Амин Бабайев, Вцгар Бабайев


Yadda saxlamaq olduqca zəruridir ki, ilk növbədə, sistemin nüvəsini inki-



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə23/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   431
1.2.2.
 
Noosfer 
 
İnsan cəmiyyətinin özü və onun təsərrüfat fəaliyyəti də biosferə daxildir. 
Yer kürəsində həyatın - biosferin yaranma tarixi 6 era və 17 dövrü əhatə etməklə 
yaşı 3,5 mlrd. ili əhatə edir. Yaşadığımız dövr Kaynazoy erasının Antropogen 
dövrü olub, insanın adı ilə bağlıdır (Antropos-insan). Antropogen dövr  (1,5 mln.  
il) insanın ətraf mühiti dəyişdirən güclü qüvvəyə çevrilməsi ilə səciyyələnir.  
Qeyri-üzvi maddə 
Biogen maddə 
Biota  
Biosfer  
Flora  
Fauna 
Qismən 
parçalanmış 
üzvi maddə 
Tam 
parçalanmış 
(destruksiya 
olmuş) üzvi 
maddə 
Dağ 
süxurları 
Çöküntü 
süxurları  


 
18
İnsanın təsərrüfat fəaliyyəti (antropogen təsir) biosferin tərkibində öz təsiri 
və nəticələrinə görə yalnız geoloji proseslə müqayisə edilə bilər. Antropogen təsir 
atmosferin, hidrosferin və litosferin kimyəvi xassələrini və fiziki parametrlərini 
dəyişdirir, insan canlı orqanizmlərin növ tərkibinə müdaxilə edir. Maddələrin 
bəşəriyyət tərəfindən hərəkətə  gətirilən kütləsi yalnız onların təbii axınları ilə 
müqayisə edilə bilər.  
Biosferdə  cəmiyyətin fəaliyyətinin geoloji mahiyyət kəsb etməsi ideyası 
V.İ.Vernadskiyə məxsusdur. Bu fikir onun tərəfindən 1920-ci ildə elmi dairələrə 
təqdim olunmuşdur. Həmin dövrdə artıq insanın və təbiətin vəhdəti, cəmiyyət və 
təbiətin qarşılıqlı  əlaqələri və  təsiri barədə müəyyən elmi fikir formalaşmışdı. 
Lakin bir tərəfdən canlı və cansız aləmi, digər tərəfdən isə insan cəmiyyətini əhatə 
edən, əlaqələndirən elmi nəzəriyyə hələ yox idi.  
V.İ.Vernadskinin noosfer haqqında təlimi Kainatın vahid bütöv təsvirini 
vermək üçün əlaqələndirici bənd oldu. Həyatı kosmik hadisə kimi qəbul edən 
V.İ.Vernadski özünün «Biokimya» adlı  əsərində biosferin yarandığı gündən 
təkamülünü təsvir etmişdir.  
Kosmik cisim olan Yerin görkəmi (təbii landşaftlar, dəniz suyunun tərkibi, 
atmosferin strukturu) canlı həyatın inkişafının nəticəsidir.  
V.İ.Vernadski canlı varlığın biosferin inkişafında rolunu sistemli tədqiq 
edərək canlı aləmi kosmos və Yer kürəsi arasında bufer adlandırmışdır. Həmin 
bufer kosmik enerjini planetar maddəyə çevirməyə qadirdir. Beləliklə, 
V.İ.Vernadskiyə görə «canlı maddə» planetar inkişafın katalizatorudur.  
Yer kürəsi kosmosda bir sistem təşkil edir. Canlı aləm Yerdə baş verən 
prosesləri kosmik mənşəli proseslərlə  əlaqələndirərək vahid prosesə çevirir. 
Günəş enerjisi hesabına geokimyəvi tsikllər və ya təbiətdə maddələr dövranı 
yaranmışdır. Həmin maddələr çöküntü təbəqələri  əmələ  gətirərək geoloji və 
geokimyəvi proseslər nəticəsində çevrilmələrə məruz qalır.  
Antropogen dövrü insanın sürətli təkamül inkişafı - antropogenezlə  səciy-
yələnir. Antropogenezə  təkan verən başlıca qüvvə  qədim (ibtidai) insanların 
ictimai əmək fəaliyyətinə başlaması idi. İctimai istehsal formalarının peyda olması 
şüur və nitqin inkişafına və əlin işçi orqana çevrilməsinə səbəb olmuşdur. Qeyd 
olunan faktlar onu göstərir ki, insan cəmiyyəti ona xas olan bütün xüsusiyyətləri 
ilə birgə Yer kürəsində  həyatın ardıcıl inkişaf mərhələlərindən biri olmaqla 
biogenezin tərkib hissəsidir.  
İnsan cəmiyyəti inkişaf edərək  şüurlu, məqsədyönlü, qanunauyğun və dön-
məz şəkildə ətraf mühiti dəyişdirən güclü bir təbii qüvvəyə çevrilmişdir. 
Təbii olaraq bu gün aktuallıq kəsb edən bir sual ortaya çıxır: 
•  cəmiyyətin və biosferin inkişafı, bütövlüklə, bundan sonra hansı yolla 
gedəcək? 
•  antropogen təsirin dönməz nəticələrindən hansı vasitələrlə yaxa qurtarmaq 
mümkündür? 
•  biosferin deqradasiyaya uğramasının qarşısını necə almaq olar?    
Ətraf mühitə antropogen təsirin qarşısının tam alınması cəmiyyətdə sosial və 
elmi texniki tərəqqinin qarşısının alınması deməkdir. Noosfer haqqında təlimin 
əsasını  bəşəriyyətin Yerdəki proseslərdə  qıcıqlandırıcı (katalizator) kimi əvəzsiz 


 
19
rolu, Yerin fəal təbəqəsinin - biosferin inkişafında geoloji yaradıcı amil kimi çıxış 
etməsi və nəhayət, planeti kökündən dəyişdirməyə qadir olan qüvvəyə çevrilməsi 
təşkil edir.  
Noosfer biosferin ən yüksək inkişaf mərhələsi - dərrakə (ağıl) sferasıdır, Yer 
kürəsində  dərrakəli insanın (Homo sapiens) güclü təsiri nəticəsində biosferin 
keçid formasıdır. 
Noosfer təliminin məntiqi nəticəsi olaraq V.İ.Vernadski müasir zamanda 
qarşılaşdığımız qlobal ekoloji problemlərin həlli yollarını göstərmişdir:  
•  birgə yaşayış; 
•  birgə fəaliyyət; 
•  birgə təkamül. 
Noosfer dövründə biosferin və insan cəmiyyətinin birgə  təkamülü bəşəriy-
yətin təsərrüfat fəaliyyətinin reqlamentləşdirilməsini (məhdudlaşdırılmasını) tələb 
edir. Biosferin insan dərrakəsi hökmran olan noosfer inkişaf mərhələsi insanın da 
təbiətin ayrılmaz tərkib hissəsi olduğunu tam dərk edərək təbiətin qanunlarına 
tabe olmağa, onlara əks çıxmamağa əsaslanmalıdır. Təbiəti qoruyub saxlamadan 
insan nəsli davam edə bilməz. 
 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin