TEXNİKİ EKOLOGİYA – texnikanın ekosistemlərə təsirini
öyrənən ekologiya elminin bölməsi. T.e. orqanizmlər tərəfindən
binaların, texnikanın pozulmasını (dağılmasını) öyrənir. Məs. ağac
qurğuların ev göbələkləri tərəfindən, bənd, gəmilərin dibinin bioloji
çirklənməsi (bitki ilə artma və s.). T.e. həm də ekosistemlərə nəqliyyatın
səs çirklənməsi, və s.-ni öyrənir.
TEXNİKİ SU – içməli, mineral və sənaye sularından başqa, xalq
təsərrüfatında istifadə edilən su.
TEXNOGEN DƏYİŞİLMƏ– biosenozun sənayenin bu və ya digər
vasitələrinin təsiri nəticəsində dəyişilməsi-istehsalın tullantıları ilə
çirklənməsi, məs. SO
2
ilə və ya radioaktiv şüalanma ilə, yer səthində
qeyri adi qruntların (süxurların və s.) toplanması. Bu dəyişilmə diqressiv
istiqamətdə gedir. Belə sahələrdə demutasion dəyişilməyə nail olmaq
üçün meliorativ tədbirlərin görülməsi vacibdir.
TEXNOGEN MİQRASİYA – sənaye və kənd təsərrüfatı fəaliyyəti
nəticəsində kimyəvi elementlərin və maddələrin axını. T.m. çox vaxt
təbiətdə maddələr mübadiləsinin normal gedişini (həcmi, sürəti) pozur.
Məs., torpağın çirklənməsi, meşələrin məhv edilməsi. Oksigenin və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
426
karbon qazının atmosfer və quruda mübadiləsini azaldır. Odur ki,
biosferdə oksigen axınının müəyyən olunmuş həcmini saxlamaq üçün
canlı maddələri əsas geokimyəvi qüvvə kimi mühafizə etmək lazımdır.
TEXNOGEN ZƏLZƏLƏ (süni zəlzələ) – insanın texniki fəaliyyəti
nəticəsində yeraltı zərbələr və yer səthinin kəskin dəyişməsi. T.z.
bilərəkdən, yeraltı nüvə partlayışı zamanı baş verə bilər. Çox vaxt Yer
qabığının dinamik tarazlığı pozulduqda və ayrı-ayrı sahələrə böyük yük
edildikdə (dərin və böyük su anbarı tikdikdə) və ya yük kənar edildikdə
T.z. (yeraltı su, neft, qaz çıxarıldıqda, böyük göllərin səviyyəsi aşağı
düşdükdə) baş verir.
TEXNOGENEZ (yun. Techne - incəsənət) – təbii mühiti dəyişərək
süni (texnogen) təbiət yaradan insanın qlobal texniki fəaliyyəti. Bunun
nəticəsində relyefin texniki formaları (kurqan və terrikonlar, xəndək və
daş, qum karxanaları, bəndlər), texnogen landşaftlar (şəhər, sənaye,
kənd təsər.), texnogen səhralar və akvatoriyalar, həmçinin süni bitki
sortları və heyvan cinsləri əmələ gəlir. T. məqsədyönlü aparılaraq
bəşəriyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün yerinə yetirilir. Lakin
qabaqcadan görünməyən və arzu olunmaz nəticələri təbiətə böyük ziyan
vurur, bir çox bitki və heyvan növlərinin məhv olmasına, landşaftın
kasatlaşmasına, geniş ərazilərin səhralaşmasına, – həyat mühitinin
kasatlaşması, çirklənməsi və dağılmasına səbəb olur. Planetdə texnika
artdıqca həyat azalır. XX əsrdə T. genişlənərək yerətrafı kosmosa
çataraq, nəinki planetar, həm də kosmik hadisəyə çevrilmişdir. T.-in
təsiri nəticəsində yeni-texnosfer formalaşır.
TEXNOLOGİYANIN EKOLOGİYALAŞDIRILMASI
–
istehsalatda, kommunal təsərrüfatında, əhalinin məişətində elə
texnologiya hazırlayıb tətbiq etməlidir ki, yüksək keyfiyyətli maksimum
məhsul əldə etməklə təbiətdə ekoloji tarazlıq, maddələr mübadiləsi və
enerji saxlanılsın (pozulmasın), həmçinin ətraf mühitin çirklənməsinə
yol verilməsin. T.e. konsepsiyasının inkişafında akad. İ.V.Petryanov-
Sokolovun (1976, 1987) böyük əməyi olmuşdur.
TEXNOLOJİ ETİKA – insanın istehsal prosesi zamanı ətraf mühitə
tullantılar atılmır, tam istifadə edilir, utilləşdirilir və ya etibarlı
konservləşdirilir. Məlumdur ki, yalnız aztullantılı və ya tullantısız
texnologiya qapalı istifadə tsikli olub ətraf mühitin mühafizəsi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
427
problemini effektiv həll etməyə qadirdir.
TEXNOSFER (yun. techne – incəsənət, ustalıq və spharia - kürə)
– 1) Cəmiyyətin sosial-iqtisadi tələbatına uyğun olaraq insan tərəfindən
texniki vəsaitin bilavasitə və ya vasitəli təsiri ilə biosferin yeni şəklə
salınmış (dəyişdirilmiş) hissəsi. 2) Biosferin dəyişilməsində texnikanın
böyük rolu olmaqla təkamülün müasir pilləsi (mərhələsi).
TEXNOZOY ERASI – texnogenoz nəticəsində həyat mühitinin
aktiv dəyişməsi, insan tərəfindən yeni landşaftların, yeni bitki və heyvan
növmüxtəlifliyinin yarandığı və insanın hakim növə çevrildiyi epoxanın
T.e. adlandırılması təklif olunmuşdur. Bu epoxa 10 min il əvvəl
başlanmışdır. T.e. termini rəsmi olaraq və hələ geniş yayılmamışdır.
TEKTONİK GÖL – Yer qabığının yarılması və üfiqi yerdəyişməsi
nəticəsində əmələ gələn göl (məs. Baykal g).
TEKTONİK PROSESLƏR – Yer qabığının müasir strukturu və
orada gedən ümumi dəyişikliklərlə əlaqədar proseslər.
TEKTONİKA (VƏ YA GEOTEKTONİKA) – geologiyanın bir
şöbəsi. Yer qabığının quruluşunu, onun ayrı-ayrı hissələrinin hərəkətini,
dağ əmələgəlmə proseslərini və materiklərin əmələ gəlməsini öyrənən
elm.
TELERQONLAR (yun. tele – uzaq və ergon - hərəkət) –
heyvanların xarici mühitə ayırdığı maddələr. Fərdlər və populyasiyalar
arasında informasiya məqsədi daşıyır. Termini Kirşenblat (1957) təklif
etmişdir.
TEMPERATUR – makroskopik sistemin termodinamik tarazlıq
halını səciyyələndirən fiziki kəmiyyət. Termodinamik tarazlıqda olan
izolə edilmiş sistemin bütün hissələrinin T-u eynidir. Beynəlxalq
vahidlər sistemində mütləq T. kelvinlə (K) ölçülür. Selsi şkalası ilə təyin
edilmiş temperaturla (t) mütləq temperatur (T) arasında əlaqə t = T –
273,15 K düsturu ilə ifadə olunur.
TEMPERATUR İNVERSİYASI – atmosferin yuxarı qatlarında
temperaturun atmosferin aşağı qatına nisbətən daha yüksək olması, belə
hal çirkləndiricilərin şaquli diffuziyasını pozur, çirklənmiş hava (alt qat)
yuxarı isti qat tərəfindən sıxılır, bu zaman smoq təhlükəsi baş verir.
TEMPERATUR STRATİFİKASİYASI – su hövzələrində
müxtəlif temperaturlu su kütlələrinin laylığı (qat-qat yerləşməsi).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
428
TENZİDLƏR – (sintetik, səthi aktiv maddələr) – iki mühitin
arasında toplanmış kimyəvi maddələr. (məs. su və hava arasında).
TERATOGENLƏR – orqanizmə təsir etdikdə teratogenoz
eybəcərlik və başqa inkişaf anomaliyası törədir.
TERATOLOGİYA (yun. teras - eybəcər) – morfogenezin anormal
inkişafı və quruluşu, qismən eybəcərliyi və pozulmanı öyrənən fənn
(antropogen mənşəli toksik maddələrin təsiri ilə).
TERİOFAUNA – məməlilər faunası.
TERİOLOGİYA (yun. therion - heyvan) – zoologiyanın
məməliləri tədqiq edən sahəsi.
TERMAL BİTKİ ÖRTÜYÜ – isti temperaturlu bulaqların və
sahillərin bitki örtüyü. T.b.ö.-nün tərkibinə yosunlar, aktinomisetlər,
göbələklər, bəzi ayıdöşəyilər və çiçəkli bitkilər daxildir.
TERMAL SULAR – Yer qabığının 20
°C və daha yüksək
temperaturlu yeraltı suları. İsti bulaqlar, qeyzer və buxar şırnaqları
şəklində təzahür edir: kimyəvi və qaz tərkibi, minerallaşması müxtəlif
olur. T.s.-dan qədimdən müalicə məqsədi ilə istifadə edilmişdir. T.s.
Azərbaycan Respublikasında Kəlbəcər, Astara, Lənkəran, Masallı,
Dəvəçi, Quba rayonlarında və Abşeron yarımadasında var.
TERMİK AMİL (temperatur amili) – mühitin temperaturu ilə
bağlı təsir göstərən amil.
TERMİTLƏR (Isoptera) – həşərat dəstəsi. Tarakanlara və
dəvədəlləyilərə yaxındır. T. yuvalarda bir neçə yüz milyon fərdə qədər
«ailə» halında yaşayırlar. T.-in əsas qida mənbəyi oduncaqdır. Bəziləri
yalnız kif göbələkləri ilə qidalanır. Dünyada 6 fəsiləyə aid 2600,
Azərbaycanda iki növü yaşayır.
TERMİTOFAQLAR – termitlərlə qidalanan heyvanlar (quşlar,
qarışqayeyənlər və s.).
TERMOBİONTLAR – isti qaynaqlarda (90-100
°) daim yaşayan
orqanizmlər (məs. bəzi diatom və göy-yaşıl yosunlar-isti qaynaqlarda,
50-85
°temperaturda, bəzi bakteriyalar 95-100° temperaturda).
TERMOBİOTOP – bəzi bakteriya və yosunların yaşadığı isti
qaynaqlar (95-100
°).
TERMOFİLLƏR, TERMOFİL ORQANİZMLƏR – 45
°C-dən
yuxarı temperaturda yaşayan orqanizmlər (əksər orqanizmlər üçün məhv
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
429
olma temperatur). T. isti bulaqlarda, termal sularda, torpağın üst qatında,
torfda, peyində yaşayır. Bəzi aktinomisetlər, göbələklər, yosunlar, bəzi
ayıdöşəyikimilər.
TERMOFİTLƏR – İstilik sevən bitkilər.
TERMOKRENOFİLLƏR – isti qaynaqlarda yaşayan orqanizmlər
(bəzi bakteriyalar, ibtidailər, malyusklar və s.).
TERMOGEN MİKROORQANİZMLƏR – qıcqırma prosesində
iştirak edən mikroorqanizmlər: bu zaman üzvi substratın oksidləşməsi
gedir və çoxlu miqdarda istilik ayrılır.
TERMOGEN BAKTERİYALAR – böyümə və fəaliyyəti
prosesində özündən ətraf mühitə xeyli istilik (+70-80
°C-dək) ayıran
bakteriyalar. T.b.-a yüksək temperaturda inkişaf edən bakteriyalar
aiddir. Üzvi maddələrlə zəngin olan torf, meşə döşənəyi, peyin və quru
otda çoxalır, onların populyasiyalarının ən intensiv böyüməsi 50
°C-dən
yüksək temperaturda gedir. T.b. öz mühitinin yanmasına özü «səbəbkar»”
ola bilər.
TERMOMETR – mühitlə bilavasitə təmasda olduğu yerin (sahənin)
temperaturunu ölçmək üçün cihaz. T.-lər XVI – əsrin sonu, XVII əsrin
əvvəlində meydana gəlmişdir. Məqsədlərinə görə müxtəlif termometrlər
– maye, qaz, termoelektrik və bir çox b. mövcuddur.
TERMONASTİYA –temperaturun təsiri altında bitkinin hərəkəti.
Məs. lalənin və zəfəranın çiçəyi temperatur aşağı olduqda qapanır,
temperatur çoxaldıqda-açılır: yoncanın yarpaqları hava isti olduqda bir-
birinə yaxınlaşaraq (sıxılaraq) aşağı sallanır, sərin vaxtda isə yarpaqlar
düzələrək normal vəziyyət alır. T. bitkinin ətraf mühitin temperuturunun
dəyişməsinə qarşı adaptiv reaksiyası sayılır.
TERMOSFER –Yer səthindən 80 km-dən 800 km arasında
atmosferin çox seyrək qatı, 200-300 km-ə qədər temperaturun kəskin
qalxması ilə səciyyələnir (1500
°-yə qədər).
TERMOTAKSİS – heyvanların (infuzorlar, həşəratlar və s.) optimal
temperatur zonasına doğru istiqamətlənmiş (səmtlənmiş) hərəkəti.
TERMOTERAPİYA, İSTİLİK MÜALİCƏSİ – Fizioterapevtik
müalicə üsulu; orqanizmə istilik təsiri göstərən müxtəlif fiziki
vasitələrin müalicə məqsədi ilə titbiqi. Ev şəraitində su və elektrik
isidicilərindən, habelə isidici kompreslərdən, təpitmələrdən istifadə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
430
edilir. Tibb müəssisələrində T. parafin, torf, müalicə palçıqları,
ezokeriq, isti qum, yerli və ümumi vannalar, eyni zamanda günəş
şüaları, müxtəlif elektrik və s. vasitələrlə həyata keçirilir.
TERMOTROPİZM – bitki orqanlarının (gövdə, budaq, yarpaq)
istilik mənbəyinə (müsbət T) və ya əksinə (mənfi T) doğru əyilməsi.
TEROFİTLƏR (yun. theros - yay) – birillik bitkilər.
TERRAS (frans. terrasse) – Yamaclarda pillə-pillə yerləşən, səthi
üfiqi və ya bir qədər meylli olan relyef forması. T. əsasən suyun eroziya,
abraziya və akkumlyativ fəaliyyəti nəticəsində əmələ gəlir. T.-lar
mənşəyinə görə struktur və akkumlyativ T.-lara bölünür.
Dağ yamaclarında torpaq eroziyasının qarşısını almaq məqsədilə
buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni
terraslar düzlədilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar,
Siyəzən, Dəvəçi, Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş və
orada badam, püstə, eldar şamı və digər ağac cinslərindən bağlar, meşə
bağlar salınmışdır.
Daşkəsən, Kəlbəcər, Laçın və b. rayonlarda keçmişdə uzun dövr eyni
istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə
«taxtalar»”) yaranmışdır. Hazırda bu terrasların «taxta»” hissəsindən
taxıl əkini, biçənək kimi istifadə edilir. Meylli hissəsində isə çox yerdə
təbii olaraq ağac və kollardan meşəliklər yaranmışdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
453
Dağətəyi zonada yamacda süni yaradılmış terras
TERREKTORLAR – torpağın səthində biosenozda dominantlıq
edən növlər (mamırlar, şibyələr).
TEST OBYEKTİ (ing. test – təcrübə, sınaq) –təsir dərəcəsinə görə
mühitin keyfiyyəti üzrə fikir toksikatının qatılığı ilə ifadə olunur.
TEST PERSONU – ekosistemin iki fraqmentində növün ayrılıqda
növ tərkibi və sayının nisbətinin təyini metodu.
TEST SAHƏSİ – landşaft komponentlərinin əsas xassələrini,
onların bir-birilə əlaqəsini və bir-birinə təsirini dəqiq tədqiq etmək
məqsədilə ərazidə etalon kimi seçilmiş sahə. T.s. həm landşaft –
ekspedisiyası tədqiqatları zamanı (birdəfəlik və ya çoxdəfəlik
müşahidələr yolu ilə), həm də stasionar tədqiqatlarında (sistemli
müşahidələr yolu ilə) öyrənilir. Test sahələrində dəqiq proqram əsasında
müşahidələr və ölçü işləri yerinə yetirilir. T.S. sistemi ekoloji
monitorinqin aparılmasında da istifadə olunur.
TƏBİƏT – 1) geniş mənada mövcudat, forma müxtəlifliyi olan
bütün aləm. T. anlayışı bu mənada materiya, universum, kainat
anlayışları ilə bir sırada durur. 2) Dar mənada elm obyekti, daha dəqiq,
təbiətşünaslıq məcmu obyekti. 3) T.-in ən çox işlənən mənası insan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
430
cəmiyyətinin yaşadığı təbii şəraitdir. Bu mənada T. anlayışı insanın
təbiətə olan münasibətində T.-in yeri və rolunu ifadə edir. T. təkcə təbii
şəraiti yox, habelə insanın yaratdığı şəraiti («ikinci» T”) əhatə edir.
İnsanın təbiətə olan münasibətinin real əsası onun fəaliyyətidir, bu
fəaliyyət həmişə T.-də və onun materialı ilə həyata keçirilir. Elm
təbiətin özünün təkrar istehsalını və təbiətdən insanın istifadə etməsini
planlaşdırmaq imkanı yaradır. Nəticədə qlobal idarəetməyə əsaslanan
intensiv münasibət yaranır ki, bu da T.-dən səmərəli istifadənin, T.-in
saxlanması və təkrar istehsalının proqramına əsaslanır. T. getdikcə daha
böyük miqyasda sosial orqanizmin mühüm və məqsədli idarə olunan ün-
sürünə çevrilir.
TƏBİƏT ABİDƏLƏRİ – Elmi, tarixi və estetik əhəmiyyət daşıyan
ayrı-ayrı obyektlər: biosenozlar, qocaman, iri gövdəli və nadir ağaclar,
üstü açılmış paleontoloji obyektlər, şəlalələr, mağaralar «çılpaqlaşmış”»
geoloji sahələr və s. T.a-nin təşkili və mühafizəsi yerli hökumət
orqanlarının səlahiyyətində olur.
TƏBİƏTDƏN İSTİFADƏ – gələcək nəsilərin ehtiyacını nəzərə
almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf
mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii
resurslardan səmərəli və qənaətlə istifadə edilməsi.
Təbii sərvətlərdən istifadə olunması. – Yerin ətrafındakı kosmik
fəzadan tutmuş yerin dərin qatlarına qədər olan geniş sahəni əhatə edir.
Təbiətdən səmərəli istifadə edilməsi qurulmuş qlobal və ekosistem
qanunauğunluqların və proseslərin maksimal dərəcədə saxlanmasıdır,
çalışmaq lazımdır ki, onları insanın və digər orqanizmlərin yaşadığı
mühitin ziyanına dəyişilməsinə yol verilməsin, bu dəyişilmə əsasən təbii
və antropogen ekosistemlərin ümumi məhsuldarlığının yüksəldilməsi
istiqamətində olmalıdır.
TƏBİƏTDƏN
İSTİFADƏNİN
İNTENSİVLİYİ
– təbii
resurslardan istifadə dərəcəsi və bu istifadənin cəmiyyət üçün
effektivliyi.
TƏBİƏTİ MÜHAFİZƏ HÜQUQU – təbii resursların mühafizəsi
və həyat mühitilə əlaqədar dövlətin qanun və qərarlarının məcmusu.
TƏBİƏTİ MÜHAFİZƏNİN BİOLOGİYASI – canlı təbiətin ətraf
mühitlə hərtərəfli əlaqəsini (o cümlədən antropogen) öyrənən elm
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
431
sahəsi. T.m.b.-nin məqsədi canlı təbiətin planetimizin həyati mühüm
komponenti kimi keyfiyyət və kəmiyyət tərkibinin dərk edilməsidir. Bu
termin ingilis dilli ədəbiyyatda meydana gəlib.
TƏBİƏTİN ETALONLARI – Təbiətin təbii halda (ilkin
vəziyyətdə) qəbul edilən sahələri. Təbiətdə ilkin, təbii, şərti təbii, təbii-
antropogen sahələrə ayrılır. Bəşəriyyətin təbiətlə qlobal təsirilə əlaqədar
təbiətdə faktiki olaraq ilkin evolyusion-təbii etalonlar qalmamışdır, lakin
T.e.-ə çox yaxın olan sahələr mövcuddur (Antraktidada, Mərkəzi
Qrenlandiyada, yaşayış məntəqələrindən uzaqda yerləşən tropik
meşələr, ilkin tayqa meşəsi və s.).
TƏBİƏTİN DEQRADASİYASI – təbii (zəlzələ, vulkan
püskürməsi, daşqın, sel, yanğın, tufan, qasırğa və s.) və antropogen
(geniş ərazilərdə meşənin məhv edilməsi, su hövzələrinin, atmosferin,
torpağın çirklənməsi, hədsiz mal-qara otarılması, brokonyerlik,
nəzarətsiz ov və s.) səbəblərdən ekoloji müvazinətin pozulması.
TƏBİƏTİN DƏYƏRLİ SƏRVƏTLƏRİ – ərazinin geoloji,
hidroloji, botaniki, zooloji, landşaft və mədəni-tarix xüsusiyyətləri. Bax:
təbii ehtiyatlar.
TƏBİƏTİN DƏYİŞDİRİLMƏSİ – Atropogen təsir göstərmək ilə
təbii komplekslərin bioloji və ya təsərrüfat məhsuldarlığını yüksəltmək
və ekoloji tarazlıq yaratmaq. T.d. yeni ərazilərin mənimsənilməsi və ya
təbii sistemlərin bioloji və digər məhsuldarlığını bərpa etməklə də
aparılır.
TƏBİƏTİN FENOMENİ – təbiət abidəsi kimi xüsusi qorunmağa
ehtiyacı olan təbiətin görkəmli hadisəsi və ya obyekti.
TƏBİƏTİN QORUNMASI HAQQINDA QANUN – təbii
resursların qorunması, səmərəli istifadəsi və bərpası üzrə dövlət təd-
birlərini tənzimləyən əsas hüquqi normaların məcmusu.
TƏBİƏTİN KONSERVASİYASI – təbiəti mühafizənin ilkin
formalarından olub insanların tam və ya hissə-hissə istifadəsini qadağan
etməyə əsaslanır. Xüsusi qorunan ərazilərdə qoruq rejimi yaratmaq yolu
ilə yerinə yetirilir.
TƏBİƏTİN MÜHAFİZƏSİ – Ətraf təbii mühitin mühafizəsi-təbii
ehtiyatlardan istifadə, onların saxlanmasını və səmərəli istehsalını təmin
etmək üçün dövlət və hüququ tədbirlər sistemi. Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
432
Respublikasında T.m. müvafiq dövlət orqanları, qoruqları, meşəçilik
idarələri, ovçuluq təsərrüfatları və b. müəssisələr tərəfindən həyata
keçirilir. T.m. torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları və
zəhərləyici kimyəvi maddələrlə çirklənməsi, meşə və otlaqların
mühafizəsi, nadir tapılan və nəsli kəsilməkdə olan faydalı bitki və
heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii
abidələrin qeydiyyatı, mühafizəsi və bərpası, balneoloji və iqlim
ehtiyatlarından maksimum istifadə olunması, termal və mineral
mənbələrin mühafizəsi, həmçinin T.m. ideyası və təbiətin qorunmasına
yönəldilmiş tədbirlərin təbliği və s. ilə məşğul olur. Eyni zamanda geniş
miqyasda tarlaqoruyucu və digər melorativ meşə zolaqları salınır,
torpağın münbitliyinin artırılması, meliorasiya üzrə tədbirlər görülür, su
və külək eroziyasına qarşı mübarizə aparılır. Su ehtiyatlarının mühafizə
edilməsi üçün işlər görülür. Dəniz və başqa su hövzələrinə tökülən axar
suların zərərsizləşdirilməsi üçün xüsusi təmizləyici qurğular quraşdırılır.
T.m. eyni zamanda təbii ehtiyatların saxlanması və bərpasının
ümumi prinsipləri və metodlarının işlənilməsinə aid elmi fəndir. Bu
fənnin bölmələri torpağın, suyun, atmosferin, bitki və heyvanat
aləminin, təbii komplekslərin (landşaftın) qorunması və s.-dən ibarətdir.
Azərbaycan Respublikasında T.m. üzrə mühüm tədbirlər keçirilir. Belə
ki, nadir flora, fauna və əhəmiyyətli obyektləri qoruyub saxlamaq üçün
diqqətəlayiq işlər görülür, milli parklar, dövlət qoruqları, yasaqlıqlar,
ovçuluq təsərrüfatları yaradılır.
T.m.-nin əsas forması təbii ehtiyatlardan səmərəli və kompleks
istifadə etməkdir.
TƏBİƏTİN URBANİZASİYASI – təbii landşaftların şəhər
salmağın təsirilə süni landşaftlara çevrilməsi. Urbanizasiya prosesi
zamanı ərazidəki təbii ekosistemlər də sıradan çıxır. Bununla yanaşı
şəhər və şəhər əhalisi ətraf landşaftlara təsir göstərir, torpağın səthi və ot
örtüyü istirahət zonasında tapdanır. T.u. zamanı təbiəti mühafizə işi
nəzərə alınmalı, təbii mühitdə yüksək yük yaradan sənayenin və əhalinin
hədsiz cəmləşməsinin qarşısı alınmalıdır.
Dostları ilə paylaş: |