Ekspertizasi dərsliK


Konyak spirtinə verilən tələblər



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

Konyak spirtinə verilən tələblər. Müxtəlif üsullarla alınmış 

konyak spirti çoxillik yetişdirilməyə göndərilir. Alınan konyakın 

keyfiyyəti həmin spirtin tərkib və keyfiyyətindən asılıdır. 

Təzə qovulmuş spirtə aşağıdakı tələblər verilir. Onlar rəngsiz 

və şəffaf olmaqla heç bir kənar qarışığa malik olmamalıdır. Ətirdə 

təmiz  şərab,  bəzən  isə  çiçək  tonlu,  aydın  bilinən  aldehid-efir  və 

sivuş  tonu  olmadan,  kənar  iysiz  olmalıdır.  Dadı  təmiz,  yüngül 

sabun  tonlu,  kənar  tamsız  olmaqla,  ümumi  qiyməti  6-7  baldan 

aşağı olmamalıdır.  

Əgər dəmir və mis yol verilən miqdardan çox olarsa, həmin 

spirtin qaralması və yaxud qonurlaşması baş verir. Belə spirtləri 


309 

yetişdirməyə qoyana qədər sarı qan duzu ilə işləmək lazımdır.  

Yuxarıda göstərilənlərdən əlavə, bir çox maddələr də vardır 

ki,  onlar  konyak  spirtinin  keyfiyyətində  əsaslı  rola  malikdir.  Bu 

maddələr hazırda öyrənilməkdədir. 

Konyak  spirti  əsasən  aşağıdakı  göstəricilərlə  xarakterizə 

olunur (cədvəl 3.1). 

Cədvəl 3.1 

Konyak spirtinin əsas tərkib göstəriciləri 

Etil spirti h.% 20

0



60-70 



Ali spirtlər izoamil spirtinə çevrilməklə, mq/100 ml susuz 

spirtdə 


180-600 

Doymuş efirlər, sirkə etil efirinə çevrilməklə, mq/100 ml 

susuz spirtdə 

50-250 


Aldehidlər,  sirkə  aldehidinə  çevrilməklə,  mq/100  ml 

susuz spirtdə 

50 

Uçucu  turşular,  sirkəyə  çevrilməklə,  mq/100  ml  susuz 



spirtdə 

80 


Furfurol, mq/100 ml susuz spirtdə 

Metil spirti, həcm %-lə 



0,15 

Sulfit turşusu (ümumi), mq/dm

maksimum 



20 

Mis, mq/dm

maksimum 



Qalay, mq/dm

maksimum 



3-5 

Dəmir, mq/dm

3

 

1-ə 



qədər 

 

Konyak spirtinin yetişdirilməsi. Konyak spirti yarımməhsul 

olub,  xüsusi  dad  keyfiyyətləri  ilə  fərqlənmir.  Ondan  yüksək 

keyfiyyətli  konyak  almaq  üçün  palıd  qablarda  uzunmüddətli 

yetişdirmə tələb olunur. Yalnız belə yetişdirmə prosesində cavan 

konyak spirti lazım olan bütün ətir və dad keyfiyyətini qazanmış 

olur. Ona görə də tədqiqatçılar yetişdirmə zamanı gedən prosesləri 

təbii olaraq palıd taxtası ilə əlaqədəndirirlər. Bu baxımdan konyak 

spirti  palıd  çəlləklərdə  və  yaxud  daxilinə  palıd  taxtası 

quraşdırılmış emal olunmuş rezervuarlarda yetişdirilir. Yetişdirmə 

zamanı dərin fiziki və kimyəvi proseslər getməklə burada spirtin 


310 

tərkib  maddələri  ilə  yanaşı,  palıd  taxtasının  maddələri  də  fəal 

iştirak edir. 

Palıd  taxtasının  kimyəvi  tərkibi  çox  mürəkkəb  olmaqla,  bir 

çox komponentlərinin təbiəti hələ də tam aydınlaşdırılmamış qalır. 

Müəyyən olunmuşdur ki, bu kimyəvi tərkib palıdın növündən və 

yayıldığı torpaq-iqlim şəraitindən asılıdır (cədvəl 3.2).  

Cədvəl 3.2 

MDB ölkələrində palıd taxtasının orta kimyəvi tərkibi 

(N.İ.Nikitinə görə %-lə) 

Sellüloza- 

35,74 


Pentozanlar- 

20,07 


Metilpentozanlar- 

0,47 


Qalaktan- 

0,12 


Uronturşusu- 

5,29 


Aşımaddələri- 

7,3 


Suda həll olan maddələr (aşı maddərsiz)- 

3,61 


Liqnin- 

21,51 


Efirdə həll olan- 

0,22 


 

Tədqiqatçılar müəyyən etmişlər ki, Kazan və Qarabağ palıd-

larından  hazırlanmış  palıd  çəlləklərdə  yetişdirilən  konyak  spirti, 

Belorus  və  Lənkəran  palıdına  nisbətən  daha  yüksək  keyfiyyətli 

olur.  Bunun  əsas  səbəbi  birincilərin  daha  çox  miqdarda  liqninə, 

ikincilərinisə az liqninə və çoxlu taninlərə malik olmasıdır.  

Alimlər belə güman edirlər ki, palıd taxtası konyakın forma-

laşmasında  ikili  rol  oynayır.  Belə  ki,  o,  konyakı  bəzi  kompo-

nentlərlə  zənginləşdirməklə  bərabər,  həmdə  kimyəvi  proseslərə 

katalizator təsiri göstərir. 

 Konyak spirtini yetişdirdikdə, aldehid və asetalların miqdarı 

artır. Bunu cədvəl 3.3-dən də görmək olar. 

Aldehid və asetallar spirtə müəyyən ətirlilik xüsusiyyəti verir. 

Bu məqsədlə istifadə olunan təzə çəlləklər təmiz su ilə 10-12 

gün müddətində yuyulur. Su əvvəlki 3-4 gündə hər gün, sonra isə 

2-3 gündən bir dəyişilir. Bundan sonra çəlləyə 4-5 dal qaynanmış 

su tökülür. Ağzı möhkəm bağlanır, o tərəf, bu tərəfə çevirməklə 


311 

möhkəm çalxanır. 15-20 dəqiqə qarışdırdıqdan sonra çəllək su ilə 

sonrakı günə qədər saxlanır. Sonrakı gün həmin əməliyyat təkrar 

olunur. Buxar verilməsi o vaxta qədər davam etdirilir ki, çəlləkdən 

çıxan  su  tam  rəngsiz  olur.  Sonra  2-3  dəfə  təzə  soyuq  su  ilə 

yaxalanıb, istifadə olunur. 

Cədvəl 3.3 

Spirtin yetişdirilməsi prosesində aldehid və asetalların 

dəyişməsi (V.M.Maltabar və Q.İ.Fertmana görə) 

Spirtin yaşı, illər 

Miqdarı mq/dm

3

 



aldehidlər 

asetallar 



10 



10-40 

17-65 


40-76 

6-13 


20-35 

25-43 


 

Çəlləklər,  ağac,  yaxud  dəmir-beton  tirlərin  üzərində  3 

mərtəbədə  və  ya  tərəcələrdə  6-8  mərtəbədə  (təbəqələrlə) 

yerləşdirilir.  Spirt  çəlləklərdə  ağzı  1,5-2%  yarımçıq  olmaqla 

yetişdirilir. Bu zaman spirt üzərində daim müşahidə aparılmaqla, 

onun rəngi, ətri və dadı təyin edilir. 

Yetişdirmə vaxtı spirtdə ardıcıl olaraq sortlaşdırılma aparılır. 

Beşillik yetişdirilənlərdə 2-3 ildən bir, onilliklərdə beş ildən bir bu 

əməliyyat həyata keçirilir. Sortlaşdırmada daha keyfiyyətli spirtlər 

markalı  konyaklar  üçün  sonrakı  yetişdirilməyə,  az  keyfiyyətlilər 

isə ordinar konyaklar almaq üçün göndərilir. 

Çəlləklərdə konyak spirtinin yetişdirilməsi az məhsuldar olub, 

ağır  əmək  və  itki  ilə  səciyyəvidir.  Bütün  bunları  nəzərə  alan 

alimlər  iri  həcmli  rezervuarlarda  yetişdirmə  üsulunu  işləyib 

hazırlamışlar. 

İri  rezervuarlarda  keyfiyyətli  konyak  spirti  yalnız  palıd 

çəlləkdəki şəraitə yaxın şərait yaradıldıqda alına bilər. Bunun üçün 

emal olunmuş rezervuarlara palıd taxtası düzmək lazım gəlir. Bu 

yolla  konyak  spirtini  yetişdirmək  üçün  bir  sıra  üsullar  təklif 

olunmuşdur.  

Metal  rezervuarlarda  konyak  spirtinin  yetişdirilməsi  ordinar 


312 

konyaklar istehsalında tətbiq olunur. Rezervuarlara qeyd etdiyimiz 

kimi,  əvvəlcədən  palıd  taxtalar  düzülür.  Həmin  taxtaların 

uzunluğu  60-115,  eni  6-15  və  qalınlığı  1,8-3,6  sm  olmaqla 

əvvəlcədən təzə çəlləklər kimi işlənmiş olur. Taxtanın düzülməsi 

1 litr spirtə 80-100 sm

2

 hesabı ilə aparılır. 



Spirt  rezervuara  doldurularkən  tutumun  50%-i  qədər  hava 

boşluğu  saxlanılır.  İldə  1-2  dəfə  spirtin  oksigenlə  doydurulması 

aparılır. 

 

3.3. Eynil



əşdirmə

 v

ə

 ekspertiza 

 

3.3.1. M

ə

hsulun q

ə

bulu

, nümunə

 

götürülmə

si v

ə

 

sınaq metodları

 

 

Məhsulun  qəbulu,  nümunə  götürülməsi  və  sınağı  konyak, 



konyak  spirti  və  şərab  materialları  üçün  qəbul  edilmiş  standarta 

uyğun yerinə yetirilir. Partiya adı altında keyfiyyət göstəricilərinə 

görə  eynicinsli  olan  və  bu  keyfiyyəti  əks  etdirən  sənədlə  rəsmi-

ləşdirilən  istənilən miqdarda  eyni  adlı  məhsul  başa  düşülür.  Hər 

bir  məhsul  vahidi  (dəmir  yol  sisterni,  avtosistern,  çəllək  yaxud 

qutular) doldurmanın və markalanmanın düzgünlüyünü yoxlamaq 

məqsədilə nümunə götürülərkən xarici görünüşünə görə yoxlanıl-

malıdır.  Butulkaya  doldurulmuş  məhsuldan  nümunənin  götürül-

məsi  məhsulun  xarici  görkəmcə  növünü,  orqanoleptik,  fiziki-

kimyəvi, mikrobioloji göstəricilər və təhlükəsizliyini təyin etmək 

məqsədilə aparılır. 

Əsas nümunədə qüsurlu butulkaların sayı qəbul edilən ədəd-

dən az yaxud ona bərabər olarsa partiya qəbul edilir (cədvəl 3.4).  

Xarici  görünüşə  qiymət  verildikdən  sonra  əsas  nümunədən 

hər birinin tutumu 0,7-0,8 dm

3

 olan 4 butulka, yaxud 0,5 dm



3

 olan 


6  butulka  ayrılaraq  orqanoleptik  və  fiziki-kimyəvi  göstəricilər 

təyin  edilir.  Hər  butulka  möhürlənir,  yaxud  sulğuclanır,  üzərinə 

lazımi  yazılar  əks  etdirilən  etiketlə  təmin  olunur.  0,7-0,8  dm

3

 



313 

tutumlu  iki  butulkadan  yaxud  0,5  dm

3

  olan  üç  butulkadan  birgə 



nümunə  təşkil  olunaraq  analizə  göndərilir,  qalanlar  isə  3  ay 

saxlanır. 

Cədvəl 3.4 

Nümunə hissəciklərinin həcmi 

Partiyanın həcmi, butulka 

Nümunə hissəcik-

lərinin sayı, 

butulka 


Qəbul edilən 

ədəd, butulka 

150-yə qədər (150 də daxil 

olmaqla 


151-500 



20 

501-1200 



32 

1201-3200 



50 

3201-10000 



80 

10001-35000 



125 

35000-dən çox 



200 

10 


 

Sistern  və  çəlləyə  doldurulan  məhsuldan  nümunənin 

götürülməsi  xüsusi  nümunə  götürəndən,  liver  yaxud  borudan 

(sifon) istifadə edilməklə hər sistern və çəlləkdən ayrıca olmaqla 

yerinə yetirilir.  

Çəlləklərdən  nümunələr  liver  yaxud  sifonun  köməyi  ilə  hər 

çəlləyin  yuxarı,  orta  və  aşağı  qatlarından  hər  dm

3

-a  0,5-1,0  sm



3

 

miqdarında  götürülür.  Konyak  spirti,  yaxud  konyakdan  nümunə 



götürülməsi  onun  çəlləyə  doldurulmasından  ən  azı  4  gün  sonra 

aparılır. 

Sistern yaxud çəlləklərdən nöqtələr üzrə götürülən nümunə his-

səcikləri bir yerdə qarışdırılaraq birləşdirilmiş nümunə yaradılır ki, 

onun da həcmi ən azı 6 dm

3

 olmalıdır.  



Sonrakı sınaqları aparmaq üçün birləşdirilmiş nümunə tutumu 

0,7-0,8  dm

3

  olan  6  butulkaya  yaxud  0,5  dm



3

  olan  9  butulkaya 

doldurularaq,  tıxacla  bağlanır,  mumlanır,  möhür  vurulur  yaxud 

sulğuclanır. 

Nümunə götürülməsinə dair aşağıdakı məlumatları əks etdirən 

akt tərtib olunur:  



314 

 



Aktın tərtib olunma tarixi və yeri

 



Nümunə  götürülməsində  iştirak  edən  şəxsin  soyadı  və 

vəzifəsi; 

 

Göndərən və qəbul edən müəssisə; 



 

Nümunə götürülən məhsulun adı və miqdarı; 



 

Keyfiyyətə dair sənədin adı və sayı (nömrəsi); 



 

Nümunə götürülməsində iştirak edən şəxslərin imzaları; 



 

Birləşdirilmiş nümunədən götürülmüş butulkaların miqdarı və 



tutumu; 

 



Birgə  nümunə  ilə  möhürlənmiş  butulkaların  möhür,  yaxud 

sulğucunun təsviri. 

Birləşdirilmiş  (əsas)  nümunəli  hər  bir  butulkaya  üzərində 

yuxarıdakı  son  iki  bənd  istisna  olunmaqla  bütün  rekvizitlər  əks 

etdirilən  etiket  yapışdırılır  (belə  rekvizitlər  yuxarıda  baxdığımız 

butulkaya doldurulmuş məhsullara da yerləşdirilir). 

Sınaq aparmaq üçün 0,7-0,8 dm

3

 tutumu olan iki yaxud 0,5 dm



3

 

olan 3 butulka istifadə olunur. Eyni sayda butulka 3 ay müddətində 



təkrar  analiz  üçün  və  həmin  sayda  da  butulka  qəbul  ediciyə 

göndərilmək üçün ayrılır. 

Konyakın  birgə  nümunəsi  qaranlıq  binada  8

0

C-dən  aşağı 



olmayan temperaturda saxlanır.  

Sınaq metodları konyakın aşağıdakı  keyfiyyət göstəricilərinin 

müəyyən edilməsini nəzərdə tutur: etil spirti, şəkərlər, metil spirti, 

dəmir, mis, butulkaya doldurulma səviyyəsi. 

Etil  spirti.  Metod məhsulun əvvəlcədən  istilə  qovulmasına  və 

sonra alınan destilyatda areometrlə spirtin təyininə əsaslanır. 

Şəkər. Analiz olunan məhsulda onun miqdarından asılı olaraq 

Bertran yaxud birbaşa titrləmə ilə müəyyən olunur. 

Bertran  metodu.  Metod  İnvert  şəkərlə  mis  oksidin  reduksiya 

edilməsi  və  sonra  dəmir  oksidin  sulfat  turşusunun  köməyilə 

yenidən  əvvəlki  oksid  formasına  çevrilməsinə  əsaslanır.  Əmələ 

gələn dəmir oksidi kalium permanqamatla titrləşdirilir və cədvəl-

dən  ona  uyğun  gələn  invert  şəkərin  q/100  sm

3

-la  miqdarı  təyin 



olunur.  

315 

Birbaşa  titrləmə  metodu.  Metodun  mahiyyəti  belədir:  misin 

oksid  forması  (Felinq  məhlulu)  invert  şəkərlə  reduksiya  olunur. 

Felinq  məhlulu  ilə  metilen  abısı  indiqatoru  iştirakı  ilə  titrləmə 

aparılır  və  titrləmənin  köməyilə  reaksiyanın  başa  çatması 

müəyyən  olunur  və  xüsusi  formulla  invert  şəkərin  kütlə  qatılığı 

hesablanır. Şəkərin məhsulda miqdarı 100 sm

3

-da 1 qramdan çox 



olan hallarda bu metoddan istifadə olunur. 

Metil spirti. Metod metil spirtinin turş mühitdə kalium perman-

qanatla  formaldehidə  qədər  oksidləşməsi  reaksiyasına  əsaslanır. 

Spirt kolorometrik yolla təyin olunur.  

Dəmir. Dəmir mavi rəngli kompleks birləşmə berlin abısı əmələ 

gəldikdə aşkar edilir. 

Dəmirin  miqdarını  həmçinin  kolorometrik  metodla  da  təyin 

edirlər. 

Mis.  Kolorometriya  metodu  ilə  sink  dibenzilditiokarbomatla 

həyata keçirilir. 

Butulkanın  doluluq  vəziyyəti  (QOST  23943-80).  Tədqiq  olu-

nan  məhlulun  həcminin  ölçülü  kolba  ilə  müəyyən  edilməsinə 

əsaslanır.  

 

3.3.2. Orqanoleptik qiym



ə

tl

ə

ndirm

ə

 

 

Konyaklar,  o  cümlədən  ixrac  olunan  konyaklar  da  daxil 



olmaqla aşağıdakı tələblərə uyğun olmalıdır: dad və buket-həmin 

tip konyaklar üçün səciyyəvi, kənar tamsız və iysiz; rəng – açıq 

qızılıdan  qızılı  çalarlarla  açıq  qəhvəyiyə  qədər;  şəffaflıq-parlaq 

şəffaf, kənar qarışıqsız.  

Dequstasiya  analizi  otağın  20-25

0

C  temperaturunda,  tutumu 



25  sm

3

  olan  xüsusi  konyak  qədəhindən  yaxud  xüsusi  şarşəkilli 



100-125 sm

3

 tutumlu rəngsiz şəffaf şüşədən hazırlanan qədəhdən 



istifadə edilməklə aparılır. 

Qabın  rəng  və  forması  konyakın  rəng  çalarlarının,  dad  və 

ətrinin obyektiv təyininə zəmin yaradır. 


316 

Rumka  yaxud  qədəhə  15-20  sm

3

  içki  tökülür,  ağızda 



ləngitməklə  konyakın  ətrinin  bütün  qammaları  müəyyən  olunur, 

sonra kiçik qurtumla dad yoxlanır, daddan sonrakı tam hiss olunur.  

Dequstasiyaya verilən konyakın temperaturu 16-18

0

C olmalı-



dır. Əvvəlcə ordinar, sonra markalı konyaklar qiymətləndirilir.  

Konyak  şəffaflığa,  rəngə,  ətirə,  buketə,  dada  görə 

qiymətləndirilir. Yüksək keyfiyyətli konyaklar üçün açıq-kəhraba 

rəngi  uzun  illər  saxlananlar  üçün  daha  tutqun,  kristal  şəffaflıq, 

mürəkkəb  buket  və  ətir,  harmonik  dad,  yağlıtəhər  konsistensiya 

xarakterikdir. 

Saxtalaşdırılmış konyaklarda intensiv vanilin, essens, meyvə 

ətri hiss oluna bilər. 

Konyakı  orqanoleptik  qiymətləndirdikdə  onun  bütün 

xüsusiyyətlərini səciyyələndirmək üçün əlavə üsullardan istifadə 

olunur:  ovuc  arasına  bir  neçə  damla  konyak  tökülərək  ətri  təyin 

edilir; qədəhin divarına bir neçə damla yaxılır, kağız vərəqlə ağzı 

bağlanır və bir müddətdən sonra açılaraq iylənir. 

Bir neçə konyak markası dequstasiya olunduqda ağızı hər dəfə 

isti çayla yaxalayırlar. 

Konyakın 

orqanoleptik 

keyfiyyət 

göstəricilərinin 

qiymətləndirilməsi  5  əsas  elementlərə  görə  10  bal  sistemi  ilə 

aparılır: dad, buket, rəng, şəffaflıq, tipiklik. 

Keyfiyyət elementlərinin maksimum qiymətləri belə paylanır: 

dad-0,5; buket- 3,0 ; rəng – 0,5 ; şəffaflıq – 0,5 ; tipiklik – 1,0. 

Konyakda aşağıdakı nöqsanlar aşkar edilir. 

Koler tamı. Yüksək temperaturda hazırlanan kolerdən istifadə 

olunan içkilərdə təsadüf edilir.  

Palıd tamı. Palıd taxtasından konyak spirtinə xeyli miqdarda 

az oksidləşən aşı maddələr keçməsi ilə əlaqədardır.  

Sivuş  və  efiraldehid  tonu.  Baş  fraksiyası  tam  ayrılmamış 

konyak spirtindən istifadə olunduqda meydana çıxır.  

Kömür  tonu.  Asılqan  hissəciklərin  miqdarı  çox  olan  şərab 

materialının  qovulmasında,  həmçinin  aparatların  vaxtında 

yuyulmamasından əmələ gəlir.  


317 

Dəmir kassı. İçkinin rənginin dəyişməsi və tünd-göy rəng al-

ması konyakda 1,5 mq/dm

3

-dan çox dəmir olduğuna dəlalət edir.  



Törənmə  səbəblərindən  asılı  olaraq  nöqsanların  aradan 

qaldırılması  üçün  müxtəlif  üsullardan  istifadə  olunur: 

metalsızlaşdırma, yapışqanlanma, kupaj. 

Məhsul aşağıdakı dequstasiya qiymətləri ilə buraxıla bilər və 

realizə oluna bilər (balla): 

 

5 ilə qədər orta müddətdə yetişdirilən spirtdən konyak  



8,4 

YK konyak qrupu  

 

 

 



 

 

8,8 



YKYK konyak qrupu  

 

 



 

 

9,0 



KK konyak qrupu  

 

 



 

 

 



9,5 

Brendi  


 

 

 



 

 

 



8,2 

 

Göstərilənlərdən aşağı qiymət alan (7,0-dən aşağı olmamaqla) 



məhsul həmin ad altında realizə oluna bilməz. 

Həmin içkilər normativ tələblərə uyğun qaydada əlavə işlənmə-

lərə məruz qoyulur, keyfiyyətcə daha aşağı kateqoriyalı məhsulla 

kupaja  verilə  bilər,  başqa  məmulatlar  hazırlanması  üçün  sənaye 

emalına, o cümlədən şərab yaxud meyvə spirti üçün istifadə edilə 

bilər.  


7,0 baldan aşağı qiymət alan məhsulun xammal və qida əlavəsi 

kimi istifadə olunması yol verilməz olub, texniki məqsədlər üçün 

tullantıya verilməlidir. 

 

3.3.3. Fiziki-kimy



ə

vi keyfiyy

ət göstə

ricil

ə

ri 

 

Fiziki-kimyəvi keyfiyyət göstəricilərinə görə konyak 13741-



91 saylı QOST-un tələblərinə uyğun olmalıdır (cədvəl 3.5). 

Ordinar və markalı konyaklar üçün etil spirtinin həcmdə payı, 

şəkərlərin kütlə qatılığı və konyak spirtinin yetişdirilmə müddəti 

texnoloji  təlimata  uyğun  hər  konyak  adı  üçün  ayrıca  müəyyən 

olunur.  


318 

Konyaklarda normadan aşağıdakı kənara çıxmalara yol verilir: 

şəkərlərin kütlə qatılığına görə ±2,0 q/dm

3

; butulkada etil spirtinin 



həcmdə  payı  ±0,3%,  emal  olunmuş  (işlənmiş)  konyaklarda  -

0,2.....+0,3%. 

 

Cədvəl 3.5 



Konyakın fiziki-kimyəvi tərkib göstəriciləri 

Göstəricilər 

Konyaklar üçün norma 

Ordinar 


Markalı 

üç ulduz 

beş 

ulduz 


xüsusi 

adla 


YK  YKYK  KK 

Etil spirtinin həcmdə payı, 

40 


42 

40 


40-42  40-45  40-57 

Şəkərlərin kütlə payı, 

q/dm

3

 



15 

15 


7-15 

7-12 


7-25 

7-20 


Metil spirtinin kütlə payı, 

mq/dm


3

 

1,0 



1,0 

1,0 


1,0 

1,0 


1,0 

Misin kütlə payı, mq/dm

3

 

5,0 



5,0 

5,0 


5,0 

5,0 


5,0 

Dəmirin kütlə qatılğı, 

mq/dm



1,5 



1,5 

1,5 


1,5 

1,5 


1,5 

 

İxrac üçün nəzərdə tutulan konyaklara cədvəldə nəzərdə tutulan 



fiziki-kimyəvi tələblər qoyulur (cədvəl 3.6). 

Sifarişçi xarici ticarət təşkilatlarının tələblərinə uyğun olaraq 

konyakların tündlüyünün dəyişdirilməsinə yol verilir. 

Butulkaya  doldurulmuş  konyakda  (brendi)  normadan 

aşağıdakı  kənara  çıxmalara  yol  verilir.  Spirtliyə  görə  ±0,3%, 

şəkərin kütlə qatılığına görə ±2 mq/dm

3

.  


Konyakda mikrobioloji analizlər aparılmır. 

 

 

 



 

319 

Cədvəl 3.6 

İxrac olunan konyakların fiziki-kimyəvi göstəricilərinə tələblər 

Göstəricilər 

Konyaklar üçün norma 

Ordinar 


Markalı 

üç 


ulduz 

dörd 


ulduz 

beş 


ulduz 

Xüsusi 


adla 

YK  YKYK  KK 

Tündlüyü, % 

40 


41 

42 


40 

40-42  40-45  40-57 

İnvert şəkərə çevirməklə 

şəkərin kütlə qatılığı, 

q/dm

3

 



15 

15 


15 

15 


7-12 

7-25 


5-20 

Metanolun həcmdə payı, 

0,1 


0,1 

0,1 


0,1 

0,1 


0,1 

0,1 


Misin kütlə payı, mq/dm

3

  5,0 



5,0 

5,0 


5,0 

5,0 


5,0 

5,0 


Dəmirin kütləə qatılığı, 

mq/dm


3

 

1,0 



1,0 

1,0 


1,0 

1,0 


1,0 

1,0 


 

Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin