Əktəbəhazırlıq qruplarında işin təşkili metodikası


Vıqotskinin əsas ideyaları



Yüklə 2,73 Mb.
Pdf görüntüsü
səhifə14/14
tarix06.06.2020
ölçüsü2,73 Mb.
#31548
1   ...   6   7   8   9   10   11   12   13   14
maktabahazirliq-qruplarinda-isin-taskili-metodikasi-istirakci-vasaiti


Vıqotskinin əsas ideyaları 
Yeni  materialın  mənimsənilməsi    uşaq–müəllim  qarşılıqlı  təsiri  nəticəsində 
meydana çıxan sosial fəaliyyətdir.  
Pedaqoq  rolunda  h
əm  peşəkar  müəllim,  həm  valideyn,  həm  də  daha  çox  biliyə 
malik olan v
ə ona biliyi ötürə bilən həmyaşıdı çıxış edə bilər. 
Uşağın öyrənməli olduğu materialı onun qabiliyyətindən asılı olaraq, hissələrə və 
addımlara ayırmaq lazımdır. 
Qardnerin çoxşaxəli intellekt nəzəriyyəsi 
H. Qardner bütün insanların dominant intellekt qabiliyyətlərini şərti olaraq 8 yerə 
bölür: 
B
ədən-kinestetik intellekt
Musiqili-ritmik intellekt; 
M
əntiqi-riyazi intellekt; 
Verbal-linqvistik intellekt; 
İnterpersonal (şəxslər arası) intellekt; 
İntrapersonal (şəxsdaxili) intellekt; 
Vizual-m
əkan intellekti; 
Naturalistik (t
əbiət) intellekt.
 
T
əlim prosesini optimallaşdırmaq üçün dəstəkləyici təlim 
Müasir  dövr  öyrənənlərin  qarşısında  bir  sıra    tələblər  qoyur:  a)  öyrənməyi  necə 
öyrənmək, b) müxtəlif məlumat mənbələrindən istifadə, c) öyrənilənlərin tətbiqi və d) daha 
çox  uğur  qazanmaq  üçün  real  həyati  problemlərin  həlli.  Uşaqlar  üçün  əsas  akademik 
m
əqsədlər  bütün  həyatları  boyu  müstəqil  öyrənmə  və  beləliklə,  daha  az  dəstək 
göstərilməklə  öyrənmə  proseslərinə  davam  etməkdir.    Dəstəkləyici  tədris  uşaqlərin 
müstəqilliyinə  imkan  yaratmaqla  dəstəkləyici  mühiti  təmin  edir  və  bununla  uşaqların 
öyrənməsi daha səmərəli olur.  
D
əstəkləyici təlim nə deməkdir?  
D
əstəkləyici  təlim  (skafoldinq)  konsepsiyası  (Bruner,  1975)  Vıqotskinin  işlərinə 
əsaslanır.  Vıqotski  təklif  etmişdir  ki,  adi  qaydada  öz  işlərini  müstəqil  şəkildə  yerinə 
yetirm
əyi bacarmayan kiçik yaşlı uşaqlar böyüklərin köməkliyi ilə öz işlərini yerinə yetirə 
bil
ərlər.  Dəstəkləyici  təlim    öyrənmə  prosesini  optimallaşdırmaq  üçün  məzmun, 
materiallar, tapşırıqlar, müəllimlər və digər uşaqların dəstəyindən sistemli surətdə istifadə 
etm
ək  deməkdir.  Skafoldinq  elə  bir  prosesdir  ki,  uşaqların  yeni  bacarıqlara 
yiy
ələnmələrinə və strategiyalardan müstəqil şəkildə istifadə edə bilmələrinə qədər onlara 
qayğı göstərilir. Uşaqlar yeni və çətin tapşırıqları öyrənərkən onlara daha çox köməklik 
göstərilir. Onlar tapşırıqların öhdəsindən bacarıqla gələrkən cavabdehlik və məsuliyyət 
hissini uşaqlara aşılamaq üçün köməklik və dəstək tədricən azalmağa başlayır. Beləliklə, 
uşaqlar öyrənmə prosesi üçün öz üzərlərinə daha çox cavabdehlik götürür, müəllimlər isə 
onlara  daha  az  d
əstək  göstərirlər.  Məsələn,  fiziki  çatışmazlıqları  olan  uşaqlar  oyun 
sah
əsindən necə istifadə etməyi öyrənərkən, onlara müəyyən köməkliyin göstərilməsinə 
ehtiyacları  vardır.  Böyüklər  birinci  dəfə  uşaqları  sürüşkənə  aparanda  uşaqla  birlikdə 
sürüşməlidirlər.  Sonra  isə  böyüklər  uşaqları  oyun  meydançasının  aşağı  hissəsində 
yerl
əşdirib,    sadəcə,  nəzarət  etməklə  onlara  sürüşmək  imkanı  yaratmalıdırlar.  Uşaqlar 

 
 
109 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
artıq heç kəsin dəstəyi olmadan uğurla uzun məsafələri sürüşə bildikdə, böyüklər onlara 
köməklik göstərməyə bilərlər.  
 
M
əşğələlərdə problemi həlletmə bacarıqlarının aşılanması 
Problemi  h
əlletmə  kiçik  yaşlı  uşaqların  öyrənmə  prosesinin  əsasını  təşkil  edir. 
Uşaqların  bu  xüsusiyyəti  qiymətləndirilməli,  dəstəklənməli,  inkişaf  etdirilməli  və 
m
əktəbəqədər  təhsil  ilə  bağlı  məşğələlərdə  dəstəklənməlidir.  Kiçik  yaşlı  uşaqların 
gündəlik həyatlarında problemi həlletmə imkanları hər gün baş verir. Uşaqları yaxından 
müşahidə  etməklə  müəllimlər  uşaqların  sosial,  idraki,  hərəki  və  emosional 
t
əcrübələrindən istifadə  edərək problemin həlli yolunda köməklik göstərə  və  ömürboyu 
öyrənmə  prosesində  səmərəli  olan  strategiyaları  inkişaf  etdirə  bilərlər.  Sosial  əlaqələri 
t
ədqiq  etməklə,  əşyaları  idarə  etməklə,  digər  insanlarla  əlaqə  saxlamaqla  kiçik  yaşlı 
uşaqlar  ideyalarını  formalaşdırır,  bu  ideyaları  müəyyənləşdirərək  öyrəndiklərini  ya 
m
ənimsəyir,  ya  da  qəbul  etmirlər.  Səhvlər  etməklə  biliyin  formalaşdırılması  prosesi, 
problemin  h
əll  edilməsi  kimi  təbii  prosesin  bir  hissəsidir.  Tədqiqat  və  eksperiment 
aparmaqla, 
hipotezaları  (fərziyyələri)  sınaqdan  çıxarmaqla  və  problemləri  həll  etməklə 
uşaqlar daha səmərəli və mənalı şəkildə öyrənirlər. Piajenin fikrinə görə, uşaqlar yalnız 
özləri başa düşdükləri və özləri ixtira etdikləri məsələləri öyrənə bilirlər.  Problemin həll 
edilm
əsi prosesi  uşaqların öyrənməsi üçün vasitə rolunu oynayır, müəllimlər problemin 
h
əll edilməsi məqsədilə plan tərtib etdikdə kiçik yaşlı uşaqlar öz biliklərini formalaşdırır. 
Problemi  h
əlletmə  prosesində  kiçik  yaşlı  uşaqlar  öyrənmə  prosesinin  çərçivəsi,  vaxtı, 
zamanı və materialı ilə təmin edilirlər. 
 
“Passiv” mütaliə 
Siz m
əktəbəhazırlıq qruplarında passiv mütaliəni düzgün təşkil etməklə onlarda bir 
neçə bacarıq  və mütaliəyə maraq formalaşdıra bilərsiniz. Məktəbəqədərki dövrdə uşaqda 
oxuma  h
ələ formalaşmadığından dinləmə və danışma başlıca vərdişlərdir. Bu dövrdən 
başlayaraq ətrafdakıların kitaba münasibəti, kitab barədə verilən  məlumat, sizin sinifdə 
oxuma üçün ayırdığınız zaman uşaqda mütaliə  motivini formalaşdırır. Sinifdə  oxumağı 
planlaşdırdığınız  kitabı  uşaqlara  göstərin,  adını  oxuyun,  bu  adda  kitabın  nə  barədə 
olduğunu  təxmin  etməyi  xahiş  edin.  Bütün  təxminlərə  qulaq  asın,  nə  üçün  belə 
düşündüklərini  soruşun.  Kitabdakı  illüstrasiyalara  baxmaq  üçün  imkan  yaradın.  Sonra 
dair
ədə oturub oxumağa başlayın. 
Oxuyark
ən  emosiyalarınızı  uşaqlara  hiss  etdirin.  Hekayələrdə  müxtəlif 
q
əhrəmanların sözlərini fərqli səslərlə oxumaq da mütaliəyə  marağı  artırır.Oxu prosesini 
h
əm uşaqlar,  həm də  özünüz üçün əyləncəli edin.  Əvvəlcədən hissələrə böldüyünüz 
m
ətni fasilələrlə oxuyun. Hər hissədən sonra uşaqlara suallarla müraciət edin. Oxunmuş 
hiss
ənin  müzakirəsindən  sonra  nələr  olacağını  təxmin  etməyə  imkan  yaradın.  Sonda 
müzakirəni ümumiləşdirin. Lap əvvəldə mətnin adı ilə bağlı verilmiş təxminləri yada salın, 
müqayisə edin: hansı təxminlər özünü doğrultdu, hansılar uyğun gəlmədi. Uşaqlara sual 
verin:  Bu  hekay
əni  (nağılı,  şeiri,..)  siz  yazsaydınız,  necə  adlandırardınız?    Variantlara, 
arqumentl
ərə  qulaq asın, uğurlu başlıqları qeyd edin. Mütaliədən və müzakirədən zövq 
aldığınızı  uşaqlara  hiss  etdirin.  Uşaqlara  müxtəlif  janrlarda  mətnlər    –  hekayə,  nağıl, 
t
əmsil, maraqlı informativ mətnlər, yumoristik şeir və hekayələr  oxuyun. Məşğələ planınız 

 
 
110 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
imkan verirs
ə,  uşaqlara seçim etmək imkanı yaradın. Adətən, uşaqlar eşidib sevdikləri 
hekay
ə və nağıllara dəfələrlə qulaq asmağı xoşlayırlar. Bu, normaldır, çünki hər dəfə uşaq 
yeni emosiyalar yaşayır və onun beynində oxunanlarla bağlı yeni fikirlər yaranır. Oxunan 
m
ətnin  müzakirəsi  mütləqdir.  Bu,  oxuduğunu  anlama,  nəticə  çıxarma,  həyatla 
əlaqələndirmə vərdişi yaradacaqdır.  
Mütaliəni tamamlamaq üçün 2 vacib sual vardır: 
1. 
Siz nə hiss etdiniz? 
2. 
Siz nə barədə düşündünüz? 
Bu  suallar 
ətrafında  qurulan  müzakirə  uşaqlarda  hiss  və  fikirləri  bir-birindən 
ayırmaq bacarığı formalaşdıracaqdır. 
Uşaqların  oxumağı bacarmadığı zamanlarda onların kitab oxumaq istəyinə qarşı 
çıxmayın və “oxunu təqlid” etməsinə icazə verin. Uşaqları məktəb kitabxanasına aparın, 
kitabxanadan istifad
ə  qaydaları barədə məlumat verin.  
Uşaqların öyrənməsinə kömək göstərmək üçün böyüklər nə etməlidir; 
• 
Uşaqların maraqlarını izləyir və ona rəhbərlik edir; 
• 
Uşaqları fəaliyyətə başlamağa və istiqamətləndirməyə həvəsləndirir; 
• 
Uşaqların nə etdikləri ilə maraqlanır və onlar haqqında danışır; 
•         Fəaliyyətin uşaqların maraq və bacarıqları ilə uyğun gəlməsini təmin edir; 
• 
Öyrənmə prosesini planlaşdırır və fərdiləşdirir. 
 
Psixoloji d
əstəkləmənin qaydaları 
1.Müsbət  nitq  ifadələrindən  istifadə  edin,  müzakirədə  və  qrup  işində  iştirak  etmələrinə 
görə uşaqlara öz minnətdarlığınızı bildirin (pozitiv münasibət və hörmət). 
2.Danışanlara  diqqətlə  qulaq  asın.  Hər  bir  uşağa  öz  fikrini  söyləməyə  imkan  yaradın. 
Qrupun  yalnız  yüksəkdən danışan uşaqlarını  yox,  bütün  uşaqları  diqqətlə  dinləməyə 
ha
zır olduğunuzu nümayiş etdirin («fəal dinləmə» vərdişi). 
3.Uşaqlarla  birlikdə  işləyib  hazırladığınız  qaydalara  riayət  edin.  Unutmayın  ki,  Siz 
davranış nümunəsi kimi çıxış edirsiniz (müəllim davranış modeli kimi). 
4.Uşaqlara adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə). 
5.H
ər hansı bir fikrin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan verməyin. 
6.Lüzum  olmadığı halda qrupun işini qiymətləndirməyin.  
 
 
 
 
Keyfiyy
ətli məktəbəhazırlıq  təhsilinin xüsusiyyətləri 
1. T
əlim  həm  irəlidə  olan,  həm  də  əlavə  köməyə  ehtiyacı  olan  uşaqlar  üçün 
uyğunlaşdırılmışdır. Müəllimlər bilir ki, kiçik  yaşlı uşaqlar eyni bilikləri eyni üsulla  eyni 
vaxtda öyrənə bilmirlər.  
2. 
Müəllimlər günün müxtəlif vaxtlarında uşaqlarla fərdi qaydada, kiçik qruplarda və böyük  
qrupda işləyirlər. Böyük qrupla iş müəllimin iş gününün bir hissəsini təşkil edir.  
Sinif  otağınızda  fərqli  kitablardan  (bədii  və  elmi)  ibarət  kiçik  bir  kitabxana 
yaradın.Uşaqlar  üçün  nümunə  olun.  Stolunuzun  üstündə  saxladığınız,  çantanızda 
g
əzdirdiyiniz,    maraq  dairənizə  uyğun  kitabı  uşaqlara  nümayış  etdirin.  Bu  kitabdan 
öyrəndikləriniz barədə danışın. 

 
 
111 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
3.T
əlim  rəngarəngdir.  Məşğələlərdə  uşaqlar  daim  nəsə  edirlər:    öyrənirlər,  mahnı 
oxuyurlar, r
əqs edirlər, rəsm çəkirlər, applikasiya kəsirlər, sadə idman oyunları oynayırlar 
v
ə s.   
4. 
Müəllimlər uşaqlara kitab oxuyurlar.  
5. 
Sinif otağı uşaqların orijinal işləri, hərf və rəqəmlərin şəkilləri, nağıl qəhrəmanlarının 
şəkilləri ilə  bəzədilir. 
6. Valideynl
ər uşaqlarını məktəbə göndərdikdə narahatlıq keçirmirlər, əksinə, əminlik hiss 
edirl
ər. Uşaqlar isə məktəbdə özlərini xoşbəxt hiss edirlər.  
 
Formativ qiym
ətləndirmənin mexanizmi. Müşahidə, müsahibə, portfolio və s. 
 
M
əktəbəhazırlıq qruplarında müəllimlərin mühüm funksiyalarından biri müşahidəçi 
kimi  f
əaliyyət  göstərməkdir.  Müşahidəçi  funksiyasını  yerinə  yetirmək  üçün  müəllim 
müşahidəyə vaxt ayırmalı və   onun aparılmasında lazımi vasitələrə malik olmalıdır.  
Uşağın  inkişafının  izlənilməsi  üçün  ən  səmərəli    yollardan  biri  təbii  şəraitdə  ‒  evdə, 
m
əktəbəqədər  müəssisədə,  məktəbəqədər  müəssisədən  kənar  mühitdə  uşağın 
müşahidə  edilməsi  və  müşahidə  etdiklərinə  dair  qeydlərin  aparılmasıdır.  Müşahidə  və 
qeydl
ərin  aparılması  yolu  ilə  müəllimlər    uşaqlar  haqqında  məlumat  əldə  edib  onun 
f
əaliyyətini planlaşdırmalı,  uşaqların ailəsi ilə paylaşmaq üçün ondan istifadə etməlidirlər.  
Müşahidə  nədir?  Müşahidə  uşağın  məşğuliyyətinə    müdaxilə  etmədən  onun  müəllim 
t
ərəfindən seyr edilməsi prosesidir. 
Müəllimlərlər  qeydə  aldıqları  davranışları  dəqiq  təsvir  etməlidirlər.  Müşahidə  olunmuş 
f
əaliyyət  və  davranış  nümunələri  mütəmadi    qeyd    olunmalıdır.  Bu,  sənədləşdirmə 
prosesidir  v
ə  uşaqlar  haqqında  sistemli  biliklərin  toplanmasına  şərait  yaradır.  
Müşahidələr sistematik  aparılmalıdır. Sistematik yanaşma uşaqların müəyyən müddət 
ərzində   bir çox fərqli fəaliyyətlərdə iştirakı zamanı onların inkişafının izlənilməsinə imkan 
yarad
ır. 
Müşahidə  (diaqnostika məqsədilə aparılır və davamlı qiymətləndirmə vasitəsi kimi çıxış 
edir). Bu metoddan istifad
ə zamanı müəllimlər uşaqların təlim fəaliyyətini fasiləsiz izləyir, 
qeydl
ər  aparır,  uşaqların  əldə  etdikləri  irəliləyişlər  haqqında  məlumatı    valideynlərinə 
t
əqdim edir. Müşahidələrin qeydə alınması obyektiv məlumatın toplanmasından ibarətdir.  
Bu metod uşaqların fərdi xüsusiyyətləri, ehtiyacları, qabiliyyətləri və maraqları haqqında 
m
əlumat toplamağa imkan verir. Müşahidə  müəllimlərə müəyyən edilmiş məqsədlərə aid 
c
əld və düzgün məlumat əldə etməkdə köməklik göstərir.Müşahidələr gündəlik və dövri 
оlmaqla iki formada aparılır: 
Gündəlik    müşahidə  heç  bir  qaydaya  tabe  оlmur.  Müəllim  tərəfindən  gündəlik  həyat 
şəraitində aparılır. Alınan nəticələr ilkin məlumatlar fоrmasında tоplanır.   
Dövri    müşahidə  uşağın  oyun,  təlim  və  əmək   fəaliyyəti  zamanı  aparılır.  Bu müşahidə 
vasit
əsi ilə uşağın fəaliyyəti ardıcıl öyrənilir, nəticələrə görə anketlər, yaxud “Müşahidə 
gündəliyi” dоldurulur. Müşahidə, əsasən, uşağın maraqları və xüsusi diqqəti cəlb edən 
m
əqamlarını aşkar edir.  
Müsahibə.Müəllim  uşaqlarla  müsahibəni  söhbət  fоrmasında  aparır.  O,  həmçinin  bu 
üsuldan    uşaqların  qiymətləndirmə  göstəricilərini  müəyyənləşdirmək  məqsədi  ilə 
valideynl
ərlə aparılan iş zamanı da istifadə edir. Uşaq haqda ilkin məlumatın toplanması 
üçün aparılır.  

 
 
112 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
Şifahi sorğu söhbət və oyunlar formasında keçirilir. Sorğu müəllimə uşaqların əşyalar, 
hadis
ələr,  onların  xüsusiyyətləri  haqqında  mənimsədikləri  biliklərin,  bacarıqların 
formalaşma səviyyəsini  və fəaliyyətlərdə tətbiqetmə bacarığını yoxlamağa imkan verir.  
F
əaliyyət  məhsullarının  təhlili.  Uşaqlar    məhsuldar  fəaliyyətin  (rəsm,  yapma, 
quraşdırma,  kəsib-yapışdırma  və  s.)  nəticələrinə  görə  qiymətləndirilirlər.  Bu 
qiym
ətləndirmələrin  obyektiv  aparılması  üçün  həmin  sahələr  üzrə  normalar 
müəyyənləşdirilir.   
M
əktəbəhazırlıq  siniflərində  qiymətləndirmədə    portfoliodan  istifadə  edilməsi 
m
əqsədəmüvafiqdir. Portfolio (ingilis dilindən tərcümədə: portfel, mühüm sənədlər üçün 
qovluq) ‒ uşağın əl işləri, fikirləşdikləri hekayələr, təsviri fəaliyyət məşğələlərinin nəticələri  
v
ə əlavə olaraq uşağın hansısa fəaliyyətlə məşğul olarkən foto şəklinin, səhnələşdirmə 
zamanı  rol  ifa  edərkən  foto  şəkillərinin  saxlanıldığı  qovluqdur.  Bu  iş  nümunələri 
valideynl
ərə də öz uşaqlarının nailiyyətlərini görməyə imkan yaradır. Portfoliodan istifadə 
ed
ərkən  uşaqlara aid məlumatlar təhlil, şərh edilir və qiymətləndirilir. İl ərzində müəllimlər 
qiym
ətləndirmə ilə bağlı qərarlarını qeyd edir və bununla da uşağın  il ərzində  əldə etdiyi 
uğurları görməyə imkan yaranır. Portfolio müəllimlərə  uşaqların inkişaf və nailiyyətlərinin 
qiym
ətləndirilmələrinə  dair    qərar  verməkdə    bələdçilik  edir.    Məktəbəqədər  yaşlı 
uşaqların portfoliosu uşağın ayrı-ayrı nailiyyətlərinin adekvat təqdim edilməsi, həmçinin 
onun  sosial,  kommunikativ,  idrak  kimi  f
əaliyyət  növləri  üzrə  əldə  edilən  nəticələrinin 
n
əzərə alınmasına görə  effektiv qiymətləndirmə formasıdır. Portfolio həm davamlı, həm 
summativ  qiym
ətləndirmə  məqsədilə  aparılır  və  uzunmüddətli  proses  hesab  olunur. 
Bel
əliklə, məktəbəqədər müəssisələrdə portfolionu uşağın imkan və bacarıqlarının, fərdi 
keyfiyy
ətlərinin 
in
kişaf 
səviyyəsinin 
kompleks 
qiym
ətləndirilməsi, 
“inkişaf 
trayektoriyası”nın  qurulması  üçün  fərdi  nailiyyətlərin  təhlilinin  vasitəsi  kimi    müəyyən 
etm
ək olar.  
Portfolioya aşağıdakılar daxildir:  
• 
t
əsviri və ya gündəlik qeydlər; 
• 
iş nümunələri; 
• 
ail
ənin məlumatları;  
• 
yaş və inkişaf səviyyəsi cədvəlləri. 
• 
inkişafa aid hesabat. 
 
T
əsviri  və  ya  gündəlik  qeydlər.  Bu,  uşaqların  fərdi  və  ya  qrup  şəklində  fəaliyyətləri 
haqqında  günün  sonunda  təəssüratların  qeyd  olunmasıdır.  Onlar  subyektiv  xarakter 
daşıyır. Bu qeydlər gün ərzində baş verən hadisələr arasında uşaqların müəyyən nailiyyət 
v
ə uğursuzluğunu izləməkdə faydalı ola bilər.   
İş  nümunələri.  İş  nümunələrinin  təhlili  zamanı  uşaq  əvvəlcədən  müəllim  (valideyn) 
t
ərəfindən  hazırlanmış  хüsusi  tapşırığı  yerinə  yetirir.  Tapşırıq    şəkil  çəkmək,  işarələr 
qоymaq,  yarımçıq  işi  tamamlamaq,  quraşdırma,  yapma,  riyazi  əməliyyatları  yerinə 
yetirm
ək, əşyalarla оyun və s. ibarət оla bilər. Belə tapşırıqlardan əsasən köməkçi metоd 
kimi istifad
ə edilir. Bir tapşırığın nəticəsi ümumi rəy üçün əsas оla bilməz. Bu nəticələrin 
dig
ər qiymətləndirmə metodlarının nəticələri ilə müqayisəsi (korrelyasiyası)  aparılır. 
Ail
ənin  məlumatları.Müəllimlər  və  valideynlər  məktəbəqədər  yaşlı  uşaqların  təlim-
t
ərbiyəsi işində daim əməkdaşlıq edirlər. Bu əməkdaşlığın mühüm bir cəhəti kimi  ailənin 
uşaq haqqında məlumat verməsidir. Müəllim sorğudan istifadə etməklə uşaq haqqında 

 
 
