Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Əqidəsi SƏLƏF İmamlarinin



Yüklə 3,07 Mb.
səhifə3/20
tarix07.01.2017
ölçüsü3,07 Mb.
#4726
1   2   3   4   5   6   7   8   9   ...   20

İman Babı
Əgər: “İmanın yeri haradır?” deyə soruşularsa onun qaynağı və yerinin qəlb olduğu, budaqları (şöbələri) isə bədəndədir deyilir. Əgər: “O, barmağındadırmı?” deyə soruşarsa, Bəli – de. Əgər: “Barmaq kəsildikdə iman hara gedər?” deyə soruşarsa ona: “Qəlbə” de32. Əgər: “Allah qullarından bir şey tələb edərmi?” deyə soruşarsa ona: “Xeyr, onlar yalnız Allahdan istəyərlər” de. Əgər: “Allahın qulları üzərində olan haqqı nədir?” deyə soruşarsa ona: “Ona ibadət edib, heç bir şeyi Ona şərik qoşmamaqlarıdır. Bunu etdikləri zaman onların Allahdan gözldikləri (onların Allah üzərində olan haqqı), Allahın onları əff etməsi və mükafatlandırmasıdır. Çünki Allah Quranda: (Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı”. (əl-Fəth 18). Allah möminlərdən razı olur. Allah iblisə qəzəb edər. “İstədiyinizi edin!”. (Fusillət 40). Ayəsi Allahın təhdidini ifadə edər. “Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik, amma onlar korluğu (küfrü) doğru yoldan üstün tutdular. Beləliklə, onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı”. (əl-Fusillət 17). Yəni, onlara hidayəti göstərmiş və açıqlamışdır deməkdir. “Kim istəyir inansın, kim də istəyir inanmasın". (əl-Kəhf 29). Ayəsi Vaid ifadə edər. “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım”. (əz-Zariyat 56). Yəni, Mənim təkliyimi (birliyimi) qəbul etsinlər deməkdir. Lakin bu fellərin hamısı, xeyri, şəri, şirini (xoş gün), acısı (çətin gün), zərəri, faydası hamısı Allahın təqdirilədir. “Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Bu sənin işin deyildir. Sənin vəzifən ancaq islamı təbliğ etməkdir)”. (Yunus 99). “Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz”. (əl-Ənam 111). “Heç kəs Allahın izni olmadan iman gətirə bilməz (buna görə də əbəs yerə özünü yorma). Allah (Özünün öyüd-nəsihətlərini, hökmlərini) anlamayanları əzaba (kəsafətə) düçar edər”. (Yunus 100). “Əgər Rəbbin istəsəydi, insanları vahid bir ümmət edərdi. Amma onlar elə hey ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslərdən başqa. Allah onları bunun üçün yaratdı. Rəbbinin: "Mən Cəhənnəmi bütün günahkar cinlər və insanlarla dolduracağam!" Sözü yerinə yetəcək”. (Hud 118-119). “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!”. (ən-Nəhl 36). “Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!”. (İnsan 30). Yəni, Allah təqdiri ilə diləmədikcə siz diləməzsiniz. Şueyb - əleyhissəlam - buyurdu: “Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89). Nuh: “Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!". (Hud 34). Yenə, Allah buyurdu: “Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!”. (Yusuf 24). Həmçinin Allah buyurdu: “And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı”. (Sad 34).
İmama Qarşı Üsyan Və Çıxış
Əbu Muti: Yaxşılığı əmr edib, pislikdən çəkindirən, insanlar arasında tərəfkeşlərini tapan sonra da cəmaata qarşı çıxan kimsə barəsində sözün nədir? Bu əməli doğru sayırsanmı? Deyə soruşdum.

Əbu Hənifə: “Xeyr” dedi. Mən: Nə üçün? Axı, Allah və Rəsulu yaxşılığı əmr edib, pislikdən çəkindirməyi əmr etməmişdirmi? Bu vacibdir” dedim. Əbu Hənifə: Bəli, lakin bu kimsələrin ifsat etdikləri şeylər islah etdiklərindən daha çoxdur (çünki əmirlərə qarşı çıxmağın zərərləri faydasından çoxdur). Qan tökmək, haramı halal saymaq, malları qəsb etmək vardır. Belə ki, Allah Quranda buyurmuşdu: “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!”. (əl-Hucurat 9).

Əbu Muti: “Təcavüz edən zümrəyə qarşı qılınclamı vuruşaq?” deyə soruşdum.

Əbu Hənifə: Bəli, ilk növbədə yaxşılığı əmr edib, pislikdən çəkindirərsən. Əgər qəbul edərlərsə nə gözəl, əgər qəbul etməzlərsə onlarla döyüşərik. Sən adil zümrə ilə bərabər ol! İmam zalım olsa da belə. Çünki Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Sizə zalım olanın zülmü, adil olanın ədaləti zərər verməz. Sizin əcriniz sizə, onların günahı da özlərinə aiddir”33.

Əbu Muti: Hökm verən Xəvariclər barəsində sözün nədir?” deyə soruşdum.

Əbu Hənifə: Onlar Xəvariclərin ən pisləridir” deyə cavab verdi. Onları təkfir edə bilərikmi?” deyə soruşdum. O: “Xeyr, lakin Əli və Ömər İbn AbdulƏziz – radıyallahu anhu - kimi xeyirli imamların etdikləri şəkildə onlarla hərb edə bilərik” dedi. Mən: “Axı, Xəvariclər təkbir gətirir, namaz qılır, Quran oxuyurlar. Məgər sən Əbu Umamənin hədisini xatırlamırsanmı? O, Şam məscidinə daxil olduqda orada Xəvariclərin kəsilmiş başları ilə qarşılaşdı. Əbu Ğalib əl-Humsiyə: Ey Əbu Ğalib! Bunlar sənin məmləkətinin insanlarıdır. Onların kim olduqları barəsində sənə xəbər vermək istəyirəm. Onlar Cəhənnəm əhlinin köpəkləridir. Onlar səma altında öldürülənlərin ən şərliləridir” deyər və ağlayardı. Əbu Ğalib: “Ey Əbu Umamə! Səni ağladan nədir? Onlar müsəlmandırlar, sən isə onlar haqqında belə sözlər deyirsən” dedi. Əbu Umamə: Onlar Allahın onlar haqqında buyurduğu: “Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir”. (Ali İmran 106) kimsələrdir. Bunun üzərinə Əbu Ğalib: “Bunlar sənin öz sözlərindir, yoxsa Peyğəmbərdən – sallallahu aleyhi və səlləm - eşitdiyin sözlərdir”. Əbu Umamə: “Əgər mən bunu Peyğəmbərdən – sallallahu aleyhi və səlləm - bir, iki, üç və yeddi dəfə eşitməmiş olsaydım sizcə xəbər verərdimmi?” dedi və Xəvariclərin küfrü Allahın nemətlərinə qarşı küfr etmələridir – dedi34.

Əbu Muti: Xəvariclər üsyan edir, hərb edir, hücüm edir sonar da sülh bağlıyırlar. Onlar (sülhdən) öncə etdikləri əməllərinə görə mühakimə olunurlarmı? deyə soruşdum. Əbu Hənifə: “Hərb bitdikdən sonra onlar üçün bir zarar yoxdur. Onlara hədd tətbiq olunmaz, qan tökdükləri üçün qisas da alınmaz” dedi. Mən: “Nə üçün?” dedim. O: “Osmanın – radıyallahu anhu - öldürülməsindən sonra insanlar arasnda ortaya çıxan fitnədən dolayı səhabələr: Təvil nəticəsində qana bulaşanlara qisas olunmayacaq, təvil nəticəsində haram yolla qadınlara təcavüz edənlərə hədd cəzası tətbiq olunmayacaq və təvil yolla bir mala sahib çıxan kimsə üçün də bir cəza yoxdur, yalnız haqsız yerə kimdənsə nə isə götürbsə o müstəsnadır. Sahibinə geri qaytarılacaqdır” deyə ittifaq etmişlər.
İmanında35 Şübhə Edən Kimsə Barəsində36
Əbu Muti: “Mən kafiri kafir olaraq tanımıram” deyərsə.

Əbu Hənifə: “O, kafir kimidir” dedi. Mən: “Əgər kafirin son gedəcəyi yer hara olduğunu bilmirəm deyərsə?” deyə soruşdum. O: “Allahın kitabını inkar etmiş və kafir olmuş olar” dedi. Mən: “Sən möminsənmi? Deyə soruşulan kimsə: Allah daha doğru bilir! deyə cavab verərsə bu kimsə barəsində nə deyirsən? deyə soruşdum. O: “Onun imanında şübhəsi vardır” dedi. Mən: “Məgər İman və Küfr arasında üç haldan biri olan münafiqlikdən başqa bir hal varmı? O, kimsə ya mömin, ya kafir, ya da münafiq olur dedim. O: “Xeyr, İmanında şübhə olan kimsə münafiq deyildir” dedi. Mən: “Nə üçün?” dedi. O: “Muaz İbn Cəbəl və İbn Məsudun – radıyallahu anhum - hədisinə görə. Mənə Həmməd, Həris İbn Məlikdən xəbər verdi ki, Muaz İbn Cəbələ – radıyallahu anhu - ölüm gəldiyi zaman tələbəsi Həris ağladı. Muaz, Hərisdən nə üçün ağladığını soruşdu. O, da: “Ölümünə görə ağlamıram. Çünki bilirəm ki, Axirət sənin üçün dünyadan daha xeyirlidir. Fəqət səndən sonra bizim müəllimmiz kim olacaqdır?” dedim. Başqa rəvayətdə: Səndən sonra dini bilən kim? Muaz: “Tələsmə. İbn Məsuda – radıyallahu anhu - tabe ol!” dedi. Daha sonra Həris, Muaza: “Mənə vəsiyyət et!” dedi. O, da Allahın dilədiyindən vəsiyyət etdi və: “Alimin səhfindən çəkinməyi tövsiyə etdi” dedi. Muaz – radıyallahu anhu - vəfat etdikdən sonra Həris Kufədə İbn Məsudun – radıyallahu anhu - tələbələrinin yanına gəldi. Namaz üçün azan verildiyi zaman Həris: “Bu dəvətə cavab verin, bunu dinləyib cavab vermək hər bir mömin üçün haqdır” dedi. Tələbələr ona baxaraq: “Sən həqiqətən möminsənmi?” deyə soruşdular. O, da: “Bəli, möminəm” dedi. Onlar bir-birilərinə baxdılar və İbn Məsud – radıyallahu anhu - gəldikdə halı ona söylədilər. O, da Hərisə onların söylədiyi kimi söylədi. Bundan sonra Həris başını əydi və ağladı. Allah Muaza – radıyallahu anhu - rəhmət etsin! dedi və İbn Məsuda – radıyallahu anhu - vəziyyəti başa saldı. İbn Məsud: “Sən həqiqətən Möminsənmi?” deyə soruşduqda. O da: “Bəli, dedi. İbn Məsud: “Sən özünün Cənnət əhlindən olduğunumu söyləyirsən” dedi. Həris: “Allah Muaza rəhmət etsin! Mənə alimin səhfindən və münafiqin də verdiyi hökmlərdən çəkinməyi vəsiyyət etdi” dedi. İbn Məsud: “Sən mənim səhfimimi gördün?” dedi. Həris: “Allah xatirinə de görüm, Peyğəmərin – sallallahu aleyhi və səlləm - zamanında insanlar gizli və aşkar (zahir və batin) hallarında mömin, gizli və aşkar hallarında kafir, gizli hallarında münafiq və aşkarda mömin olmaqla üç qrupdan ibarət deyildilərmi? Sən bu üç qrupun hansındansan? dedi. İbn Məsud: “Madam ki, Allah üçün and verdin, söyləyərəm: Mən zahirən və batinən də möminəm” dedi. Həris: “Onda məni mömin dediyimə görə nə üçün tənbeh etdiniz” dedi. İbn Məsud: “Bəli, bu mənim səhfimdir. Haqqını halal et! Allah Muaza rəhmət etsin!” dedi.

Əbu Muti: “Mən Cənnət əhlindənəm deyən kimsənin durumu nədir?” dyə soruşdum. Əbu Hənifə: “Yalan söyləmişdir, onun bu haqda biliyi yoxdur.
Mömin Günahlarına Görə Cəzalandırıla Bilər
Əbu Hənifə: “Mömin imanı səbəbilə Cənnətə girən, etdiyi günahına görə Cəhənnəmdə əzab görə bilər” dedi.

Əbu Muti: “Əgər özünün Cəhənnəm əhli olduğunu söyləyərsə” dedim. O: “Yalan söyləmişdir, onun bu haqda biliyi yoxdur (çünki qeybi olan bir şeydir). Heç şübhəsiz ki, o Allahın rəhmətindən ümüd kəsmişdir. Mömin bir kimsənin həqiqi mömin olduğunu deməsi lazımdır. Çünki o, imanında şübhə etməyəndir. Mən: “Onun imanı mələklərin imanı kimi olurmu? Deyə soruşdum. O: “Bəli” dedi37. Mən: “Əməldə qüsur etsədə belə həqiqi mömindirmi?” deyə soruşdum. O: “Mənə Hərisənin hədisini danışdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm - ona: “Necə sabahladın?” deyə buyurdu. O, da: “Həqiqi mömin olaraq sabahladım” dedi. Peyğəmbər: “Söylədiyinə diqqət et, çünki hər haqqın bir həqiqəti vardır, sənin imanının həqiqəti nədir?” deyə buyurdu. Hərisə: “Bu dünyadan vaz keçdim, gündüzlərim susuz, gecələrimi isə yuxusuz qaldım. Mən sanki Rəbbimin Ərşinə baxıram, sanki Cənnətdə bir-birilərini ziyarət edən Cənnət əhlini görürəm, sanki Cəhənnəmdə toplanan insanları görürəm”. Peyğəmbər: “Haqqa icabət etdin, davam et! Haqqa icabət etdin, davam et” dedi və sonra: “Kim Allahın qəlbini nurlandırdığı kimsəyə baxmaq istəyərsə Hərisəyə baxsın” deyə buyurdu. Hərisə: “Ey Allahın Rəsulu! Mənə şəhid olmağım üçün dua et!” dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm - onun üçün dua etdi və sonda Hərisə şəhid oldu”38.


Kafirlər Haqqı Gördükləri Zaman İman Edəcəklər
Əbu Muti: “Bəzilərinə nə olur ki, Mömin atəşə girməz deyirlər? Deyə soruşdum. Əbu Hənifə: “Cəhənnəmə girən hər bir kəs iman etmişlərdir” dedi. Mən: “Kafir nəcə?” dedim. O: “Onlar da o, Günü iman edərlər” dedi. Mən: “Bu necə olur?” dedim. O: “Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (bütləri) isə inkar etdik! Amma əzabımızı gördükləri zaman iman gətirmələri – Allahın Öz bəndələri barəsində öncə olub-keçmiş (tətbiq edilmiş) adətinə (qayda-qanununa) müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Kafirlər elə oradaca ziyana uğradılar (məhv oldular)”. (əl-Mumin 84-85). Əbu Hənifə: “Kim haqsız yerə bir cana qəsd edərsə, oğurluq edərsə, quldurluq edərsə, fasiqlik edər və ya günah işlərsə, zina edərsə, içki içərsə bu kimsə günahkar mömindir, kafir deyildir. Bu halda onlar etdiklərindən dolayı Cəhənnəmdə əzaba məruz qalırlar, lakin imanları səbəbilə Cəhənnəmdən çıxarılırlar. İman edilməsi lazım olan hər bir şeyə iman edən, lakin İsa və Musa - əleyhimussəlam - peyğəmbərdimi, peyğəmbər deyilmi? deyən kimsə kafir olur. Həmçinin kafir Cənnətəmi, yoxsa Cəhənnəməmi gedər bilmirəm deyən kimsə də: “Kafir olanları cəhənnəm odu gözləyir. Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq”. (Fatir 36). “İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur)!”. (əl-Buruc 11). “...Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır...”. (Ali İmran 4). Ayələrinə görə kafir olur. Əbu Hənifə: “Səid İbn Museyyibdən mənə çatdığına görə kafirləri haqq etdikləri Cəhənnəmə aid etməyən özü də onlar kimidir”. Əbu Muti: “İman edən, fəqət namaz qılmayan, oruc tutmayan, bu əməllərin heç birini etməyən kimsəni iman qurtarırmı?” deyə soruşdum. Əbu Hənifə: “Onun işi Allahın diləməsinə bağlıdır. Dilərsə əzab edər, dilərsə rəhm edər. Allahın kitabından hər hansı bir şeyi inkar etməyən kimsə mömindir. Mənə elm əhlindən birinin xəbər verdiyinə görə Muaz İbn Cəbəl – radıyallahu anhu - Hums şəhərinə gəldiyi zaman insanlar onun ətrafında toplandılar. Bir gənc ona: “Namaz qılan, oruc tutan, Beyti həcc edən, Allah yolunda cihad edən, kölə azad edən, zəkatı verən və lakin Allah və Rəsulundan şübhə edən kimsə barəində sözün nədir?” deyə soruşdu. Muaz: “Onun üçün atəş vardır” dedi. Gənc: “Namaz qılmayan, oruc tutmayan, Beyti Həcc etməyən, zəkatını verməyən lakin Allah və Rəsuluna inanan kimsə necə?” dedi. Muaz: “Onun üçün Allahdan əff edildiyini ümüd edər, əzaba uğramasından da qorxarıq” dedi. Bunun üzərinə gənc: “Ey AbdurRahmanın atası! Şübhə ilə yanaşı əməl fayda vermədiyi kimi, iman ilə bərabər hər hansı bir (günah) da zərər verməz” dedi və getdi39. Muaz: “Bu bölgədə bu gəncdən biliklisi yox” dedi40.
Cəmaata Qarşı Çıxan Dəstə
Əbu Hənifə: “Həddi aşan tayfa ilə küfrlərindən dolayı deyil, həddi aşdıqları üçün döyüşün. Sultan zalım olsa da belə adil zümrə ilə bərabər ol! Lakin həddi aşanlarla bərabər olma. Cəmaat əhlindən fasiq və zalımlar olsa da belə onların içində sənə yardımçı olacaq saleh insanlar da vardır. Əgər cəmaatı təşkil edənlərin çoxu zalım və həddi aşanlar olarlarsa onlardan ayrıl. Çünki Allah: “Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara: ) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!”. (ən-Nisa 97). “Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin”. (əl-Ənkəbut 56) buyurur. Əbu Hənifə: “Bizə Həmməd, o da İbrahimdən, o da İbn Məsud – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Əgər bir yerdə günahlar zühr edib onu dəyişdirməyə gücün çatmazsa oradan başqa yerə get və Rəbbinə ibadət et!”. Mənə elm əhlindən birinin Peyğəmbərin – sallallahu aleyhi və səlləm - səhabələrindən birinin verdiyi xəbərə görə Peyğəmbər: “Fitnədən qorxaraq o yeri tərk edib fitnə olmayan əmin bir yerə gedən kimsə üçün Allah yetmiş siddiq əcri yazar”.
Allahın Ucalığının İsbatı
Əbu Hənifə: “Bilmirəm Rəbbim səmadadır, yoxsa yerdədir?” deyən kimsə kafir olur. Həmçinin Allah Ərşin üzərindədir, lakin bilmirəm Ərş səmadadır, yoxsa Əbu Hənifə rahmətullahi aleyhi - dən: “Mən Rəbbimin səmada, yoxsa yerdə olduğunu bilmirəm deyən kimsə kafir olur. Allah Ərşin üzərindədir dediyi halda, bilmirəm Ərş səmadadır, yoxsa yerdədir” desə? Yenə o, kimsə kafirdir. Allaha dua edərkən yuxarıya yönəlinir, aşağıya deyil. Çünki aşağını Uluhiyyət və Rububiyyət ilə heç bir əlaqəsi yoxur. Necə ki, hədisdə rəvayət edildiyi kimi: “Bir adam Peyğəmbərin yanına qara dərili bir cariyə gətirir və mənim üzərimə mömin bir kölə azad etmək vacib olmuşdu. Mən onu azad edə bilərəmmi? Allah Rəsulu – sallallahu aleyhi və səlləm - buyurdu: «Cariyəni yanıma çağır». Cariyə gəldikdə, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Sən möminəsən?» O, da bəli dedikdə Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Əynəallah Allah haradadır?». Cariyə əli ilə səmaya doğru işarə etdi. Peyəmbər: “Bu cariyə möminədir, onu azad et” deyə buyurdu41.

Qəbr Zabının Olmasının İsbatı
Əbu Hənifə: “Qəbr əzabının olduğuna inanmıram (yoxdur)” deyən kimsə həlaka uğrayan Cəhmidir. Çünki o Allahın: “Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar”. (ət-Tövbə 101) ayəsində qəbr əzabı qəsd olunmalıdır. “Şübhəsiz ki, zalımları (kafirləri) hələ bundan başqa da (dünyada və qəbir evində) əzab gözləyir. Lakin onların əksəriyyəti (bunu) bilməz!”. (ət-Tur 47). Yəni qəbr əzabı olan ayələri inkar etmiş olar. Əgər: Mən ayəyə inanıram, lakin Təfsir və Təvilinə inanmıram” deyərsə kafir olar. Çünki Quranda elə ayələr vardır ki, onlar özləri təfsirdirlər (açıq-aydındırlar). Əgər bunu inkar edərsə kafir olar. Mənə bir nəfər Mihləl İbn Amrdan, o da İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Mənim ümmətimin ən şərliləri mən atəşdə deyil Cənnətdə olacağam deyənlərdir”.
Allahın Adından And İçməyin Qadağan Olunması
Əbu Zubyan – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Ümmətimdən Mutəalli olanların vay halına”. Biz: “Mutəalli olanlar kimdir?”. Peyğəmbər: “Onlar filan kimsə Cənnətdə, filan kimsə də Cəhənnəmdədir dey and içənlərdir” deyə buyurdu. Mənə Nəfi, o da İbn Ömər – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Allah Qiyamət günü hökm edənə qədər ümmətimin Cənnətdə və ya Cəhənnəmdə olduğunu söyləməyin”. Mənə Əban, O da Həsən – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - Rəbbindən buyurdu: “Qiyamət günün qullarımın arasında hökm edib yerlərinə (Cənnət və Cəhənnəmə) göndərmədən siz onları Cənnət və Cəhənnəmə göndərməyin”.

Əbu Muti: “Mənə qatildən və onun arxasında qılınan namazdan bəhs et!” dedim.

Əbu Hənifə: “Hər bir təqva əhli və günahkar bir kimsənin arxasında namaz qılmaq caizdir. Sənin əcrin sənə, onun günahı da özünə aiddir (bu həmçinin cənazə namazının qılınmasına da aiddir)”. Mən: “Mənə İnsanlara qılıncı ilə qarşı çıxan, onlarla döyüşən və onlardan bir çox şeyləri qəsb edən kimsələrdən danış” dedim. O: “Onlar bir neçə zümrədirlər, hamısı da Cəhənnəmdədir” dedi. Əbu Hureyrə – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Yəhudilər yetmiş iki firqəyə ayrıldılar, mənim ümmətim də yetmiş üç firqəyə ayrılacaqdır. Böyük bir cəmaatdan başqa42 hamısı atəşdədir”. Mənə Həmməd, o da İbrahimdən, o da İbn Məsuddan – radıyallahu anhu - rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: “Kim İslama qarşı cinayət edərsə həlak olar, bidət çıxaran sapıqlığa düşər. Sapıqlığa düşən də Cəhənnəmdədir”. Bizə Meymun, o da İbn Abbasdan – radıyallahu anhu - rəvayət edir ki, bir nəfər Peyğəmbərin – sallallahu aleyhi və səlləm - yanına gələrək: “Ey Allahın Rəsulu! Məni öyrət” dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm - üç dəfə: “Get Quran öyrən” deyə buyurdu. Dördüncü dəfə: “Haqq sevdiyin kimsədən gəlsə, Sevmədiyin birisindən də gəlsə qəbul et! Quranı öyrən, onun yönəldiyi tərəfə yönəl” deyə buyurdu. Bizə Həmməd, O da İbrahimdən, o da İbn Məsuddan – radıyallahu anhu - rəvayət edir ki: “Şübhəsiz ki, ən şərli şeylər sonradan ortaya çıxarılanlardır. Sonradan ortaya çıxarılan şey bidət, hər bidət zəlalət, hər bir zəlalətdə Cəhənnəmdədir”. Allah buyurur: “Ona günahları və Allahdan qorxmağı təlqin edənə!”. (əş-Şəms 8). Allah Musaya - əleyhissəlam - buyurdu: "(Allah: ) “Səndən sonra ümmətini imtahana çəkdik. Samiri onları yoldan çıxartdı (buzova sitayiş etdilər)” - deyə buyurdu". (Ta ha 85).

 

Günah Edən Kimsənin Kafir Olduğu İddiasının Rəddi


Əbu Muti: “Əgər bi kimsə - Günah edən kimsə kafirdir” deyərsə, onun sözünü boşa çıxaracaq dəlil nədir?” deyə soruşdum.

Əbu Hənifə ona Allahın ayəsi ilə cavab verilir: “Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “Səndən başqa ibadətə layiq heç bir ilahı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”,-deyib dua etmişdi". (əl-Ənbiya 87). Yunus - əleyhissəlam - özünə zülm etsədə mömin idi, kafir və münafiq deyildir. Yusufun - əleyhissəlam - qardaşları: “(Oğlanları ona: ) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər". (Yusuf 97) dedilər. Bu hallarıyla onlar günahkardılar, lakin kafir deyildilər. Uca Allah Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm - haqqında: “Allah (bununla) sənin əvvəlki sə sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!”. (əl-Fəth 2) günahlarını demiş, küfrünü deməmişdir. Musa - əleyhissəlam - Qibtini öldürməsiylə günah etmiş, lakin kafir deyildir. Əgər bir kimsə: “Mən İnşəallah möminəm” deyərsə: “Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın”. (əl-Əhzab 56). Əgər möminsənsə salavat gətir, əgər mömin deyilsənsə salavat gətirmə” deyilir. Allah: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”. (Cumə 9). Muaz – radıyallahu anhu - dedi: “Bir kimsənin Allah haqqında şübhə etməsi onun bütün yaxşılıqlarını puç edər. Allaha iman etdiyi halda günah edən kimsənin əff edilməsi umulur, əzab görməsindən də qorxulur”. Ondan: “Şübhə yaxşılıqları sildiyi kimi, iman etmək də pislikləri daha çox silər” dedi. Muaz: “Vallahi, bu kimsədən daha çox heyrət ediləcək bir kimsə görmədim” dedi. Ondan “Sən müsəlmansan?” deyə soruşdu. O: “Bilmirəm” dedi. O, kimsəyə: “Bilmirəm – sözün haqqamı, yoxsa yalanamı aiddir” deyə soruşdu. O: “Haqqa” deyərsə, ondan: “Dünyada doğru olan bir şey Axirətdə doğru deyilmi?”. Əgər o: “Bəli” deyərsə. Ondan: “Qəbr əzabına, sorğu-suala, Xeyir və şərin Allahdan olmasına iman edirsənmi?” deyə soruş. Əgər o: “Bəli” deyərsə, ondan: “Sən möminsən?” deyə soruş. O yenə də: “Bilmirəm” deyərsə, o zaman: “Bilmədin, anlamadın, qurtulmadın” de.

Əbu Muti: Əgər bir kimsə: “Cənnət və Cəhənnəm yaradılmış deyildir” deyərsə? deyə soruşdum.

Əbu Hənifə: “Onlar şeydir, yoxsa şey deyildir” deyə soruş. Çünki Allah Quranda: “Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!”. (əz-Zumər 62). “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq”. (əl-Qəmər 49). “Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!”. (əl-Mumin 46). Buyurur. Mən: Əgər o: “Cənnət və Cəhənnəm Fanidi (bir gün yox olacaqlar)” deyə soruşarsa”. Əbu Hənifə: “Allah Quranda Cənnət nemətlərini: “Tükənməz və qadağan edilməyən meyvələr içində”. (əl-Vaqiə 33). Olaraq vəsf etmişdir. Cənnət və Cəhənnəmliklər öz yerlərinə girdikdən sonra Cənnət və Cəhənnəm yox olacaqdır deyən kimsə orada əbədi qalmağı inkar etdiyi üçün kafir olur”.



Allahın İsim Və Sifətləri
Əbu Hənifə: “Allah məxluqatının sifətləri ilə vəsf edilməz. Onun qəzəbi və rızası keyfiyyəti bilinməyən sifətlərindəndir. Bu Əhli Sünnə vəl Cəmaatın görüşüdür. O, (Allah) qəzəb də edər və Razı da olur. Onun qəzəbi cəzalandırması, rizası da mükafatlandırması kimi deyilməz. Biz Onu özünü vəsf etdiyi kimi vəsf edərik. O, birdir. Heç bir şeyə möhtac deyildir, doğmamış və doğulmamışdır, heç bir tayı, bərabəri (şəriki) də yoxdur. Həyy, Qayyum, Qadir, Səmiun, Bəsir, Alim. Onun əli onların əlləri üzərindədir. Lakin qulların əlləri kimi bir üzv deyildir. O, əllərin yaradıcısıdır. Onun üzü yaratdıqlarının üzü kimi deyildir. O, bütün üzlərin yaradıcısıdır. Onun nəfsi yaratdıqlarının nəfsi kimi deyildir. Bütün nəfslərin yaradıcısı Odur. “…Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir”. (əş-Şura 11).

Əbu Muti: “Əgər Allah haradadır?” deyə soruşularsa.

Əbu Hənifə: “Maxluqatdan heç kim, (heç nə) yoxkən, məkan yoxkən, “Harada” məfhumu yoxkən Allah vardı. O, hər şeyin yaradıcısıdır” deyə cavab ver43. Əgər: “Diləyən, diləmiş olduğu şeyi nə ilə dilədi?” deyilərsə. Ona: “Sifətlə” de. O, qüdrətilə Qadir, elmi ilə Alim, mülkü ilə Malikdir. Əgər: “Məşiətləmi dilədi, məşiətlə təqdir edilib, elmləmi dilədi?” deyə soruşarsa. Ona: “Bəli” deyə cavab ver. İmamın sözləri deyil. Çünki Sələflər belə etməzdilər.
FİQHUL ƏKBƏR
Rahmən Və Rəhim Olan Allahın Adıyla:

Bu kitab İmamın oğlu Həmməd İbn Əbu Hənifə ən-Numan tərəfindən rəvayət edilmişdir. İbni Hilkən onun haqqında deyir ki: “Atasının yolunu tutar, saleh və xeyirxah bir kimsə idi”. Bəzi Mühəddislər isə onu zəif ravi saymışlar. Bu kitabda İmamın elə görüşləri zikr edilmişdir ki, görünür ki, bu sonradan kitaba əlavə edilmişdir. Nəyə əsasən biz bunu deyirik: Çünki İmam Təhavi öz kitabında “Təhavi Əqidəsi” imamın əqidəsini zikr etmişdir. Orada olan sözlər bu kitabda olana uyğun deyildir.


Tövhidin əsli bir kimsənin mən: Allaha, mələklərə, Kitablara, Peyğəbərlərinə, öldükdən sonra dirilməyə, Xeyir və şərin Qədərdən olmanasına, hesaba, mizana, Cənnət və Cəhənnəmə - iman etdim deməsidir. Bunların hamısı haqdır. Allah birdir (təkdir), say etibarıyla deyil, ortağı və şəriki olmaması etibarıyla birdir. O, birdir. Heç bir şeyə möhtac deyildir, doğmamış və doğulmamışdır, heç bir tayı, bərabəri (şəriki) də yoxdur. O, yaratdıqlarından heç birinə bənzəməz, yaratdıqlarından da heç bir şey Ona bənzəməz. O, İsimləri, Zatı və Feli sifətlərilə hər zaman var olmuş və olacaqdır. Allahın zatı sifətləri: Həyat, Qudrət, Elm, Səmi, Bəsir və İradə sifətləridir. Feli sifətlər isə: Təhliq (Yaratmaq), Tərziq (Ruzi vermək), İnşa (Yaratmaq), İbda (Bənzərsiz yaratmaq), Suna (Qüsursuz Yaratmaq) və s. Feli sifətləri. Allah İsim və Sifətlərilə hər zaman var olmuş və var olacaqdır. Onun İsim və Sifətlərindən heç biri sonradan var olmuş deyildir. Allah elmilə daima Alimdir, Elm Onun əzəli sifətidir, O qüdrətilə daima Qadirdi, Qudrət Onun əzəli sifətidir, Kəlam ilə (Mutəkəllim) danışandır, Kəlam Onun əzəli sifətidir, Yaratması ilə daima Xaliqdir, Yaratmaq Onun əzəli sifətidir, Feli ilə daima faildir, Feli Onun əzəli sifətidir. Fail Allahdır, feli isə Onun əzəldə sifətidir. Yaradılan şey məxluqdur, Uca Allahın feli isə məxluq deyildir. Allahın sifətləri əzəlidir, məxluq və sonradan var olmuş deyildir. Allahın sifətlərinin məxluq və sonradan var olduğunu söyləyən, bunda tərəddüd və ya şübhə edən kimsə Uca Allahı inkar etmiş kafirdir.

Qurani Kərim Allahın kəlamıdır, mushaflarda yazılmış, qəlblərdə hifz edilmiş, dil ilə oxunur və Peyğəmbərə – sallallahu aleyhi və səlləm - nazil olmuşdur. Bizim Qurani Kərimi tələffüzümüz məxluqdur (insanın felidir), yazmağımız və oxumağımız məxluqdur, fəqət Quran məxluq deyildir. Allahın Quranda Musa - əleyhissəlam - və digər Peyğəmbərlər barəsində bəhs etməsi, Firon və İblisdən xəbər verməsi bunların hamısı Allahın kəlamıdır, onlar barəsində xəbərlərdir. Allahın kəlamı məxluq deyildir, lakin Musa - əleyhissəlam - və digər yaradılmışların kəlamı məxluqdur. Quran isə Allahın kəlamı olub Qədim və əzəlidir44, onların kəlamı isə qədim deyildir. Musa - əleyhissəlam - Allahın kəlamın eşitmişdir: “Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı”. (ən-Nisa 164). Allah Musanı xəlq etməmişdən öncə də Kəlam sifətinə sahib idi. Allah məxluqatı xəlq etməmişdən öncə də Xaliq (yaradıcı) idi. Allah Musaya - əleyhissəlam - xitab etdiyi zaman əzəli sifəti olan Kəlam sifəti ilə danışdı. Onun heç bir sifəti məxluqlarının sifətlərinə bənzəməz (yaratdıqlarının sifətləri kimi deyildir). Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. O Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. O Eşidir, lakin eşitməsi bizim eşitməyimizə bənzəməz. O Danışır, lakin danışması bizim danışığımız kimi deyildir. Biz (qulları dil və dodaq) kimi üzvlərlə və hərflərlə danışırıq. Allah isə üzvsüz və həriflərsiz danışır. Hərflər məxluqdur, lakin Allahın kəlamı məxluq deyildir45. O, şeydir, lakin digər şeylər kimi deyildir. Allah haqqında şeyin mənası: Cism, Cövher (özəyi, əsli), Araz (keçici, müvəqqəti), ziddi, oxşarı və bənzəri olmaqdan uzaqdır46. Allahın Quranda zikr etdiyi kimi Əli, üzü və nəfsi vardır. Allahın Quranda zikr etdiyi kimi əl, üz və nəfs kimi şeylər Onun keyfiyyəti bilinməyən sifətlərindəndir. Onun əli qüdrətdir və ya nemətdir deyilməz. Çünki bu zaman sifəti inkar (ləğv) etmiş olur. Bu da Qədəriyyə47 və Mötəzilə görüşüdür. Onun əli keyfiyyəti bilinməyən sifətlərdən olduğu kimi, qəzəbi və rızası da Allahın keyfiyyəti bilinməyə sifətlərindən iki sifətidir.

Allah hər bir şeyi yoxdan yaratmışdır. Allah hər bir şeyi onu yaratmamışdan öncə əzəldən bilirdi. O hər bir şeyi təqdir və qəza edəndir. Dünya və Axirətdə Allahın diləməsi, Elmi, qəzası, təqdiri və Lövhi Məhfuzda yazısı olmadan baş verməz. Lakin Onun Lövhi Məhfuzdakı yazısı hökm (əmr) olaraq deyil, vəsif olaraq yazılmışdır. Qəza, Qədər və diləmək Onun necəliyi (keyfiyyəti) bilinməyən əzəli sifətlərindəndir. Allah, yox olan bir şeyi yox ikən də bilir, onu yaratdığı zaman necə olacağını da bilir. Var olan bir şeyi var ikən də bilir, onun yoxluğunun necə olacağını da bilir. Allah ayaqda duranın ayaqda durmaq halını, oturduğu zaman oturuş halını bilir. Bütün bu hallarda Allahın elmində nə bir dəyişmə, nə də sonradan olma (elmləşmək kimi) bir şey hasil olmaz. Dəyişmə yalnız məxluqlarda olur.

Allah insanları küfr və imandan səlim (xali) olaraq yaratmışdır. Sonra onlara xitab edərək (iman və itaət etmələrini) əmr etmiş və (küfr və üsyandan) nəhy etmişdir. Kafir olan – öz feli, haqqı inkar və rədd etməsi, Allah (onlardan) yardımını kəsməsiylə küfrə düşmüşdür. İman edən – öz feli, iqrarı, təsdiqi və Allahın müvəffəqiyət və yardımı ilə iman etmişdir. Allah Adəmin nəslini belindən çıxarmış, onlara ağıl vermiş, xitab etmiş, imanı əmr edib, küfrü qadağan etmişdir. Onlar da Onun Rəbb olduğunu iqrar etmişlər. Bu da onların imanıdır. Onlar da bu fitrət üzərə doğularlar. Bundan sonra kim küfrə saparsa (kafir olan) bu fitrəti dəyişdirib pozmuş olar. Kim də İman edər və haqqı təsdiq edərsə fitrəti üzərində durmuş olar. Allah qullaının heç birini iman və küfrə məcbur etməmişdir, onları mömin və kafir olaraq yaratmamışdır. Lakin onları şəxs olaraq yaratmışdır. İman və küfr qulların felləridir. Allah küfrə sapanı, küfrü əsnasında kafir olaraq bilir, O kimsə daha sonra iman edərsə, imanı halında mömin olaraq bilir və onu sevir. Onun Elmində və sifətində heç bir dəyişiklik olmaz. Qulların hərəkət və sükunət halında olan bütün felləri onların öz əldə etdikləridir. Onların yaradıcısı isə Uca Allahdır. Onların hamısı Allahın diləməsi, elmi, hökmü və qədəri ilə olur. İtaətlərin hamısı – Allahın əmri, məhəbbəti, Rızası, elmi, diləməsi, qəzası və təqdiri ilə vacib edilmişdir. Masiyətlərin hamısı da – Allahın elmi, Qəzası, Təqdiri və diləməsi olmaqla bərabər, Sevgisi, Rızası və əmri deyildir.

Peyğəmbərlərin hamısı kiçik, böyük günahlardan, küfr və çirkin hallardan münəzzəhdirlər. Lakin onların səhf və xətaları olmuşdur (lakin dərhal Allah tərəfindən düzəldilmişlər). Muhəmməd – sallallahu aleyhi və səlləm - Allahın həbibi, Rəsulu, Nəbisi, seçilmiş (Xəlilullah) quludur. O, heç bir zaman bütə tapınmamış, bir göz qırpımı belə Allaha şərik qoşmamışdır. O, kiçik və böyük heç bir günah etməmişdir. Peyğəmbərlərdən sonra insanların ən fəzilətlisi Əbu Bəkr əs-Sıddıq, sonra Ömər əl-Farruq, sonra Osman İbn Əffan Zin Nureyn, daha sonra Əli Murtəzadır – Allah onlardan razı olsun -. Onlar doğruluq üzərə Allaha ibadət edən, haqdan ayrılmayan haqla bərabər olan kimsələrdi. Hamısını sevir və böyük hörmət edərik. Peyğəmbərin – sallallahu aleyhi və səlləm - səhabələrinin hamısını yalnız xeyirlə yad edərik.

Bir müsəlmanı halal saymadığı müddətdə, böyük günahlardan birini etmiş olarsa kafir sayılmaz. Bu halda bir kimsədən İman adını qaldırmarıq, ona həqiqi mənada mömin deyərik. Bir kimsənin kafir olmamaqla bərabər günahkar mömin olması caizdir. Xuf üzərinə məst etmək sünnədir, Ramazan gecələrində qılınan Təravih sünnədir48. Saleh və günahkar hər bir kəsin (müsəlmanın) arxasında namaz qılmaq caizdir. Günahlar möminə zərər verməz demərik, günah edən kimsə Cəhənnəmə girməz də demərik. Dünyada mömin olaraq ayrılan kimsə fasiq olsada belə Cəhənnəmdə əbədi qalacaqdır demərik. Murciə etiqadında olanların söylədikləri kimi yaxşılıqlarımız qəbul, pisliklərimiz əff edilmişdir demirik. Kim yaxşı bir əməl edib bütün şərtləri yerinə yetirərsə (saleh niyyət, ixlas), bu əməli batil edən küfr və dindən dönmək (mürtəd) olmaq kimi şeylərdən çəkinərək dünyadan mömin olaraq ayrılarsa şübhəsiz Allah onun əməlini zay etməz, əksinə qəbul edib və əmələ görə savab yazar.

Allaha şərik qoşmaq və küfrdən başqa, böyük və kiçik günah edən, fəqət tövbə etmədən mömin olaraq ölən kimsənin halı Allahın diləməsinə bağlıdır. Dilərsə ona Cəhənnəmdə əzab edər, dilərsə əff edər və heç əzaba məruz qoymaz. Hər hansı bir əmələ riya qarışıdığı zaman o, əməlin əcrini yox edər. Həmçinin Ucub (əməli, özünü bəyənmək) də belədir.

Peyğəmbərlərin möcüzələri və övliyaların kəraməti haqdır. Lakin Allahın düşmənlərinin: İblis, Firon və Dəccal kimilərinin göstərdikləri qeyri adi şeylərə nə möcüzə, nə də kəramət demirik. Bu onların ehtiyaclarının ödənilməsidir İstidracdır. Allah düşmənlərinin ehtiyaclarını, onları dərəcə-dərəcə əzaba yaxınlaşdırmaq və əzab vermək üçün ehtiyaclarını görür. Onlar da buna aldanaraq azğınlıq və küfürdə həddi aşırlar. Bunların hamısı caiz və mümkündür.

Uca Allah yaratmadan öncə də yaradıcı, ruziləndirmədən öncə də ruzi verəndir. Allah, axirətdə görüləcəkdir. Möminlər Allahı Cənnətdə aralarında heç bir məsafə olmadan, təşbihsiz və keyfiyətsiz olaraq baş gözlərilə görürlər. İman – dil ilə iqrar, qəlb ilə təsdiqdir49. Göydə və yerdə olanların imanı, iman edilməsi lazım olan şeylər tərəfdən artmaz və azalmaz, fəqət yəqin və təsdiq tərəfdən artar və azalar50. Möminlər İman və Tövhid məsələlərində bir-birinə bərabərdilər51. Lakin əməl etibarıyla bir-birlərindən fərqlənirlər. İslam – Allahın əmirlərinə təslim olmaq və itaət etmək deməkdir. Lüğət etibarıyla iman və İslam arasında fərq vardır. Lakin İslam olmadan iman, İman olmadan da islam olmaz. Onların ikisi də bir şeyin daxili və çölü (zahiri İslam, batini İman) kimidirlər. Din isə - iman, islam və şəriətin hamısını özündə əhatə edənə verilən isimdir. Biz Uca Allahı kitabında Özünün vəsf etdiyi bütün sifətləriylə haqqıyla tanıyırıq. Heç bir kimsə Allaha, Onun şəninə layiq şəkildə haqqıyla ibadət etməyə qadir deyildir. Lakin insan ancaq Allahın Kitabında, Rəsulunun bildirdiyi şəkildə Allaha ibadət edir. Bütün möminlər (imanın əslində) – mərifət, yəqin, təvəkkül, məhəbbət, Rıza, qorxu, ümüd və imanda bərabərdilər. Bütün bu şeylərdə fərqlidirlər hansı ki, imana daxil deyildir52.

Uca Allah qullarına qarşı lütfkardır, adildi, qulun haqq etdiyi savabı lütfüylə qat-qat artıqlamasıyla verir. Qulunu ədalətli olaraq etdiyi günahdan dolayı cəzalandıran, Özündən bir lütf olaraq bağışlayandır.

Peyğəmbərin – sallallahu aleyhi və səlləm - şəfaəti haqdır, Peyğəmbərin – sallallahu aleyhi və səlləm - günahkar möminlərə və onlardan əzabı haqq etmiş böyük günah sahiblərinə şəfaəti haqdır və sabitdir. Qiyamət günü əməllərin mizanda çəkilməsi haqdır, Peyğəmbərin – sallallahu aleyhi və səlləm - hovuzu haqdır. Qiyamət günü rəqiblər arasında yaxşılıqlar alınaraq qisas və haqq-hesab haqdır. Yaxşılıqları bitdiyi zaman (haqlarını tapdaladığı insanların) günahlarıyla yüklənməkdə haqdır. Cənnət və Cəhənnəm yaradılmışdır, əbədiyyən də yox olmayacaqlar. Hurilər əbədiyyən ölməzlər. Allahın əzabı da, savabı da əbədidir. Allah dilədiyi qulunu bir lütf olaraq hidayətə yönəldər, dilədiyini də ədalətli olaraq sapıqlığa yönəldər. Allahın azdırması Hizlanıdır. Hizlanın mənası: Allahın razı olacağı şeylərdə onu müvəffəq etməməsi, yardımını ondan kəsməsidir. Bu da Allahın ədalətidir. Həmçinin günahkarları üsyanları səbəbiylə cəzalandırması da ədalətilədir. Şeytan imanı insandan zorla çəkib alar deməyimiz caiz deyildir. Daha doğrudur demək: Qul imanı tərk etdikdən sonra şeytan ondan alar deyərik. Qəbirdə Munkər və Nəkirin sorğusu haqdır, qəbirdə ruhun cəsədə qayıtmas haqdır, Qəbr sıxıntısı və əzabı haqdır, bütün kafirlər və asi möminlər üçün qəbr sıxıntısı və əzabı haqdır.

Alimlərin – Allahın sifətlərini Farsca söyləmələri caizdir. Lakin Əl – kəlməsi Allahın sifəti olaraq Farsca söylənilməz53. Lakin Farsca Pərvəi Xuda – Uca və Böyük olan Allah demək caizdir. Təşbihsiz və keyfiyyət vermədən. Allahın yaxınlıq və uzaqlığı, məsafənin uzunluq və qısalığı kimi (mənasında) deyildir. Allahın yaxınlıq və uzaqlığı (qulunu) ucaltması, kəramətli etməsi və ya zəlil edib alçatmasıdır. İtaətli olan qul Allaha keyfiyyətsiz olaraq yaxın, asi olan qul isə keyfiyyətsiz olaraq Allahdan uzaq olur. Yaxınlıq, uzaqlıq və (Allaha dua edənin) yönəlməsi, Cənnətdə qonşuluq və Allahın qarşısında durmaq keyfiyyəti bilinməyən şeylərdir.

Qurani Kərim Allahın Rəsuluna nazil olmuş, mushaflarda yazılmışdır. Quran ayələrinin hamısı Allahın kəlamı olduğuna görə fəzilət və əzəmət baxımından bir-birinə bərabərdirlər. Fəqət bəzisində zikr və zikr edilənin fəziləti vardır. Ayətul Kursi buna misaldır. Burada zikr edilən Allahın ucalığı, əzəməti və sifətləridir. Bu ayədə iki fəzilət: Həm ayənin (Allahın kəlamı olduğu üçün) zikri, həm də orada zikr edilənin fəziləti bir yerə cəm olmuşdur. Digər ayələrdə isə yalnız ayənin fəziləti vardır, orada zikr edilənin fəziləti yoxdur. Kafirlərin qissələri kimi. Bu ayələrdə zikr olunanların heç bir fəziləti, dəyəri yoxdur. Həmçinin Allahın İsim və Sifətləridə əzəmət və fəzilət baxımından bərabərdilər, onlar arasında fərlilik yoxdur.

(Peyğəmbərin – sallallahu aleyhi və səlləm - ana və atası İslam gəlmədən öncə vəfat etmişdilər. Əmisi Əbu Talib, Peyğəmbərin – sallallahu aleyhi və səlləm – dinini qəbul etməyərək ölmüşdür). Qasım, Tahir və İbrahim Allah Rəsulunun oğulları, Fatimə, Ruqiyyə, Zeynəb və Ummu Gülsüm qızlarıdır. İnsan Tövhid elminin incəlikərindən birində çətinliklə qarşılaşarsa (hər hansısa bir məsələ ona qaranlıq qalarsa), soruşub öyrənəcəyi bir alim tapana qədər: “Bu məsələdə Allah qatında doğru olana inandım” deməsi lazımdır. Belə bir kimsənin axtarıb tapmaqda gecikməsi (bu məsləni öyrənməkdə gecikməsi) caiz deyildir. (Bu məsələ ona bəyan olduqdan sonra qəbul edib etməməkdə) tərəddüd edərək gözləmək üzürlü sayılmaz. Əgər tərəddüd edərək gözləyərsə (qəbul etməzsə) kafir olar. Merac xəbəri haqdır, Onu rədd edən sapıq bir bidət əhlidir. Dəccəl, Yəcuc və Məcucun çıxması, günəşin batdığı yerdən doğması, İsanın - əleyhissəlam - göydən enməsi və səhih hədislərdə bildirilən Qiyamətin əlamətlərinin hamısı haqdır. Uca Allah dilədiyi doğru yola yönəldər.


əl-VASİYYƏ (TÖVHİD VƏSİYYƏTİ)
Rahmən Və Rəhim Olan Allahın Adıyla:

İman - dil ilə iqrar, qəlb ilə təsdiqdir. Sadəcə iman iqrar olmaz. Çünki sadəcə iqrar iman olsaydı bütün münafiqlərin mömin olmaları lazımdır. Həmçinin sadəcə təsdiq də iman olmaz. Əgər sadəcə təsdiq iman olsaydı bütün Kitab əhli mömin olması lazımdır. Halbuki Allah: “(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir”. (əl-Munafiqun 1) “Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir”. (əl-Bəqərə 146) buyurur. İman artmaz və azalmaz. Çünki imanın artması yalnız küfrün azalmasıyla, əskilməsi də küfrün artmasıyla təsəvvür oluna bilər. Bir şəxsin eyni halda mömin və kafir olması necə mümkün ola bilər? Mömin həqiqi iman edən, kafir də həqiqi inkar edəndir. İmanda şübhə olmaz. “Onlar həqiqi möminlərdir”. (əl-Ənfal 4)“Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!”. (ən-Nisa 151). Əməl imandan ayrı, iman da əməldən ayrı şeylərdir. Möminin bir çox vaxt bəzi əməllərdən azad olması (onları etməməsi) bunun dəlilidir. Bu halda mömindən imanın getdiyi söylənilməz. Heyz halında olan qadın namazdan azaddır. Lakin ondan imanın qaldırıldığını, yaxud imanın tərk edilməsinin əmr edildiyini söyləmək caiz deyildir. Şəriət o, kimsəyə: “Orucu tərk et, sonra da qəza et” demişdir. Lakin: İmanı burax, sonra da qəza et” deyilməsi caiz deyildir. Fəqirə zəkat yoxdur – demək caizdir. Lakin fəqirin iman etməsi lazım deyil demək caiz deyildir.

Xeyrin və Şərin təqdiri Allahdandır. Əgər bir kimsə xeyir və şərin təqdirinin Allahdan başqasının olduğunu söyləyərsə, o kimsə Allahı inkar və Tövhidini puç etmiş olar. Əməllər: Fərzlər, fəzilət və Masiyət (günahlar) olmaq üzərə 3 qismə bölünürlər. Fərzlər: Allahın əmri, diləməsi, məhəbbəti, rızası, qəzası, qüdrəti, elmi, müvəffəq etməsi, yaratması və Lövhi Məhfuzda yazmasıdır. Fəzilət (Sünnətlər): Allahın əmri olan əməllər deyildir. Əgər belə olsaydı fərzlər olardı. Lakin fəzilət olan əməllər Allahın diləməsi, məhəbbəti, rızası, qəzası, hökmü, elmi, müvəffəq etməsi, yaratması və Lövhi Məhfuzda yazmasının nəticəsidir. Masiyət (günahar): Allahın əmri nəticəsi deyildir. Lakin Allahın məhəbbəti, rızası və müvəffəq etməsi olmadan: Diləməsi, qəzası, təqdiri, Hızlanı (yardıma ehtiyac duyduğu anda yardımı kəsmək), elmi və Lövhi Məhfuzda yazmasıdır.

Allahın ehtiyacı olmadan Ərşin üzərinə İstiva və İstiqrarı vardır. Möhtac olmadan Ərşi və başqalarını mühafizə edər. Əgər Allahın ehtiyacı olsaydı məxluqlar kimi aləmi icad və tədbirə qadir olmazdı. Oturmaq və qərar tutmağa möhtac olsaydı Əşin yaradılmasından öncə Allahın harada olduğu sualı ortaya çıxardı. Uca Allah bundan Münəzzəhdir.

Quran – Allahın kəlamıdır, məxluq deyildir. Allahın vəhyi, nazil etdiyi, ilahi zatının eyni olmayan, zatından da ayrı düşünülməyən sifətidir. O, mushaflarda yazılmış, dillə oxunan, qəlblərdə yer tutmaqla mühafizə edilir. Mürəkkəb, kağız və yazıların hamısı məxluqdur. Çünki bunlar qulların fellərinin nəticəsidir. Lakin Allahın kəlamı məxluq deyildir. Yazılar, hərflər, kəlimələr, işarələr qulların başa düşməkləri üçün mənaya dəlalət edən şeylərdir. Allahın kəlamı zatıyla qaim olup, mənası bu şeylerle başa düşülür. Allahın kəlamının məxluq olduğunu söyləyən kimsə kafir olur. Allah daima Ona ibadət ediləndir. Kəlamı isə Ondan ayrılmadan oxunan, yazılan və hifz olunandır.

Peyğəmbərimiz Muhəmməddən – sallallahu aleyhi və səlləm - sonra bu ümmətin ən fəzilətli olanı Əbu Bəkr əs-Sıddıq, sonra Ömər, sonra Osman, sonra da Əlidir – Allah onlardan razı olsun - . “Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlar, Nəim bağlarında qalacaq kimsələrdir”. (əl-Vaqiə 10-12) bunu ifadə edər. Kim daha öndə olarsa o, daha fəzilətlidir. Onları hər bir mömin və müttəqi sevər, nifrət edənlər isə münafiq və pis kimsələrdir. Qullar əməlləri, iqrarları və marifətləri ilə məxluqdurlar. Fail məxluq olduqda onun felinin də məxluq olması lazımdır. Allah məxluqatı aciz və zəif olduqları halda gücləri olmadan yaratmışdır. Onların yaradanı və ruzi verəni Allahdır: “Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildəcək məhz Allahdır…”. (ər-Rum 40). Halal qazanc və halalından mal yığmaq halaldır. Haramdan mal yığmaq isə haramdır. İnsanlar 3 qismə ayrılırlar: İmanında səmimi olan mömin, küfründə dirənən inkarçı kafir və nifaqda sabit olan ikiüzlü müanfiq. Allah möminə əməli, kafirə imanı, münafiqə isə ixlası fərz etmişdir. “Ey insanlar! Rəbbinizdən qorxun!...”. (əl-Həcc 1) ayəsində: “Ey möminlər! Allaha itaət edin”, “Ey kafirlər! Allaha iman edin”, “Ey münafiqlər! Allaha ixlaslı və səmimi olun” mənası vardır.

İstitaa (əməli etmək üçün güc) feildən əvvəl və sonra deyildir, yalnız fellə bərabərdir. Əgər İstitaa feldən əvvəl olsaydı, qul ehtiyacı anında Allahdan mustəğni olardı. Bu isə: “Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız)...”. (Muhəmməd 38) ayəsinə müxalif olardı. İstitaa feldən sonra olması felin gücsüz və istitaatsız meydana gəlməsi olurdu.

Məstlər üzərinə məsh etmək varid olan hədisə görə caiz olub: Muqim üçün bir gün bir gecə, səfərdə olan üçün üç gün üç gecədir. Hədis mütəvatirə yaxın olduğu üçün inkar edənin küfründən qorxulur. Səfərdə namazları qısaltmaq və oruc tutmamaq rüxsətdir. “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...”. (əl-Bəqərə 184) ayəsi bunu ifadə edər.

Allah “Qələmə” yazmağı əmr etmişdir. Qələm də: “Nə yazım Ya Rəbbim!” demişdir. Allah: “Qiyamətə qədər olacaq şeyləri yaz!” buyurmuşdu54. “Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır. Hər bir kiçik və böyük əməl yazılmışdır”. (əl-Qəmər 52-53) ayəsi bunu açıqlayır.

Heç şübhəsiz ki. Qəbr əzabı vardır. Munkər və Nəkir sorğu sualı haqdır. Bu haqda hədislər varid olmuşdur. Cənnət və Cəhənnəm haqdır və əhli üçün yaradılmışdır. Allah möminlər üçün Cənnəti: “Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır!”. (Ali İmran 115). Kafirlər üçün də Cəhənnəmi: “Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”. (əl-Bəqərə 24) ayələrində yaratdığını göstərmişdir. Allah Cənnət və Cəhənnəmi mükafat və cəza üçün yaratmışdır. Mizan haqdır. “Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik”. (əl-Ənbiya 47) ayəsi bunu ifadə edir. İnsanın kitabını (əməl dəftərini) oxuması haqdır. “(Və ona belə deyərik: ) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!”. (əl-İsra 14) ayəsi buna dəlildir.



Allah bu nəfsləri ölümlərindən sonra əlli min il ötsədə belə cəza, savab və haqlarıını qaytarması üçün dirildir. “Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!”. (əl-Həcc 7). Cənnət əhlinin Allahı keyfiyət, təşbih və cihət olmadan görmələri haktır. Peyğəmbərimizin – sallallahu aleyhi və səlləm - böyük günah etsə də belə Cənnət əhli olan mömin üçün şəfaəti haqdır. Aişə - radıyallahu anhə - , Xədicədən - radıyallahu anhə - sonra qadınların ən fəzilətlisi, möminlərin anası, zinadan uzaq, bidət əhlinin iftira və iddialarından uzaqdır. Kim ona zina deyə iftira yaxarsa özü zina məhsuludur. Cənnət əhli Cənnətə, Cəəhənnəm əhli də Cəhənnəmdə əbədi qalacaqdır. Allah möminlər üçün: “Onlar Cənnətlikdirlər, orada əbədi qalacaqlar”. Kafirlər üçün isə: “Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar”. (Ali İmran 116) buyurur.
Şəri Təvəssül Və Bidət Təvəssül Barəsində Etiqadı
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Bir kimsənin Uca Allaha yalnız Onu vəsilə edərək və yalnız Uca Allahın buyurduğundan başa düşüldüyü kimi əmr edilmiş və izn verilmiş şəkildə dua etməsi lazımdır. “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!”. (əl-Əraf 180)55.
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Dua edən kimsənin filankəsin haqqı üçün, və ya Peyğəmbərlərinin, Rəsullarının haqqı üçün Beytul Haramın və Məşərul Haramın haqqı üçün səndən diləyirəm deməsi məkruhdur”56.
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Hər hansı bir kimsənin yalnız Allahı vəsilə edərək dua etmsi lazımdır. Bir kimsənin Sənin Ərşinin izztəti haqqı, məxluqatının haqqı üçün deməsini məkruh görürəm”57.
Allahı İsim və Sifətləri Barəsində Etiqadı
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Hər hansı bir kimsə Allahın zatı haqqında özündən bir şeylər söyləməsi düzgün deyildir. Əksinə o, Allahı özünü vəsf etdiyi vəsflərlə vəsf edər. Özündən Onun haqqında heç bir şeylər söyləməz. Aləmlərin Rəbbi olan Allah bundan Uca və Böyükdür”58.
Əbu Hənifədən: “Uca Allah (dünya səmasına) nazil olması (ən-Nuzul) barəsində - sual verildikdə o: “O, necəliyi (barəsində sual verilmədən) bizə bilinməyən bir şəkildə” deyə cavab vermişdir59.
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Allahı insanlara aid hər hansı bir özəlliklə vəsf edən (oxşadan) bir kimsə kafir olar”60.
Əbu Hənifədən: “İbadət etdiyin İlahın haradadır? Deyə soruşan bir qadına bu cavabı vermişdir: «Allah səmadadır, yerdə deyil». Bəs Allah: «Siz harda olsanız, o sizinlədir». (əl-Hədid 4) sözünə nə deyirsən?» sualına isə belə cavab verdi. «Bu sənin bir kimsəyə məktub yazıb mən səninlə bərabərəm deməyin kimidir. Halbuki sən onun yanında deyilsən»61.
Səhabələr Barəsində Etiqadı
Əbu Hənifə - rahmətullahi aleyhi - səhabələr barəsində deyir ki: “Onlardan hər hansı birinin Rəsulullah ilə birlikdə keçirdiyi bir an (saat) belə, bizdən hər hansı bir kimsənin nə qədər uzun olursa olsun ömür boyu əməlindən daha xeyirliir”62.
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Rəslullahdan – sallallahu aleyhi və səlləm - sonra insanların ən fəzilətlisi Əbu Bəkr, Ömər, Osman və Əlidir. Ayrıca Peyğəmbrin bütün səhabələri haqqında onları xeyirlə yad etməkdən başqa bir şeylər söyləmərik”63.

Kəlam Barəsində Sözləri
İmam Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Bəsrədə həva (bidət) sahibləri çoxdur. Oraya iyirmiyə yaxın dəfə girib çıxdım. Kimi zaman bir il, kimi zaman da daha çox və daha az qaldım. O, Zamanlar kəlam elminin elimlrin ən üstünü olduğunu zənn edirdim”64.
Əbu Hənifə - rahmətullahi aleyhi - dedi ki: “Allah Amr İbn Ubeydə lənət etsin. Çünki o, isanlar üçün heç bir faydası olmayan kəlam elminə gedən yolu açmışdır”65.
Bir nəfər İmama: “İnsanların əl-Araz (bir şeyin təsadüfi, keçici, müvəqqəti, əhəmiyyətsiz xassəsi) və Cisimlər haqqında sonradan ortaya atdıqları söz və açıqlamalar haqqında nə deyirsən?”. İmam: “Bunlar fəlsəfəçilərin görüşüdür. Sən rəvayətlərə (hədislərə) və Sələfin yoluna tabe ol. Sonradan ortaya çıxarılmış hər bir şeydən uzaq dur. Çünki sonradan çıxarılanlar bidətdir”66.
Əbu Hənifə - rahmətullahi aleyhi -, Əbu Yusuf - rahmətullahi aleyhi - deyir ki: “Dinin əsasları ilə bağlı məsələlərdə insanlarla Kəlam əsaslarına görə nə badə danışasan. Çünki onlar səni təqlid edən bir topluluqdur. O, Təqdirdə onlar da kəlamla məşğul olurlar”67.
Əbu Hənifə - rahmətullahi aleyhi - oğlu Həmmada - rahmətullahi aleyhi - dedi ki: “Bir gün atam yanma gəldi. Yanımda kəlam ilə məşğul olan bir toplum adam da vardı. Bu vaxtı bir məsələ barəsində mübahisə edirdik. Mübahisə əsnasında səsimizi qaldırdıq. Onun evdə olduğunu bildikdə yanına çıxdım. Mənə: “Ey oğlum! Yanında kimlər var?” deyə soruşdu. Mən: “Filan, filan və filan deyərək yanımda olanların adlarını dedim”. Nə barədə danışırsınız. Filan məsələ barəsində danışırıq – dedim. O: “Ey Həmmad! Kəlamı burax” dedi. Mən: “Mən atamın işləri bir-birinə qarışdırdığını görmədiyim kimi (yəni: öz sözlərinə müxalif olduğunu), bir işi əmr edib sonra da o işi qadağan etdiyini də görməmişdim”. Mən: “Ata, sən bundan öncə mənə kəlam ilə məşğul olmağı əmr etmirdinmi?”. O: “Bəli, lakin bu gün mən sənə kəlam ilə məşğul olmağı qadağan edirəm”. Mən: “Nə üçün?” dedim. O: “Övladım kəlam məsələləri barəsində ixtilafa düşdüyünü gördüyün bu kimsələr bir görüş ətrafında birləşmiş və tək bir din üzərə idilər. Nəhayət şeytan onları bir-birilərindən uzaqlaşdırdı, aralarına düşmənçiliyi və ayrılığı saldı, onlar da sonunda ayrılığa düşdülər”68.
İmam Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Mən müşahidə etdim ki, kəlam əhlinin ardıcılları sərtləşmiş və kobudurlar. Quran və Sünnədən uzaqlaşmalarına iki barmaq arası baxardılar və buna görə də əxlaq və təqvadan məhrum oldular”69.
Təqlid Barəsində Sözləri
İmam Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Hədis səhih olduğu zaman mənim görüşüm odur»70.
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Haradan aldığımızı bilmədikcə heç kimsəyə bizim görüşümüz ilə əməl etmək olmaz»71.
Əbu Hənifə – rahmətullahi aleyhi –deyir ki: «Dayandığım dəlili bilmədikcə mənim görüşüm ilə fətva vermək haramdır. Biz bir insanıq. Bu gün bir söz deyirik, sabah isə ondan əl çəkirik».
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Ey Yaqub! Məndən hər eşitdiyini yazma. Çünki mən bu gün bir görüşü mənimsəyib, səhəri isə onu tərk edə bilərəm. Sabah bir görüş sahibi oluram, o biri gün isə onu da tərk edə bilərəm»72.
Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Allahın Kitabı və Rəsulunun Sünnəsinə tərs olan bir söz söylədiyim zaman mənim görüşümü tərk edin»73.
Abu Amr AbdurRahman İbn Amr Əl-Əvzai

- rahmətullahi aleyhi -
İmam Nəvəvi “Təhzib” AbdurRahman İbn Mehdidən rəvayət edir ki: “Hədisdə İmam kişilər dörddür: “Əvzai, Məlik, Sufyan əs-Sovri və Həmməd İbn Zeyd”. H. 88-də düyaya gəlmiş, H. 157-də dünyasını dəyişmişdir74.

Lələkai - rahmətullahi aleyhi - deyir ki, bizə Həsən İbn Osman xəbər verdi ki: Bizə Əhməd İbn Hamdan xəbər verdi ki: Bizə Bişr İbn Musa xəbər verdi ki: Bizə Muaviyə İbn Amr xəbər verdi ki: Bizə Əbu İshaq xəbər verdi ki: əl-Əvzaidən soruşdum o, da belə dedi: “Sən Sünnət üzərində sabit ol. Sünnət sahiblərinin durduğu yerdə sən də dur. Onların dediklərini danış. Onların haqqında danışmadıqları məsələlərdə sən də danışma. Səndən öncəki Saleh Sələfin yolunu izlə. Çünki onlara bəs edən sənə də bəs edər”75. Sam (Suriyə) əhalisi bu bidətdən – Quranın məxluq olması - xəbərsiz idilər. Bu bidəti İraqlılardan bir kimsə gətirərək (insanlar) arasında yaydı. Halbuki Şamın fuqahası və alimləri bu görüşlərini rədd edib cavab vermişlər. Bununla belə Şam əhalisinin bir qrup kimsələrinin qəlblərində bu bidət yer tutdu. Bu bidət dillərinə şirin gəldi və nəhayət bu məsələdə başqaları ixtilafa düşdükləri kimi olar da ixtilafa düşdülər. Əgər bu bir xeyir olsydı sizin Sələfləriniz dura-dura bu özəl olaraq sizə verilməzdi. Çünki onlar Uca Allahın seçdiyi Peyğəmbərinin – sallallahu aleyhi və səlləm - səhabələridir. Peyğəmbərini – sallallahu aleyhi və səlləm - oların arasından seçib göndərdi və onları müəyyən bir xüsusiyyətlə qiymətləndirərək buyurdu: “Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”. (əl-Fəth 29).


Abu Abdullah Sufyan İbn Səid əs-Sovri

- rahmətullahi aleyhi -
Sufyan əs-Sovri - rahmətullahi aleyhi - dövrünün fəqihlərindən-dir. İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki: “Mənim qəlbimdə kimsə Sufyanın önünə keçə bilməz”. Şöbə, Yəhyə İbn Məin - rahmətullahi aleyhi - və s. Demişlər ki: “Sufyan hədisdə möminlərin əmiridir”. Bəsrədə H. 161-ci il 66 yaşında dünyasını dəyişmişdir76.

Lələkai - rahmətullahi aleyhi - deyir ki, bizə Muhəmməd İbn AbdurRahman İbn əl-Abbas xəbər verdi ki: Bizə Əbul Fadl Şuayb İbn Muhəmməd İbn ər-Rciyan dedi ki: Bizə Əli İbn Hərb əl-Məvsili dedi ki: Bizə Şuayb İbn Hərb belə deyərkən dinlədim. Mn Sufyan əs-Sovriyə - rahmətullahi aleyhi - dedim ki: “Mənə Sünnətə uyğun bəzi şeylər söylə ki, Əziz və Cəlil olan Allah onunla məni faydalandırsın. Mən Uca və Böyük olan Allahın hüzurunda durduğum zaman O mənə: “Sən bunu haradan öyrəndin?” deyə soruşarsa mən: “Rəbbim, mənə bu hədisi Sufyan əs-Sovri - rahmətullahi aleyhi - nəql etdi və mən onu ondan öyrəndim deyim və qurtulum. Mənə görə cavabdeh sən olasan”. Sufyan - rahmətullahi aleyhi - dedi ki: “Ey Şuayb! Bu ağır, həm də nə ağır bir istəkdir”. Yaz: “Rahmən və Rahim olan Allahın adı ilə! Quran Allahın kəlamıdır, məxluq deyildir. Ondan gəldi, Ona da dönəcəkdir. Kim bundan başqa bir söz söyləyərsə o, kafirdir. İman – söz, əməl və niyyətdir. Artar və əskilər. İtaətlə artar, asiliklərlə azalar. Əməl olmadan sözün dəyəri olmaz. Söz və əməldə yalnız niyyətlə dəyər tapar. Sözün, əməlin və niyyətin də caiz olması yalnız sünnətə uyğun olması ilə dəyər tapar”. Şuayb dedi: “Ey Abdullahın atası, sünnətə uyğunluq nə deməkdir?”. O: “İki şeyxi – Əbu Bəkr və Öməri – radıyallahu anhum - önə keçirməkdir. Ey Şuayb! Osman və Əlini – radıyallahu anhum - onlardan sonra gələnlərdən önə keçirmədikcə yazdıqlarının sənə faydası olmaz. Ey Şuayb İbn Hərb! Rəsulullahın – sallallahu aleyhi və səlləm - Cənnətlik olduqlarına şahidlik etdiyi, hamısı da Qureyşdən olan on nəfər müstəsna hər hansı bir kimsə Cənnətlik və ya Cəhənnəmlik olduğuna şahidlik etməyi tərk etmədikcə sənə yazdırdıqlarımın faydası olmaz. Ey Şuayb İbn Hərb! (ayaqlarını) ayaqqabıdan çıxarmadan üzərinə məsh etməyi, ayaqlarını yumaqdan daha uyğun görmədiyin müddətdə yazdırdıqlarımın sənə faydası olmaz. Ey Şuayb İbn Hərb! Namazda “Bismilləhir Rahmənir Rahimi” gizli oxumağı açıqdan oxumaqdan daha üstün görmədikcə yazdırdıqlarımın sənə faydası olmaz. Ey Şuayb İbn Hərb! Xeyriylə şəriylə, acısı və şirini ilə qədərə və hamısının Allahdan gəldiyinə iman etmədiyin müddətdə yazdırdılarımın sənə faydası olmaz. Ey Şuayb İbn Hərb! Allaha and olsun ki, Qədəriyyənin söylədiklərini Allah da söyləməmiş, mələklər də söyləməmiş, Peyğəmbərlər də söyləməmiş, (Cənnət əhli də söyləməmiş), Cəhənnəm əhli də söyləməmiş, onların qardaşları olan lənətlik İblis də söyləməmişdir. Allah: “(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!)”. (əl-Casiyə 23). “Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!”. (İnsan 30). Mələklər: “Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər". (əl-Bəqərə 32). Nuh: “Əgər Allah sizi (haqq yoldan) sapdırmaq (və ya məhv etmək) istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, heç bir faydası olmaz. O sizin Rəbbinizdir və siz Onun hüzuruna qaytarılacaqsınız!". (Hud 34). Şuayb: “Allah bizi sizin (batil) dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, (sizin bütpərəst dininizin haqq olduğunu etiraf etməklə) Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə (Öz əzəli elmi ilə) hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül emişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!”. (əl-Əraf 89). Cənnət əhli: “Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qaldıqları yerin) altından çaylar axar. Onlar (Rəbbinin bu lütfünü gördükdə) deyərlər: “Bizi bura gətirib çıxaran Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” – deyə müraciət ediləcəkdir". (əl-Əraf 43). Cəhənnəm əhli: “Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq!”. (əl-Muminun 106). Qardaşları İblis: “İblis dedi: "Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə...”. (əl-Hicr 39). Ey Şueyb! Yaxşı və günahkar hər bir kəsin arxasında namazın səhih olduğuna, cihadın Qiyamətə qədər davam edəcəyinə, istər zalım, istər adil olan hər bir əmirin bayrağı altında səbr etməyi uyğun görmədiyin müddətdə yazdıqrdıqlarımın sənə faydası olmaz. Şueyb: “Ey Əbu Abdullah! Bütün namazlar üçün (bunu deyirsən)” dedim. O: “Xeyr, yalnız Cümə və iki bayram namazı üçün bunu deyirəm. Bu namazları kimin arxasına yetişsən qıl. Bunlardan başqa qalan namazlara gəldikdə isə sən azadsan. Yalnız güvəndiyin və Əhli Sünnə vəl Cəmaatdan olduğunu bildiyin kimsələrin arxasında qıl. Ey Şueyb! Əziz və Cəlil olan Allahın hüzurunda durduğun zaman səndən bu sözlər barəsində soruşarsa: Rəbbim! Bu sözləri mənə Sufyan söylədi de! Sonra da məni Rəbbimlə tək burax!”.


Yüklə 3,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin