rahmətullahi aleyhi -
Əbu Abdullah Əhməd İbn Hənbəl əş-Şeybani. İmam, Muhəddis, Mutlaq mücdəhid Hicri 164/778-ci il Rəbiul Əvvəl ayında Bağdadda dünyaya göz açmışdır. Atası Muhəmməd İbn Hənbəl otuz yaşında ölmüş, anası Səfiyyə Binti Meymunə böyütmüşdür. Ərəb olub, Şeyban qəbiləsinə mənsubdur və kökü Nizar qəbiləsində Peyğəmbərin – sallallahu aleyhi və səlləm – kökü ilə birləşməkdədir. Hələ kiçik yaşlarında ikən şəriət elmərini öyrənmiş, sonra təhsilini davam etdirmək üçün Şama, Hicaza, Kufəyə və Yəmənə gələrək burada olan uləma və muhəddislərlə görüşmüş, raviləri taparaq onlardan hədis almışdır. Ömründə beş dəfə həcc etmiş. Bunun üçünü isə piyada həccə getmişdir. İlk dəfə İmam Şəfii – rahmətullahi aleyhi - ilə Hicazda tanış olmuş, Yəməndə muhəddis AbdurRazzaq İbn Hammamdan hədis almaq üçün Yəmənə gəlmişdir. Ravilərdən hədislərlə bərabər səhabə və tabiinlərdən gələn bütün rəvayətləri də almışdır. Fiqhi biliklərini və Üsul fiqhini Əbu Yusuf və İmam Şəfiidən almışdır. Qırx yaşından sonra 5000 minə yaxın tələbəyə dərs deyərdi. Tarixdən də bilindiyi kimi bir çox alimlər daima təziqlərə, zülmə məruz qalmışlar. İmam Əhməd – rahmətullahi aleyhi - də bu qrupdandır. Abbasilərin xilafəti zamanı Xalqul Quran – Quran məxluqdur fitnəsi Mutəzilə əqidəsi və xristian alimi Yuhanna əl-Diməşqi tərəfindən yayılmışdır. Xəlifə Məmunun (813-833) dövründə insanlara, xüsusən də alimlərə bu əqidə zorla qəbul etdirilirdi. H. 218-ci ildə İmam Əhməd, Muhəmməd İbn Nuh, əl-Kavarırı, Sucadə kimi bir qrup alimlər Quran məxluqdur – fikirlərini qəbul etmədiklərinə görə zəncirlərlə həps edilərək həpsxanalara atılmışlar. Bu arada Kavarırı, Sucadə bu fikirləri qəbul etdiklərinə görə azadlığa buraxılmışlar. Xəlifə Məmun fikirlərindən dönməyən İmam Əhməd və Muhəmməd İbn Nuhla görüşmək üçün onları həps edilərək hüzuruna gətirilmələrini əmr etmişdir. Lakin bu vaxtı xəlifə dünyasını dəyişmiş, Muhəmməd İbn Nuhda yolda dünyasını dəyişmiş, İmam Əhməd – rahmətullahi aleyhi - Bağdada həps edilərək Mötəsimin (833-842) xəlifəliyi dövründə qazı İbn Əbu Duadın təşviqi ilə işkəncələrə məruz qalmışdır. İyirmi səkkiz ay həpsdə yatdıqdan sonra İmam Əhməd azad edilmiş. Bundan sonra iqtidara əl-Vasiq gəlmiş. Onun dövründə də bu fikirlər hökm sürmüşdür. Nəhayət Mutəvəkkil hakimiyyətə gəlmiş və Quran məxluqdur fikirlərinə son qoyularaq yenidən Quran və Sünnə hökm sürməyə başlamışdır. İmam Əhməd – rahmətullahi aleyhi - bu çətinlikklərə sinə gələrək səbr etməsi 14 il davam etmişdir. Məşhur hədis alimlərindəndir. Sünnənin atası adını da daşıyır. Rəvayət etdiyi hədislər məşhur “əl-Musnəd” adlı kitabında toplanmışdır. Bu kitabda 14 ciliddə 28000 min hədis toplanmışdır ki, bunlarda 750000 min hədisin içindən seçilərək bu kitaba yerləşdirilmişdir. Kitabı səhabələrin rəvayətləri ilə tərtib etmişdir. Əsərdə 904 səhabənin rəvayəti vardır. H. 241/855-ci il Rəbiul Əvvəl ayının 12 cümə günü Bağdadda dünyasını dəyişmişdir. İbrahim əl-Hərbi – rahmətullahi aleyhi - deyir ki: “Əhmədi gördüm. Sanki Allah keçmişdə və gələcəkdə yaşayan bütün insanların elmini onda cəm etmişdir”. Əbu Zura, Abdullah İbn Əhmədə deyərdi: “Sənin atan miliyon hədis bilirdi”. Əli İbn əl-Mədini – rahmətullahi aleyhi - deyir ki: “Allah bu dini iddə günü Əbu Bəkr əs-Sıddıq ilə, Mihnə günü isə İmam Əhməd vasitəsilə qorumuşdur”.
Lələkai – rahmətullahi aleyhi - deyir ki: Bizə Əli İbn Muhəmməd İbn Abdullah əs-Sukəri xəbər verdi ki: Bizə Osman İbn Əhməd İbn Abdullah İbn Bureyd əd-Dəqiqi dedi ki: Bizə Əbu Muhəmməd əl-Həsən İb AbdulVəhhab və ya əl-Əmbəri 293-cü ildə öz kitabından oxuyaraq dedi ki: Bizə Əbu Cəfər Muhəmməd İbn Suleyman əl-Minkari dedi ki: Mənə Abdus İbn Malik əl-Attar dedi ki, mən Əbu Abdullah Əhməd İbn Muhəmməd İbn Hənbəlin – rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Bizə görə Sünnətin əsasları bunlardır: Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrinin izlədiyi yola sımsıxı sarılmaq, onlara uymaq və bidətləri tərk etməkdir. Hər bir birdət də əsasən bir sapıqlıqdır. Düşmənləri tərk etmək, həva əhli ilə oturmağı tərk etmək, mübahisələri və dinlə bağlı münaqişələri tərk etməkdir. Sünnət bizə görə Rəsulullahdan – sallallahu aleyhi və səlləm – gələn nəqillərdir. Sünnət Quranı açıqlayar və Quranın dəlilləridir. Sünnətə qiyas yoxdur. Ona nümunə göstərilməz, ağıllarla, həvalarla idrak edilməz. Sünnət sadəcə tabe olmaq və həvanı tərk etməkdir. Xeyri və şərilə Qədərə iman etmək. Bu haqda varid olan hədisləri təsdiq etmək və onlara inanmaq. Nə üçün və necə demədən bunlar təsdiq edilir və iman gətrilir. Bir hədisin təfsirini bilməyən və ya ağlıyla onu qavrayamayan bir kimsə bu xüsusda mükəlləfiyət altında deyildir. Belə bir kimsə buna iman edib, ona təslimiyyət göstərməklə yükümlüdür. əs-Sadiq vəl-Məsduq – hədisi və buna bənzər qədərə dair digər hədislərdə olduğu kimi.

Qiyamət günü Rəbbimizi görəcəyimizə dair bütün hədislər də belədir. Bunlar qulaqlara qəribə gəlsədə, bunları eşidən, bunlardan təəccüblənsən belə bu hədislərə iman etmək, onların birini belə rədd etməmək. Qədər, Allahı görmək, Quran və bunlara bənzər məsələlərdə Sünnətdə varid olan hədislər barəsində mübahisə etmək məkruhdur, qadağandır. Bu şəkildə hərəkət edən bir kimsə mübahisəni tərk edib təslimiyyət göstərmədikcə Əhli Sünnətdən olmaz.

Gələn rəvayətlərə iman edilir, Quran Allahın kəlamıdır, yaradılmış deyildir. Quran yaradılmamışdır deməkdə heç vaxt zəiflik göstərmə. Çünki Allahın kəlamı Allahdandır. Allahın kəlamından yaradılmış heç bir şey yoxdur. Əsla bu barədə daha öncə söylənməmiş fikirləri irəli sürən, ləfz və başqa şeylər haqında danışanlarla mübahisə etmə. Quran barəsində bir şey söyləməyə-rək yaradılmışdırmı, yoxsa yaradılmamışdırmı bilmirəm? Deyən kimsələrlə də mübahisə etmə. O, Allahın kəlamıdır, yaradılmamışdır. Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – rəvayət edilən səhih hədislərdə deyildiyi kimi Qiyamət günüdə Allahın görülməsinə də iman etməlidir.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – Rəbbini görmüşdür və bu Peyğəmbərdən səhih olaraq rəvayət edilmişdir. Bunu Qatadə, İkrimədən, o da İbn Abbasdan – radıyallahu anhu - rəvayət etdiyi kimi əl-Həkə İbn Əban, İkrimədən, o da İbn Abbasdan – radıyallahu anhu - rəvayət etmişir. Əli İbn Zeyd, Yusuf İbn Mehrandan, a da İbn Abbas – radıyallahu anhu - yolu ilə rəvayət etmişdir. Bizə görə hədis Peyğəmbərə – sallallahu aleyhi və səlləm – gəldiyi kimi zahiri üzərə başa düşülür. Onun haqqında söz söyləmək də bidətdir. Biz ona gəldiyi şəkildə zahirinə görə iman edirik və bu barədə kimsəylə mübahisə etmərik.

Qiyamət günü qulların əməlləri tərəzidə çəkiləcəyinə iman edir və bunu təsdiq edirik. Uca Allah Qiyamət günündə qulları ilə aralarında heç bir tərcüməçi olmadan danışacaqdır. Buna da iman etmək və təsdiq etmək lazımdır. Rəsulullahın – sallallahu aleyhi və səlləm – Qiyamət günü Hovuzunun olduğuna, ümmətinin o Hovuza gələcəyinə, eni bir aylıq məsafə olduğuna, üzərindəki qabların səmadakı ulduzların sayı qədər olduğuna iman edirik.

Qəbr əzabına, bu ümmətin qəbirlərində sorğu sual ediləcəyinə, imana, İslama, Rəbbinin və Peyğəmbərinin – sallallahu aleyhi və səlləm – kim olduğuna dair sual soruşulacağına, bir kimsənin qəbrində Munkər və Nəkirin Uca Allahın dilədiyi və murad etdiyi şəkildə gələcəyinə iman və təsdiq edirik.

Peyğəmbərin – sallallahu aleyhi və səlləm – şəfaətinə, bir topluluğun yanıb kömür olduqdan sonra Cəhənnəm atəşindən çıxarılaraq Allahın dilədiyi kimi və dilədiyi şəkildə Cəhənnəm qapısındakı çaylara salınacaqlarına da iman edərik.

Məsif Dəccəlin mütləq çıxacağına, gözləri arasında “Kafir” yazılacağına, haqqında varid olan hədislərə və bunların həqiqət olacağına, Mərəm oğlu İsanın - əleyhissəlam - nazil olaraq onu Lud qapısında öldürəcəyinə iman etmək lazımdır.

İman – söz və əməldir, artar və əskilər. Hədisdə deyildiyi kimi: “Möminlərin iman baxımından ən kamil olanları əxlaq etibarıyla ən gözəl olanlardır”. Namazı tərk edən kimsə kafir olur. Namazdan başqa tərk edilməsi küfr olan başqa bir əməl yoxdur. Onu tərk edən kafir olur və Allah onun öldürülməsini halal etmişdir.

Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – sonra bu ümmətin ən xeyirlisi Əbu Bəkr əs-Sıddıq, sonra Ömər İbn Xattab, sonra Osman İbn Əffandır – Allah onlardan razı olsun -. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələri bu haqda hər hansı bir anlaşılmazlıq olmadan bu üçünü önə keçirdikləri kimi biz də onları irəli keçirməliyik. Sonra bu üçünün ardıyca şurada olan beş nəfər gəlir. Bunlar da Əli İbn Əbu Talib, Təlhə, Zubeyr, AbdurRahman İbn Auf və Saddır – Allah onlardan razı olsun -. Hamısı da Xəlifə olabiləcək kimsələrdir və hamısı da imamdır. İbn Ömərin – radıyallahu anhu - dediyi kimi Peyğəmbər – sallallahu aleyhi və səlləm – həyatda ikən və səhabələrinin çoxu sağ ikən bizlər öncə Əbu Bəkri, sonra Öməri, sonra Osmanı – Allah onlardan razı olsun - sayar və sonra da susardıq. Şura səhabələrindən sonra Mühacirlərdən olub Bədirdə iştirak edənlər, sonra ənsardan olub Bədirdə iştirak edənlər, sonra da hicrət və birinciliklərinə görə fəzilətli qəbul edərik. Kimisi onunla bir il, kimisi bir ay, bir gün, bir an söhbət etmiş və ya onu sadəcə görmüşdür. Hamısı da onn səhabələrindəndir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə söhbət edən, onu görən, ondan bir şeylər eşidən, gözləriylə onu görüb ona iman edənlər səhabə olması səbəbiylə istər bütün xeyir əməlləri etmiş olsunlar bütün Tabiinlərdən daha fəzilətlidir.

İmamlara, yaxşı və ya günahkar olsun möminlərin əmrinə və Xəlifəlik vəzifəsinə gəlib insanların ətrafında toplanıb xəlifəliyinə razı olduqları kimsələrə itaət və dinləmək lazımdır. Qılıncıyla onlara qələbə çalıb nəhayət xəlifə olan və möminlərin əmiri deyə adlandırılan kimsəyə də dinləyib itaət etmək lazımdır. Günahkar və ya yaxşı olsun bütün əmirlərlə döyüşə çıxmaq Qiyamət gününə qədər davam edər və tərk edilməz. Qənimətin paylaşdırıl-ması və hədlərin tətbiq edilməsi imamların vəzifəsidir. Bu belədir, bir kimsənin bu barədə onlara dil uzatması ya da onlarla çəkişmə haqqı yoxdur. Onlara zəkatları vermək caizdir. Zəkatını onlara verən bir kimsənin zəkatı öz yerini tapar. Əmirləri və onların təyin etdikləri kimsələrin arxasında cümə namazı qılmaq caizdir və iki rükət qılınır. Kim bu iki rükəti qaytararsa (yenidən qılarsa) bidətçidir. Bu barədə rəvayətləri tərk etmiş və sünnətə müxalif olmuşdur. İstər yaxşı istərsə də pis imamlar arxasında namaz qılmağı uyğun görməyən kimsə cümənin fəzilətindən heç bir şey əldə etməz. Sünnət bu namazın onlarla birlikdə iki rükət qılmasıdır. Bu iki rükəti qaytaran kimsə bidətçidir. İki rükət qıldığı zaman tam olduğuna və bu barədə qəlbində hər hansı bir şübhə olmamalıdır.

İnsanlar istər könül xoşluğuyla, istərsə də qalib gəldiyi üçün xəlifəliyini qəbul edib ətrafında toplanmış olduqları müsəlmanların imamına qarşı çıxan bir kimsə müsəlmanların birliyini parçalamış və Rəsulullahdan – sallallahu aleyhi və səlləm – gələn rəvayələrə müxalif olmuşdur. Əgər bu Qiyam qaldıran öləcək olarsa cahiliyyə ölümü ilə olmüş olar. Sültan ilə döyüşmək halal olmadığı kimi, hər hansı bir kimsənin ona qarşı çıxması da halal deyildir. Kim belə edərsə o sünnətdən və doğru yoldan çıxan bidətçidir.

Oğru və Xuruc edənlərlə döyüşmək - bir kimsənin canına və malına qəsd varsa – caizdir. Belə bir kimsə öz canını və malını qorumaq üçün döyüşə bilər və gücü çatdığı hər bir şeylə müdaiə oluna bilər. Bu oğru və qiyam qaldıran o kimsədən ayrılıb və ya onu tərk edəcək olarsa onların ardıyca getməz, onların izlərini təqib etməz. Bunu yalnız imam və ya müsəlmanların rəhbərləri edə bilər. O, kimsənin olduğu yerdə özünün müdafiə etməsi və var gücüylə kimsəni öldürməməyi niyyət etməsi lazımdır. Əgər mübarizə əsnasında kimsəni öldürərsə Allah öləni uzaqlaşdırmış olar. Lakin öz canını və malını qoruyarkən öldürülərsə hədislərdə keçdiyi kimi şəhid olduğu ümüd edilir. Bu barədə olan rəvayətlər yalnız onunla mübarizə aparmağı, öldürməyi və arxasından təqib etməyi əmr etmir. Əgər yerə yıxılarsa və yaralanarsa onu öldürməz. Əsir olaraq götürərsə yenə də öldürməz, həd də tətbiq etmək. Onun barədə Uca Allahın təyin etdiyi əmirlərə xəbər verər, onlar da onun barəsində hökm verirlər.

Qiblə əhlindən kimsəni etdiyi bir əməl səbəbiylə onun Cənnətlik və ya Cəhənnəmlik olduğuna şəhadət etməz. Bununla bərabər saleh kimsə üçün ümüd bəslər və qorxar, günahkar və pislik edən kimsə üçün də qorxar, Allahın rəhmətini də onun üçün ümüd edər. Bir kimsə Cəhənnəmi haqq edən günaha görə tövbə edər və o günah üərində israr etmədən Allahın hüzuruna çıxacaq olursa Allah onun tövbəsini qəbul edər. O qullarının tövbəsini qəbul edən, günahları bağışlayandır. Bu günaha görə dünyada ikən ona hədd tətbiq olunduğu halda Allahın hüzuruna çıxan kimsəyə gəldikdə isə o həd Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – gələn rəvayətlərdə olduğu kimi onun günahına kəffarə olar. Cəzalanmağı haqq edən günahdan tövbə etmədən, günahının üzərində israr edərək Allahın hüzuruna gedərsə işi Allaha qalmışdır. Allah istəsə onu əzab verər, istəsə məğfirət edər. Kim də kafir olaraq Allahın hüzuruna çıxarsa Allah onu cəzalandırar, məğfirət etməz. Muhsin olduğu halda zina edən bir kimsə zina etdiyini etiraf edər və ya zina etdiyinə dair ona qarşı dəlil ortaya qoyularsa rəcm ediməsi haqdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – rəcm etdiyi kimi Rəşidi xəlifələr də rəcm etmişlər.

Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrindən hər hansı bir kimsənin dəyərini alçaldan, etdiyi hər hansı bir işdən ötrü ona nifrət edən və ya pisliklərini dilinə gətirən kimsə hamısına rəhmət oxumadıqca və onlara qarşı qəlbində olan bütün pis hissləri silmədikcə bidətçi bir kimsədir.

Münafiqlik küfrün özüdür. Münafiqlik bir kimsəni Allahı inkar etməsi və Ondan başqasına ibadət etməsi, bununla bərabər zahirdə müsəlman olduğunu göstərməsidir. Peyğəmbərin zamanındakı münafiqlər kimi. Bu hədislədən: Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis münafiqdir. Lakin bu dörd xislətdən biri bir kimsədə olarsa onu tərk edincəyə qədər onda münafiqlikdən bir xislət vardır: 1) Ona bir şey əmənət edildikdə əmanətə xəyanət edər, 2) Söz söylədiyi zaman yalan söyləyər, 3) Söz verdiyi zaman yerinə yetirməz, 4) Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»177. İbn Məsud - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Müsəlmanı söymək fasiqlikdir, onunla vuruşmaq isə küfrdür»178. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İki müsəlman qılıncları bir-birilə toqquşduqları zaman ölən də öldürülən də Cəhənnəmdədir». Səhabələr: «Ya Rəsulullah! Öldürənin Cəhənnəmdə olduğunu başa düşdük. Bəs öldürülən nəyə görə?» deyə soruşdular. Peyğəmbər: «Çünki o da müsəlman qardaşını öldürməyə can atmışdır» deyə buyurdu179. Peyğəmbər - səllallahu aleyhi və səlləm – in: «Məndən sonra bir-birinizin boynunu vuran kafirlərin halına bənzəməyin»180. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir kimsə öz müsəlman qardaşına ey kafir deyə müraciət edərsə bu sözə o, ikisindən biri layiq olar»181. Bu hədisləri təslimiyyətlə qəbul edərik. Onlar barəsində söz söyləməz və mübahisə etmərik. Bu hədislər gəldikləri kimi təfsir edilir və bunları yalnız onlarda olan haqqa görə açıqlayarıq.

Cənnət və Cəhənnəm Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – gələn rəvayətlərdə olduğu kimi yaradılmışdır. “Cənnətə girdim orada bir köşk gördüm”, “Orada Kövsəri gördüm”, “Cənnətə baxdım, oranın əhalisinin çoxu filan və filankəsləri gördüm”, “Cəhənnəmə baxdım oranın çoxsunu filankəslər filankəslər gördüm” və s. Cənnət və Cəhənnəmin yaradılmamış olduğunu iddia edən bir kimsə Quranı və Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hədislərini yalanlamış olar. Belə bir kimsənin Cənnətə və Cəhənnəmə də iman eməsini zənn etmirəm.

Qiblə əhlindən olub Muvahhid olaraq ölən bir kimsənin cənazə namazı qılınır. Onun üçün məğfirət dilənilir və namazı kiçik və ya böyük olsun etdiyi hər hansı bir günah səbəbiylə qılınır. İşi də Allaha qalmışdır.


Tövhid Barəsində Etiqadı
İmam Əhmədə – rahmətullahi aleyhi - təvəkkül barəsində sual verildi. O, dedi: “Çətin vəziyyətdə olsan da belə yaradılmışlardan ümüd kəsmək”182.
İmam Əhməd – rahmətullahi aleyhi - dedi: “Əziz və Cəlil olan Allah əzəldən bəri Mutəkəllimdir. Quran da Əziz və Cəlil olan Allahın kəlamıdır. O, heç bir vəchlə yaradılmamışdır. Allah özünü vəsf etdiyindən artıq heç bir şeylə vəsf etmək olmaz”183.
İbn Əbu Yəla, Əbu Bəkr əl-Mərvəzidən rəvayət edir ki, İmam Əhmədə – rahmətullahi aleyhi - Cəhmiyyənin rədd etdiyi Allahın sifətlərinə, onun görülməsinə, İsraya və Ərşə aid hədislər barəsində sual verdim və hamısının da səhih olduğunu söylədi və dedi: “Ümmət bu hədisləri qəbul və təsdiq etmişdir. Bu hədislər (Peyğəmbərdən) gəldiyi kimi də qəbul edilir”184.
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Allahın danışmadığını iddia edən bir kimsə kafirdir. Biz yalnız bu hədisləri gəldiyi kimi rəvayət edirik”185.
Lələkai, Hənbəlidən rəvayət edir ki, İmam Əhməddən – rahmətullahi aleyhi - Allahı görmək barəsində sual verildikdə bu cavabı verdi: “Bunlar səhih hədislər olub, bizlər bunlara iman edər və onları iqrar və qəbul edərik. Eyni zamanda Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – səhih sənədlərlə rəvayət edilən bütün hədislərə də iman edər və onları qəbul edərik”186.
İbnul Cevzi “Mənakibu İmam Əhməd” adlı əsərində İmam Əhmədin Musəddədə187 yazdığı məktubunda bu ifadələr yer alır: “Uca Allah öz zatını nə ilə vəsf etmişsə siz də elə vəsf edin. Öz zatı haqqında nəyi rədd etmişsə siz də Allahdan onların uzaq olduğunu söyləyin”188.
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “O – Cəhm İbn Səffan – Allahın kitabında öz zatını vəsf etdiyini və ya Peyğəmbərinin – sallallahu aleyhi və səlləm – Onu vəsf etdiyi hər hansı bir sifət ilə vəsf edən kimsənin kafir olduğuna və Müşəbbihə olduğunu iddia etmişdir”189.
İbn Teymiyyə “əl-Aqli vən-Nəqli” kitabında İmam Əhmədin – rahmətullahi aleyhi - bu sözlərini rəvayət edir: “Hər hansı bir hədd, təsvir etmədən, göstərmədən Allahın Ərşin üzərində dilədiyi şəkildə və dilədiyi kimi olduğuna iman edərik. Allahın sifətləri Ondandır və Ona aiddir. O, öz zatını vəsf etdiyi kimidir. Gözlər Onu idrak etməz”190.
İbn Əbu Yəla, İmam Əhmədin– rahmətullahi aleyhi - belə dediyini rəvayət edir: “Allahın Axirətdə görülməyəcəyini iddia edən bir kimsə kafirdir və Quranı yalan sayan bir kimsədir”191.
İbn Əbu Yəla, Abdullah İbn Əhmədin – rahmətullahi aleyhi - belə dediyini rəvayət edir: “Mən Atama: Allah Musa - əleyhissəlam - ilə danışdıqda səs ilə danışmadı – deyən topluluq barəsində sual verdim. Atam dedi: “Allah bir səs ilə danışdı və biz hədisləri (Peyğəmbərdən) gəldiyi kimi rəvayət edərik”192.
Lələkai, Abdus İbn Məlik əl-Attardan rəvayət edir ki, Abdullah İbn Hənbəlin belə dediyini dinlədim: “...Quran Allahın kəlamıdır, yaradılmış deyildir. Əsla o yaradılmamışdır deməkdə yumşaqlıq/zəiflik göztərmə. Çünki Allahın kəlmı Ondandır. Onun da heç bir şeyi yaradılmış deyildir”193.
Qədər Barəsində Etiqadı
İbnul Cevzi “Mənakib” əsərində İmam Əhmədin, Musəddədə yazdığı məktubu zikr edərək bu ifadələri qeyd edir: “Xeyriylə şəriylə, acısı və şiriniylə qədərin Allahdan olduğuna iman edərik”194.
Xəlləl, Əbu Bəkr əl-Mərvəzidən belə ediyini rəvayət edir: Əbu Abdullaha soruşulan bir suala: Xeyir və şər qullar haqqında təqdir edilmişdir – dedi. Ona: “Allah xeyir və şəri yaratmışdırmı?” dedilər. İmam: “Bəli, həm də onu Allah təqdir etmişdir” deyə cavab verdi195.
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Xeyri və şəriylə, acısı və şirini ilə, azı və çoxu ilə, gizli və aşkar olanı ilə, sevimli və sevimli olmayan, pisi və yaxşısı ilə, birinci və axırıncı (əvvəli və axırı) ilə Allahın qədərilədir. O, qulları haqqında belə hökm vermiş və belə təqdir etmişdir. Onlardan heç kimə Allahın diləməsindən kənara çıxa bilməz. Heç bir kimsə Onun Qəza və hökmünü aşıb qaça da bilməz”196.
Xəllal, Muhəmməd İbn Əbi Harundan, o da Əbul Hərisdən belə dediyini rəvayət edir: Əbu Abdullahın belə dediyini dinlədim: Əziz və Cəlil olan Allah itaəti və üsyanları təqdir etdiyi kimi xeyri və şəridə təqdir etmişdir. Xoşbəxt olaraq yazılmış bir kimsə xoşbəxtdir, bədbəxt olaraq yazılmış bir kimsə də bədbəxtdir”197.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, Əli İbn Cəhmin ona: Qədəriyyə görüşünü qəbul edən kimsə kafir olurmu? Deyə soruşduğu suala atamın belə cavab verdiyini gördüm: “Əgər Allahın elmini inkar edərək “Allah Alim deyildir”, o vaxta qədər ki, Elmi yaratdı və bununla bilmiş oldu” deyib Allahın əzəli elmini inkar edərsə kafir olar”198.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Atamdan Qədəriyyəyə mənsub bir kimsnin arxasında namaz qılmağa nə deyirsən?” deyə soruşulduqda atam: “Əgər bu mövzuda mübahisə edən və buna dəvət edən biridirsə arxasında namaz qılma”199.
İman Barəsində Etiqadı
İbn Əbu Yəla, İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini rəvayət edir: “İmanın ən fəzilətli xüsusiyyətlərindən Allah üçün sevmək və Allah üçün nifrət etmkdir”200.
İbnul Cevzi, İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini rəvayət edir: “İman bu hədisdə deyildiyi kimi artar və əskilər. “İman baxımından möminlərin ən kamil olanı əxlaqı ən gözəl olandır”201.202.
əl-Xəlləl, Suleyman İbn Əşasdan203 rəvayət edir ki, Əbu Abdullah dedi ki: “Namaz, zəkat. Həcc və yaxşı əməllər imandandır. Günahlar da imanı azaldır”204.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - deyir ki, atamdan: “İman – söz və əməldir, artar və əskiər deyib istisna (İnşəallah mən möminəm) deməyən kimsə Murciyədirmi?” deyə soruşdum. İmam: “Ümid edirəm ki, Murciyə deyildir”. Mən atamın belə dediyini də dinlədim: “İstisna etməyən kimsələrə dəlil Peyğəmbərin – sallallahu aleyhi və səlləm – qəbirdəkilərə: “İnşəallah! Biz də sizə qovuşacağıq” deyə buyurmasıdır205.206.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, atamdan Murciyə barəsində sual soruşulduqda dedi: “Biz deyirik ki: İman – söz və əməldir, artar və əskilər. Bir kimsə zina edər, içki içərsə imanı əskilər”207.
Səhabələr Barəsində Etiqadı
İmam Əhməd – rahmətullahi aleyhi - deyir ki: “Sünnətin əsaslarından biri də Peyğəmbərin – sallallahu aleyhi və səlləm – bütün səhabələrinin gözəlliklərini dilə gətirmək (bu barədə danışmaq), onların qüsurlarını danışmaqdan və aralarında baş verən anlaşılmazlıqları dilə gətirməkdən çəkinməkdir. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələrindən hər hansı birini söyən bir kimsə bidətçi, pis və kobud bir Bidətçidir, mədəniyyətsizin biridir. Allah ondan nə bir nafilə, nə də fərz qəbul etməz. Əksinə onları sevmək sünnət, onlara dua etmək Allaha yaxınlaşdırıcı bir əməl, onlara tabe olmaq (Allahın razılığnı) qazandıran bir yol, onların izlərini təqib etmək (yəni onlardan gələn əsərləri qəbul etmək) fəzilətdir”. Daha sonra: “Dörd xəlifədən sonra yerdə qalan bütün səhabələr insanların ən xeyirliləridir. Hər hansı bir kimsənin onların pisliklərini söz etməsi, hər hansı bir qüsur və naqislik səbəbilə onlardan birinə dil uzatması qadağandır. Kim belə bir şey edərsə əmirin onu cəzalandırması vacibdir və belə bir kimsəni bağışlaması da caiz deyildir və ya haqqı yoxdur”208.
İbnul Cevzi, Əhmədin – rahmətullahi aleyhi - Musəddədə yazdığı məktubunda bu ifadələr olduğunu qeyd edir: “Əbu Bəkr, Ömər, Osman, Əli, Təlhə, Zubeyr, Sad, Səid, AbdurRahman İbn Auf, Əbu Ubeydə İbn Cərrahdan – Allah onlardan razı olsun - ibarət olan on nəfərin Cənnətlik olduğuna şahidlik et! Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Cənnətlik olduğu kimsələrin Cənnətlik olduqlarına biz də şahidlik edirik”209.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, atamdan imamlar barəsində sual soruşdum o dedi: “Öncə Əbu Bəkr, sonra Ömər, sonra Osman, sonra Əlidir – Allah onlardan razı olsun - 210.
Abdullah İbn Əhməd – rahmətullahi aleyhi - dedi ki, atamdan: “Əli – radıyallahu anhu - Xəlifə deyildir” deyən kimsə barəsində soruşdum o: “Bu yaramaz və rədd edilən bir sözdür” dedi211.
İbnul Cevzi, İmam Əhməddən – rahmətullahi aleyhi - rəvayət edir ki: “Hər kim Əlinin – radıyallahu anhu - xəlifəliyini qəbul etməzsə (təsdiq etməzsə) öz eşşəyidən də azğın bir kimsədir”212.
İbn Əbu Yəla, İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini rəvayət edir: “Əlinin – radıyallahu anhu - dördüncü xəlifə olduğunu qəbul etməyən bir kimsə ilə danışmayın və ona qız da verməyin”213.
Kəlam Barəsində Sözləri
İbn Batta, Əbu Bəkr əl-Mərvəzidən rəvayət edir ki, Əbu Abdullahın belə dediyini dinlədim: “Kim kəlamla məşğul olarsa müvəffəq olmaz və kəlamla məşğul olanın Cəhmi olması uzaq deyildir”214.
İbn Abdul Bərr, İmam Əhmədin belə dediyini rəvayət edir: “Kəlamla məşğul olan kimsə müvəffəq olmaz və kəlamla məşğul olub qəlbində rahatlıq tapan kimsəni heç görməzsən”215.
əl-Hərəvi, Abdullah İbn Əhməddən – rahmətullahi aleyhi - rəvayət edir ki, atam Ubeydullah İbn Yəhyə İbn Hakana216 bunları yazdı: “Mən kəlamla məşğul olan bir kimsə (kəlam əhli) deyiləm və mən Allahın kitabında və Peyğəmbərin – sallallahu aleyhi və səlləm – hədislərində olanlardan başqasını da məqsədəuyğun (faydalı) görmürəm. Bunlardan qeyri şeylər barəsində söz söyləmək isə təriflənən bir şey deyildir”217.
İbnul Cevzi, Musa İbn Abdullah ət-Tarsusidən rəvayət edir ki, İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Kəlam əhli sünnəti müdafiə etsələr belə onlarla oturmayn”218.
İbn Batta, Əbul Harik əs-Sayığdan rəvayət edir ki: “Hər kim kəlamı sevərsə qəlbindən çıxmaz. Sən kəlamla məşğul olan bir kimsəni heç vaxt müvəffəq olduğunu görməzsən”219.
İbn Batta, Ubeydullah İbn Hənbəldən rəvayət edir ki, atam mənə dedi ki: “Əbu Abdullahın belə dediyini dinlədim: “Sünnətə və hədislərə sarılın, Allah da sizə xeyir verər. (dini) mövzulada münaqişələrə vararaq dərinliyə dalma, kəlamı sevən heç vaxt müvəffəq olmaz. Kim kəlam ilə məşğul olarsa sonda bidətlərə düşər. Çünki kəlam xeyirə çağırmaz. Mən kəlamı və mübahisni sevmirəm”. Sizlərə sünnətə, əsərlərə və fayda aldığınız fiqhə sarılmağı tövsiyə edirəm. Mübahisələri və şübhəli olan kimsələrin sözlərini tərk edin. Bizim bildiyimiz kimsələr bu cür şeyləri bilməz və kəlamdan da uzaq idilər. Kəlamın aqibəti (sonu) xeyir deyildir. Allah bizi də sizi də fitnədən qorusun. Biziləri də sizləri də həlaka aparan hər bir yoldan qorusun”220.
İbn Batta, İmam Əhmədin – rahmətullahi aleyhi - belə dediyini rəvayət edir: “Bir adamın kəlamı sevdiyini görsən ondan uzaq ol!”221.
İmam Əhmədin – rahmətullahi aleyhi - Musəddəd İbn Musərhədə göndərdiyi məktubda deyilir: Allah bizi və sizi razı olduğu şeylər üzərində sabit etsin və qəzəb etdiyi hər şeydən qorusun. Bizi və sizi Onu bilənlərin və Ondan qorxanların əməlləri kimi əməl etməyə müvəffəq etsin! Sizə və öz nəfsimə Uca Allahı təqvasını, Sünnət və Cəmaata sarılmağı tövsiyə edirəm. Buna müxalif olanların başına nə gəldiyini bilirsiniz. Sizə heç bir şeyi Allahın kəlamı olan Quranın qarşısına keçirməməyi əmr edirəm. Allahın kəlamı məxluq deyildir. Keçmiş zamana dair verilən xəbərlər məxluq deyildir. Lövhi Məhfuzda olan şeylər məxluq deyildir. Məxluqdur deyən Allaha küfr etmişdir. Bunlara təkfir etməyənlər kafirdir. Qurandan sonra Peyğəmbərin – sallallahu aleyhi və səlləm – sünnəti, səhabələrinin və onlardan sonra da Tabiinin rəvayət etdikləri gəlir. Peyğəmbərlərin gətirdiklərini təsdiq etməklə məhsuluq. Sünnətə tabe olmaq qurtuluşdur. İman - söz və əməldir, artar və əskilər. Yaxşlıq etdiyin zaman artar, pislik etdiyin zaman da azalır. Kişi İslamdan imana çıxar və tövbə etdiyi zaman təkrar imana qayıdar. Laqeyidlik və təmbəllik səbəbilə fərzləri tərk edənlərin işləri Allaha qalmışdır. Dilərsə əff edər, dilərsə əzab edər. Xeyir və Şərilə bərabər qəza və qədərə iman edərik. Şirini və acısı da Allahdandır. Cənnətin nemətləri daimidir, Cənnətin daimi olmadığını söyləyən kafirdir. Allah Cəhənnəm və Cənnətin əhlini də yaratdı. Cəhənnəmin əzabı da daimidir. Allah bir topluluğu Peyğəmbərin – sallallahu aleyhi və səlləm – şəfaəti ilə Cəhənnəmdən çıxaracaqdır. Cənnət xalqı Rəblərini gözləriylə görəcəklər. Allah Musa - əleyhissəlam - ilə danışdı. İbrahimi Özünə dost etdi. Mizan haqdır, Sırat haqdır, Peyğəmbərlər haqdır, Məryəmin oğlu İsa Allahın qulu və Rəsuludur, Hovuz və Şəfaətə iman edərik. Ərş və Kursiyə iman edərik. Sura üfürülməsinə iman edərik. Sur İsraflin üfürdüyü buynuzdur. Mədinədə olan və yanında Əbu Bəkr və Ömərin bilinən qəbri Peyğəmbərin – sallallahu aleyhi və səlləm – qəbridir. Qulların qəlbləri Allahın barmaqlarından iki barmağı arasındadır. Dəccəl bu ümmətin vaxtında çıxacaqdır. İsa - əleyhissəlam - onu Lud qapısı yaxınlığında öldürəcəkdir. Əhli Sünnət əhlinin rədd etdiyi şeylər pisdir. Bütün bidətlərdən çəkinin. Peyğəmbərdən - əleyhissəlam - sonra gözlər Əbu Bəkrdən xeyirlisini görmdi. Ondan sonra gözlər Öməri. Ondan sonra Osmandan xeyirlisini görmədi. Bunlar Rəşidi Xəlifələrdir. Peyğəmbərin - əleyhissəlam - Cənnətlə müjdələdiyi on kişi bunlardır: Əbu Bəkr, Ömər, Osman, Əli, Təlhə, Zubeyr, Sad, Səid, AbdurRahman İbn Auf, Əbu Ubeydə İbn Cərrah – Allah onlardan razı olsun -. Namazda əlləri qaldırmaq və imamın “VələdDalin” deməsindən sonra səsli olaraq Amin demək gözəldir. Müsəlmanların imamları üçün dua edilir və onlara qarşı çıxılmaz. Fitnə zamanı döyüşdə iştirak edilməz. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – Cənnətlə müjdələdiyi on kişidən başqa bir kimsə üçün Cənnətlikdir və ya Cəhənnəmikdir deyilməz. Allah Özünü necə vəsf edirsə siz də Onu elə vəsf edin. Allahın Özündən nəhy etdiyini siz də Ondan nəhy edin. Həva əhli ilə mübahisə etməkdən və Peyğəmbərin – sallallahu aleyhi və səlləm – səhabələri haqqında pis zənn etməkdən çəkin. Onların aralarında baş verən pis hallardan deyil fəzilətlərindən danış. Din barəsində bidət əhli ilə danışmayın və onlarla Səfər etməyin. Vəlisinin izni olmadan və iki şahid olmadan nigah etməyin. Muta nigahı Qiyamətə qədər haramdır. Muttəqi və Facir imamın arxasında beş namaz, cümə və bayram namazlarını qılın. Əhli qiblədən vəfat edən hər kəsin namazını qılın. Onların hesbları isə Allaha qalmışdır. Cihad və ya Həcc edən imamla birlikdə çıxın. Cənazə təkbiri dorddür. Əgər imam Əli İbn Əbu Talib – radıyallahu anhu - kimi beş təkbir gətirsə siz də onunla bərabər gətirin. Müsafir üçün məsh üç gün üç gecədir. Muqim olan kimsə üçün bir gün bir gecə. Bayram namazından əvvəl nafilə qılınmaz. Məscidə girdikdə iki rükət Təhiyyət qılmadan oturma. Vitr bir rükət, iqamə də təkdir. Əhli Sünnəti sev! Allah bizi və sizi də İslam və Sünnət üzərə öldürsün. Bizi və sizi də elmlə ruziləndirsin, sevdiyi və razı olduğu əməllər etməyə müvəffəq etsin”222.
Təqlid Barəsində Sözləri
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Məni təqlid etmə. Məliki, Şəfiini, Əvzaini, Söurini təqlid etmə. Sən da onların elm aldığı qaynaqlardan elm al»223.
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Dini məsələlərdə alimlərdən hər hansı birini təqlid etmə. Peyğəmbər - sallallahu aleyhi və səlləm – və Onun Səhabələrindən nə gəlmişsə onu al. Səhabələrdən sonra Tabiin nəsli gəlir ki, bir alim bunların görüşünü alıb, almamaqda sərbəsdir»224.
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Kim Peyğəmbər - sallallahu aleyhi və səlləm – in hədisini rədd edərsə o, həlak yolundadır»225.


Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin