Амин Бабайев, Вцгар Бабайев


Torpaqda udulmuş kationların



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə133/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   129   130   131   132   133   134   135   136   ...   431
Torpaqda udulmuş kationların 
əhəmiyyəti  
Cədvəl 33
 
Kationlar  
Kationların ekoloji əhəmiyyəti  
 
 
 
 
Ca
2+
 
Kalsium tam hüquqlu kationdur. Çoxcəhətli  əhəmiyyəti ilə yanaşı, münbitliyin 
mühafizəçisidir. Kalsium istisna olmadan bütün torpaq tiplərində mövcuddur, lakin 
müxtəlif miqdarlarda və digər kationlarla müxtəlif nisbətlərdə. Onun miqdarının 
optimumu - TUQ-un 80-90%-ni təşkil edir. Bu kəmiyyət  tipik qaratorpaqlar üçün 
səciyyəvidir. Torpaqda  Ca
2+
-un belə miqdarda mövcudluğu kolloid sistemlərinin 
99,9% pıxtalaşmasını təmin edir və buna görə də ot bitkilərinin kök sisteminin aktiv 
fəaliyyəti zamanı və humus maddələri kifayət miqdarda olduqda yüksək strukturun 
əmələgəlməsi üçün zəruri zəmin yaranır. Lakin montmorillonit tipli  intensiv şişən 
gilli minerallı torpaqlarda onun yüksək miqdarı hətta Ca
2+
 ionlarının optimal miqdarı 
zamanı  dənəvər və  kəltənvarı strukturun əmələgəlməsinin  əksinə olan  bitişkən 
genetik halları təhrik edir. 
Ca
2+
 bitki kökləri ilə ionların mübadiləvi udulması qabiliyyətinə malikdir. Lakin 
bitkilərin bu qidalanma üsulu, qayda olaraq, nəzərə alınmır ona görə ki, kalsium hər 
zaman torpaq məhlullarında mövcuddur və biosferdə defisit deyil. 
 
 
Mg
2+
 
Maqnezium hər zaman Ca
2+
-u müşayiət edir. Ca : Mg = 5:1 tipik nisbətdir. Bu 
miqdarda onun təsiri Ca
2+
-un təsiri ilə analojidir. Torpaq mühitinin ekoloji 
disharmoniyası (ahəngsizliyi) Ca
2+
-un miqdarının azalması hesabına, yəni Ca və Mg 
nisbətinin maqnezium tərəfinə  dəyişməsi ilə TUK-da (Torpaq Uducu Kompleksdə) 


 
125
maqneziumun miqdarı artdıqda qələvi torpaqlarda yarana bilər. Bu halda Mg
2+
 
torpaq mühitində maqnezium karbonatları  və bikarbonatlarının mövcudluğu ilə 
əlaqədar olaraq qələviliyin yüksəlməsini doğurur. Belə hal, misal üçün, Şimali 
Qafqazın lössvarı gillərində  və gillicələrində müşahidə olunur ki, burada qələvilik 
pH 8,6-9,2-ə çata bilir. TUK-da maqneziumun mövcudluğu torpaqlarda şorakətlik 
xassələrini dəstəkləyir və hətta ayrı-ayrı hallarda xüsusi torpaqların -  maqneziumlu 
şorakətlərin əmələ gəlməsinə gətirib çıxarır.  
К
+
 
K
+
 bitkilərin qidasında mənimsənilə bilən kaliumun əsas mənbəyidir. Kaliumun 
müvazinətli əks ionlar layından mineralların kristallik qəfəsinə mübadiləsiz udulması 
tendensiyası qeydə alınmışdır.  
 
 
 
 
 
Na
+
 
Torpağın Uduculuq Qabiliyyətindən (TUQ) 3%-dən az miqdarlarda natrium 
biosenozların torpaq sisteminin optimal fəaliyyəti üçün zəruri komponentdir. Bu 
halda element 0,1%-ə qədər səviyyədə kolloidlərin dispersliyini təmin edir ki, bu da 
humus maddələrinin minerallaşmasında çeviklik, dinamiklik  və torpaq məhlullarının 
bioloji nöqteyi-nəzərdən zəruri olan komponentlərlə  təmin olunması üçün 
mühümdür. Lakin etiraf etmək lazımdır ki, Na
+
-un bu rolu torpaqşünaslıqda və 
aqrokimyada kifayət qədər öyrənilməmişdir. 
Mübadilə kationu kimi Na
+
 torpaq məhlulunda onun koaqulyasiya həddindən aşağı 
konsentrasiyasında kolloidlərin aktiv peptizatorudur. Bu zaman bütün kolloid sistem-
ləri kül halına keçir, axar və struktursuz olaraq şorakətlik xassələrini  əldə edir, 
məhlullarda qələvi duzlar əmələ  gəlir, pH 9,5 - 10,0 həddinə çata bilir. Xüsusi 
torpaqlar - şorakətlər əmələ gəlir. Torpaqların şorakətliyi və şorakətlərin öyrənilməsi 
torpaqşünaslığın xüsusi bölməsidir. 
 
 
 
 
 
H
+
 
Mübadilə hidrogeni - torpaq turşuluğunun mənbəyidir. Onun mövcudluğu hər zaman 
karbonatsız torpaqlarda, yəni tərkibində CaCo
3
- olan torpaqlarda təsbit olunur. 
Neytral pH 6,5-7,2 həddində olan torpaqlarda  Torpaq Uducu Kompleksdə  H
+
-un 
miqdarı torpağın uduculuq qabiliyyətinin 5%-dən az təşkil edir. Bu şəraitdə 
mübadilə hidrogeni ekoloji neytraldır. Mübadilə həcminin 5%-dən artıq miqdarında 
olan halda torpağın turşuluq xassələri özünü büruzə verməyə başlayır və kolloidli-
udulmuş  vəziyyətdə hidrogen ionunun miqdarının artmasından asılı olaraq bu 
xassələr də daha yüksək dərəcədə artır. Hidrogenin mübadilə kationlarının miqdarı 
40-50%-dən artıq olduqda torpaq mühitinin maksimal turşuluğu yaranır və bu zaman 
torpaqda pH turş və ya güclü-turş həddə çatır (pH 3-5). Torpaq Uducu Kompleksdə 
hidrogenin maksimal miqdarı torpağın uduculuq qabiliyyətinin 80%-nə  qədər çata 
bilər. 
 
 
Al
3+
 
Mübadilə vəziyyətində olan alüminium - kolloidlərin intensiv koaqulyatorudur. Turş 
torpaqlarda o, böyük maraq obyektidir. Torpaq məhluluna keçdikdə torpaq 
mühitində Al
3+
-un yüksək peptizasiyasına yardım edən hidrolitik turş duzlar əmələ 
gətirir. Buna görə də torpağın turşuluğu təyin edilən zaman hidrogen ionu ilə birgə 
nəzərə alınır. Al
3+
 fizioloji toksik kation kimi tədqiq olunur. 
 
 
Fe
3+
 
Rütubətli tropik torpaqlarda alüminium kimi kolloidlərin intensiv koaqulyatorudur. 
Ferralit torpaqlara  qumsallaşmış torpaq kütləsi effektini əlavə edən struktur 
mikroaqreqatlarının yaradılmasında iştirak edir. Adətən belə torpaqlar yalançı 
qumsal torpaqlar kimi baxılır. Dəmirlə zənginləşmiş torpaqlar az plastik, şişməmək, 
lateritləri əmələ gətirmək meyilliyi kimi xassələrə maklikdir. 
 
 
NH
4
+
 
Ammonium ionu - bitkilərlə mənimsənilə bilən azotun yeganə mümkün akkumulya-
siyasıdır. Ammonifikasiya proseslərində kolloidlər tərəfindən udulur. Bitkilərin kök 
sistemi vasitəsilə asan mənimsənilir.  Torpağın uduculuq qabiliyyətinin 3%-dən artıq 
miqdarlarda toplanmır. Fiziki və fiziki-kimyəvi  əhəmiyyəti öyrənilməmişdir. 
Ammonium azotu, o cümlədən mübadilə  vəziyyətində,  aqrokimyəvi tədqiqatların 
xüsusi obyektidir.  
 


 
126
Torpağın udma qabiliyyətinin təhlili nəticəsində aşağıdakı nəticələrə gəlmək olar: 
1. Torpağın uducu kompleksinin (TUK) tərkibi torpaq mühitinin reaksiyasını və 
onun sabitliyini müəyyən edir. Torpağın neytral, turş  və ya qələvi  şəraiti birbaşa 
mübadilə kationlarının tərkibindən asılıdır.  
2. Torpağın uducu kompleksi bitkilər tərəfindən biofil kationların xəzinəsidir. 
Təbiətinin sabitliyi və səmərəsinə görə torpağın uducu kompleksi bitkilərin qidalan-
masının tənzimləyicisi kimi torpaq məhlullarını bir çox cəhətdən üstünləyir. Bu, Na
+

NH
4+
, K
+
, Mg
2+
, Ca
2+
  və eləcə  də praktiki olaraq metal təbiətli bütün mikroele-
mentlərə aid olunur. Xüsusilə qeyd etmək lazımdır ki, bitkilərin kaliumla qidalanması 
müstəsna olaraq kolloidlərin mübadilə kaliumunun hesabına baş verir və aqrokimya-
çılar tərəfindən təyin olunmuş bitkilər üçün mənimsənilə bilən kalium kolloid-
mübadiləvi mənşəli elementdir. 
3. Kolloid kütləsinin vəziyyəti torpağın praktiki olaraq bütün fiziki xassələrini, 
ilk növbədə də strukturluğunu, sıxlığını, hava və su tutumluğunu və torpaq suyunun 
davranışını vahid bir sistem kimi səciyyələndirir. Əksər bitkilər, heyvanlar və digər 
canlı orqanizmlər üçün torpağın fiziki vəziyyətinin ekoloji optimumu mühitdə 
kolloidlərin 99,9%-nin gel və 0,1%-nin zərrəciklər halında olan zaman yaranır. 
4. Torpağın uducu kompleksi ağır metalların çirkləndirici kationları  və radio-
nukleidlər üçün geokimyəvi sipərdir. Lakin kation-kolloidli udulmanın rolunu 
mütləqləşdirmək olmaz. Yuyulmayan su rejimli torpaqlarda udulmuş kationlar müba-
dilə əsasında bitkilərlə mənimsənilir və qidalanmanın bioloji zəncirlərinə daxil olur. 
Su ilə yuyulan torpaqlarda N
+
 çirkləndiricilərinin mübadilə vasitəsilə  sıxışdırılması 
və sonrakı landşaft miqrasiyası qaçılmazdır. 

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin