Амин Бабайев, Вцгар Бабайев


Torpağın turşuluğu və qələviliyinin ekoloji əhəmiyyəti



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə134/431
tarix25.12.2016
ölçüsü7,15 Mb.
#3175
növüDərslik
1   ...   130   131   132   133   134   135   136   137   ...   431
 
5.1.8. Torpağın turşuluğu və qələviliyinin ekoloji əhəmiyyəti 
 
Mühit reaksiyasının (pH) torpağın  əsas xüsusiyyətlərinə, eləcə  də bitki və 
mikroorqanizmlərə göstərdiyi təsir bir mənalı ifadə olunmur. 
pH 4,0-5,0. Kəskin turş mühit reaksiyası.  Tez-tez rütubətli iqlim şəraitində 
rast gəlir, podzollu və  bataqlıq torpaqları, sarıtorpaq və podzollu-qırmızı  və digər 
torpaqlar üçün səciyyəvidir. Bu torpaqlar əhəngdən, həmçinin kalium, kükürd, bor, 
sink, kobalt və yod birləşmələrindən güclü dərəcədə yuyulmuşdur. Bitkilərin 
fosfatlardan istifadəetmə  səviyyəsi aşağıdır. Dəmir, alüminium və manqan daha 
mütəhərrikdir və bir çox bitkilərə (çay kolundan başqa) zəhərləyici təsir göstərir. 
Bakteriyaların fəaliyyəti sıxışdırılıb, göbələklərin yüksək fəallığı müşahidə olunur. 
Bir çox kənd təsərrüfatı bitkiləri mühit reaksiyasının dəyişilməsinə ehtiyac duyur
lakin  əhəngləmə çox ehtiyatla tətbiq olunmalıdır. Belə torpaqlar bir qayda olaraq 
münbitlik baxımından olduqca zəifdir və bu proses üzvi maddələrin dağılmasını 
doğurmaqla yanaşı, hətta torpağın fiziki xassələrini də pisləşdirə bilər. Çox hallarda 
torpaqların fiziki xüsusiyyətləri olduqca əlverişlidir: onların kolloidləri mütəhərrik 
A1
3+
 və Fe
3+
  ilə pıxtalaşmışdır. Belə torpaqlara yaz yetişkənliyi dövrü məxsus deyil. 
Onları ilin istənilən fəslində becərmək olar. Qeyd olunan pH mühitə malik torpaqları 
turşuluğu sevən və turşuluğa davamlı bitkilər altında istifadə etmək daha səmərəlidir. 
 


 
127

Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin