Aspergilyoz. Bu xəstəliyə süfrələrin daşlaşması da deyilir. Xəstəliyin
törədicisi bitkilərin çiçək tozunda və şirəsində, peyində və suda təsadüf edilir. Arı
ailələri əsasən kölgəli və nəmli yerdə yerləşdikdə bu xəstəliyə daha çox tutulurlar.
Xəsrəliyin əlamətləri – xəstəliyin ilk dövründə ailədə sürfənin bədəni, xüsusən
başı boz-yaşıl, sonralar isə bütün şan boz rəngli kiflə örtülür. Tələf olmuş sürfələr
quruyaraq bərkiyir, açıq-sarı rəng alır və bozumtul daşa oxşar maddəyə çevrilir.
Nozematoz xəstəliyi. Erkən yaz aylarında bir çox arı ailələrində bu cür
xəstəliklərə rast gəlmək olur. Bəzən arıçı arı ailəsinə ehtiyac olmadan keyfiyyətsiz
yemin verilməsilə nozematoz xəstəliyini törədir.
Xəstəliyin əlamətləri – arıların qarnı şişkinləşir, qanadları titrəyir, uçmaq
qabiliyyəti zəifləyir. Xəstə arılar şan üzərində dayana bilməyib, pətəyin dibinə
tökülərək sürünür.