113 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
m
əlumat  toplayır.  Açıq  ünsiyyət  inkişafın  müxtəlif  sahələrində  müşahidə  və  biliyin 
qiym
ətləndirilməsi üçün ilkin şərtdir.   
Yaş  və  inkişaf  səviyyəsi  cədvəlləri.    Hər  yaş  dövrünün  sonunda  uşaqların  inkişaf 
s
əviyyələri müəyyən olunur. Uşaqların  yaş və inkişaf səviyyələrinin müəyyənləşdirilməsi 
v
ə  qiymətləndirmənin  mütəmadi  aparılması    uşaqların  fərdi  maraqlarına,  öyrənmə 
üsullarına və bacarıqlarına cavab verən müvafiq təlim strategiyalarının planlaşdırılması 
üçün  əsas  üsul  hesab  edilir.  Bu  qiymətləndirmə  sistemi    təlim  strategiyaları  vasitəsilə 
müəllimlərin  əsas  nələrə  diqqət  yetirmələrinə  və  uşaqların  davamlı  inkişaf  və  təliminə 
d
əstək  olmaqda  köməklik  göstərəcəkdir.  Standartlarda  nəzərdə  tutulmuş  nəticələrin 
hamısı  təlim  prosesində  nəzərə  alınmalı,  qiymətləndirmə  zamanı  uşaqların  nəzərdə 
tutulmuş təlim nəticələri üzrə nailiyyətlərinə xüsusi diqqət  yetirilməlidir. 
İnkişafa dair hesabat.  Bu, 6-cı yaşda ildə 2 dəfə: yanvar və may aylarında  aparılır. Bu 
zaman uşağın məktəbəqədər təhsilin sonunda inkişafının səviyyəsi müəyyən edilir.  
 

 
 
114 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
 
Tezaurus 
 
M
əktəbəqədər  təhsilin  proqramı  (kurikulumu)  -  məktəbəqədər  təhsilin  son 
m
əqsədlərini, həmin məqsədlərə çatmaq üçün müəyyən  edilən yol, forma və vasitələri, 
uşaq    inkişafının  və  təliminin  izlənilməsini  və  dəyərləndirilməsini,  inkişaf  səviyyəsini 
müəyyənləşdirmək  mexanizmlərini özündə cəmləşdirən dövlət sənədidir. 
T
əlimin  məzmunu-  uşaq  şəxsiyyətinin  formalaşmasına  yönəlmiş  bacarıqlar  şəklində 
ifad
ə edilən təlim nəticələrinin (təlim standartlarının) məcmusudur.         
T
əlim nəticəsi - müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən 
müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.         
İnkişaf sahələri - uşaqların inkişaf sahələri üzrə ümumi təlim nəticələrinin reallaşmasını 
t
əmin etmək üçün müəyyən olunan məzmunun zəruri hissəsidir.          
M
əzmun standartı - dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyduğu dövlət 
t
ələbidir.            
T
əlim strategiyası - təlim prosesində istifadə olunan forma, metod, üsul və vasitələrin 
m
əcmusudur.           
İnteqrasiya  -  müəyyən  təhsil  sistemi  çərcivəsində  uşaqların  təfəkküründə  dünyanın 
bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları  inkişaf  və  özünüinkişafa 
istiqam
ətləndirmək  məqsədilə  təlimin  bütün  məzmun  komponentləri  arasında  struktur 
əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik prinsipdir. 
 
Resurslar -  S
tandartlarının reallaşdırılmasında istifadə olunan təlim vasitələridir.  
Pedaqoji  innovasiya  -  t
əhsil  müəssisələrində,  pedaqoji  nəzəriyyələrdə,  müəllim  və 
uşaqların  fəaliyyətlərində,  təlim-tərbiyənin  məzmununda,  forma,  üsul  və  vasitələrində, 
idar
əetmədə,  məqsəd  və  nəticələrdə,  ümumiyyətlə,  pedaqoji  sistemdə  baş  verən 
yenilikl
ərdir. 
Uşaq nailiyyətləri – təlim zamanı uşaqların qazandıqları dəyərlərdir.  
D
əyərlər - şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir.  
Şəxsiyyətyönümlülük - uşaqlara bütöv bir şəxsiyyət kimi yanaşmağı və onlarda həyat 
üçün lazım olan ən zəruri dəyərlərin formalaşdırılmasını  bir vəzifə kimi qarşıya qoyur. 
Diferensiallaşdırma - uşaqların fərdi xüsusiyyətlərini, maraq və tələbatlarını, fiziki və əqli 
inkişaf  səviyyələrini,  psixofizioloji  xüsusiyyətlərini  nəzərə  almaqla,  onların  təliminin  bu 
xüsisiyyətlər əsasında təşkil olunmasıdır.   
Əməkdaşlıq  -  “Müəllim, uşaq və  valideyn” münasibətlərində  qarşılıqlı fəaliyyətin təmin 
olunmasıdır.  
N
əticəyönümlülük  -  fəaliyyətin  əvvəlcədən  müəyyən  olunmuş  nəticələr  əsasında 
qurulmasıdır. 
Portfolio  
uşağın  müəyyən  müddət  ərzində  yerinə  yetirdiyi  işlərin  (çəkdiyi  rəsmlər, 
fikirl
əşdiyi  hekayələr,  təsviri  fəaliyyət  məşğələlərinin  nəticələri  və  s.)  toplandığı  xüsusi 
qovluqdur. 
Motivasiya  -  m
əşğələnin  vacib  komponenti  olmaqla,  uşaqların  idrak  fəallığına  təkan 
ver
ən prosesdir. 

 
 
115 
M
əktəbəhazırlıq qruplarında işin təşkili metodikası
 
 
Qiym
ətləndirmə  -  məktəbəqədər  yaşlı    uşaqların  inkişafı,  nailiyyətləri  və  xüsusi 
ehtiyacları haqqında  məlumatın toplanması  prosesidir. Hər hansı uşağın nailiyyətlərinin 
qiym
ətləndirilməsi həmin uşağın təlim fəaliyyətini təkmilləşdirmək üçün nəzərdə tutulur. 
D
əyərləndirmə  -  Dəyərləndirmə  isə  toplanmış  məlumatların  təhlili  və  nəticələrin 
çıxarılması prosesidir. Dəyərləndirmə uşağın əldə etdiyi irəliləyişi müəyyən etmək üçün 
qiym
ətləndirmə  əsasında  toplanmış  məlumatlar  barədə  mühakimə  yürütməkdən  və 
h
əmin məlumatları şərh etməkdən ibarətdir.   
Fasilitasiya 
– qrupda diskussiyanın təşkili, fəallaşdırılması, səmərəli yönəltmə prosesidir.  
Fasilitator  is
ə  uşaq  tərəfindən  biliklərin  əldə  edilməsi  prosesində  bələdçi  rolunu  yerinə 
yetirir. 
 
İstifadə olunmuş ədəbiyyat 
1.Az
ərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı. (2007-
2010-cu ill
ər)  
2. T
əhsil haqqında Azərbaycan Respublikasının Qanunu.  
3. 
Rüstəmova G. Beşyaşlıların qısa müddətli təlim qruplarında məktəbə hazırlanması 
üçün proqram. YUNİSEF. 
4. Abbasov Ə., Əhmədov A. Məktəbəqədər təhsilin konseptual problemləri. //Kurikulum, 
2011, № 2, səh.8-15. 
5. F
əal təlim. Təlimatçılar və müəllimlər üçün vəsait. Azərbaycan Respublikası   Təhsil 
Nazirliyi/ T
əhsilin İnkişafı Mərkəzi, Bakı, 2003. 
 
6.  İnnovativ  dərs  modelləri.  Müəllimlər  üçün  metodik  vəsait.  Bakı,  Açıq  Cəmiyyət 
İnstitutu – Yardım Fondu, 2002. 
7.  Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, TPİ, 2011. 
8. “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı”.  
9
. Pometun E. İnteraktiv  təlim. (Müəllimlər üçün tədris vəsaiti) Bakı, 2010. 
10. Veysova Z. F
əal (interaktiv) təlim: Müəllimlər üçün vəsait, UNİCEF, 2007. 
11. Zake D. H
ərəyə bir portağal payı. Bakı, 2008. 
12. 
M
əktəbəhazırlıq  qrupuna  aid  bədii  təfəkkürün  inkişafı,  musiqi  və  fiziki  mədəniyyət 
m
əşğələləri üzrə müəllim üçün metodik vəsait
 

Yüklə 2,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin