Udma qabiliyyəti torpağın ən əhəmiyyətli xassələrindən biridir. Udma qabiliy-
yəti torpağın qida rejimini tənzimləməklə, bitki və mikroorqanizmlər üçün bir çox
qida elementlərinin toplanmasını şərtləndirir, eyni zamanda torpağın reaksiyasını,
onun buferlik dərəcəsini, su-fiziki xassələrini tənzimləyir. Torpağın uduculuq
qabiliyyətinin ayrı-ayrı torpaqəmələgəlmə proseslərinin inkişafındakı rolunun
əhəmiyyəti də kiçik deyildir. Belə ki, torpaqəmələgəlmə məhsullarının toplanması
intensivliyi və humusu akkumulyasiya edən layların formalaşması əhəmiyyətli
dərəcədə torpağın uduculuq qabiliyyəti ilə bağlıdır.
Torpağın udma qabiliyyəti eyni torpaq tipinin genetik qatlarında müxtəlif cür
ifadə olunur.