Məlik İbn Ənəs
- rahmətullahi aleyhi -
Əbu Abdullah Məlik İbn Ənəs İbn Məlik İbn Əbu Amir əl-Əsbahi. Dörd imamdan biridir. İmam, Hafiz, ümmətin fəqihi, Şeyxulİslam, Hicrət yurdunun imamı H. 93/711-cü ildə Mədinə şəhərində dünyaya gəlmişdir. Ailəsi əslən Yəmənli olub, babası Zu Əsbəh qəbiləsinə mənsub olan Məlik b. Əbu Amr əl-Əsbəhi Yəmən vəlisindən aldığı zülmə dözməyərək Mədinəyə hicrət edir. Anası da Yəməndən olan Əzd qəbiləsindəndir. Aliyə İbn Şureyk əl-Əzddir. Babası Məlik İbn Əbu Amr Tabiinlərin böyüklərindən olub Ömər, Osman, Təlhə və Aişə - Allah onlardan razı olsun - hədis rəvayət etmişdir. Mədinənin böyük və məşhur alimlərindən sayılan Rabia İbn Abdurrahmanın dərslərində iştirak etmişdir. Ayrıca İmam Məlik, Cəfər Sadiqin dərslərini heç bir zaman qaçırmazdı. O, deyərdi: «Dəstəmazı olmadan hədis rəvayət etməz, Peyğəmbər – sallallahu aleyhi və səlləm – adı xatırlandığında üzü saralardı». Tam yetişdikdən sonra məsciddə dərs verməyə başlamışdır. O, deyərdi: «Hər kəs məsciddə oturub dərs verməz. Alimlərdən 70 nəfərin məni hazır görməsinə qədər mən dərs və fətva verməkdən çəkindim». Dərslərini Məscidul Nəbəvidə verməyə başlamışdır. Sonralar isə xəstələndiyi üçün dərslərini evində deyərdi. Bu xəstəliyini hər bir zaman hər kəsdən gizlədirdi. Xəstəliyi ağırlaşıb vəfat edəcəyini başa düşdüyü zaman gizlətdiyi xəstəliyini və gizlətmə səbəbini dostlarına belə bəyan etmişdir: «Əgər həyatımın son günləri olmasaydı sizə bildirməzdim. Məni xəstəliyim sidiyi saxlayamamağımdır. Peyğəmbərin – sallallahu aleyhi və səlləm – məscidinə tam dəstəmazlı olmadan gəlmək istəmədim. Rəbbimə şikayət olmasın deyə xəstəliyimi də kimsəyə demədim». Həm Əməvilərin, həm də Abbasilərin hakimiyyəti illərində yaşamış və bir çox işkəncələrə də məruz qalmışdır. İmam Şafii - rahmətullahi aleyhi - onun haqqında demişdir: «Məlik, Allahın tabiinlərdən sonra ümmətinə hüccət olaraq göndərdiyi bir insandır». 900 yaxın alimlərdən dərs almış. Müəllimlərindən İbn Ömərin köləsi Nəfi, Abdurahman İbn Hurmuz, Muhəmməd İbn Müslim İbn Şihab əz-Zuhri, Yəhyə İbn Səid və s. Tələbələrindən Muhəmməd əş-Şafii olmuşdur. əl-Muvatta əsərinin müəllifidir. H. 179/795-cu ildə Rəbiul Əvvəl ayının 14 Mədinə də dünyasını dəyişmişdir. Cənnətul Bəqi qəbristanlığında dəfn edilmişdir. Bu uzun ömründə 7 Əməvi, 5 Abbasi xəlifəsi, 30 Mədinə vəlisi görmüşdür. «Muvatta» – İmam Məlikin zamanında yazılmış kitabların ən yaxşısı və ən çox faydalısı hesab olunur. İmam Şafii - rahmətullahi aleyhi - deyir ki: «Yer üzündə Allahın kitabından sonra Məlikin Muvatta əsərindən üstün kitab yoxdur». Çünki İmam hədis haqqında kitab yazan ilk alimlərdən idi. Bu kitabı toplamağına səbəb: Xəlifə Mənsur həcc etdiyi zaman İmamın dərslrində iştirak etmiş və ondan Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – gələn səhih hədislərin bir yerə cəm edilməsni xahiş etmişdir. İmam da bu tələbə uyğun olaraq «Muvatta» kitabını toplayır. Bəzi məlumatlara görə bu kitabı 40 il ərzində toplamışdır. əl-Əvzai - rahmətullahi aleyhi - Muvatta əsərini 40 günə əzbərləmişdir. İmam deyir ki: «Mənim 40 il ərzində yazdığım əsəri 40 günəmi əzbərlədiniz?» Ona «Darul Hicrənin İmamı» Mədinə şəhərinin alimi adı verilmişdir.
Tövhid Barəsində Etiqadı
əl-Hərəvi rəvayət edir ki, İmam Şəfii - rahmətullahi aleyhi - dedi ki, İmam Məlikdən - rahmətullahi aleyhi - Kəlam və Tövhid barəsində sual soruşuldu. İmam: “Peyğəmbərin – sallallahu aleyhi və səlləm – ümmətinə İstincanın (ayaqyolundan sonra təmizlənmə) necə edilməsini öyrətdiyi halda Tövhidi öyrətməməsi imkansızdır. Tövhid Peyğəmbərin: “Mən Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur – deyincəyə qədər insanlarla döyüşməyə əmr edildim” sözləriylə ifadə etdiyi şeydir77. Malın və qanın qorunma altına alınması Tövhidin həqiqətini ifadə edər”78.
Daraqutninin - rahmətullahi aleyhi - rəvayətinə görə əl-Vəlid İbn Müslim dedi ki: “Mən Məlikə, Sovryə, Əvzəyiyə və Leys İbn Sada (Allahın) sifətlərinə dair rəvayət edilmiş xəbərlər haqqında soruşdum. Onların hamısı: “Onları gəldikləri kimi də qəbul edin (onlarla əlaqəli keyfiyyət düşünməyin)” dedilər79.
İbn Abdil Bərr - rahmətullahi aleyhi - deyir ki: “Məlikdən: “Allah Qiyamət günündə görüləcəkmi?” deyə soruşuldu. O: “Bəli” dedi. Allah: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!”. (əl-Qiyəmə 22-23) deyə buyurmuşdur. Bir başqa topluluq haqqında da belə buyurmuşdu: “Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15)80.
Qadi İyad, İbni Nəfidən81 və Əşhəbdən82 rəvayət edir ki: “Ey Abdullahın atası! Allah: “O gün neçə-neçə üzlər sevinib güləcək, Öz Rəbbinə baxacaqdır!”. (əl-Qiyəmə 22-23) deyə buyurmuşdur. Onlar Allahamı baxacaqlar? Məlik: “Bəli, bu iki gözləriylə” dedi. Mən: “Bəziləri iddia edirlər ki, Allaha baxmayacqlar. burada baxmaq (Nazira) “Savabı (mükafatı) gözləmək – Muntazira İləs Savab” mənasındadır” dedim. Məlik: “Yalan söyləmişlər. Əksinə Allaha baxılacaqdır. Sən Musanın: “Musa dedi: "Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım". (əl-Əraf 143) dediyinə diqqət etmirsənmi? Məgər Musa - əleyhissəlam - Rəbbindən imkansız bir şeymi istəmişdir? Allah ona: “O dedi: "Sən məni görə bilməzsən...”. (əl-Əraf 143) yəni dünyada (görə bilməzsən) deyə buyurdu. Çünki dünya fani olduğu üçün fani olan bir şeylə Əbədi olana baxılmaz. Buna görə də əbədi diyara girdiyin zaman Əbədi olana baxa biləcəklər. Digər yerdə Allah: “Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15) deyə buyurmuşdu83.
Əbu Nuaym, Cəfər İbn Abdullahdan belə rəvayət edir ki: Məlik İbn Ənəsin - rahmətullahi aleyhi - yanında idik. Yanına bir bəfər gələrək: Ey Abu Abdullah! Rahman olan Allah Ərşə İstiva etdi (deyə buyurur). Bəs, necə İstiva etdi?” dedi. İmam Məlik - rahmətullahi aleyhi - bu suala qəzəb etdiyi qədər heç bir suala bu cür qəzəb etməmişdir. Yerə baxaraq əlində olan çubuq parçası ilə yerə vurmağa başladı. Nəhayət onu tər bürüdü. Daha sonra başını qaldıraraq əlindəki çubuq parçasını tulladı və dedi: “Onun keyfiyyəti/necəliyi ağılla dərk olunmaz, İstiva Allah üçün məlumdur (yəni bilinməz deyildir), Ona iman etmək vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm və bu adamın qovulmasını əmr etdi”84.
Əbu Nuaym, Yəhyə İbn Rabidən rəvayət edir ki, İmam Məlikin - rahmətullahi aleyhi - yanında idim. Yanına bir nəfər daxil oldu və: “Ey Abu Abdullah! Quran məxluqdur – deyən bir kimsə haqqında nə deyirsən” deyə soruşdu. İmam: “O, zındıqdır (dinsiz), onu öldürün” deyə cavab verdi. Adam: “Ey Abu Abdullah! Mən yalnız eşitdiyim bir sözü deyirəm” dedi. İmam: “Mən bu sözü heç kəsdən eşitmədim, yalnız səndən eşidirəm” dedi və bu sözün nə qədər təhlükli olduğunu vurğuladı85.
İbn Abdil Bərr, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi - deyirdi: “Hər kim Quran məxluqdur deyərsə o kimsə bədəni ağrıyana qədər döyülür və ölənə qədər (ömürlük) həbs edilir”86.
Əbu Davud, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi - dedi ki: “Allah göydədir, elmi isə hər yerdədir”87.
Qəza və Qədər Barəsində Etiqadı
Əbu Nuaym, İbn Vəhbdən rəvayət edir ki, İmam Məlik bir nəfərə bunları söyləyərkən dinlədim. İmam: “Sənmi dünən mənədən Qədər barəsində (filan şeyləri) soruşmuşdun?”. Adam: “Bəli” dedi. İmam: “Uca Allah buyurur: “Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: “Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!)”. (əs-Səcdə 13). O, halda hər bir şey Uca Allahın dilədiyi kimi qaçınılmaz baş verəcəkdir”88.
Qadi İyad deyi ki, İmam Məlikdən: “Qədəriyyə kimlərdir?” deyə soruşuldu. İmam: “(Allah) günahları yaratmamışdır deyən kimsələrdir” deyə cavab verdi. Yenə ona Qədəriyyənin kimlər olduğu barəsində sual verildi. İmam: “İstitaa (güc, əməli etmək) onlara verilmişdir. Dilərlərsə itaət edərlər (Allaha), diləyərlərsə üsyan edərlər deyən kimsələrdir” deyə cavab verdi89.
İbn Əbi Asim, Səid İbn AbdulCəbbardan rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi - belə deyərkən dinlədim: “Qədəriyyə haqqında görüşümə görə onlardan tövbə etmələri istənilməlidir. Tövbə edərlərsə problem yox, əksi təqdirdə öldürülürlər”90.
İbn Əbi Asim rəvayət edir ki, Mərvan İbn Muhəmməd ət-Tatari demişdir ki, İmam Məlikdən - rahmətullahi aleyhi - Qədəriyyəyə mənsub bir kimsəyə qız vermək barəsində sual verilmişdir. İmam dedi: “Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir…”. (əl-Bəqərə 221) və ayəni oxudu91.
Qadi İyad dedi ki, İmam Məlik - rahmətullahi aleyhi - dedi: “(Bidətinə) dəvət edən Qədəriyyənində, Xəvaricində, Bidət əhlinin də şahidliyi caiz (qəbul) deyildir”92.
Qadi İyad deyir ki, İmam Məlikdən: “Qədəriyyə mənsubları ilə söhbəti kəsimmi” deyə sual verildi. İmam: “Əgər getdiyi yolu bilən bir kimsədirsə (alimdirsə) kəs”. Başqa rəvayətdə: “Onların arxasında namaz qılınmaz, Onların nəql etdikləri hədis qəbul edilməz, hər hansı bir əreazidə onları görsəniz oradan onları çıxarın”93.
İbn Abdil Bərr rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi - dedi: “Mən Qədərilər qədər ağılsız, yüngülxasiyyət və düşüncəsiz kimsə görmədim”94.
İman İlə Bağli Etiqadı
İbn Abdil Bərr, AbdurRazzaq İbn Həmmamdan rəvayət edir ki: Mən İbn Cureyci95, Sufyan əs-Sovrini, Mamər İbn Raşidin, Sufyan İbn Uyeynənin və İmam Məlikin: “İman söz və əməldir, artar və əskilər” dediklərini dinlədim96.
Əbu Nuaym, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik: “İman söz və əməldir” deyərdi97.
İbn Abdil Bərr, Əşhəb İbn AbdulAzizdən rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi - dedi: “Müsəlmanlar on altı ay Beytul Məqdisə doğru namaz qılmışdılar. Daha sonra onlara Beytul Harama doğru dönmələri əmr edilmişdir. Allah: “Allah sizin imanınızı (bundan əvvəl Beytulmüqəddəsə üz tutaraq qıldığınız namazlarnızı) əvəzsis buraxmaz. (əl-Bəqərə 143) deyə buyurmuşdu. Burada məqsəd Beytul Məqdisə doğru qıldığınız namazadır. İmam: “Mən bununla Murciə etiqadında olanların: Namaz imandan deyildir – sözlərinə diqqət çəkirəm98.
Səhabələr Barəsində Etiqadı
Əbu Nuaym, Abdullah əl-Anbərdən99 rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi - dedi: “Kim Rəsulullahın səhabələrindən hər hansı birisinin şanını əskiltərsə və ya qəlbində onlara qarşı bir kin bəslərsə müsəlmanlara aid olan (Fey) qənimətdən onun heç bir haqqı yoxdur. Daha sonra bu ayəni oxudu: “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!". (əl-Həşr 10). Buna görə də kim onların şanını əskiltərsə və ya qəlbində onlara qarşı kin bəslərsə o kimsənin Feydən hər hansı bir haqqı yoxdur”100.
Əbu Nuaym, Zubeyrin övladlarından101 birinin belə dediyi rəvayət edilir: Bizlər İmam Məlikin - rahmətullahi aleyhi - yanında idik. Rəsulullahın səhabəsinin şanını əskiltən bir nəfərdən söz açdılar. İmam bu ayəni oxudu: “Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”. (əl-Fəth 29). Hər kimin qəlbində Rəsulullahın səhabələrinə qarşı kin və qəzəb olarsa o, bu ayənin müsibətinə uğrayar”102.
Qadi İyad, Əşhəd İbn AbdulAzizdən rəvayət edir ki, İmam Məlikin - rahmətullahi aleyhi - yanında idik. Bu vaxt Ələvilərdən bir nəfər onun yanında durdu. Onun məclisinə gəlib gedənlərdən idi. Bu adam imama: “Ey Abdullahın atası” deyə cağırdı. İmam ona tərəf baxdı. O adam: “Sabah Rəbbimin qarşısında durduğum zaman məndən soruşduqda, mən də: “Mənə Məlik” dedi – deyərək səni özümlə Allah arasında bir huccət (dəlil) etmək istəyirəm”. İmam: “Soruş” dedi. Adam: “Peyğəmbərdən sonra insanların ən xeyirlisi kimdir” deyə soruşdu. İmam: “Əbu Bəkr” dedi. O: “Sonra kimdir?” dedi. İmam: “Ömər” dedi. O: “Sonra kimdir?” dedi. İmam: “Haqsız öldürülən Osman” dedi. O: “Allaha and olsun ki, bundan sonra əbədiyyən səninlə oturmaram (sənin məclisində)” dedi. İmam: “Seçim etmək sənin haqqındır” deyə cavab verdi103.
Kəlam Barəsində Sözləri
Əbu Nuaym, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi - dedi: “Bir kimsə Allaha şərik qoşmaqdan başqa digər bütün günahları edərsə, lakin həva və bidətlərdən uzaq olarsa (kəlamı da zikr etdi) Cənnətə girər”104.
əl-Hərəvi, İshaq İbn İsadan105 rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi - dedi: “Kim kəlam yoluyla dini öyrənməyə çalıarsa zındıqlaşar, kim kimya yolu ilə mal əldə etməyə çalışarsa iflasa uğrayar, kim də hədisin qərib ləfsini öyrənmək istəyərsə yalan danışr”106.
əl-Hərəvi, AbdurRahman İbn Mehdidən rəvayət edir ki, İmam Məlikin - rahmətullahi aleyhi - yanına daxil oldum. Yanında ona sual verən bir kimsə vardı. İmam: “Deyəsən sən Amr İbn Ubeydin adamlarındansan. Allah Amr İbn Ubeydə lənət etsin. Çünki o, Kəlam ilə Dinə yeni bidət gətrmiş bir kimsədir. Əgər kəlam bir elm olsaydı səhabə və tabiin əhkam və şəri məsələlər haqqında danışdıqları kimi onun haqqında da bir şeylər deyərdilər”107.
əl-Hərəvi, Əşhəd İbn AbdulAzizdən rəvayət edir ki, İmam Məlikin - rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Bidətlərdən çəkinin». Ona: “Ey Abdullahın atası, Bidət nədir?” deyə soruşuldu. O: «Bidətçilər Allahın isimləri, sifətləri, kəlamı, elmi və qüdrəti haqqında danışan, səhabələrin və gözəl bir şəkildə onlara tabe olanların susduqları (mövzuda) yerdə susmayan kimsələrdir»108.
Əbu Nuaym, İmam Şafii - rahmətullahi aleyhi - rəvayət edir ki, İmam Məlikin - rahmətullahi aleyhi - yanına (mübahisə üçün) sapıq bir firqə mənsubu gəldiyi zaman ona: “Mən Rəbbimdən və Dinimdən açıq-aydın bir dəlil üzərindəyəm (şübhə etməyən). Sən isə şübhə içində olan bir kimsəsən. Bu səbəblə də şübhə edən bir kimsənin yanına get və onunla da mübahisə et”109.
Təqlid Barəsində Sözləri
İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Mən bir bəşərəm doğrunu da söyləyə bilərəm, xəta da edə bilərəm. Sizlər mənim görüşümə baxın. Allahın Kitabı, Rəsulunun sünnətinə uyğun gələni götürün, uyğun gəlməyəni buraxın»110.
İmam Məlik – rahmətullahi aleyhi – deyir ki: «Peyğəmbər - sallallahu aleyhi və səlləm – dən başqa bəzi insanların sözü alına da bilər, tərk edilə də bilər»111.
Abdullah İbn Mubarək
- rahmətullahi aleyhi -
Əbu AbdurRahman Abdullah İbn Mubarək əl-Hanzali. Hişam İbn Urvə və Humeyd İbn Tavildən hədis dinləmişdir. Fudeyl İbn İyad - rahmətullahi aleyhi - deyir ki: “Bu evin (Kəbə) Rəbbinə and olsun ki, iki gözüm İbn Mubarək kimisini görmədi”. H. 181-ci il Ramazan ayında vəfat etmişdir”. Şöbə - rahmətullahi aleyhi - deyir ki: “Yanımıza onun kimisi gəlmədi”. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki: “Dönəmində elm tələb etmək üçün ondan daha çox çalışan heç kimsə yoxdur”112.
İbni Mubarək - rahmətullahi aleyhi - deyir ki: “Məkkədə, Mədinədə, Kufədə, Bəsrədə, Misirdə və Xorasanda insanların sünnət və cəmaat üzərə olmalarını açıqlayarkən ittifaq etdiklərini gördüm: Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət edən, bütün işləri Əziz və Cəlil olan Allaha həvalə edib, hər bir şeyin xeyrin və şərin, küfrün və imanın Allahın qəza və qədəri ilə olduğuna, Allahın Peyğəmbəri – sallallahu aleyhi və səlləm - üçün səhabə olmaları üçün seçdiyi keçmiş Sələfin haqqını etiraf edib qəbul edən, Əbu Bəkr əs-Sıddıq, Ömər İbn Xattab, Osman İbn Əffan, Əli İbn Əbu Talibi (fəzilətdə) irəli keçirən, istər kiçik, istərsə də böyük olsun səhabələrin hamısına rəhmət oxuyan, onların fəzilətindən danışan və aralarında baş verən anlaşılmazlıqları danışmayan, iki bayram namazını, Ərafatda qılınan namazı və cəmaatla qılınan namazları yaxşı və ya günahkar olan hər bir imamın arxasında qılan, Quranı Allahın kəlamı və Onun nazil etdiyi kitab olaraq bilib məxluq olduğunu söyləməyən, imanın – söz, əməl və niyyət olub, sünnətə uyğun hərəkət etmk olduğuna, imanın qəlb və əzaların (əməli) ilə artıb əskildiyini qəbul etmək, cihadın Muhəmmədin Allah tərəfindən Peyğəmbər olaraq göndərildiyi zamandan etibarən Dəccəl ilə savaşacaq son mömin topluluq gələnə qədər davam edəcəyinə, zalım bir kimsənin zülmünün (buna) zərər verə bilməyəcəyinə, qəbr əzabına, Munkər və Nəkira, Hovuza, şəfaətə, mizana, Cənnət əhlinin Əziz və Cəlil olan Rəblərini görəcəklərinə iman edəndir. Peyğəmbərlərin və Rəsulların gətirdiklərinə iman edərik. Bu xüsusda onlara qarşı misallar gətirmərik. Əhli Sünnətin xüsusiyyətindən: Allahın kitabını, Peyğəmbərin – sallallahu aleyhi və səlləm - hədislərini və səhabələrinin sözlərini qəbul etmək, Fərdi görüşü və qiyası tərk eməkdir. Köhnə (qədim) alimlrimizin üzərində ittifaq etdiklərini gördüyüm budur. Allah bizlərə də, sizlərə də (doğru yolda olmağı) İstiqamət və Salehlərə qovuşmağı nəsib etsin”. Bizlər Yəhudi və Xristianların sözlərini nəql edirik, lakin Cəhmilərin sözlərini nəql etmirik”.
Sufyan İbn Uyeynə
- rahmətullahi aleyhi -
Əbu Muhəmməd Sufyan İbn Uyeynə əl-Hiləlidir. Kufəlidir. Şəfii - rahmətullahi aleyhi - deyir ki: “Əgər Məlik və Sufyan olmasaydı Hicazın elmi yox olardı”. İbn Vəhb - rahmətullahi aleyhi - deyir ki: “İbn Uyeynədən daha çox təfsiri yaxşı bilən bir kimsə tanımıram”. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki: “İbn Uyeynədən daha çox Sünnəti bilən tanımıram”. H. 198-ci ildə Rəcəb ayının əvvələrində vəfat etmişdir113.
Lələkai - rahmətullahi aleyhi - deyir ki: “Bizə Ubeydullah İbn Muhəmməd İbn ət-Tuci xəbər verdi ki: Bizə Muhəmməd İbn İshaq İbn Abbad ət-Təmmar dedi ki: Bizə AbdulAziz İbn Muvaiyə dedi ki: Bizə Muhəmməd İbn AbdulCəbbar əs-Suləmi dedi ki: Bizə Bəkr İbn əl-Fərrac Əbu Ala dedi ki: Mən Sufyan İbn Uyeynənin - rahmətullahi aleyhi - belə dediyini dinlədim: Sünnətə uyğun etiqad on xüsusdur. Hər kimdə bu on xüsus olarsa o, sünnəti tamamlamış olar. Onlardan bir şeyi tərk edən isə Sünnəti tərk etmiş olar: Qədəri qəbul etmək, Əbu Bəkr və Ömərnu hamıdan önə keçirmək, Hovuz, Şəfaət. Mizan və Sıratı qəbul etmək. İman – söz və əməldir, Quran Allahın kəlamıdır, qəbr əzabı və qiyamət günü dirilmək haqdır, heç bir müsəlman haqqında (Cənnətlik və ya Cəhənnəmlik olduğu barəsində) qəti şəhadət etməyin”. Sufyan İbn Uyeynə, Bişr əl-Mərisinin Quranın məxluq olduğuna dair olan kitabını gördükdə dedi: “Bu Xristianların sözlərinə nə qədər də bənzəyir”114.
Dostları ilə paylaş: |