Torpağın udma qabiliyyətinin (TUQ) müxtəlifliyi Cədvəl 32 TUQ, mq/ekv 100
qram torpaqda
Müşahidə obyektləri
3-5
Bütövlükdə silisiumlu torpaqdan və kvarsdan ibarət olan hədsiz zəif podzol-
ların güclü elüviləşdirilmiş laylarında müşahidə olunan uduculuq qabiliyyətli.
5-10
Çox aşağı kəmiyyətdir. Bu, çöl şpatları ilə zəngin qumlarda, qumsal və
qumlucalı torpaqlarda, qranulometrik tərkibində toz fraksiyasının üstünlük
təşkil etdiyi karbonatlı lösslər, azhumuslu boz torpaqlarda müşahidə olunur.
10-15
Rütubətli tropiklər və subtropiklər üçün səciyyəvi olan yüngül gillicəli torpaq-
lar üçün, eləcə də sərbəst dəmir və alüminium oksidləri ilə zəngin olan torpaq-
lar və aşınma qabıqları üçün tipik zəif uduculuq qabiliyyəti xarakterikdir.
15-25
TUQ-un orta kəmiyyəti. Bir qayda olaraq yuyulan su rejimli və humusla zəif
torpaqlarda (boz və qonur-meşə torpaqları) müşahidə olunur.
25-35
Udma qabiliyyəti ortadan yüksəkdir. Bu, quru çöl və yarımsəhra, lössvarı,
örtük gillicələri və digər tərkibi nisbi olaraq tərkibi hidroslyudlarla və
kaolinitlə növbələnən gilli və gillicəli torpaqların humus layları üçün
səciyyəvidir.
35-45
Yüksək uduculuq qabiliyyəti. Əksər qaratorpaqlar, bitişkən torpaqlar, bitişkən
genetik və illüvial-gilli qatların gil mineralları ilə (montmorillonit, beydelit və
s.) zənginləşmiş müxtəlif mənşəli gillər üçün səciyyəvidir.
45-60
Kation mübadiləsinin çox yüksək həcmi. Bunlar orta humuslu və qüvvəli
qaratorpaqlar, müxtəlif mənşəli torpaqların humusu akkumulyasiya edən çimli
qatları üçün xarakterikdir.
60-dan çox
Olduqca yüksək uduculuq qabiliyyəti. Yalnız torpaq kütləsinin ayrı-ayrı kom-
ponentləri üçün tipikdir: humus maddələri, gil mineralları, vermikulit və s.
Ayrı-ayrı udulmuş kationlar torpaq həyatının çox rəngarəng hadisələrində nəticə
mahiyyəti etibarı ilə bir bərabərdə deyildir. Mübadilə olunan müxtəlif kationların
ekoloji əhəmiyyəti haqqında daha ətraflı təsvir aşağıdakı cədvəldə verilir: